Məhkəmə qərarları › İş №2-1(112)-14897/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14897/2023

03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14897/2023 03.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “vəzifəli şəxslərin cinayət faktlarının araşdırılması və tədbir görülməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 14.3, 33-cü maddəsinə, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə haqqında Qanununun 11-1.8, Azərbaycan Respublikasının Prokurorluq haqqında Qanunun 4-cü, 5-ci, 6-cı, 11-1-ci, 17-ci, 18-ci, 20-ci, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 5-ci maddəsinin cinayət-prosessual qanunvericiliyin xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər barəsində qüvvəsi maddələrinin tələblərinə uyğun cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, işləyən işçilərdən iqtisadi cinayətlər, mürəkkəb dələduzluq, rüşvətxorluq, korrupsiya transmilli cinayətkarlıq yolu ilə əmək haqqından qanunsuz vergi tutulmaları barədə cinayətlərində iştirakla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və X1 Azərbaycan Respublikasındakı səfirliyinin vəzifəli şəxslərinin cinayət faktlarının araşdırılması və tədbir görülməsi üçün inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və X1 Azərbaycan Respublikasındakı səfirliyinin (eyni zamanda xarici ölkə nümayəndəlikləri və səfirliklərində) işləyən işçilərdən əmək haqqından qanunsuz vergi tutulmaları barədə şikayət ərizəsini 14 iyun 2023-cü il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə etibarnamə əsasında qardaşı X3 göndərmişdir. Etibarnamə əsasında nümayəndəsi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gedərkən şikayətinin onlarda olmadığı bildirilmişdir. Poçt idarələri ilə araşdırıldıqda məlum olmuşdur ki, şikayət məktubu səhvən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğu 3 gün ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərməli olsa da, göndərilməmişdir. Bu günə kimi cavabdeh Baş Prokurorluqdan şikayətin araşdırılmasına, sifarişçi, icraçılar barədə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə haqqında Qanunun, Azərbaycan Respublikasının Prokurorluq haqqında Qanunun 4-cü, 11-1-ci maddələrinin tələblərinə əsasən tədbir görülməsi üçün müvafiq göstəriş verməklə bağlı hər hansı hərəkət barədə məlumat yoxdur. xx.xx.2015-ci il tarixdə X1 Azərbaycan Respublikasındakı səfirliyində 207PSA-15-0040 saylı şəxsi xidmətlər müqaviləsi ilə əmək fəaliyyətinə başlamışdır. xx.xx.2022-ci il tarixdə qərəzli və sifarişlə diskriminasiya cinayətləri ilə işdən azad edilmişdir. İşlədiyi dövrdə dəfələrlə əmək haqqından qanunsuz tutulan vergi ödəmələri ilə bağlı etdiyi müraciətlərə X1 Azərbaycan Respublikasındakı səfirliyi 2 məktubla cavab vermişdir. 16 may 2019-cu il tarixli məktubla gəlir vergisi ödənilməzdən əvvəl aldığı illik əmək haqqının 18145.0 (on səkkiz min yüz qırx beş) ABŞ dollar olduğu və 15 oktyabr 2019-cu il tarixli məktubda isə 01 yanvar 2019-cu il tarixdən 30 sentyabr 2019-cu il tarixədək X1 Azərbaycan Respublikasındakı səfirliyinin Vergilər Nazirliyinə onun adından 3837.84 (üç min səkkiz yüz otuz yeddi manat səksən dörd qəpik) Azərbaycan manatı, 2257.55 (iki min iki yüz əlli yeddi dollar 55 sent) ABŞ dolları ekvivalenti məbləğ ödənildiyi bildirilmişdir. Azərbaycan Respublikasınının Milli Məclisinə 9 fevral 2020-ci il tarixdə keçirilən seçkilərdə namizəd kimi qeydə alınandan sonra, səfirliyin 2 vəzifəli şəxsi əmək haqqından tutulan qanunsuz vergi ödəmələri barədə danışmamağını, bu məsələlərə qarışmamağı bildirərək hədə-qorxu gəlmişlər. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yazdığı şikayətlərə 02 oktyabr 2019-cu il tarixli **********7177900 saylı məktubla cavab olaraq bunları bildirmişdir: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır. “Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyridövlət sektorunun meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş, həmin meyarlara əsasən xarici ölkələrin Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirlikləri muzdlu işlə əlaqədar gəlirdən gəlir vergisini güzəştli dərəcələrlə hesablayan vergi ödəyicilərinə aid edilməmişdir. Qeyd olunanlara əsasən xarici ölkələrin Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirliklərində əmək müqaviləsi əsasında işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqları isə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.3-cü maddəsinə əsasən hesablanır. Qeyd olunanlar Vergi Məcəlləsinin 101.1-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli qərarı ilə tənzimlənir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqlarının hesablanması və ödənilməsinə nəzarət Vergi orqanına həvalə olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikasınının Mərkəzi Seçki Komissiyasına yazdığı Azərbaycan Respublikasınının Milli Məclisinə 09 fevral 2020-ci il tarixdə keçirilən seçkilərdə iştirak etdiyi üçün Azərbaycan Respublikasınının Seçki Məcəlləsinin 70.1-ci maddəsinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 02 oktyabr 2019-cu il tarixli **********7177900 saylı “Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunun meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş həmin meyarlara əsasən xarici ölkələrin Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirlikləri muzdlu işlə əlaqədar gəlirdən gəlir vergisini güzəştli dərəcələrlə hesablayan vergi ödəyicilərinə aid edilməməsi barədə məktubuna əsasən seçkilərdə iştirak etdiyi dövr üçün orta aylıq əmək haqqı ödənilməsi barədə məktubuna 16 mart 2020-ci il tarixli xx/xx-1022 saylı məktubla imtina edir. X1 Azərbaycan Respublikasındakı səfirliyində işlədiyi 78 ay dövr ərzində aldığı əmək haqqına münasibətdə təxminən 15000 ABŞ (on beş min) dollar qanunsuz vergi tutulmaları aparılmışdır. Xarici ölkə nümayəndəlikləri və səfirliklərində minlərlə işçidən əmək haqqından qanunsuz vergi tutulmaları yüz milyonlarla vəsait edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və X1 Azərbaycan Respublikasındakı səfirliyinin (eyni zamanda xarici ölkə nümayəndəlikləri və səfirliklərində) işləyən işçilərdən iqtisadi cinayətlər, mürəkkəb dələduzluq, rüşvətxorluq, korrupsiya transmilli cinayətkarlığının sübutudur. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu Prokurorluq haqqında Azərbaycan Respublikası Qanununun 4-cü, 5-ci, 6-cı, 11-1-ci, 17-ci, 18-ci, 20-ci maddələrinə əməl etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi hər kəsin öz hüquq və azadlıqlarını məhkəmələrdə müdafiə etməsinə zəmanət verir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım barədə məktub göndərilərək iddia tələbinin aydın olmadığı bildirilmişdir. Müvafiq ərizə ilə cinayət prosesini həyata keçirən orqanlara müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbinin dəyişdirilməsi barədə ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçının nümayəndəsi X3 xx.xx.2023-cü il tarixli şikayət ərizəsi ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək bildirmişdir ki, qardaşı İddiaçı xx.xx.2015-ci il tarixdə X1 Azərbaycan Respublikasındakı səfirliyində 207PSA-15-0040 saylı müqavilə ilə əmək fəaliyyətinə başlamışdır. xx.xx.2022-ci il tarixdə qərəzli və sifarişlə işdən azad edilmişdir. İşlədiyi dövrdə dəfələrlə əmək haqqından qanunsuz tutulan vergi ödəmələri ilə bağlı etdiyi müraciətlərə səfirlik cavab verməmiş, əvəzində bu məsələlərə qarışmamağı bildirərək hədə-qorxu gəlmişlər. Vergilər Nazirliyi mücərrəd cavablarla məsuliyyəti üstündən atmışdır. İşlədiyi 78 ay dövr ərzində aldığı əmək haqqına münasibətdə 15000 ABŞ (on beş min) dolları qanunsuz vergi tutulmaları aparılmışdır. Xarici ölkə nümayəndəlikləri və səfirliklərində minlərlə işçidən əmək haqqından qanunsuz vergi tutulmaları yüz milyonlarla vəsait edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və X1 Azərbaycan Respublikasındakı səfirliyinin (eyni zamanda xarici ölkə nümayəndəlikləri və səfirliklərində) işləyən işçilərdən əmək haqqından qanunsuz vergi tutulmaları barədə şikayəti araşdırılması, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə haqqında Qanununun, Azərbaycan Respublikasının Prokurorluq haqqında Qanununun 4-cü, 11-1-ci maddələrinin tələblərinə əsasən tədbir görülməsi üçün müvafiq göstərişin verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış **********118700 saylı xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, xarici ölkə səfirliyində çalışan və ya xarici ölkə səfirliyində xidmət müqaviləsi əsasında xidmət göstərən Azərbaycan Respublikasının vətəndaşlarının əldə etdiyi gəlirlərinin vergidən azad olunması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Buna əsasən xarici ölkənin Azərbaycan Respublikasının ərazində yerləşən səfirliyində göstərilən xidmətlərdən əldə olunan gəlirlər Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada vergiyə cəlb olunur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış **********015600 saylı xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, Vergi Məcəlləsinin 01 yanvar 2019-cu ildən qüvvəyə minmiş 101.1-4-cü maddəsinə əsasən Vergi Məcəlləsinin məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Buna əsasən neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra sorğuda qaldırılan məsələ barədə məlumat veriləcəkdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən İddiaçı ünvanlanmış **********956100 saylı xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, Vergi Məcəlləsinin 150.3.3.3 maddəsinə əsasən əlavə dəyər vergi və sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla, muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan vergilər barədə müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyi) müəyyən etdiyi formada bəyannaməni vergi orqanına təqdim etməlidir. Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsində yerli işçilər barədə məlumatların (işçinin soyadı, adı, atasının adı, gəlir məbləği, vergi məbləği) qeyd olunması nəzərdə tutulmamışdır. X1 Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən 2015-ci ildən 2019-cu ilin ötən dövrünədək qanunvericilikdə nəzərdə tutulmuş qaydada muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim edilmişdir. Müvafiq məlumatın alınması məqsədi ilə X1 Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət etmək tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış **********717900 saylı xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, gəlir vergisi üzrə güzəştin tətbiqi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış və həmin Nazirliyin xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubu ilə aidiyyəti üzrə Vergilər Nazirliyinə göndərilmiş xx.xx.2019-cu il tarixli, o cümlədən Vergilər Nazirliyinə daxil olmuş eyni məzmunlu xx.xx.2019-cu il tarixli sorğulara baxılmışdır. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır. “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin meyarlara əsasən xarici ölkələrin Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirlikləri muzdlu işlə əlaqədar gəlirdən gəlir vergisini güzəştli dərəcələrlə hesablayan vergi ödəyicilərinə aid edilməmişdir. Qeyd olunanlara əsasən xarici ölkələrin Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirliklərində əmək müqaviləsi əsasında işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqları isə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.3-cü maddəsinə əsasən hesablanır. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 101-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə tənzimlənir. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən İddiaçı ünvanlanmış xx/xx-1022 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsasən seçkilərdə iştirak etdiyi dövr üçün orta aylıq əmək haqqı ödənilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 mart 2020-ci il tarixli müraciətə baxılmışdır. Seçki Məcəlləsinin 69.2-ci maddəsində göstərilir ki, dövlət orqanlarında işləyən və ya bələdiyyə qulluğunda olan və ya kütləvi informasiya vasitələrində əmək və mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri seçki (referendum) kompaniyasında iştirak etdikləri müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar (bu qayda Azərbaycan Respublikası Prezidentinə, Milli Məclisin deputatlarına və bələdiyyə üzvlərinə şamil edilmir), müvafiq əmrin (sərəncamın) təsdiq edilmiş surətini qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim edirlər; onlar öz vəzifə və xidməti mövqeyindən imtiyaz qazanmaq və üstünlük əldə etmək məqsədi ilə istifadə edə bilməzlər. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə qeydə alınmış namizədin işlədiyi, qulluq etdiyi, oxuduğu, hərbi xidmətdə olduğu və ya hərbi xidmət keçdiyi dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının müdiriyyəti, hərbi hissənin komandiri müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində və ya raportunda göstərilən müddət üçün onu işdən, tədrisdən, xidmətdən ödənilməyən məzuniyyət verilməsi əsasında istənilən gün və vaxt azad etməlidir. İşdən, tədrisdən, xidmətdən azad olunduğu halda, müvafiq seçki komissiyası seçkilərin hazırlanması və keçirilməsi üçün büdcədən ayrılmış vəsait hesabına namizədə onun orta aylıq əməkhaqqı (təqaüdü) məbləğində, lakin qanunla müəyyənləşdirilmiş minimum əmək haqqının 20 mislindən çox olmayan haqq ödəməlidir. Göstərilənlərdən müəyyən edilir ki, Seçki Məcəlləsinin 70.1-ci maddəsinin tələbləri yalnız işlədiyi, qulluq etdiyi, oxuduğu, hərbi xidmətdə olduğu və ya hərbi xidmət keçdiyi dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanında çalışan qeydə alınmış namizədlərə şamil edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən İddiaçı ünvanlanmış DA01/02-05-644 saylı xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, işçinin əmək haqqısından gəlir vergisinin tutulması və ödənilməsi işəgötürən tərəfindən aparılır. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2015 – xx.xx.20190-cu il tarixədək olan dövr üzrə əmək haqqından tutulmuş gəlir vergisi məbləği barədə məlumatların əldə edilməsi üçün işəgötürənə müraciət etmək məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən təqdim edilmiş 3-17-7/2-Q- 23720/2023 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Sığorta AS altsisteminə əsasən xx.xx.2006-cı il tarixindən etibarən sosial sığorta ödəyicisi kimi qeydiyyata alınmışdır və xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabında hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı əks olunmamışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 2-2-17/2-493/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, vətəndaş X2 Baş Prokurorluğa daxil olmuş müraciəti qardaşı İddiaçı əmək haqqından əsassız olaraq artıq məbləğdə vergi ödəmələrinin tutulması və Dövlət Vergi Xidməti tərəfindən tədbir görülməməsi barədə olduğundan aidiyyəti üzrə qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə deyil, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə uyğun olaraq müraciətdə göstərilmiş xüsusatların araşdırılması və nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi üçün bu sahədə nəzarət funksiyasını həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilmişdir. Həmin Qanunun 9.3.1-ci maddəsinə əsasən dövlət orqanında korrupsiya ilə əlaqədar hüquqpozma ilə bağlı xidməti araşdırma aparıldıqdan sonra cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə, müvafiq sənədlər həmin dövlət orqanı tərəfindən Baş Prokurorluğa xx.xx.2023-cü il tarixdə saat 10:15-ə təyin edilən məhkəmə iclasında qeyd olunan məsələyə iştirakı olmadan baxılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifat siyahısında mövcud deyildir və inzibati icraatı həyata keçirmək və inzibati akt qəbul etmək səlahiyyəti yoxdur. Bununla bağlı iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilərək cavabdeh qismində göstərilən Azərbaycan Respublikasının Prokurorluğunun məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan və Azərbaycan Respublikasının Baş Prokurorluğunun isə prokurorluğun mərkəzi aparatı olması, onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda nəzərdə tutulmadığı, qeyd olunan tələblə bağlı səmərəli hüquq müdafiə vasitəsi kimi məhkəmə nəzarəti funksiyasını həyata keçirən ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Müvafiq ərizə ilə cinayət prosesini həyata keçirən orqanlara müraciət etmək hüququnun olması izah edilmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya qanuna müvafiq qaydada ərizə ilə cinayət prosesini həyata keçirən orqanlara müraciət etmək hüququnun olması izah edilsin. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar