Məhkəmə qərarları › İş №2-1(112)-1489/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1489/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1489/2023 28.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “inzibati orqanın 24 fevral 2022-ci il tarixli 01/996 saylı imtina məktubunun qeyri-qanuni hesab edilməklə iddiaçının mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 Üzrə Dövlət Komitəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq inzibati orqanın 24 fevral 2022-ci il tarixli 01/996 saylı imtina məktubunun qeyri-qanuni hesab edilməklə iddiaçının və ailə üzvlərinin (bir nəfər) mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, o, 5 övladı ilə birlikdə 1992-ci il tarixdən Xocalı rayonundan məcburi köçkün olaraq Bakı şəhərində məskunlaşmışdır. Uzun müddətdir ki, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, bina 37 ünvanında yerləşən yarımçıq tikilidə 4 metr uzunu 2,5 metr eni olan 2 otaqlı mənzildə qeyri-insani şəraitdə yaşamışdır. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın çox hissəsi özümüzə qayıtsada Xocalı və digər yaşayış məntəqələri hələ də düşmən əlindədir. O, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə ailə üzvləri ilə birlikdə evlə təmin edilməsini xahiş etsə də onlar müxtəlif bəhanələrlə bundan imtina edirlər. Onun ailənin mənzil şəraitinin yaxşılaşdırılması və ya evlə təmin edilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə məktubla müraciət etmişdir, lakin sözügedən idarədən 24 fevral 2022-ci il tarixdə 01/996 saylı imtina məktubu almışdır. İmtina məktubunda göstərilmişdir ki, 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın müddət ərizində işğal altında saxlanılmış ərazilər düşmən tapdağından azad edilmiş və məcburi köçkünlərin öz ata-baba yurdlarına Böyük Qayıdışına şərait yaranmışdır ki, hazırda həmin ərazilərdə geniş tikinti, quruculuq və bərpa işləri aparılmaqdadır. Bu səbəbdən Bakı şəhərində, o cümlədən respublikanın müxtəlif ərazilərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması məqsədilə yeni yaşayış sahələrinin tikintisi dayandırılmışdır. Eyni zamanda, Komitənin balansında olan mənzil fondundakı bütün yaşayış sahələri ehtiyacı olan məcburi köçkün ailələrinə paylanmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı '‘mənzillə təmin olunma" tələbi ilə bağlı Komitəyə daxil olmuş müraciəti Komitənin 01/996 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, 44 günlük vətən müharibəsi nəticəsində 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılmış ərazilər düşmən tapdağından azad edilmiş və məcburi köçkünlərin öz ata-baba yurdlarına Böyük Qayıdışına şərait yaranmışdır ki, hazırda həmin ərazilərdə geniş tikinti quruculuq və bərpa işləri aparılmaqdadır. Bu səbəbdən Bakı şəhərində, o cümlədən respublikanın müxtəlif ərazilərində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə yeni yaşayış sahələrinin tikintisi dayandırılmışdır. Eyni zamanda Komitənin balansında olan mənzil fondundakı bütün yaşayış sahələri ehtiyacı olan məcburi köçkün ailələrinə paylanmışdır. Ölkə rəhbərliyinin tapşırığına əsasən, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə, qeydiyyatda olduqları şəhər və rayonlar üzrə onlar üçün mərhələli şəkildə tikiləcək yeni evlərlə təmin olunacaqları nəzərdə tutulmuşdur. Komitənin 01/996 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda da qeyd olunduğu kimi Bakı şəhərində, o cümlədən respublikanın müxtəlif ərazilərində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə yeni yaşayış sahələrinin tikintisi dayandırılmışdır. Hazırda Komitənin balansında bos mənzil fondu olmadığından iddiaçının mənzillə təmin olunması Komitənin imkanı xaricindədir. Hazırda işğaldan azad olunmuş ərazilərin dirçəlişi istiqamətində aparılan quruculuq, bərpa və yenidənqurma işləri davam etdirilir. Bu ərazilərə məcburi köçkünlərin qayıdışı, habelə həmin ərazilərdə məskunlaşmanın meyar və şərtləri bu sahədə qəbul ediləcək normativ hüquqi sənədlər əsasında tənzimlənəcəkdir. Odur ki, iddiaçının işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırılmasına və yaşayış sahəsi ilə təmin edilməsinə qayıdışla əlaqədar qəbul olunacaq müvafiq normativ sənədlərə uyqun olaraq baxılacaqdır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа gəlməmişlər. Cavabdeh bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iddiaçının çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, iddia tələbinə etirazı nəzərdən keçirərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hesab edir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iddia tələbini təsdiq edən sübut qismində iddiaçı məhkəməyə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi, AA 269369 saylı məcburi köçkün vəsiqəsi, cavabdehin xx/xx/2022-ci il tarixli 01/996 saylı imtina məktubu, ailə üzvlərinin şəxsiyyət vəsiqəsini, məcburi köçkün vəsiqəsinin surətlərini təqdim etmişdir. Məhkəmə qeyd edilən sənədlərdən müəyyən etmişdir ki, iddiaçı məcburi köçkündür və ailə üzvlərinin sayına görə mənzil verilməsini cavabdehdən tələb etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzilməişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır, Əsasnamənin 2.3-cü bəndinə əsasən Komitənin əsas vəzifələrinə qaçqınlar və məcburi köçkünlər üçün mənzil və sosial obyektlərin təmir-tikinti işlərinin aparılmasını və tikinti obyektlərinin müvafiq layihə-smeta sənədləri ilə təminatını təşkil etmək daxildir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikasında məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin məskunlaşdırılması, sosial müdafiəsi tədbirlərini və bununla əlaqədar dövlət orqanlarının vəzifələrini müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Ermənistan Respublikasında və başqa dövlətlərdə aparılan etnik təmizləmə nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş və daimi məskunlaşmamış şəxslər məcburi köçkünlərə bərabər tutulurlar. Həmin Qanunun 3-cü maddəsinə görə, bu Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 107-ci maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən, məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. Həmin Qaydanın 1.3-cü maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib və təsdiq etmiş müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri məsuliyyət daşıyırlar. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: 2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə; 2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə Qeyd edilmiş qanunvericiliyin tələblərinə əsasən məcburi köşkünlərin yeni yaşayış sahəsində müvəqqəti yerləşdirilməsi cavabdeh -inzibati orqanın yaratdığı komissiya tərəfindən mərhələli şəkildə 2017-ci ildə başlayaraq həyata keçirilir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı onu yaşayış sahəsi ilə təmin edilməsi barədə ərizəsi ilə cavabdehə ilkin olaraq 2022-ci ilin fevral ayında müraciət etmişdir. İddiaçı müvəqqəti məskunlaşdığı iki otaqlı mənzildə hal-hazırda iki nəfər ailə tərkibi ilə: özü və qızı yaşayır, digər ailə üzvləri isə müvəqqəti yaşayış sahələri ilə təmin olunmuşlar.Belə ki, iddia ərizəsində və iddiaçının məhkəmə iclasında verdiyi izahatında göstərilmişdir ki, iddiaçı 5 övladı ilə birlikdə ünvan 1 ünvanda yerləşən yarımçıq tikilidə 4 metr uzunluğu, 2.5 metr eni olan 2 otaqlı mənzildə qeyri- insani şəraitində yaşamışdır. İş materiallarına əlavə edilmiş cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 01/996-ci nömrəli məktubunda bildirilmişdir ki, Sizin, Azərbaycan Rspublikası Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin sədrinə ünvanlanmış müraciətinə aidiyyəti üzrə Komitənin tərkibində fəaliyyət göstərən xüsusi komissiyada baxılmışdır. Müraciətinizlə bağlı bildiririk ki, 44 günlük vətən müharibəsi nəticəsində 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılmış ərazilər düşmən tapdagından azad edilmiş və məcburi köçkünlərin öz ata-baba yurdlarına Böyük Qayıdışına şərait yaranmışdır ki, hazırda həmin ərzilərdə geniş tikinti quruculuq və bərpa işləri aparılmaqdadır. Bu səbəbdən Bakı şəhərində, o cümlədən respublikanın müxtəlif ərazilərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması məqsədilə yeni yaşayış sahələrinin tikintisi dayandırılmışdır. Eyni zamanda bildiririk ki, Komitənin balansında olan mənzil fondundakı bütün yaşayış sahələri ehtiyacı olan məcburi köşkün ailələrinə paylanılmışdır. Ölkə rəhbərliyinin tapşırığına əsasən, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə qeydiyyatda olduqları şəhər və rayonlar üzrə onlar üçün mərhələli şəkildə tikiləcək yeni evlərlə təmin olunacaqları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X1 İşləri üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı 15 mart 2023-cü il 3-36/2-686/2023 nömrəli məktubunda bildirmişdir ki, Xankəndi kəndindən məcburi köşkün İddiaçı ailə üzvləri ilə birgə məcburi köşkünlərin sıx məskunlaşma obyekti olan Nərimanov rayonu, Koroğlu Rəhimov 824/835ci məhəllədə yerləşən Tikintisi yarımçıq qalmış doğun evində müvəqqəti məskunlaşmışdır. Məcburi köçkün İddiaçı 2019-cu ildə müraciət ərizəsi daxil olmamışdır. M. Rzayevanın 2022-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park 3 “ yaşayış kompleksində 2 otaqlı mənzillə təmin olunması ilə bağlı Komitəyə eyni mahiyyətli müraciətləri daxil olmuşdur. İddiaçı müraciətləri ilə bağlı Komitənin boş mənzil fondunun olmadığının, həmçinin hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı profilaktik təhlükəsizlik tədbirləri həyata keçirildiyinin və növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlər kimi, onların da ailə üzvləri ilə birgə uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək öz doğma ata-baba yurdlarına köçürəcəkləri ilə bağlı ərizələrinə müvafiq cavab verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən, ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti; Həmin Qanunun 2.0.6-cı maddəsinə uyğun olaraq, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin hazırda iddiaçının yaşayış sahəsi ilə təmin etmək imkanı yoxdur. Məhkəmə hazırkı vəziyyətdə cavabdehin iddiaçını yaşayış sahəsi ilə təmin etmək imkana malik olmasını müəyyən etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli 01/996-ci nömrəli imtina məktubunda iddiaçını yaşayış sahəsi ilə təmin etməkdən imtina etməmiş, müvafiq şərait yaranacağı təqdirdə iddiaçının yaşayış sahəsi ilə təmin olunacağı bildirmişdir. Belə ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 16 noyabr 2022-ci il tarixli, 3587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramının 2.2.1-ci bəndinə əsasən yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlərin görülməsi: 2022-2026- ci illərdə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərətr və Xocalı rayonlarda 34500 mənzilin və fərdi evin inşası nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin hal- hazırda balansında boş yaşayış sahəsi olmadığından, iddiaçının və ailə üzvlərinin (bir nəfər) yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyula bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “inzibati orqanın 24 fevral 2022-ci il tarixli 01/996 saylı imtina məktubunun qeyri-qanuni hesab edilməklə iddiaçının və ailə üzvlərinin (bir nəfər) mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasina Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar