Məhkəmə qərarları › İş №2-1(112)-1493/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1493/2022

02.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1493/2022 02.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsinin 20 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək onun 02 yanvar 1995-ci ildən xx.xx.1999-cu ilə qədər Ağstafa rayon X17 və X3 Baş Mühəndis kimi işlədiyi iş illərinin sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1955-ci ildə Qazax rayonunun Kolayır kəndində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Kənd Təsərrüfatı X4 daxil olmuşdur. 1977-ci ildə həmin İnstitutu Mühəndis-Mexanik ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə də xx.xx.1978-ci ildə “Moskva” sovxozuna böyük mexanik təyin edilməklə başlamışdır. xx.xx.1981-ci ildə həqiqi hərbi xidmətə getdiyinə görə vəzifəsindən azad edilmişdir. xx.xx.1981-ci ildən 26 sentyabr 1983-cü ilə qədər hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 15 oktyabr 1984-cü ildə “Moskva” sovxozunun traktor parkına baş mexanik təyin edilmişdir. xx.xx.1994-cü il tarixdə baş mexanik vəzifəsindən azad edilmişdir. xx.xx.1995-ci il tarixdən Ağstafa rayon X17 və X3 təmir emalatxanasında mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.1999-cu ildə Ağstafa rayon X17 və X5 ləğv edilməsi və X16 Tipli Səhmdar Cəmiyyətinə çevrilməsi ilə əlaqədar ştat ləğv edildiyindən hər bir işçi kimi iddiaçı da işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikası “HVTİC”-i Ağstafa rayon X20 klubunun nəzəri və praktiki tədris üzrə baş müəllim vəzifəsinə təyin edilmişdir. xx.xx.2003-cü ildə həmin vəzifədən öz ərizəsiylə işdən azad edilmişdir. 25 dekabr 2020-ci il tarixdə 65 yaşı tamam olmuşdur və qanunvericiliyə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Müraciətinə aidiyyəti qurumdan yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında cavab verilmişdir. Aidiyyəti qurumdan imtinanın əsl səbəbini soruşduqda ona 02 yanvar 1995-ci ildən xx.xx.1999-cu ilə qədər Ağstafa rayon X17 və X3 baş mexanik kimi işlədiyi iş illərinin sığorta stajına daxil edilməməsi olmuşdur. Aidiyyəti quruma əmək kitabçasını təqdim etsə də onlar bu barədə arxiv arayışının olmadığını bildirmişlər. Bu səbəbdən də orada işlədiyi iş illərinin sığorta stajına daxil etməmişlər. Həmin illər də sığorta stajına daxil edilmədiyindən onun yaşa görə əmək pensiyasına çıxmaq üçün lazım olan 25 il iş stajı tamamlanmır və yaşa görə əmək pensiya hüququ mümkün olmur. Buna görə də 02 yanvar 1995-ci ildən 01 may 1999-cu ilə qədər Ağstafa rayon X17 və X3 baş mexanik kimi işlədiyi iş illərinin sığorta stajına daxil edilməsinə ehtiyac vardır. Qanunvericiliyə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş yeri barədə qeydlər düzgün olmadıqda, əmək stajını təsdiq edən sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün hesablar, əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, əmək xidməti siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Hal-hazırda iddiaçının əmək kitabçasında işlədiyi bütün illər qeyd edilmişdir. Bu illər də kifayət edir ki, o, yaşa görə əmək pensiyasından yararlansın. Mübahisə edilən xx.xx.1995-ci ildən xx.xx.1999-cu ilə qədər Ağstafa rayon X17 və X3 təmir emalatxanasında mühəndis vəzifəsində işlədiyi illər qeyd edilmişdir və xx.xx.1999-cu ildə Ağstafa rayon X17 və X5 ləğv edilməsi və onun X16 Tipli Səhmdar Cəmiyyətinə çevrilməsi ilə əlaqədar ştat ləğv edildiyindən hər bir işçi kimi iddiaçı da işdən azad edilmişdir. Eyni zamanda iddiaçının həmin işdə işlədiyini onunla birgə işləyən iş yoldaşları da təsdiq edə bilərlər. İş yerində işlədiyi müddətdə ölkə ərazisində keçirilən seçkilər zamanı təhsilli, fəal olduğuna görə Ağstafa rayon Dairə Seçki Komissiyasına iş yerindən göndərilərək üzv təyin edilmişdir. Bundan başqa işlədiyi vaxtlar bütün idarələr və təşkilatlardan hər gün növbə ilə Ağstafa Rayon İcra Hakimiyyətinə növbətçi göndərirdi və iddiaçı da uzun illər ərzində Ağstafa Rayon İcra Hakimiyyətinə iş yerindən növbətçi göndərilmişdir. Bütün bunlar da onun həmin təşkilatda işlədiyini təsdiq edir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1104/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsinin 20 saylı regional ərazi filialının əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi və xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Ağstafa rayon X17 və X3 baş mühəndis kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1104/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırkı işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati iş xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək 64 il altı ay, yəni xx.xx.2020-ci il tarixdən nəzərə almaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, hazırkı iş üzrə İddiaçı əmək kitabçasına əsasən 25 ildən çox sığorta stajının olduğunu, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Ağstafa rayon X17 və X3 işlədiyini iddia edərək həmin illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçı Fondun Ağstafa şöbəsinə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət etmişdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən xx.xx.1978-ci il tarixli ИT-İ № ******* saylı əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixinə kimi mövcud sığorta stajı qanunla tələb olunan müddətdən azdır (25 ildən). Eyni zamanda xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Göstərilən səbəblərə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddələrin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2020-ci il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 16 il 9 ay 15 gün sığorta stajı, 15555,26 manat pensiya kapitalı (2006-cı ilədək 15486 manat + 2006-cı ildən sonra 69,26 manat) vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından və 28800 manat pensiya kapitalından azdır. İşin faktiki hallarına əsasən, İddiaçı xx.xx.1972-xx.xx.1977-ci illər Azərbaycan Kənd Təsərrüfatı X7 üzrə əyani təhsil almış, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasında xx.xx.1978-xx.xx.1981; xx.xx.1984-xx.xx.1994; xx.xx.1995xx.xx.1999; xx.xx.2002-xx.xx.2003-cü illərdə əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı qeyd!ər aparılmışdır. İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 16 il 9 ay 15 gün sığorta stajı mövcuddur. Belə ki, iddiaçının təhsil illəri - xx.xx.1972-xx.xx.1977 (4 il 9 ay 29 gün), hərbi xidmətdə olduğu dövr - xx.xx.1981-xx.xx.1983 (2 il 16 gün), xx.xx.1978-xx.xx.1981-ci illər arası Moskva sovxozunda böyük mexanik vəzifəsində işlədiyi dövr (3 il (əməkhaqqı aldığı aylar nəzərə alınmaqla)), xx.xx.1984-xx.xx.1994-cü illər arası Moskva sovxozunda traktor parkında baş mexanik vəzifəsində işlədiyi dövr (5 il 10 ay (əməkhaqqı aldığı aylar nəzərə alınmaqla)), xx.xx.2002-xx.xx.2003-cü illər arası AR “HVTİC”-i Ağstafa rayon X20 Klubunun nəzəri və praktiki tədrisi üzrə baş müəllim işlədiyi dövr (10 ay (əməkhaqqı aldığı aylar nəzərə alınmaqla)) və xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabında 3 ay müddətə (xx.xx.2018-ci il tarixdən sonra) qeydə alınmış pensiya kapitalı onun mübahisələndirilməyən sosial sığorta stajına daxil edilən dövrlərdir. İddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi Ağstafa rayon X17 və X3 təmir emalatxanasında mühəndis vəzifəsində işləməsi faktı aparılan araşdırma nəticəsində öz təsdiqini tapmadığı üçün sosial sığorta stajı kimi nəzərə alına bilməmişdir. Belə ki, Fondun 20 saylı regional ərazi filialı tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli akta əsasən, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi Ağstafa rayon X17 və X3 işləməsi faktının düzgünlüyünün müəyyən edilməsi üçün Ağstafa rayon Dövlət Arxivində araşdırma aparılmış, araşdırma zamanı həmin müəssisənin əmr kitablarının və şəxsi hesab kitablarının Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən olunmuşdur. Beləliklə, İddiaçı işləməsi faktının düzgünlüyünü yoxlamaq mümkün olmamışdır. Həmçinin İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işləməsi faktının düzgünlüyünün müəyyən edilməsi üçün Fondun 20 saylı regional ərazi filialı tərəfindən HVMHM MMC-də araşdırma aparılmışdır. xx.xx.2021-ci il tarixli aktda əmr kitablarının müəssisədə olmaması səbəbindən İddiaçı işə girmə və işdən azad edilmə əmrlərinin olmaması və bu faktın araşdırılmasının mümkün olmaması qeyd edilmişdir. Mövcud əməkhaqqı cədvəllərinə baxış zamanı isə iddiaçının müəyyən aylarda (2002-ci ildə 1 ay (dekabr), 2003-cü ildə isə 9 ay) əməkhaqqı alması müəyyən olunmuşdur. Tərəflərindən işin obyektiv araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Ağstafa rayon Statistika İdarəsinə müvafiq olaraq **********5 və **********2 nömrəli sorğular ünvanlanmışdır. AR Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli 01/3-1178 nömrəli cavab məktubunda AR-nın statistik vahidlər Dövlət reyestrində “Ağstafa rayon X17 və X8”nə və “Ağstafa rayon X23”na dair məlumatların mövcud olmadığı qeyd edilmişdir. AR Dövlət Statistika Komitəsi Ağstafa rayon Statistika İdarəsinin xx.xx.2021-ci il tarixli 51 nömrəli məktubunda qeyd edilmişdir ki, “Ağstafa rayon X17 və X8”nə və “Ağstafa rayon X23”na dair Ağstafa rayon Statistika İdarəsində məlumat yoxdur. Ağstafa rayon Dövlət Arxivinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli 25 nömrəli arayışda bildirilmişdir ki, İddiaçı Ağstafa rayon MTT və MİB-in təmir emalatxanasına aid xx.xx.1995-xx.xx.1999-cu illərə dair və Ağstafa rayon X23nun xx.xx.2002-xx.xx.2003-cü illərə dair əmr və əməkhaqqı kitabları Rayon Dövlət Arxivində mühafizə edilmir. Həmçinin “Moskva” sovxozunun işçi və qulluqçularına aid əmr və əməkhaqqı kitabına əsasən İddiaçı əməkhaqqı alması barədə məlumat qeyd olunmuşdur. Belə ki, əməkhaqqı cədvəlinə əsasən, iddiaçı 1978 (1 il), 1979 (1 il), 1980 (1 il), 1985 (1 il), 1986 (1 il), 1988 (1 il), 1989 (1 il), 1993 (1 il), 1994-cü (10 ay) illərdə əməkhaqqı almışdır. Arxiv arayışında iddiaçının xx.xx.1978-ci ildə əmr № 3-lə İddiaçı “Moskva” sovxozuna müvəqqəti böyük mexanik vəzifəsinə, xx.xx.1984-cü ildə əmr № 101/2-lə avtotraktor parkına baş mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü ildə əmr № 36-la vəzifəsindən azad edilmişdir. Belə ki, iddiaçının “Moskva” soxvozundakı böyük mexanik vəzifəsindən azad edilməsi ilə bağlı əmr arayışda öz əksini tapmamışdır. Əməkhaqqı cədvəlinə əsasən iddiaçı 1978, 1979, 1980-ci illərdə əməkhaqqı almışdır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Belə ki, iddiaçının sığorta stajı hesablanarkən onun əməkhaqqı aldığı dövrlər nəzərə alınmışdır. Həmçinin iddiaçının 2006-cı il tarixdən sonra fərdi hesabında qeydə alınan pensiya kapitalı barəsində Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə 2021-ci il 16 may tarixli **********4 nömrəli xidməti məktub ünvanlanmışdır. Fondun **********3 nömrəli xx.xx.2021-ci il tarixli cavab məktubunda həmin məsələ ilə bağlı bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən fərdi sahibkar (özü-özünü sığortaedən) İddiaçı (SUN: **********6) tərəfindən təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabat”lara əsasən 2019cu ilin İV rübü üzrə (3 ay) sığortaolunan İddiaçı **********814 sosial sığorta nömrəli fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar əks olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, Nazirliyin “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində 2006-2016-cı illər, 2017-2018-ci illərin l-İV, 2019-cu ilin l-lll, 2020-ci ilin l-İV rübləri üzrə hər hansı sığortaedən tərəfindən təqdim edilmiş hesabatlara əsasən İddiaçı xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmamışdır. Belə ki, İddiaçı 2006-cı ildən sonrakı dövr üçün (2019-cu ilin oktyabrdekabr ayları üzrə ödənişlərə əsasən) fərdi hesabında 69,26 manat pensiya kapitalı mövcuddur. İddiaçının mübahisələndirilməyən sığorta stajı 16 il 9 ay 15 gün (2006-cı il tarixədək 16 il 6 ay 15 gündür + 2006-dan sonra 3 ay) mübahisələndirilən sığorta stajı 4 il 3 ay 29 gündür. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd edilənləri, AR İPM-in 47-ci maddəsiinin tələblərini rəhbər tutaraq İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı əmək kitabçasına əsasən 25 ildən çox sığorta stajının olduğunu, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Ağstafa rayon X17 və X3 işlədiyini iddia edərək həmin illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İşin faktiki hallarına əsasən, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdə (xx.xx.2020) mübahisələndirilməyən sosial sığorta stajı 21 il 7 ay 11 gündür. İddiaçı xx.xx.1972-xx.xx.1977-ci illər Azərbaycan Kənd Təsərrüfatı X7 üzrə əyani təhsil almış, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasında xx.xx.1978-xx.xx.1981; xx.xx.1984-xx.xx.1994; xx.xx.1995-xx.xx.1999; xx.xx.2002-xx.xx.2003-cü illərdə əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı qeydlər aparılmışdır. İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 21 il 7 ay 11 gün sığorta stajı, 18041.75 manat pensiya kapitalı mövcuddur. Belə ki, iddiaçının təhsil illəri - xx.xx.1972-xx.xx.1977 (4 il 9 ay 29 gün), hərbi xidmətdə olduğu dövr - xx.xx.1981-xx.xx.1983 (2 il 16 gün), 5 yanvar 2021-ci ildə tərtib olunmuş yoxlama aktına əsasən xx.xx.1978-xx.xx.1981-ci illər arası Moskva sovxozunda böyük mexanik vəzifəsində işlədiyi dövr (3 il 8 ay 1 gün), xx.xx.1984-xx.xx.1994-cü illər arası Moskva sovxozunda traktor parkında baş mexanik vəzifəsində işlədiyi dövr (9 il 11 ay 25 gün), xx.xx.2002-xx.xx.2003-cü illər arası AR “HVTİC”-i Ağstafa rayon X20 Klubunun nəzəri və praktiki tədrisi üzrə baş müəllim işlədiyi dövr (10 ay (əməkhaqqı aldığı aylar nəzərə alınmaqla)) və xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabında 3 ay müddətə (xx.xx.2018-ci il tarixdən sonra) qeydə alınmış pensiya kapitalı onun mübahisələndirilməyən sosial sığorta stajına daxil edilən dövrlərdir. İddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi (4 il 3 ay 29 gün) Ağstafa rayon X17 və X3 təmir emalatxanasında mühəndis vəzifəsində işləməsi faktı aparılan araşdırma nəticəsində öz təsdiqini tapmadığı üçün sosial sığorta stajı kimi nəzərə alına bilməmişdir. İddiaçının mübahisələndirilməyən sığorta stajı 21 il 7 ay 11 gün (2006-cı il tarixədək 21 il 4 ay 11 gündür + 2006-dan sonra 3 ay) mübahisələndirilən sığorta stajı 4 il 3 ay 29 gündür. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Göstərilənləri nəzərə almaqla İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Ю № 292736 nömrəli, xx.xx.1977-ci il tarixli diplomun surətinə əsasən İddiaçı 1972-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1977-ci ildə Kənd təsərrüfatının mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarına əlavə edilmiş BQ № 074143 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1983-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.1978-ci il tarixli, ИT-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə “Moskva” sovxozuna böyük mexanik təyin edilmiş, xx.xx.1981-ci ildə işdən azad edilmişdir. xx.xx.1984-cü ildə “Moskva” sovxozunun traktor parkına baş mexanik təyin edilmiş, xx.xx.1994-cü ildə işdən azad edilmişdir. xx.xx.1995-ci ildə Ağstafa rayon X17 və X3 təmir emalatxanasına mühəndis təyin edilmiş, xx.xx.1999-cu ildə Ağstafa rayon X17 və X5 ləğv edilməsi və X16 Tipli Səhmdar Cəmiyyətinə çevrilməsi ilə əlaqədar ştat ləğv edilməsinə əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci ildə Azərbaycan Respublikası “HVTİC”-i Ağstafa rayon X20 Klubunun nəzəri və praktiki tədris üzrə baş müəllim vəzifəsinə təyin edilmiş, xx.xx.2003cü ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Ağstafa rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 35 nömrəli arayışında göstərilmişdir ki, Ağstafa rayon MTT və MİB-in təmir emalatxanasına aid xx.xx.1995-xx.xx.1999-cu iilərə dair əmr və əməkhaqqı kitabları mühafizə olunması üçün Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Ağstafa rayon Statistika İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2021-ci il tarixli, 51 nömrəli məktubunda bildirilmişdir ki, “Ağstafa rayon X17 və X8” və “Ağstafa rayon X23”na dair Ağstafa rayon Statistika İdarəsində məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli, 01/3-2462 nömrəli məktubunda bildirilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Ağstafa rayon X17 və X6 dair məlumat mövcud deyildir. Bununla yanaşı nəzərinizə çatdırılır ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli, 4/2039 nömrəli məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan “Moskva” sovxozunun yerləşdiyi inzibati ərazi vahidliyi göstərilmədiyinə görə sorğunuzu icra etmək imkan xaricindədir. Məhkəmənin sorğusuna cavab olaraq Ağstafa Rayon Dövlət Arxivinin xx.xx.2021ci il tarixli, 63 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Ağstafa Rayon Dövlət Arxivində 57 saylı fondda mühafizə olunan Ağstafa Rayon “Moskva” sovxozunun fəhlə və qulluqçularına aid əmr kitabında xx.xx.1978-ci ildə 3 saylı əmrlə “Moskva” sovxozuna müvəqqəti böyük mexanik təyin edilib, xx.xx.1984-cü il tarixli 101/2 saylı əmrlə “Moskva” sovxozunun avtotraktor parkına baş mexanik təyin edilib və xx.xx.1994-cü il tarixli 36 saylı əmrlə ərizəsini nəzərə alaraq tutduğu baş mexanik vəzifəsindən azad edilibdir. “Moskva” sovxozunun əmək haqqı kitablarında xx.xx.1978xx.xx.1981-ci il və xx.xx.1984-xx.xx.1994-cü illərdə aldığı əmək haqları aşağıdakı kimi olmuşdur. Əməkhaqqı cədvəlinə əsasən 1978 (1 il), 1979 (1 il), 1980 (1 il), 1981 (yanvarsentyabr ayları), 1985 (1 il), 1986 (1 il), 1987 (1 il), 1988 (1 il), 1989 (1 il), 1990 (1 il), 1991 (1 il), 1992 (1 il), 1993 (1 il), 1994-cü (yanvar-oktyabr ayları) illərdə əməkhaqqı almışdır Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********644600 nömrəli məktubunda bildirilmişdir ki, dövlət reyestrində Ağstafa rayon X17 və X8 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 846/g-4 nömrəli məktubunda bildirilmişdir ki, Ağstafa rayon MTT və MİB-in xx.xx.1995-xx.xx.1999-cu illərə aid və Azərbaycan Respublikası “HVTİC” Ağstafa rayon X20 Klubunun əmr və əmək haqqı kitabları Ağstafa rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün İddiaçı işlədiyi barədə məlumat aşkarlanmamışdır. Həmin məktubla təqdim edilmiş Ağstafa Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 66 nömrəli məktubunda bildirilmişdir ki, Ağstafa rayon MTT və MİB-nin xx.xx.1995xx.xx.1999-cu illərə aid və Azərbaycan Respublikası “HVTC” Ağstafa rayon X20 Klubunun əmr və əmək haqqı kitabları Ağstafa rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün İddiaçı işlədiyi haqqında məlumat aşkarlanmadı. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********36 nömrəli məktubunda bildirilmişdir ki, müraciətdə qeyd olunan Ağstafa rayon X17 və X8 barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş X12, X14 və X1 orqalanlara ünvanladığı xx.xx.2021ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədə bildirmişlər ki, həqiqətən İddiaçı onlarla birgə 1995-ci ilin yanvar ayından Ağstafa rayon X17 və X3 təmir emalatxanasında mühəndis vəzifəsində işləməyə başlamış və xx.xx.1999-cu ildə Ağstafa rayon X17 və X5 ləğv edilməsi və X16 Tipli Səhmdar Cəmiyyətinə çevrilməsi ilə əlaqədar ştat ləğv edildiyindən hər bir işçi kimi o da işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********69 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinin Ağstafa “Rayaqrotexservis” İstehsalat Birliyinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 768 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 05/1265-11 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il tarixli, 2458 nömrəli Sərəncamına əsasən 1 yanvar 2008-ci il tarixdən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müəyyən edildiyindən həmin quruma dair məlumat aşkar olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********720000 nömrəli məktubunda bildirilmişdir ki, uçot məlumat bazasına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir bölgə şöbəsi üzrə 8/3-9 qeydiyyat nömrəsi qeydiyyatdan keçmiş və vergi ödəyicisi kimi Vergilər İdarəsində xx.xx.1999-cu il tarixdə doqquz rəqəmli VÖEN-lə (3********), xx.xx.2004-cü il tarixində on rəqəmli VÖEN-lə (**********) vergi uçotuna alınmışdır. Əlavə olaraq bildirilir ki, uçot məlumat bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkili barədə vergi orqanına müraciət etməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 768 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş Ağstafa “Rayaqrotexservis” İstehsalat Birliyinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2005-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda nəzərinizə çatdırılır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri Ağstafa “Rayaqrotexservis” İstehsalat Birliyi olmuş, işçilərin siyahısında İddiaçı mühəndis vəzifəsində işlədiyi qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Qazax Rayon İcra Hakimiyyəti Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 320 nömrəli məktubunda bildirilmişdir ki, Azərbayacan Respublikası Ali Sovetinin 24 aprel 1990-cı il tarixli fərmanına əsasən yeni Ağstafa rayonu yaradılmışdır. Azərbaycan SSR X24 Komitəsinin 30 may 1990-cı il tarixli 483 nömrəli əmri ilə Qazax və Ağstafa RASK-larının xx.xx.1990-cı il tarixli 190/14 nömrəli birgə əmrlərinə uyğun olaraq Ağstafa rayonunda Ağstafa rayon X15 yaradılmışdır. Ağstafa rayonunda işləmiş İddiaçı Ağstafa rayonunda hansı vəzifədə işlədiyi, Ağstafa rayonunda hansı illərdə nə qədər əmək haqqı aldığı barədə Qazax rayon Dövlət Arxivində nə məlumat, nə də Qazax rayon Dövlət Arxivinə aidiyyəti yoxdur. 1990-cı il iyun ayının birindən sonra bu məlumatlara cavabdehlik İddiaçı ona iş verən idarənin müdiriyyəti və ya Ağstafa rayon Dövlət Arxivi cavab verməlidir. Yuxarıda şərh olunanlara əsasən məlumat verilir ki, onun hansı vəzifələrdə işləməsi barədə əsas olmadığı üçün Qazax rayon Dövlət Arxivinə heç bir adiyyəti yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Ağstafa Rayon Dövlət Arxivinin xx.xx.2022ci il tarixli, 36 nömrəli məktubunda bildirilmişdir ki, Ağstafa rayon X19 Təsərrüfat Nazirliyinin tabeliyində olmuş Ağstafa “Rayonaqrotexservis” İstehsalat birliyinə aid əmr və əməkhaqqı kitabları Ağstafa rayon Dövlət Arxivində mühafizə olunmur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 saylı regional ərazi filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbiəğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz xx.xx.1978-ci il tarixli ИТ-İ № ******* saylı əmək kitabçanıza əsasən sizin xx.xx.2006-cı il tarixinə kimi sığorta stajınız 21 il 8 ay 19 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək sizin fərdi hesabınızda pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinin tələblərinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının qanunla tələb olunan 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığı əsas gətirilərək müraciəti təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2019-cu ildən 30 iyun 2020-ci il tarixədək kişilər üçün pensiya yaşı həddi 64 il 6 ay olmuşdur. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla 64 il 06 ayını xx.xx.2020-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus hərbi bilet, təhsil barədə sənəd, əmək kitabçası qeydlərinə əsasən xx.xx.1972-xx.xx.1977-ci ilədək təhsil müddəti 04 il 10 ay, xx.xx.1981xx.xx.1983-cü ilədək hərbi xidmət dövrü 02 il 17 gün, əmək fəaliyyəti dövrü üzrə xx.xx.1978- xx.xx.1981-ci ilədək 03 il 08 ay 02 gün, xx.xx.1984- xx.xx.1994-cü ilədək 09 il 11 ay 26 gün, xx.xx.1995-xx.xx.1999-cu ilədək 04 il 04 ay, xx.xx.2002- xx.xx.2003-cü ilədək 01 il 02 ay 09 gün olmaqla ümumilikdə 26 il 24 gün iş stajı toplamışdır. Məhkəmə cavabdehin imtina əsası kimi istinad etdiyi iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi Ağstafa rayon X17 və X3 işlədiyi dövrün ümumi iş stajında nəzərə alınmaması əsası ilə razılaşmır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıda adıçəkilən ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər nəzərə alına bilər. İddiaçının Ağstafa rayon X17 və X3 əmək fəaliyyəti ilk növbədə onun əmək kitabçasındakı işə qəbul və işdən çıxması barədə əmrlərin nömrəsi, tarixi, müəssisənin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydlərlə sübut olunur. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Digər tərəfdən məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, Azərbaycan SSR X24 Komitəsinin 30 may 1990-cı il tarixli 483 nömrəli əmri ilə Qazax və Ağstafa RASK-larının xx.xx.1990-cı il tarixli 190/14 nömrəli birgə əmrlərinə uyğun olaraq Ağstafa rayonunda Ağstafa rayon X15 yaradılmışdır. Sonradan Ağstafa “Rayaqrotexservis” İstehsalat Birliyi (Ağstafa rayon X15) “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 768 nömrəli sərəncamı özəlləşdirilmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Ağstafa Aqrotexservis” Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri Ağstafa “Rayaqrotexservis” İstehsalat Birliyi olmuş, işçilərin siyahısında İddiaçı mühəndis vəzifəsində işlədiyi qeyd edilmişdir. Beləliklə, cavabdehin xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi Ağstafa rayon X17 və X3 işləməsi faktı əmək kitabçası ilə yanaşı həmin müəssisənin bazaında yaradılmış hüquqi şəxsin özəlləşmə sənədlərində də öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı tələbi ödənilir. Cavabdehin pensiya təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı 64 il altı aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilməlidir İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 64 il altı aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar