Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1491/2021 13.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzil ilə təmin olunması üçün adının müvafiq siyahıya daxil edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzil ilə təmin olunması üçün adının müvafiq siyahıya daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1974-cü ildə Lənkəran rayonunun Osaküçə kəndində anadan olmuşdur. 1991-ci ildə Osaküçə kənd orta məktəbini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1992-ci ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olmuşdur. 1992-ci ilin sentyabr ayından hərbi təhsilini davam etdirmək üçün Türkiyə Cümhuriyyətinə göndərilmişdir. X14 təhsilini davam etdirmişdir. 1996-cı ildə həmin hərbi məktəbi bitirmişdir və leytnant rütbəsi almışdır. 1996-cı ildən 1997-ci ilin noyabr ayına kimi Ankara şəhərinin Poladlı ilçəsində yerləşən Topçu Fuzə okulunda ixtisasartırma kursunu keçib Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində xidmətini davam etdirmək üçün gəlmişdir. 1997-ci ildən Silahlı Qüvvələrin 888, 812, 177, 191, 130, 703, 172, N saylı hərbi hissələrində xidmət etmişdir. Hərbi xidmətinin 15 ilini ön xətdə keçmişdir. 2020-ci ilin may ayının 11-dən xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı aldığı xəsarət səbəbindən təqaüdə göndərilmişdir. Azərbaycan Ordusunda 28 təqvim ili fasiləsiz xidmət keçmişdir. İddiaçı 1997-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən 11.05.2020-ci ildə xəstəliyilə əlaqədar ehtiyata buraxılmışdır. “Qüsursuz xidmətə görə” müvafiq olaraq 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illik yubiley medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illik yubiley medalla da təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinə etdiyi müraciət 06.07.2020-ci il tarixdə 2405 №li məktubla Mənzil-İstismar İdarəsi tərəfindən cavablandırılmışdır. Xidmət illərində məhkumluğun olduğuna görə adı 1997-ci ildən xidmətə başlamış hərbi qulluqçuların adlı siyahısına salınması üçün müsbət qərar qəbul edilməmişdir. Həmçinin məhkəməyə müraciət etmək hüququnun olduğu da həmin məktubla iddiaçıya izah edilmişdir. Hərbi xidmətdə olduğu müddətdə HQD 17.09.1999-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341-ci maddəsinin V ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Gəncə Hərbi Məhkəməsinin 24.10.2001-ci il tarixli qərarı ilə məhkumluğu olmayan şəxs hesab edilmişdir. İddiaçı müvafiq olaraq 26 iyun 2015-ci ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 06 iyun 2016-cı ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və 26 iyun 2017-ci il tarixdə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medallarla təltif olunmuşdur. İddiaçının 09.03.2000-12.05.2020-ci illər üzrə ümumilikdə 20 il qüsursuz xidməti var. Əgər iddiçının xidməti qüsurlu hesab edilsəydi, o, Silahlı Silahlı Qüvvələrin veteranı medalları ilə təltif olunmazdı. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair öz 15.10.2020-ci il tarixli etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirilmişdir ki, İddiaçı Teyyub oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməsi” tələbinə dair iddia ərizəsi əsassızdır, qanunsuzdur və aşağıdakı səbəblərə görə təmin edilə bilməz. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 20 təqvim ili qüsursuz xidmət etdiyindən, dövlət vəsaiti hesabına mənzillə təmin olunmalıdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri” barədə Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. İddiaçının xidməti isə qüsursuz sayılmadığından mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilə bilməz. Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin 17.09.1999-cu il tarixli hökmü ilə İddiaçı Teyyub oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsinin “v” bəndi ilə təqsirli bilinib. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublkasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən ünvanlanmış 1692 nömrəli, 12.05.2020-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir, ki Azərbaycan Respublikası Müdafiə nazirinə dövlət vəsaiti hesabına mənzil təminatı ilə bağlı ünvanladığı müraciətinə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunduğundan dövlət vəsaiti hesabına mənzillə təminatı Müdafiə Nazirliyinin mənzil komissiyasının qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının təsiri xaricindədir. - Azərbaycan Respublkasının Müdafiə Nazirliyinin 02.07.2020-ci il tarixli 11/3330 saylı iddiaçıya ünvanlandığı məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanlanmış ərizəsinə baxılmışdır. Ərizədə qeyd olunanlarla əlaqədar bildirilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha artıq qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Xidmət dövründə törədiyi cinayət əməlinə görə Hərbi Dəniz Qüvvələrinin Məhkəməsinin 17 sentyabr 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341-ci maddəsinin V bəndinə əsasən təqsirli bilinərək məhkum olunduğuna görə Müdafiə Nazirliyində fəaliyyət göstərən müvafiq komissiya tərəfindən dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq üçün xidməti qüsursuz sayılmamışdır. - İşə əlavə edilmiş müxtəlif medalların vəsiqələrinə əsasən iddiaçı “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 03.11.2020-ci il tarixli **********19 saylı məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 61, 78 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Osakücə kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 127 saylı 08.02.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı Həbibov X7 rayonunun Osakücə kəndində yaşayır. Ailə tərkibi atası – X2, anası – X5, arvadı - X1, oğlu - X6, qızı - X3 ibarətdir. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 03.03.2021-ci il tarixli 557 saylı məktubu ilə məhkəməyə göndərilmiş 15.07.1997-ci il tarixli xidmət dəftərçəsindən görünür ki, İddiaçı 20.05.1997-ci il tarixdən 11.05.2020-ci il tarixə qədər müxətlif hərbi vəzifələrdə xidmət etmiş və 11.05.2020-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. - Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin 17.09.1999-cu il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Teyyub oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsinin “v” bəndi ilə təqsirli bilinmiş və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 42ci maddəsi tətbiq edilərək o, döyüşən orduya göndərilməklə hökmün icrası döyüş əməliyyatlarının sonunadək təxirə salınmışdır. - HDQ hərbi məhkəməsinin 09 mart 2000-cı il tarixli qərardadı ilə İddiaçı Teyyub oğlu cəzadan azad edilmişdir. - Gəncə Hərbi Məhkəməsinin 24.10.2001-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Teyyub oğlu Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin 17.09.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsinin “v” bəndi ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikası CM-nin 42-ci maddəsinə əsasən hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmış və HDQ hərbi məhkəməsinin 09 mart 2000-cı il tarixli qərardadı ilə cəzadan azad edilmiş İddiaçı Teyyub oğlu məhkumluğu ödənilmiş hesab edilmişdir. İşin faktiki hallarında müəyyən edilir ki, iddiaçı cavabdehə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 №li Fərmanı ilə Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün tərtib edilmiş siyahıya iddiaçının da daxil edilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsiniə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçməsinin qaydasını müəyyən edir. Həmin Əsasnamədə hərbi qulluqçulara güzəştlərlə bağlı aşagıdakı müddəaları xüsusi qeyd etməyi zəruridir: xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır (152-ci b. 4-cü ab.), həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər (164 b., 1 ab.), yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir (164 b, 5 ab.). “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 №li, 28.12.2011-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Qərarın 3-cü abzasında qeyd edilmişdir ki, ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzilməişət problemlərinin həll edilməsinə təkan vermişdir. İşin faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 ildən artıq xidmət etsə və medallarla təltif edilsə də, onun xidməti qanunun tələblərində göstərilən kimi qüsursuz olmamışdır. Belə ki, Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin 17.09.1999-cu il tarixli hökmü ilə İddiaçı Teyyub oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsinin “v” bəndi ilə təqsirli bilinmişdir. Gəncə Hərbi Məhkəməsinin 24.10.2001-ci il tarixli qərarı ilə məhkumluğu ödənilmiş hesab edilmişdir. İddiaçı 11.05.2020-ci il tarixdə ehtiyata buraxılmışdır. Hərbi xidmətkeçmə ilə bağlı qanunvericiliyə görə törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28.12.2011-ci il tarixli Fərmanından irəli gələn güzəşt (dövlət vəsaiti hesabına mənzillə təmin olunması güzəşti) ona şamil edilə bilməz. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzil ilə təmin olunması üçün adının müvafiq siyahıya daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzil ilə təmin olunması üçün adının müvafiq siyahıya daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1491/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1491/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver