Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14883/2023 18.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra- İddiaçı) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra-Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1994-xx.xx.2007-ci il tarixdə MQİBİ-nin (Penitensiar Xidmət) poliklinikasında həkim-psixiatr işlədiyi vəzifənin və xx.xx.2007- xx.xx.2017-ci tarixləri dövrləri ərzində Ədliyyə NazirliyininTibb Baş İdarəsində həkim-psixiatr işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 34-cü (Penitensiar müəssisələrdə mülki işlər) bölməsində tibb işçisi vəzifəsinə uyğun olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1962-ci il tarixdə anadan olmuş, xx.xx.1978-xx.xx.1979-cu il tarixlərdə yol dispetçeri, xx.xx.1979-xx.xx.1979-cu il tarixlərdə yol dispetçeri, xx.xx.1979-xx.xx.1980-ci il tarixlərdə uşaq stomotoloji polklinikasında, xx.xx.1981-xx.xx.1981-ci il tarixlərdə yol fəhləsi, xx.xx.1981-xx.xx.1982-ci il tarixdə elektrik ustası, xx.xx.1982-xx.xx.1986-cı il tarixlərdə yol dispetçeri, xx.xx.1984xx.xx.1984-cü il tarixlərdə yol dispetçeri vəzifəsində işləmiş, xx.xx.1984-xx.xx.1990-cı il tarixlərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil almış, xx.xx.1990-xx.xx.1991-ci il tarixlərdə Səhiyyə Nazirliyinin 1 №-li ruhi xəstəxanasında həkim-inspektor, xx.xx.1992-xx.xx.1998-ci il tarixlərdə dispanserin həkim-psixiatr, xx.xx.1994-xx.xx.2007-ci il tarixdə MQİBİ-nin (Penitensiar Xidmət) poliklinikasında həkim-psixiatr vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirinin xx.xx.2007-ci il tarixli 39/T nömrəli əmri ilə Tibb Baş İdarəsi yaradılmışdır. Bununla əlaqədar xx.xx.2007-ci il tarixdə MQİBİ-nin (Penitensiar Xidmət) poliklinikasında həkim-psixiatr vəzifəsindən azad edilmişdir. xx.xx.2007-xx.xx.2017-ci tarixlərdə Tibb Baş İdarəsində həkim-psixoloq vəzifəsində işləmişdir. İddiaçı xx xxxx 1962-ci il tarixdə anadan olmaqla 60 yaşdan yuxarı yaşa və 25 ildən artıq sığorta stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi sığorta stajına malikdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 34-cü (Penitensiar müəssisələrdə mülki işlər) bölməsində tibb işçiləri nəzərdə tutulmuşdur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün işəgötürən tərəfindən verilmiş arayışın təqdim edilməsi tələb olunmuşdur. Buna görə də güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair əvvəllər işləmiş olduğu Penitensiar Xidmətə müraciət etmiş, lakin müraciətə hələ də cavab verilməmiş və Penitensiar müəssisələrdə tibb işçisi işləməsinə dair arayışın verilməsi təmin ediliməmişdir. Bunun nəticəsində iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, Azərbaycan Respublikası ədliyyə nazirinin 18-T saylı, xx.xx.2004-cü il tarixli əmri ilə 2005ci ilin yanvar ayının 1-dən penitensiar sistemin tibb xidməti Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin tərkibindən çıxarılaraq Nazirliyin müstəqil Tibb idarəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli 446 saylı Fərmanı ilə Ədliyyə Nazirliyinin yeni strukturu təşkil edildikdə Tibb baş idarəsi də həmin struktura daxil olan ədliyyə orqanı kimi təsdiq olunmuşdur. Ədliyyə Nazirliyi üzrə 39-T saylı, xx.xx.2007-ci il tarixli əmrlə Tibb baş idarəsinin strukturu və ştat bölgüsü təsdiq edilmişdir. Göründüyü kimi, ötən dövrlər ərzində Ədliyyə Nazirliyində və tabe qurumlarında struktur dəyişiklikləri həyata keçirilsə də, heç bir zaman Poliklinika penitensiar müəssisə (çəzaçəkmə müəssisəsi) hesab edilməmiş, burada çalışan əməkdaşların birbaşa vəzifəsi məhkumlara tibbi xidmət göstərmək olmamış və yalnız xidməti zərurət yarandıqda məhkuma yerində baxış keçirilməsi üçün bəzi əməkdaşlar vaxtaşırı müəssisəyə göndərilmiş və ya müəssisə daxilində fəaliyyət göstərən müvafiq komissiya üzvləri kimi öz ixtisaslarına uyğun vəzifə borclarını icra etmələri üçün şərait yaradılmışdır. İddiaçı Poliklinikada işləyərkən Müalicə müəssisəsinin tərkibində fəaliyyət göstərən Həkim-psixiatrik komissiyasının üzvü kimi (2010-2017-ci illər ərzində) dövri olaraq çəzaçəkmə müəssisəsində aparılan kütləvi müayinələrdə iştirak etmiş, psixiatrik müalicəyə ehtiyacı olan məhkumların müəyyən edilərək müalicəyə cəlb edilməsi və ağır ruhi xəstəliyə düçar olmuş məhkumların Tibb baş idarəsinin Xüsusi Həkim Ekspert Komissiyasına şəhadətləndirilməyə təqdim edilməsi üzrə işləri bir müddət icra etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 34-cü bölməsindən də müəyyən olunur ki, bu hüquq penitensiar müəssisələrdə mülki işlərdə işləmiş tibb işçilərinə şamil edilir. Penitensiar müəssisələrdə saxlanılan məhkumlara və təqsirləndirilən şəxslərə tibbi xidmət göstərən əməkdaşların fəaliyyəti ilə Poliklinikada çalışan əməkdaşların fəaliyyəti və buranın rejimləri tam fərqlidir. İddiaçı baş idarəni hərəkətsizlikdə ittiham etsə də, müraciəti ilə əlaqədar baş idarədə bir neçə dəfə qəbul olunmuş, məktubla ünvanına ətraflı məlumat göndərilmiş, normativ hüquqi aktlara və sadalanan digər məqamlara istinad olunaraq həmin arayışın tərtib olunmasının mümkün olmadığı bildirilmişdir. Beləliklə, İddiaçı yuxarıda göstərilən halları nəzərə almadan qulluq illərinin güzəştli hesablanmalı olduğunu iddia etməsi doğru deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia mümkünlük tələblərinə cavab vermir. Belə ki, işdə olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1994-cü ildə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin poliklinikasının həkimpsixiatrı vəzifəsinə təyin edilmiş, xx.xx.2004-cü ildə Ədliyyə Nazirliyi üzrə xx.xx.2004-cü il tarixli 18-T nömrəli əmrlə penitensiar sistemin tibb xidməti Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin tərkibindən çıxarılmış və onun bazasında Ədliyyə Nazirliyinin müstəqil Tibb İdarəsi yaradılmış, iddiaçı xx.xx.2007-ci ildə Tibb baş idarəsi Poliklinikasının həkim-psixiatr vəzifəsi üzrə fəaliyyəti təmin etmək məqsədilə müvəqqəti olaraq həmin vəzifəyə təyin edilmiş, xx.xx.2017-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 34-cü bəndinə əsasən penitensiar müəssisələrdə mülki işlər - ümumi təhsil və peşə təhsili müəssisələrinin işçiləri, komendant, tibb işçiləri, əməyin təşkili və əmək haqqı şöbəsinin (hissəsinin) işçiləri, maddi-texniki təchizat şöbəsinin (hissəsinin) işçiləri, texniki nəzarət şöbəsinin (hissəsinin) işçiləri, təhlükəsizlik texnikası üzrə mütəxəssis, mətbəx müdiri və istehsalat sexlərinin (sahələrinin) işçiləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İddiaçı hazırda bu normalara istinadən işlədiyi poliklinikanın həkim-psixiatrı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 34-cü bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifəyə aid olduğunu iddia edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, inzibati orqanın bilavasitə dövlət qulluqçusu və hərbi qulluqçularla xidməti münasibətləri publik hüquq xarakterlidir, həmin statusda olan şəxslərlə münasibətdə inzibati orqan inzibati fəaliyyəti həyata keçirdiyindən bu münasibətlərdən yaranan mübahisələr inzibati məhkəmə icraatında baxılır. Qeyd edilən tələb istər hakimiyyət-tabeçilik prinsipi əsasında təşkil edilən hüquq münasibətlərinin xarakteri, inzibati qanunvericiliyin mahiyyətindən, istərsə də İnzibati Prosessual Məcəllənin hakimlər, dövlət qulluqçuları və hərbi qulluqçuları nəzərdə tutan 8.1.3-cü maddəsindən irəli gəlir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Həmin Qanunun 24.2-ci maddəsinə görə tibb xidmətinin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara və mülki işçilərə bölünür. İşdən görünür ki, iddiaçı 1994-2017-ci illərdə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin poliklinikasında, daha sonra isə Tibb baş idarəsi Poliklinikasının həkim-psixiatr vəzifəsində işləmiş, onun xüsusi rütbəsi olmamış, mülki işçi olmuş, onunla cavabdeh arasında xidməti münasibət mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının işlədiyi dövr üzrə güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış verilməsi ilə bağlı cavabdehlə arasında yaranan hazırkı mübahisə də inzibati mübahisə hesab edilə və bu tələbə inzibati qaydada baxıla bilməz. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 18-ci bəndinə əsasən məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlində göstərilmişdir ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq əmək münasibətlərindən irəli gələn tələblərə ümumi məhkəmələr baxır. Beləliklə, hazırkı mübahisə predmet baxımından əmək hüquq münasibətlərindən yarandığından və hüquq münasibətlərinin xarakterinə görə inzibati mübahisə hesab olunmadığından inzibati məhkəmə icraatı qaydasında baxılaraq qiymət verilməsi mümkün deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərarın 15.2-ci bəndi). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərarın 15.3-cü bəndi). Qeyd edilənlərə əsasən məhkəmə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah edir ki, iddiaçının hazırkı tələblə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. O da qeyd edilməlidir ki, iddia ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Məhkəmə iddiaçıya izah edir ki, o, arzuladığı məqsədə çatmaq üçün əmək fəaliyyətini təsdiq edən sənədləri (əmək kitabçası və sair) təqdim etməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana müraciət edə, imtina cavabı verildikdə müvafiq tələblə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-14883/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14883/2023
18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver