Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1490/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N fevral N0N3-cü il tarixli 43 saylı əmrdə dəyişiklik edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş N fevral N0N3-cü il tarixli N nömrəli əmrinin “İddiaçı yaşa görə istefaya buraxılması" hissəsinin ‘'xəstəliyə görə istefaya buraxılmasına" dəyişməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə görə, İddiaçı xx.xx.197N-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuşdur. xx.xx.N003-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək Azərbaycan Respbublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət çavuş hərbi qulluqçu kimi ordu sıralarında xidmət etmişdir. N nömrəli hərbi hissənin N fevral N0N3-cü il tarixli 43 saylı əmri ilə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) istefaya buraxıldığına görə işlərini və vəzifəsini təhvil verməklə şəxsi heyətin siyahısından, bütün nöm təminatdan çıxarılaraq qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinə göndərilmişdir. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası “xəstəlik haqqında” 13161 nömrəli, 05 noyabr N0NN-ci il tarixli şəhadətnaməsi ilə “İnsulindənasılı olmayan şəkərli diabet tip-N, orta ağır dərəcə, subkompensasiya mərhələsində, neyrosirkıdyator asteniya kardial tip ürək ritminin mədəcik ekstrasistoliyası tipli pozulması ilə, hər iki gözün sadə miooik astiqmatizmi, Em və Ml.OD, nonproliferativ diabetik rentinopatiyası nəticəsində görmə itiliyinin 0,4-qədər azalması, korreksiyası ilə 0,9 olmaqla, vertebrogen mənşəli lyumbalgiya, remissiya mərhələsində, diabetik polineyropatiya, sol aşağı ətrafın dərialtı venaların, varikoz genişlənməsi, ikincili hissəvi adentiya" diaqnozlarının hərbi xidmət dövründə alınması öz təsdiqinin tapmışdır. İddiaçının hərbi xidmət dövründə aldığı xəstəliklərin olmasına baxmayaraq cavabdeh inzibati orqan N fevral N0N3-cü il tarixli əmrdə İddiaçı hərbi qulluqçu kimi xəstəliyə görə deyil, yaşa görə hərbi qulluqdan stefaya göndərilməsinə dair qanunsuz və əsassız akt qəbul etmişdir. Cavabdeh xx.xx.N0N4-cü il tarixli N0N6 nömrəli məktubuna əlavə olunmuş etirazda qeyd etmişdir ki, N nömrəli hərbi hissənin komandiri və onun qanuni nümayəndəsi N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi qulluqçusu çavuş İddiaçı (N nömrəli hərbi hissə komandirinin N nömrəli N fevral N0N3-cü il tarixli əmrində yaşa görə istefaya buraxılması” hissəsinin “xəstəliyə görə istefaya buraxılmasının” dəyişməyə dair “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinin (yaşa görə) mətninə uyğundur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinin (yaşa görə) ehtiyata buraxılması haqqındda iddia ərizəsinə əsasən qeyd olunmalıdır ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinin (yaşa görə) N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli 07 əç əmrinə əsasən ehtiyata buraxılmışdır. Sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı xx.xx.N0NN-ci il tarixli 13161 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə yararlı qeyd olunmuşdur. Lakin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinə əsasən xəstəliyə görə hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi uçotdan çıxarıldıqda qeyd olunmuşdur. Bu səbəbdən sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə əsasən yaşa görə ehtiyyatda olmağın son yaş həddinə çatdıqda maddəsinə əsasən ehtiyata buraxılmışdır. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-10158/N0N4 nömrəli, xx.xx.N0N4-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə, cavabdeh Müdafiə Nazirliyinə qarşı “cavabdehin N fevral N0N3-cü il tarixli 43 saylı əmrinin “İddiaçı yaşa görə istefaya buraxılması” hissəsinin “xəstəliyə görə istefaya buraxılması”na dəyişdirilməsinə dair qərar qəbul edilməsi” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat vermiş və məhkəmənin mülahizəsinə uyğun qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: 05 noyabr N0NN-ci il tarixli, 13161 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərara "Xəstəliklər cədvəli"nin 13b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən iddiaçı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə yararlı hesab olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N fevral N0N3-cü il tarixli, N nömrəli əmrinə əsasən X1 Gözətçi Gəmisinin (G130) elektromexanika döyüş hissəsinin manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə istefaya buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N0N3-cü ilin hesabından 80 (səksən) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə, 04 may N0N3-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan (14 fevral N0N3-cü il tarixdən Gözətçi Gəmisinin (G130) qazan təminatından) çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinə göndərilmişdir. 10 yanvar N0N5-ci il tarixli, 148 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərara “Xəstəliklər cədvəli”nin 13a maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən iddiaçı həm dinc dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunmuşdur. Həmin qərara əsasən təsdiq edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli 13161 nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə işin faktiki hallarına aşağıda göstərilən qanunvericilik normalarının tərbiqi baxımından hüquqi qiymət verərək iddia tələbinin əsassız olduğunu hesab edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən: 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 1.N. Səfərbərlik üzrə hərbi vəzifələrin yerinə yetirilməsi məsələləri “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə görə:
1. Bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. N. Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.
157. Hərbi qulluqçular həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: a) yaşa görə — ehtiyatda olmağın son yaş həddinə çatdıqda; b) xəstəliyə görə - hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə əsasən: 1.1. Bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq həkim-mütəxəssislər, zərurət olduğu halda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. Hərbi qulluqçunun hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar bu Əsasnamənin N.6-cı bəndinə uyğun olaraq çıxarılır. (-) 5.6. “Xəstəliklər cədvəli”nin İİİ qrafası üzrə şəhadətləndirilən hərbi qulluqçular hərbi xidmətdən buraxılarkən, onlara xəstəliyə görə məzuniyyət verilməsi haqqında qərar çıxarılmır. “Xəstəliklər cədvəli”nin İİİ qrafası üzrə şəhadətləndirilən hərbi qulluqçunun “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edildiyi və hərbi xidmətdən buraxılmanın rəsmiləşdirilməsi dövründə hərbi xidmət vəzifələrini sağlamlıq vəziyyətinə görə icra edə bilmədiyi halda, hərbi-həkim komissiyası hərbi xidmətə yararsızlıq haqqında qərarla yanaşı, eyni zamanda, onun hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılanadək olan müddətə azad edilməsinin zəruriliyi haqqında qərar çıxarır. (-) 8.3. “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A” — hərbi xidmətə yararlıdır; “B” — sıradankənar hərbi xidmətə yararlıdır; “C” — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç” — hərbi xidmətə müvəqqəti yararsızdır; “D” — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır; Məhkəmə hesab edir ki, hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılması məsələsi müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq tənzimlənir. Hərbi xidmətə xəstəliyə görə istefaya buraxılma meyarları qanunvericilikdə açıq şəkildə müəyyən edilmişdir və bu proses konkret hüquqi prosedurlara əsaslanır. Xüsusilə, ehtiyatda olmağın son yaş həddinə çatdıqda hərbi qulluqçular yaşa görə istefaya buraxılır, həm sülh, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edildikdə isə xəstəliyə görə istefaya buraxılmaları nəzərdə tutulur. Bu kontekstdə, şəxsin hərbi xidmətə yararsız hesab edilməsi hüquqi baxımdan bilavasitə hərbi-həkim komissiyasının səlahiyyətinə aid məsələdir. Hərbi qulluqçunun xəstəliyə görə istefaya buraxılması üçün onun sağlamlığının hərbi xidmətin davam etdirilməsinə imkan vermədiyi məhz hərbi-həkim komissiyasının qərarı ilə təsdiq edilməlidir. Bu qərarın qanuni qüvvəsi vardır və müvafiq icra orqanları üçün məcburi xarakter daşıyır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının hazırkı iddiasının mahiyyəti, cavabdeh tərəfindən qəbul edilmiş əmrə əsasən yaşa görə deyil, xəstəliyə görə istefaya buraxılmasına nail olmaqdan ibarətdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilkin olaraq hərbi-həkim komissiyasının qərarı ilə şəhadətləndirilmiş və nəticədə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə yararlı hesab edilmişdir. Lakin daha sonra o, yenidən hərbi-həkim komissiyasından keçmiş, bu dəfə onun əvvəlki tibbi şəhadətləndirilməsinə dair akt hüquqi qüvvəsini itirmiş və nəticə etibarilə, onun həm dinc, həm də müharibə dövründə hərbi xidmətə tamamilə yararsız olduğu müəyyən olunmuşdur və yeni qərar əvvəlki qərarı əvəz etmişdir. Göründüyü kimi, iddiaçının həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməsi onun hərbi xidmətdən xəstəliyə görə istefaya buraxılması üçün hüquqi əsas yaradır. Bu halda, onun barəsində qəbul edilmiş əmrdə dəyişikliyin edilməsi hüquqi zərurətə çevrilir. Çünki qanunvericiliyin tələblərinə görə hərbi qulluqçunun istefaya buraxılma səbəbi onun sağlamlıq vəziyyətinə dair hüquqi qiymətləndirmənin nəticələrinə əsaslanmalıdır. Buna görə də, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçının hərbi xidmətdən xəstəliyə görə istefaya buraxılması faktına uyğun olaraq müvafiq əmrdə dəyişiklik aparmalıdır. İPM-in: N.N.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 5N-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.N-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.1N-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Cavabdehin N fevral N0N3-cü il tarixli 43 saylı əmrinin “İddiaçı yaşa görə istefaya buraxılması” hissəsi “İddiaçı xəstəliyə görə istefaya buraxılması”na dəyişdirilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X4.