Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1492/2024 25.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdən 52 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, Əmək pensiyasının "X3" Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddəsinin xx.xx.2014 il tarixdə qüvvədə olan tələbləri əsasında hesablanaraq ödənilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2014-cü il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmalı idi. Həmin vaxtdan hazıra kimi dəfələrlə aidiyyəti orqanlara müraciər etsə də ona xx.xx.2014 il tarixdən, yəni 52 yaşı tamam olduğu güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmamışdır. “X3” Azərbaycan Respublikası Qanununun (xx.xx.2006, nömrə 54-İİQ) 9.1-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2014 il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalı və hesablanaraq ödənilmədi barədə qərar verilməlidir. “X3” Azərbaycan Respublikası Qanununun (xx.xx.2006, nömrə 54-İİQ) 9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində yeraltı işlərdə,əmək şəraiti xüsusilə ağır olan işlərin (istehsalayların, peşələrin, vəzifələrin və göatəricilərin) müvafiq İcra Hakimiyyəti orqanınının (qurumunun)təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlətdə azı 12 il 6 ay çalışmış kişilərin həmin qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə əmək pensiyası hüququ vardır. “X3” Azərbaycan Respublikası Qanununun (xx.xx.2006, NÖMRƏ 54-İİQ) 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa görə əmək pensiyası əvvəllər qüvvədə oımıış qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq surətdə həmin qanuna müvafiq olaraq təyin edilir.Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli qanunililə qüvvədən düşmüş “X1 Haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə müvafiq olaraq 20 il ümumi iş dtajı olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü yarixli 320 nömrəli Qəarı ilə təstiq edilmiş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş zərəli və ağır işlərdə çalışan 52 yaşı tamam olan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun bu tələbinə müvafiq olaraq mənim 52 yaşım tamam olan günə qədər mən 52 yaşdan pensiya hüququ verən həm ümumi həm də güzəştli əmək stajını toplamışdır. Əmək pensiyanın 52 yaşdan təyin olunması barədə ərizəsi xx.xx.2022 il tarixdə cavabdeh təşkilata daxil olmuş xx.xx.2014 il tarixdən ona pensiyanın təyin olunması və həmin tarixdən qanunvericiliyə müvafiq olaraq pensiya məbləğinin hesablanaraq ona verilməsi barədə DSMF-nin XŞTÜMF-na rəsmi qaydada müraciət etmiş və həmin təşkilatdan xx.xx.2023 ik tarixli, 3- 17-1/2-Ə-112640/2023 saylı imtina məktubunu almışdır. Qeyd olunan imtina məktubunda göstərilir ki, xx.xx.1997 - xx.xx.2003-cü tarixləri arasındakı müddət ərzində “X7” şirkətində qazmaçı vəzifəsində işlədiyiniz qeyd olunub.Həmin dövr ərzində iş stajınızın dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq 1997-2002-ci illərə dair məlumatların təqdim edilməsinin mümkün olmadığı bildirilib. Buna görə də həmin dövrdə ərxində işlədiyi vəzifənin yuxarıda qeyd olunan Qərarla təsdiq olunuş 1 nömrəli siyahıda nəzərdə tutulan vəzifələrə aid olub olmamasını müəyyən etmək mümkün olmamışdır. Hesab edir ki, cavabdeh təşkilatın cavab məktubu qanunsuzdur. Cavab məktubu qanunsuz və əsassız olduğundan iddiaçı məcbur olub hazlrkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Qanunvericiliyin tələbinə görə şəxsin işlədiyi vəzifələrin ona xüsusi şərtlərlə yaşa görə əmək pensiyası hüququnun verməsi və ya verməməsi iş yerindən verilən arayışla təsdiq olunur və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən Türan Drilling Engıneerıngşirkəti tərəfindən verilmiş xx.xx.2022 saylı xx.xx.2022 il tarixli arayışın cavabdeh təşkilata təqdim olunmasına baxmayaraq arayışa düzgün hüquqi qiymət verilməmiş və nəticədə əsassız cavab verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin “X3 “ Azərbaycan Respublikası Qanununun xx.xx.2014 il tarixdə qüvvədə olan 32.1 maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyasının hüququnun yarandığı gündən təyin olunur. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2014 il tarixdə yaranıb. Həmin Qanunun 30.7-ci maddəsinin tələbinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirməyə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş başqa hallara sosial təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaşların hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun hyata keçirilməsini heç bir kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək iddia tələbində dəqiqləşmə apararaq “İddiaçı 52 yaşdan, xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdiklərini bildirərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı (01 avqust 2023cü il tarixli) etiraz məktubu təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. “X3” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 N-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “X3” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının "X6” şirkətində qazmaçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Həmin dövr üzrə iş stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq 1997-2002-ci illərə dair məlumatların təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Buna görə də həmin dövr ərzində iddiaçının işlədiyi vəzifənin yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş 1 Ne-li siyahıda nəzərdə tutulan vəzifələrə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək 1 N-li Siyahı üzrə iddiaçının güzəştli iş stajı 10 ildən az (5 il 2 ay 10 gün (xx.xx.1992- xx.xx.1997-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçı məxsus AA seriyal ******* nömrəli Vətəndaşın şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. - iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli Əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdə əmək fəaliyyətinə başlamış və xx.xx.2004-cü il tarixədək müxtəlif idarə və müəssisələrdə işləmişdir. - НЗ ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, İddiaçı aprel 1980xx.xx.1982-ci il tarixdə həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda qeyd edilmişdir ki, “X3” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “X3” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 N-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “X6” şirkətində qazmaçı vəzifəsində işlədiyiniz qeyd olunub. Həmin dövr üzrə iş stajınızın dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq 1997-2002-ci illərə dair məlumatların təqdim edilməsinin mümkün olmadığı bildirilib. Buna görə də həmin dövr ərzində işlədiyiniz vəzifənin yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş 1 N-li siyahıda nəzərdə tutulan vəzifələrə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək 1 N-li Siyahı üzrə sizin güzəştli iş stajınız 10 ildən az (5 il 2 ay 10 gün (xx.xx.1992- xx.xx.1997-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. - “Turan Drilling and Engineering MMC”-nin xx.xx.2022-ci il tarixli Arayışında qeyd edilmişdir ki, işçi, İddiaçı müraciətini nəzərə alaraq əmək kitabçasına istinadən bildiririk ki, İddiaçı (FİN- xxxxxxx) həqiqətən, xx.xx.1997 - ci il tarixində “X6” şirkətinə Qazmaçı vəzifəsinə qəbul edilib. xx.xx.1998 - ci il tarixində şirkətin adı dəyişdirilərək “Deutag” adlandırılmışdır. xx.xx.2003 - cü il tarixində Növbə Rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2004 - cü il tarixindən xx.xx.2004 - cü il tarixinədək “Deutag” şirkətində Texniki Limitlər üzrə Təlimatçı vəzifəsində çalışmışdır. Texniki Limitlər üzrə Təlimatçı vəzifəsi istisna olmaqla işçi yuxarıda qeyd edilən əmək funksiyalarını Xəzər dənizində yerləşən buruqlarda neftqaz əməliyyatları ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. 2001-ci ildə “Deutag” şirkəti “KCA” şirkəti tərəfindən alınmışdır və “KCA Deutag” şirkəti yaradılmışdır.26 iyul 2018-ci il tarixində “KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx" MMC-ni təsis etmişlər.Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə yuxarıda adı çəkilən şirkətlər adının dəyişməsindən asılı olmayaraq, onların sturkturları, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. İddiaçı işlədiyi bütün peşələr (vəzifələr) hazırki "xxxx" MMC -də olan peşələrlə eyni olduğu üçün, "xxxx" MMC şirkətinin vəzifə təlimatları arayışa əlavə edilir. Nəzərinizə çatdırmaq istərdik ki, İddiaçı şirkətin əsas fəaliyyət sahəsi olan neft və qaz quyularının qazılması işlərində iştirak edib. Bu fəaliyyətə aid olan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993 -cü il tarixli 320 saylı qərarın 1 saylı siyahısında 11000000a-11297- şifrəsi ilə göstərilən - “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1. Qazma" siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı" bölməsinin “10.1. Qazma a) fəhlə ” hissəsində göstərilmişdir. - SOCAR “Kompleks qazma işləri tresti”nin xx.xx.2022-ci il tarixli Arxiv Arayışında qeyd edilmişdir ki, Verilir xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X9 İdarəsində işləmişdir. “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin 10 mart 1993-cü il 78 Nqİİ əmrinə əsasən xx.xx.1993-cü il tarixindən “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X9 İdarəsinin adı dəyişdirilərək X4 Qazma İdarəsi adlandırılmışdır. xx.xx.2003-cü il tarixdən SOCAR-ın 28 saylı və “Azneft" İstehsalat Birliyinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 8 Nəli əmri ilə X4 Qazma İdarəsi Qazma Sexi kimi “Bayıl Limanı" X9 İdarəsinin tərkibinə verilib. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır və “Bayıl Limam" X9 İdarəsi trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Liman” X9 İdarəsinin adı dəyişdirilərək “Xəzər“ X9 İdarəsi adlandırılmışdır. xx.xx.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “Kompleks qazma işləri” trestinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 saylı əmrinə əsasən ”Xəzər” X9 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilib. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri" trestinin “Sahil" Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid" istehsalat Bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri" trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid“ İstehsalat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir.
N° Tarix Vəzifələrin adları
1. xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” DKQİ “Xəzər-6” X10 neft və qaz quyularının qazılması üzrə 5-ci dərəcəli qazmaçıköməkçisi peşəsinə işə qəbul edilib. Əmr49/k, xx.xx.1992-ci il xx.xx.1994-cü ildən
2. xx.xx.1997-ci ilədək “Xəzər-5” X10 neft və qaz quyularının qazılması üzrə 5-ci dərəcəli qazmaçı- köməkçisi peşəsinə keçirilib. Əmr80/k, xx.xx.1994-cü il
3. xx.xx.1997-ci ildə İşdən azad olunub. Əmr NQ69/k, xx.xx.1997-ci il.
Ümumi iş stajı: 05 il 02 ay 10 gün. Güzəştli iş stajı: 05 il, 02 ay, 10 gün. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1100000a-11297-kodu ilə qazmaçılar 05 il, 02 ay, 10 gün güzəştli iş stajı təşkil edir. - cavabdeh inzibati orqan tərəfindən məhkəmənin sorğusuna cavab olaraq inzibati icraat materiallarının surəti məhkəməyə təqdim edilmişdir. - notarial qaydada tərcümə və təsdiq edilmiş Deutag Bakı Şöbəsinin xx.xx.2002-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən Deutag Bakı Şirkətində Çıraq-1 Platformasında qazmaçı vəzifəsində işləyir. - notarial qaydada tərcümə və təsdiq edilmiş xx.xx.2004-cü il tarixli Arayışdan görünür ki, İddiaçı 1997-ci ildən KCA Deutag Caspian Limited-də işləyir və hal-hazırda xx.xx.2004-cü ildən Texniki Limit üzrə nəzarətçi vəzifəsində çalışır. - notarial qaydada tərcümə və təsdiq edilmiş xx.xx.1999-cu il tarixli FA 00090 nömrəli Sertifikatdan görünür ki, Deutag Drilling əməkdaşı İddiaçı ilk yardımın əsasları üzrə nəzəri və praktiki kursu uğurla başa vurmuşdur. Təkmilləşdirmə tarixi 2001-ci ilin iyun ayında təklif edilmişdir. - notarial qaydada tərcümə və təsdiq edilmiş 20-22 aprel 2000-ci il tarixli BOST 00353 nömrəli Sertifikatdan görünür ki, Deutag Drilling əməkdaşı İlqar X8ma Təhlükəsizliyi əsas təlim və fövqəladə hallar üzrə Təlimləri uğurla başa vurmuşdur. Təkmilləşdirmə tarixi 2003-cü ilin aprel ayında təklif edilmişdir. - Deutag Drilling şirkətindən İddiaçı-in X5 Premium Korpus və Boru Bağlayıcıları üzrə təlim kursunu uğurla başa vurduğunu təsdiqləyir. Bu təlim kursu 06avqust 1998-ci ildə Bakı şəhərində keçirilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. “X3” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (29 iyun 2022-ci il tarixdən qüvvədə olan redaksiya) Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndinə əsasən nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışın təqdim edilməsi tələb olunur. Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinə əsasən iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyisənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri,yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda vəya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə iddiaçının xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “X6” şirkətində qazmaçı vəzifəsində işlədiyi qeyd olunub. Həmin dövr üzrə iş stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq 1997-2002-ci illərə dair məlumatların təqdim edilməsinin mümkün olmadığı bildirilib. Buna görə də həmin dövr ərzində işlədiyi vəzifənin yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş 1 N-li siyahıda nəzərdə tutulan vəzifələrə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək 1 N-li Siyahı üzrə iddiaçının güzəştli iş stajı 10 ildən az (5 il 2 ay 10 gün (xx.xx.1992- xx.xx.1997-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Cavabdeh məhkəmə icraatında iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Cavabdehin imtina dəlili iddiaçının güzəştli iş stajının olmamasıdır. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir və bununla bağlı mövqeyini aşağıdakı kimi əsaslandırır. Kişi cinsinə mənsub şəxsin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır:
1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı;
2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 10 il olmalı;
3. Ümumi iş stajı minimum 20 il olmalıdır. İş materiallarına görə cavabdeh iddiaçının yaşı və ümumi iş stajını mübahisələndirmir. Yəni, cavabdeh iddiaçının qanunla müəyyən edilmiş yaşa çatmasını və 20 il ümumi sosial sığorta stajının olduğunu qəbul edir. Cavabdehin yeganə mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Cavabdeh qeyd edir ki, iddiaçının xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “X6” şirkətində qazmaçı vəzifəsində işlədiyi iş stajının dəqiqləşdirilməsi mümkün olmamışdır. Buna görə də həmin dövr ərzində iddiaçının işlədiyi vəzifənin müvafiq Qərarla təsdiq olunmuş 1 N-li siyahıda nəzərdə tutulan vəzifələrə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə, iş materiallarındakı müvafiq sənədlərə və qanunvericilik normalarına istinad edərək cavabdehin imtina üçün gətirdiyi dəlillərin və etirazının əsassız olduğunu hesab edir. İddiaçının 52 yaşına çatması və 20 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. İddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin mübahisələndirdiyi hal ondan ibarətdir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan (10 il) güzəştli iş stajı yoxdur. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi iş materiallarında öz əksini tapmış iddiaçıya məxsus əmək kitabçası ilə, Arayışlarla, həmçinin mübahisləndirilən dövrdə iddiaçıya verilmiş sertifikatlarla təsdiq olunur. Nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Qeyd edilənlərlə yanaşı, hazırkı işdə inzibati orqan əvvəllər ümumi sosial staj kimi nəzərə alınmış dövrlərin sonradan nəzərə alınmadan əmək pensiyasını yenidən hesablayarkən inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1997-xx.xx.2003-cü il tarixədək işlədiyi illərə dair əmək kitabçasında qeyd edilmiş məlumatların və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün onun əmək kitabçası mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu baxımdan cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozması kimi qiymətləndirilməlidir. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlanılmasının hər hansı səbəbdən baş tutmaması şəxsin (iddiaçının) təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Məhkəmə qeyd edir ki, göstərilənlər iddiaçının məsuliyyət sferasına aid edilə, onun təqsirli davranışı kimi qiymətləndirilə və bunun üzərindən onun ziyanına təfsir oluna, onun hüquqlarını məhdudlaşdıran nəticələr doğura bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, həmin halların mövcudluğu belə özü-özlüyündə qanunvericilikdə pensiya hüququnun təmin edilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. İddiaçının sözügedən müəssisədə əmək fəaliyyəti onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunmasına zərurəti yoxdur. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Əlavə olaraq məhkəmə qeyd edir ki, digər sənədlərlə sübut olunmasına zərurət olsa belə, iş materiallarına əlavə edilmiş srtifikatlardan və nəşrlərdən də müəyyən olunur ki, iddiaçı müvafiq dövrlərdə qeyd edilən müəssisədə əmək fəaliyyətində olmuşdur.
Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən xx.xx.1997-xx.xx.2003-cü il tarixlər arasındakı dövr onun stajına daxil edilməlidir. Həmçinin, məhkəmə iddiaçının xx.xx.1997-xx.xx.2003-cü il tarixlər arasındakı dövrdə işlədiyi qazmaçı peşəsinin güzəştli peşə olması ilə bağlı qeyd edir ki, (“Turan Drilling and Engineering MMC”-nin xx.xx.2022-ci il tarixli Arayışından da göründüyü kimi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (X) qazma bəndində (1) 1100000a —11297 kodu üzrə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları vəzifəsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının xx.xx.1992- xx.xx.1997-ci il tarixləri (5 il 2 ay 10 gün) arasındakı dövrdə işlədiyi peşənin (qazmaçı köməkçisi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda nəzərdə tutulmasını bildirərək həmin dövrləri birmənalı olaraq güzəştli iş stajı kimi qəbul etmişdir. Göstərilənlərə əsasən xx.xx.1997-xx.xx.2003-cü il (5 il 6 ay 23 gün) tarixlər arasındakı dövr nəzərə alınmaqla iddiaçının 01 yanvar 2006-cı ilədək 10 ildən çox (10 il 9 ay 3 gün) güzəştli iş stajının mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda istinad olunan normalara əsasən 01 yanvar 2006-cı ilədək 20 ildən çox ümumi iş stajının və 10 ildən çox güzəştli iş stajının mövcud olduğundan iddiaçının 52 yaşda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmış və İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1122/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının 45-ci bəndinə əsasən) Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 20 il ümumi və 10 il güzəştli iş stajı mövcud olduğundan cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlillər əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinaya əsas olan faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin (52 yaş, azı 20 il ümumi iş stajı və 10 il güzəştli iş stajının tamamlanması) ödənilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmişdir. Məhkəmə “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin şərtin mövcud olması ilə bağlı norma 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən, iddiaçının pensiya hüququ isə xx.xx.2014-cü il tarixdən yarandığından, qeyd edilən şərtin yoxlanılmasına ehtiyac qalmır. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. ... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; ... Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997- ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı 1100000a—11297 “neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları” “X3” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (əvvəlki redaksiya) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əlavə olaraq, məhkəmə qeyd edir ki, iddiaçının hüququ 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən yaransa da, iddiaçının hazırkı tələblə xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etməsi iş materialları ilə öz təsdiqini tapdığından, onun pensiya məbləği xx.xx.2019-cu il tarixdən ödənilməlidir. Belə ki, “X3” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “X3” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. “X3” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017- ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir. Məhkəmə nəticədə qərara almışdır ki, “X3” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “X3” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “X3” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “X3” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 52 yaşdan, xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmaıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 52 yaşdan, xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev