Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14944/2025 19.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı “rüsumun qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək özəlləşdirmə ilə bağlı ödənilən 125.8 manat ödənişin geri qaytarılmasını, Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin onları get-gələ salması nəticəsində çəkdiyi əlavə maddi xərclər olaraq 15 manat və mənəvi təzminat olaraq 100 manatın cavabdeh orqandan alınıb onun hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X4 vəfat etməmişdən əvvəl X7 İdarəsinə məxsus "Yelkən" bağçılıq-yoldaşlıq birliyi nəzdində Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 hektar torpaq sahəsi olan 342 nömrəli bağ sahəsi ayrılmışdır. Lakin həyat yoldaşının qəfil vəfatı ilə əlaqədar həmin torpaq sahəsinin özəlləşdirilməsi (daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilməsi) həyata keçirilmədiyindən, müvafiq sənədin xüsusi mülkiyyətə dair Çıxarışın və Texniki Pasportun əldə edilməsi üçün xx.xx.2023-cü il tarixində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müaciət etdi. Tələb olunan 125,8 manat dövlət rüsumunu ödədikdən sona ərizəsini qəbul etdilər. Lakin xx.xx.2023-cü il tarixdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə ona bildiriş göndərildi. Xüsusi mülkiyyətə dair Çıxarışın və müvafiq Texniki Pasportun verilməsindən imtina olunsa da, ödədiyi 125,8 manat dövlət rüsumunun geri qaytarılması üçün xx.xx.2025-ci il tarixli ********** nömərli Ərizə ilə 2 saylı ASAN Xidmət vasitəsilə yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müaciət etdik. Həmin müraciətə cavab olaraq, yenidən müvafiq xidmətin həyata keçirilməsi üçün tələb olunan dövlət rüsumunun geri ödənilməsindən imtina olundu. Səbəb kimi isə, ödəniş barədə çekdəki məlumatların oxunmadığı göstərildi və onlara ödənişin geri alınması üçün onun həyata keçirildiyi Kapital Banka müraciət etmək tövsiyyə olundu. xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Kapital Bankın - indiki Birbankın Xətai Rayonunda yerləşən Zəfər Filialına müraciət etdi. X8 ilə əlaqə saxlayandan sonra onlara bildirdilər ki, həmin çek və ya çekə dair məlumatlar ödəniş post-terminal vasitəsilə həyata keçirildiyi üçün bir gündən artıq müddətdə onlarda qalmır. Ona görə də ödənişin həyata keçirilməsinə dair qəbzdə olan məlumatları verilməsindən imtina olundu. Yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müaciət etdikdə isə, ödənişin ödənilməsinin həyata keçirilməsinin mümkün olmaması barədə bildirdilər və yalnız "təəssüf keçirdiklərini söylədilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ödəniş həyata keçirilməsə, heç bir müvafiq sənədləşmə aparıla bilməz. Ödənişin həyata keçirilməsinə dair ona qəbz və qəbul edilən digər sənədlərin qəbzlə birlikdə qəbul edilməsinə dair ona ayrıca kağız-sənəd də verdilər. Əgər onda olan çek məlumatlarının oxunmadığını bəhanə gətirib imtina edirlərsə, həmin İdarədə Kassa tərəfindən verilən ödənişin xəzinədar tərəfindən qəbul olunmasına dair kəsilmiş şəkildə ayrıca qəbz sənədi olur. Həmin sənəd Ərizənin üstündə götürülüb özlərində saxlanılır. Həmin sənədə baxıb ödənişi geri həyata keçirə bilərdilər. Bunu etməyib isə, vətəndaşı əsassız yerə incitməklə, onu süründürməçiliyə məruz qoyurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı özəlləşdirmə ilə bağlı ödənilən 125,8 manat ödənişin gen qaytanıtmasını, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdaresinın bizi get-gele salmas nəticəsində çəkdiyim əlavə maddi xərclər olaraq (nəqliyyat xərcləri, məhkəməyə müraciətlə bağlı çəkilən xərclər (çap pulu ərizənin yazılması, sənədlərin surətinin çıxarılması və s.)) 15 manat və mənəvi təzminat olaraq, 100 manat 1 saylı Bakı Ərazi İdarəsindən alınıb onun hesabıma ödənilməsini təmin edərək, bu barədə qərar qəbul edilməsi barədə iddia tələbi etirazia qarşılanır. İddiaçının müvafiq iddia tələbinə dair 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır "İnzibati məhkərnə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsı Plenumunun 10 aprel 2015-ci il tarixli, N№ 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (meselan məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçının iddia tələbinin maddi və mənəvi ziyanla bağlı hissəsinə dair bildiririk ki, İdarə tərəfindən hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilməmiş, iddiaçıya maddi zərər vurulmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 12-cı maddəsinə əsasən daşınmaz amlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanlan tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyvar orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və duzgün olmasına cavabdendirian Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddasin rahbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ödədiyi rüsum olan 125.80 manatın geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə məhkəmə iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki: -AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Bakı şəhəri,ünvan 1 ünvanında qeydiyyatdadır. -AZ-İ seriyalı 583315 nömrəli Ölüm haqqında Şəhadətnamədən müəyyən olunur ki, X6 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 1469 nömrəsi ilə qeyd edilmişdir. -İİİ-ЖГ seriyalı 307403 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnaməyə əsasən X6 və İddiaçı arasında xx.xx.1983-cü il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1983-cü il tarixdə 06 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Aslanov, arvada Həsənova soyadı verilmişdir. -Bakı şəhər 6 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 489 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2012-ci ildə vəfat etmiş X2 qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 6 saylı notariat ofisine müraciət daxil olmuşdur. X3 vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2013 -cü ildə vərəsəlik işi açılıb və vərəsəlik dairəsi müəyyən olmuşdur. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq "Yelkən" bağçılıq-yoldaşlıq birliyi nəzdində 342 nömrəli bağ sahəsi ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə dair reyestrdən çıxarış verilməsi xahiş olunur. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********36 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "342" saylı torpaq sahəsi Üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli. xx.xx.2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, tərəfinizdən təqdim edilən protokoldan çıxarışla idarənin arxivində olan sənədlər arasında torpaq sahəsinin ölçüsündə uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilən sənəddə sahənin ölçüsü 0,04 ha, arxiv məlumatlarında isə 0,05 ha göstərilmişdir. Bundan əlavə, torpaq sahəsinə texniki baxış keçirmək və çölölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan başqa, torpaq sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında 2-1(103)- 3109/2022 saylı inzibati iş mövcud olmuş, lakin yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-415/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən faktiki ölçüsü 26 kv.metr olan 342 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun X4 məxsus olmasına dair arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli **********12 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə ********** nömrəli ərizə ilə torpaq sahəsinə dair texniki pasport hazırlanması və hüquqların dövlət qeydiyyatına alınması üçün müraciət etmisiniz. Ərizənin icrasına imtina verildiyinə görə ödədiyiniz 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumunun geri qaytarılması ilə bağlı təqdim olunan sənədlərin (ödəniş qəbzi) çap keyfiyyəti aşağı olduğu üçün müvafiq rəyin tərtib edilməsi mümkün olmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının hazırkı iddia tələbi də, məhz, cavabdehə ödənilmiş 125.80 manat rüsumun geri ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsi isə nəzərədə tutur ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl rüsumun geri ödənilməsi ilə bağlı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, həmin ərizəyə xx.xx.2025-ci il tarixli **********12 nömrəli məktubla cavab verilmişdir Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı ilkin olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 342 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun X4 məxsus olmasına dair arayışın verilməsi ilə bağlı inzibati orqana müraciət etmiş, inzibati orqan müraciətin təminindən imtina etmiş, cavabdeh imtinanı məhkmədə mübahisələndirmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2867/2022 saylı, 22 iyun 2022ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-415/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2867/2022 saylı, 22 iyun 2022ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilmişdir. Qərar qanuni qüvvəsini almış və qərar icra olunmuşdur. Hazırkı iddia üzrə iddiaçı cavabdehin toraq sahəsinə mülkyyət hüququnun qeydiyyatı ilə bağlı ilkin olaraq inzibai orqana müraciət etdiyi zaman ödəmiş olduğu dövlət rüsumunun geri qaytarılmasını mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: 6.1.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: 6.1.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması; 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. -9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X1 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur -10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi daşınmaz əmlaka əmlak hüququnun qeydiyyata alınması ilə bağlı müraciət zamanı əmlaka dair hüquqmüəyyənedici sənədlər təqdim edilməklə yanaşı, qeydiyyatla bağlı hərəkətlərin aparılması üçün müvafiq dövlət rüsümunun ödənilməsini təsdiq edən sənədin təqdim edilməsi də tələb olunur. Adıçəkilən qanunda qeydiyyatla bağlı hərəkətlərin edilməsi üçün ödənilmiş dövlət rüsumunun qeydiyyatın aparılmasından bu və ya digər əsasla imtina edildiyi halda ödənilmiş rüsumun geri qaytarılması ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Sözügedən rüsum yalnız qeydiyyatın aparılması ilə bağlı deyil, həm də qeydiyyatla bağlı edilmiş müraciətə baxılması zamanı inzibati orqanın sərf etdiyi müvafiq inzibati prosedur hərəkətlərinin keçirilməsinin təmini üçün (məsələn, torpaq sahəsinə baxış keçirilməsi üçün müvafiq mütəxəssisin yerində baxışının təşkili, arxiv sənədlərinin çıxarılması və s.) nəzərdə tutulmuş maddi təminat üçün də nəzərdə tutulmuşdur. Beləliklə, hazırkı halda iddiaçının iddia etdiyi dövlət rüsumunun geri ödənilməsinin hüquqi əsası müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı “dövlət rüsumunun geri ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-14944/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14944/2025
19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver