Məhkəmə qərarları › İş №2-1(112)-14882/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14882/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14882/2024 11.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3, İddiaçı5, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı18 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan, 18 oktyabr 2024-cü il, saat 12:00-dan 13:00-dək (60 dəqiqə) Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi ünvan 1 ünvanı inzibati binasının giriş hissəsinin qarşısında, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi ünvan 2 ünvanında “AYNA reketçiliklə məşğuldur”. “AYNA xalqı talayır”, “AYNA qanqster Hacı Məmmədovdur” şüarları ilə piket keçirilməsinə icazə verilməməsi barədə cavabdeh Şəhər İcra Hakimiyyətinin 15 oktyabr 2024-cü il tarixli 23 sentyabr 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, məhkəmə qərarı qüvvəyə mindikdən sonra 10 gün ərzində iddiaçılara Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi ünvan 2 ünvanında “AYNA reketçiliklə məşğuldur”, “AYNA insanları qanunsuz talayır”, “AYNA qanqster Hacı Məmmədovdur” şüarları ilə piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, piket üçün müraciət edənlər (bundan sonra Ərizəçilər) Azərbaycan Respublikasının vətəndaşlarıdır. Azərbaycan X2suz hərəkətlərlə insanları talamaqla, yəni qanunsuz cərimələr yazmaqla məşğuldur. Məsələn saat 22:00-da sonra parklanmaya görə cərimə yazılması qadağan edildiyi halda cərimə tətbiq edilir. Piketçilərdən İddiaçı1 ünvan 3 ünvanda qeydiyyatda olduğu halda 24 avqust 2024-cü il tarixdə İddiaçı1 məxsus **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 20 sentyabr 2024cü il tarixdə isə **-ZT-*** qeydiyyat nişanlı avtomobilinə parklanmaya görə cərimə yazılmışdır. Halbuki, İddiaçı1 ünvan 4 ünvanda qeydiyyatdadır və 20549 saylı park ərazisi onun düz evinin qarşısıdır. Belə olan halda isə o parklanmaya görə cərimə edilə bilməzdi. Lakin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu qanunsuz əməllərini dayandırmır və Bakı şəhərində səlahiyyətlərindən sui istifadə edərək qanunsuz cərimə yazıb reketçiliklə məşğuldur. Hətta insanların evlərinin qarşısını da zəbt edərək parkinq kimi istifadə edirlər. Onu bu qanunsuzluğu, reketçiliyini ölkə rəhbərliyinin və istimayiyyətin diqqətinə çatdırmaq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin insanların mülkiyyət hüququna reketcəsinə qəsd etməklə qanunsuz cərimələrin qarşısını almaq və cinayətkarların cəzalandırılmasına nail olmaqdır. Ona görə də, piket keçirmək üçün ərizəçilər belə qərara gəlmişlər ki, onlar Azərbaycan Respublikasının ölkə rəhbərliyinin, hüquq mühafizə orqanlarının Azərbaycan X1suz əməllərinə, öz səlahiyyətlərindən tamah məqsədi ilə istifadə edərək insanların mülkiyyət hüquqlarına qəsd edib mənimsəmələrinə etiraz olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi ünvan 2 ünvanında inzibati binanın giriş hissəsinin 5 metr önünüdə “AYNA reketçiliklə məşğuldur”, “AYNA insanları qanunsuz talayır”, “AYNA qanqster Hacı Məmmədovdur” şüarları ilə piket keçirsinlər. Ona görə də, iddiaçılar xahiş etmişlər ki, 18 oktyabr 2024-cü il tarixdə, saat 12:00-dan 13:00- dək müddətdə, yəni 60 dəqiqə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi Bakı ş., Hacı Məmmədov küçəsi. 5 ünvanında “AYNA reketçiliklə məşğuldur”, “AYNA insanları qanunsuz talayır”, “AYNA qanqster Hacı Məmmədovdur” şüarları ilə piket keçirilməsinə razılıq verilsin. Piketin keçiriləcəyi vaxt: 18 oktyabr 2024-cü il, saat 12:00- 13:00. Piketin keçiriləcəyi yer: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibatı binasının yerləşdiyi ünvan 1 ünvanı inzibati binasının giriş hissəsinin qarşısı, piket zamanı səsgücləndiricidən istifadə ediləcək, pikctı işıqlandırmaq üçün jurnalistlər dəvət ediləcəkdi. Lakin, cavabdeh 15 oktyabr 2024-cü il tarixli, məktubu ilə piket keçirməyə icazə verilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşdən görünür ki, iddiaçılar piket keçirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, toplantı keçirilməsi ilə bağlı müraciət “Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5ci maddəsinin tələbinə cavab vermir. Şikayətə səbəb olan məsələ ilə əlaqədar aidiyyəti üzrə müraciət edə bilər. Qeyd olunanı, həmçinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsini nəzərə alaraq 18 oktyabr 2024-ci il tarixində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binası qarşısınca planlaşdırılan piketin keçirilməsi məqsədəuyğun hesab edilmir. İddiaçılar hazırda bu cavabın qanunsuz sayılmasını və cavabdehin üzərinə piket keçirməsinə icazə verilməsi öhdəliyinin qoyulmasını xahiş edirlər. Məhkəmə qeyd edir ki, İPM-in 35.1-ci maddəsinə görə, həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İşdən müəyyən olunur ki, iddiaçılar cavabdehin hərəkəti nəticəsində hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişlər. Belə ki, iddiaçıların müraciəti üzrə cavabdeh inzibati orqanın “toplantı keçirilməsinin məqsədəmüvafiq hesab edilməməsi”ndən ibarət hərəkəti müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola biməz. Çünki sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi ilə bağlı toplantılara həm icazənin verilməsi, həm də məhdudlaşdırılması halı yalnız qanunvericilikdə göstərilən əsaslar mövcud olduqda icra hakimiyyəti orqanının əsaslandırılmış qərarı əsasında həyata keçirilir. Belə ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Həmin Qanunun 6-cı maddəsinin İ hissəsinə əsasən yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin Qanunun «Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər» adlanan 7-ci maddəsinin 1-ci hissəsi ilə isə müəyyən edilmişdir ki, «Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinə və 10-cu maddələrinə əsasən, dinc toplantının keçiriləcəyi yerə hər hansı məhdudiyyətlər bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş meyarlara uyğun olaraq qoyulur. Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır. Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır. Göründüyü kimi sərbəst toplaşmaq azadlığına toplantıların məhdudlaşdırılması halı yalnız qanunvericilikdə göstərilən əsaslar olduqda icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İ hissəsinə və həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən piketin keçiriləcəyi barədə etdikləri xəbərdarlıqla bağlı cavabdehin piketin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur, belə ki cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və bu məktubda ifadə olunan qadağanedici hərəkət hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 7alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar