Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14903/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı “qərarın ləğv edilməsi və d.” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı İddiaçı ASC-nin mülkiyyətindəki “Nissan Tiida” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə inzibati cərimələrin və dəbbə pullarının hesablanması, həmçinin avtomobilin üzərinə məhdudiyyətin qoyulması barədə qərarın ləğv edilməsi, “Nissan Tiida” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan inzibati cərimələrin və hesablanmış dəbbə pullarının avtomobilin istifadəçisi olmuş X1 adına dəyişdirilməsi, tətbiq edilmiş inzibati cərimələrin və hesablanmış dəbbə pullarının Anar Əhmədovdan tələb edilməsinin təmin edilməsi, eləcə də sözügedən avtomobilin üzərində olan inzibati cərimələr və hesablanmış dəbbə pulları silinməklə, avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 may 2022-ci il tarixli, SL-0143267-2022 saylı maliyyə lizinq müqaviləsinə əsasən 2012-ci il buraxılışlı, tünd albalı metallik rəngli, ban nömrəsi C11427469 olan, "Nissan Tiida“ minik markalı avtomobili "Kredit Evi“ ASC tərəfindən X1 istifadəsinə və sahibliyinə verilmiş, həmçinin avtomobil X1 idarəçiliyində olduğu dövrdə 24 noyabr 2022-ci. 04, 07, 09, 22, 30 mart, 01, 07, 09, 11, 12, 14, 24, 26, 27 aprel, 18, 19 may, 27, 29 iyun, 10, 12, 13, 15, 22, 30, 31 iyul, 02, 03, 06, 08, 10, 12, 13, 15 avqust və 29 dekabr 2023-cü ıl tarixlərdə Azərbaycan Respublikası İXM-nin 327-ci və 328-ci maddələrinin müxtəlif hissələri, həmçinin 346.1 və 332.3-cü maddələri ilə inzibati xətalar törədilmiş, buna görə də xəta törədən qeyd olunan maddələrlə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında elektron protokollar tərtib edilməklə EQ13364331, EQ13370978, EQ13411500, EQ********. EQ13439109, İXP5303541, İXP5321643, EQ13767233, EQ13868524, EQ13885138, EQ13912904, EQ13939501, EQ13964315, EQ13964316, EQ 14138373, EQ14172310, EQ14172345, EQ 14189820, EQ14543224, EQ14583701, EQ15345934, EQ 15371607, EQ15619058, EQ15663933, EQ15663948, EQ15663973, EQ15681425, EQ15683094, EQ 15724272, EQ 15991044, EQ 16025351, EQ 16057651, EQ16059112, EQ16108079, EQ 16108095, EQ 16108454, EQ 16140107, EQ 16140126, EQ 16174763, EQ16220702, EQ16235097, EQ 16277139 qərarlarla inzibati cərimə tənbehi tətbiq edilmiş, həmçinin İXP5059398, İXP5534409, İXP5563321, İXP5563335, İXP5563345, İXP5563351, 1XP5563360, İXP5563467, 1XP5563482, İXP5563498, İXP5931260, İXP5931272, İXP5931281, İXP5931291, İXP5931307, İXP5931314, İXP5931330, İXP5931347, İXP5931398, İXP593İ421, İXP5931470, İXP5931451, İXP5931436 saylı inzibati xəta haqqında protokollara əsasən xəta törədənin İXM-nin 529.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Lakin, tətbiq edilmiş inzibati cərimə və dəbbə pulları “Nissan Tuda” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi olmuş X1 adına deyil, məhz avtomobilin üzərinə qeyd edilmiş, həmçinin sonuncu tərəfindən törədilmiş inzibati xəta əməllərinə görə “Kredit Evi“ ASC-nin mülkiyyətindəki sözügedən avtomobilin saxlanılması barədə qərar qəbul edildiyi məlum olmuş, habelə məhdudiyyətin götürülməsi üçün avtomobilin üzərinə qoyulmuş cərimə və dəbbə pullarının nəqliyyat vasitəsinin sahibi olaraq ‘'Kredit Evi“ ASC tərəfindən ödənilməsi tələb edilmişdir. Nəzərə alınmalıdır ki, əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 161-ci maddəsi). Sahiblik mülkiyyət hüququnun institutlarından biridir. Mülkiyyət hüququ isə geniş anlayış olub, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İddiaçı ASC “Nissan Tuda” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi olsa da, başqa şəxsin təqsirli hərəkətləri nəticəsində onun əmlakının üzərinə məhdudiyyətin qoyulması təşkilatın mülkiyyətçi kimi hüquqlarını və mənafelərini pozmuş, habelə avtomobildən istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını məhdudlaşdırmışdır. Bu isə hazırkı məqamda yolverilməzdir. Eyni zamanda, avtomobilin mülkiyyətçisinin başqa şəxsin əvəzindən, onun törətdiyi inzibati xəta əməlinə görə inzibati cəriməni ödəmək öhdəliyi yoxdur və bununla bağlı Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyində hər hansı bir müddəa mövcud deyildir. Deməli, Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsində “nəqliyyat vasitəsi sahibi“ dedikdə, avtomobilin mülkiyyətçisi yox, ona faktik sahiblik edən istifadəçisi nəzərdə tutulur ki, məhz inzibati xəta haqqında qanunvericiliyin qeyd edilən norması həmin şəxsə münasibətdə cərimə ödənilmədikdə sonuncunun avtomobil üzərində hüquqlarının məhdudlaşdırılmasmı müəyyən edir. Bundan başqa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda “nəqliyyat vasitəsinin sahibi” ilə “nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan digər şəxs” anlayışları da fərdi şəkildə qeyd edilmişdir. Yəni, nəqliyyat vasitəsinin sahibi əşyaya faktik sahiblik edən şəxs, sərəncam vermək hüququ olan digər şəxs isə bu hüquqa malik mülkiyyətçidir. Bu mənada, mülkiyyətçi İddiaçı ASC-nin X1 əvəzindən hər hansı bir məbləğdə inzibati cərimə ödəmək öhdəliyi olmadığından təşkilatın mülkiyyətindəki “Nissan Tiida” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə hüquqlarının məhdudlaşdırılması mövcud qanunvericiliyin tələblərinə ziddir. Çünki bu hal birbaşa olaraq bir inzibati xəta əməlinə görə iki şəxsin cəzalandırılması deməkdir və bu təqsirsizlik prezumpsiyası, eləcə də ədalətlilik prinsipinin pozulmasına birbaşa əsasdır. Digər tərəfdən, X1 “Nissan Tiida" minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobillə hər hansı bir formada hüquqi bağlılığı olmamaqla, yanaşı sonuncu artıq həmin nəqliyyat vasitəsinin sahibi deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. X3, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və X4 arasında bağlanılmış SL0143267- 2022 №-li xx.xx.2022-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən 2012-ci il buraxılış tarixli C11427469 ban nömrəli, xetçbek tipli, mühərrik həcmi 1498 kub.sm olan, tün albalı metallik rəngində Nissan Tiida minik markalı nəqliyyat vasitəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə satılmışdır və X2 lizinq verilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü bu Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 saylı qərarının 7.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Məhkəmə hesab edir ki, hazırki iddia polisin inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəldiyi üçün mümkün deyil. İddia tələbinə əsasən, məhkəmə müəyyən edir ki, iddiaçı faktiki olaraq polisin inzibati xətalara dair işlər üzrə inzibati cərimənin tətbiqi, bununla əlaqədar avtomobilin üzərinə qoyulmuş məhdudiyyətlər barədə qərarlardan şikayət edir. Odur ki, iddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunur. Məhkəmə tərəfindən hüquqi müdafiə vasitəsi izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova