Məhkəmə qərarları › İş №2-1(112)-1495/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1495/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1495/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun müvafiq dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı oglu xx.xx.1969-cı il Bakı şəhərində anadan olmuşdur. Şəxsiyət AA 0774026. FİN xxxxxxx. Birinci Vətən müharibəsinin “Müharibə Veteranı” və 2015 ci ildən ümumi əlil, səbəb əlamətin dəyişərək 2017 ci ildən 2 ci qrup əlil “Hərbi Xidmət vəzifəsini yerinə yetirmək əlaqədar” əlildir. O 2015-ci ildən, 3 dəfə TSEK-in komisiyasın keçərək əlilliyi 5 - illik təyin olunaraq, xx.xx.2022 ci ilə kimi bitmə müddəti təyin edilmişdir. O 9 (doqquz )il əlil olmuşdur, ”Hərbi Xidmət keçmə” Hərbi xidmət Vəzifəsini yerinə yetirməklə” 0108003AACİL - nömrəli göndərişi əsasında 2 qrup əlil Müharibə Veteranıdır. O əlilliyin təyin olunan vaxtında qabağ aldığı müharibədə kəllə beyin travması xəstəliyi Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı qazanmışdır. Azərbaycanda birinci Vətən Müharibəsində,”Hərbi (-Xidmət Keçmə-)Vəziyyət” və “Tam Səfərbərlik“ elan edilmişdir. O da fasiləsiz, məzuniyyətsiz gücləndirilmiş iş rejimində DİN-nin polis baş serjantı kimi xidmət aparırdı. Xidməti ilə bağlı gücləndirilmiş xidmət illərində xidmət etdiyinə görə, əmək kitabçasında “ 5-il güzəştli xidmət illəri“ qeyd olunmuşdur. O Azərbbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda “Şuşa” da döyüşlərdə 1992 ci ilin aprel aylarında atılmış mərmi nəticəsində “X13 Travması “almış ,yaralı yaralı döyüşmüş, bunlada DİN-nin rəhbırliyi tərəfindən 1000 rubul pull mükafatı almışdır. (şəxsi işimdə Şuşada ictimai əsayışin qorunması təsdiqin tapır, xx.xx.1992 ci il,N9İ55 -li əmr). Qapalı kəllə-beyin travması, stasionar müalicə almağı barəsində xx.xx.1993 ci il -xx.xx.1993 ci ilə DİN-nin Respublika Hospitalı tərəfindən verilmiş xx.xx.2016-cı il, tarixli 238-1159-1216 N-li məktubu. Xüsusi Həkim Komisiyasının 20 saylı qərarı. O son 5 il müddəti təyin olunandan, hər ildə 2 dəfə və ya bir dəfə Klniki Tibbi mərkəzdə yataraq müalicə və müayinə ən azı 13-14 gün yataraq almışdır. Əlilliyin təyin edilməsi ilə bağlı o yerli poliknika komissiyasın,3 №-li mərkəzi komissiyanı və 2 nömrəli X5 sonunda,təqribi 30 həkim (baxışından) komissiydan keçərək təsdiqin tapmışdır.Buda olan xəstəliyin həkimlərin verdiyi rəy təsdiqin taparaq Forma 88 elektron alt sistemə otuzdurulur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin X9 -Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qeyri peşəkar həkim komissiyasının xx.xx.2023 ci il qərarında İddiaçı İmtina edilib. Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: Səbəb: Diaqnoz öz təsdiqini tapmaması. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Forma 88 nömrəsi: D00086424UV. Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə. Bu qərar göstərilən tarixdə xx.xx.2023-cü il, nə telefonla nə də məktubla o TSEK- dəvət edilməmişdir. Onun TSEK-də əyani baxışda iştirakı olmadan qərar verilmişdir. Onu xx.xx.2023cü ildə, TSEK-in komissiyasına dəvət olundu. O dəvət olunandan sonra xx.xx.2023-cü ildə, onun asan imzası ilə 051 *** ** ** sosial elektron portalına daxil olaraq, TSEK- in bu qərarı sistemdə görsəndi xx.xx.2023 17:40:49 saat Tarixli. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə Səhiyyə müəssisəsi: Bakı 2 nömrəli X5 Təsdiqlənmə tarixi: xx.xx.2023 17:41:45 Rayon: Yasamal. Yerli orqan: Tibbi-Sosial Ekspert Komissiyasi. Ona TSEK tərəfindən verilən rəyə görə, elektron sistemdə xx.xx.2023 ci il tarixli rəydə, onun Forma 88 elektron sistemə hansı qrum tərəfindən vurulması bəlli deyil, verilən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul etmişdir. Dəfələrlə əlilliyinin təsdiqlənmə Rəyində anlaşılmazlıq haqqında DOST ASAN xidmətində və Hərbiçilərin Pensiya Departamentindədə xx.xx.2023 ci il də müraciətinə baxmayaraq eyni TSEK-in xx.xx.2023 ci il tarixli, qurum bəlli olmayan tərəfdən verilən RƏY təqdim olunur. Onun Forma 88 TSEK-in elektron siteminə, Bakı 2 nömrəli X5 tərəfindən göndərilmişdir. Əlilliyin müddəti: “Müddətsiz”, Təsdiqlənmə tarixi: xx.xx.2023 17:41:45 saat,təyin edilmişdir. xx.xx.2023-ci il tarixdə iştirakım olmadan keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən, Bakı 2 nömrəli X5 tərəfindən göndərilmiş “Müddətsiz”, Təsdiqlənmə tarixi: xx.xx.2023 17:41:45 saat, təyin edilmiş rəy sistemdə əsas yerin tutmalıdır. Cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və buna görə də ona təyin edilmiş əlillik dərəcəsi bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış, "Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə imtina qərarı verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların ve anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və ərmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixdə baxılmış və Beynəlxalq Təsnifatı: Vİİİ Sinif – Sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 – Osteopatiyalar və xondropatiyalar => M91-M94 – Xondropatiyalar => M93 – Digər osteoxondropatiyalar => M93.8 - ... Diaqnozun mətni: Onurğanın yayılmış osteoxondrozu. Vertebro-bazilyra qan dövranı çatışmamazlığı, tez-tez bş verən vegeto-vestibulyar krizlər. OU-nagiopatiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatışmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixdə baxılmış və Beynəlxalq Təsnifatı: Vİİİ Sinif – Sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 – Osteopatiyalar və xondropatiyalar => M91-M94 – Xondropatiyalar => M93 – Digər osteoxondropatiyalar => M93.8 - ... Diaqnozun mətni: Onurğanın yayılmış osteoxondrozu. Vertebro-bazilyra qan dövranı çatışmamazlığı, tez-tez bş verən vegeto-vestibulyar krizlər. OU-nagiopatiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatışmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2017-ci il tarixdə baxılmış və Beynəlxalq Təsnifatı: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 – Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 – Başın... Diaqnozun mətni: Başın travmalarının nəticələri, X13 travması. . Meyar: 2.2. İkinci dərəcə əlillik =>2.2.9. qabarıq yaddaş zəifliyi, idrakı enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya pramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg... ” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 2 ömrəli X1 xx.xx.2023-cü il tarixli D00086424UVM nömrəli tibbi göndəriş əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə”, Əsas diaqnoz: F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə, Ağırlaşma – F07.8 – Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə. Yanaşı xəstəliklər – İ87.2 – (Xroniki) (periferik) venoz çatışmamazlıq, Aşağı ətrafların İİ-İİİ dər. XVC, ödəmli indurativ hiperpigmentasiya. Yanaşı xəstəliklər – M54.1 – Radikulopatiya, Diskogen bel (L3-L4, L4-L5) radikulopatiyası. Yanaşı xəstəliklər – H52.0 – Hipermetropiya, OU-zəif dərəcəli hipertmetrofiya HM 1.0., Yanaşı xəstəliklər - İ83.9 – Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, Aşağı ətraflarının varikoz xəstəliyi, Yanaşı xəstəliklər – H90.3 – Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli çox yüngül (1) dərəcəli eşitmə azlığı. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9-Sosial Ekspertiza və X3- sosial ekspert komissiyasının 28 aprel 2023-cü il tarixli, 3-17-4/3-3-2402/2023 nömrəli əyani müayinəyə dair qərara əsasən İddiaçı xx.xx.2017-ci il tarixli 5 il müddətinə ikinci dərəcə əlillik təyinatının səbəb əlaqəsinin hərbi xidmət dövrü ilə əlaqədar olaraq dəyişdirilməsi, eləcə də tibb müəsssisəsinin yeni göndərişi əsasında diaqnozun əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Beləliklə, sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixli D00086424UVM nömrəli göndərişdə qoyulmuş diaqnoza münasibətdə qiymətləndirmə aparılaraq “diaqnozun əlillik əlaməti təyin etmir əsası ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. İddiaçı qeyd edilən qərarı mübahisələndirməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddiaçının əlilliyinin müəyyən edilməsi onun sağlamlıq vəziyyəti ilə bağlı olduğundan və şəxsin xəstəlik və sağlamlıq vəziyyətindəki qüsurların müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğu nəzərə alınaraq 2-1(112)- 11317/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 ekspertlərinə həvalə edilmişdir. Məhkəmənin həmin qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 tərəfindən T 766/2023 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən D00086424UVM saylı Forma 88-də “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beynin üzvi xəstəliyi' (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntusu ilə” diaqnozu qeyd olumuşdur. xx.xx.2023-cü il tarixdə E.A.X10-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası tərəfindən müayinəsi zamanı əlillik təyinatına əsas verəcək nevroloji ocaqlı simptomatik və psixi defisit aşkar olunmamış, 2 nömrəli X2 qoyulan diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə” kimi qeyd edilsə də klinik və anamnestik olaraq öz təsdiqini tapmamışdır. Belə ki, əyani müayinə zamanı əlillik təyinatına əsas verən ocaqlı nevroloji simptomlar və psixi defisitlər aşkar edilmədi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11317/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 ekspertlərinə həvalə edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6 xx.xx.2024-cü il tarixli, 7835 nömrəli məktubu ilə təqdim edilmiş T 353/2024 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Vətəndaş İddiaçı adma tərtib edilmiş tibbi sənədlərdə və Forma 88-də ona “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntusu ilə” diaqnozu qoyulmuşdur. Lakin istər 2023-cü ildə, istərsə də 2024cü ildə onun əyani müayinəsi zamanı ciddi şəxsiyyət dəyişikliyi, davranış pozuntusu olması öz təsdiqini tapmamışdır. İddiaçı xx.xx.2024-cü ildə ekspertizadan keçərkən sağlamlıq durumu ilə əlaqədar hər-hansı ixtisaslaşmış və ya instrumental müayinəyə göndərilməsinə ehtiyac olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1495/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə- psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Səhiyyə Nazirliyinin Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Səhiyyə Nazirliyinin Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4470 nömrəli məktubu ilə təqdim edilmiş 2645 saylı rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Yoxlanılan şəxs İddiaçı “ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU, DEPRESSİV DAXİLOLMALARLA” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında “Başın travmalarının nəticələn. X13 travması” diaqnozu ilə ikinci dərəcəli əlil hesab olunması, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin A.heydərov Adına Respublika Hospitalında “Asteno-nevrotik (ipoxondrik- isterik) vəziyyət, kəllədaxili hipertenziya əlamətləri ilə. Anamnezində X13 travması. Sidik turşulu diatez. Sağ diz və sol dirsək oynaqlannın artrozu. Burun çəpərinin əyriliyi” diaqnozu ilə stasionar müalicədə olması, Tibbi Ərazi Böl'mələrinin İdarəetmə Birliyi “X11’də “Keçirilmiş qapalı kəllə-beyi travmasının qalıq əlamətləri” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X12’də “Keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “X11’də “Keçirilmiş QKBT-nın nəticəsində posttravmatik ensefalopatiya” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli “Klinik Psixiatriya XəstəxanasTda “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Davranış pozuntuları ilə” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli “X5’da “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Kobud davranış pozuntuları, depressiv daxilolmalar və koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “X11’də “Kəllədaxili hipersentiya ilə təzahür edən keçirilmiş X13 travmasının nəticəsi. Posttravmatik ensefolotapiya. Koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli “Klinik Psixiatriya XəstəxanasTda “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Kobud davranış pozuntuları, depressiv daxilolmalar və koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya XəstəxanasTda “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Kobud davranış pozuntuları, depressiv daxilolmalar və koqnitiv funksiyalann enməsi ilə” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya XəstəxanasTda “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Kobud davranış pozuntuları, depressiv daxilolmalar və koqnitiv funksiyalann enməsi ilə” diaqnozu təyin edilməsi, Tibbi xx.xx.2024-cü il tarixli 2645 saylı rəy -8- İddiaçı Ərazi Bölmələrinin İdarəetmə Birliyi “X11’də “ÜİX stabil gərginlik stenokardiyası” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması) və hal- hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Yoxlanılan şəxs İddiaçı hal-hazırda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla F 07.0 aşkar olnur. Yoxlanılan şəxs İddiaçı xx.xx.2023-cü il tarixli D00086424UVM saylı Forma 88-də qeyd edilmiş diaqnoz onun hazırki vəziyyətinə uyğundur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İşin sadalanan hallarından görünür ki, iddiaçı 2015-2016, 2016-2021-ci illərdə baş beyin qan dövranının xroniki çatışmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, başın travmalarının nəticələri, X13 travması diaqnozu ilə əlillik dərəcəsi təyin edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli D00086424UVM nömrəli tibbi göndəriş əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və o üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə” diaqnozu ilə qiymətləndirmə aparılaraq “diaqnozun əlillik əlaməti təyin etmir əsası ilə əlillik təyinindən imtina edilmişdir. İddiaçının əyani müayinə zamanı cavabdeh ekspert komissiyası nəticəyə gələrkən iddiaçının xəstəliyi ilə əlaqədar onu müvafiq ixtisaslamış müəssisə və ya laborator müayinəyə göndərməmiş, belə bir müayinələrin nəticələrinə istinad etməmişdir. İş üzrə təqdim edilmiş məhkəmə tibbi ekspertizanın rəyləriində iddiaçıda klinik və anamnestik olaraq əlillik təyinatına əsas verən ocaqlı nevroloji simptomlar və psixi defısitlər aşkar edilmədiyini bildirsə də qeyd olunan nəticənin hansı ixtsaslaşmış və ya instrumental müayinənin nəticəsi olaraq müəyyən edildiyini qeyd etməmişdir. Başqa sözlə, iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı qoyulmuş suallara hansı ixtisaslaşmış və ya instrumental müayinənin nəticəsində qiymət verildiyi görünmür. Halbuki sonuncu dəfə əldə edilmiş ixtisaslaşmış-psixiatrik ekspertizanın rəyinə əsasən iddiaçıda hazırkı tarixədək baş beynin üzvi xəstəliyi (travma mənşəli) olması əsası ilə əlillik təyinatının aparılması, təfəkkürün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyənin dəyişkən olması, emosional dayanıqsızlıq kimi əlamətlər, ekspert rəyində barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli D00086424UVM saylı Forma 88-də diaqnozun onun hazırkı vəziyyətinə uyğun olmasının müəyyən edilməsi kimi hallar iddiaçının hazırkı vəziyyətinin əlillik təyinatına əsas verdiyi qənaətinə gəlməyə kifayət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyyən olunması meyarları” nın üzvi mənşəli şəxsiyyət pozuntusu-F07.0 kodu altında olan xəstəliyin qiymətləndirmə meyarları aşağıdakılardır: -əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) -məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş xx.xx.2023-cü il tarixli D00086424UVM saylı Forma 88-dəki xəstəliklərlə (əsas diaqnoz) iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçının tibbi göndərişindəki xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyyən olunması meyarları” nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirmə onun əlillik təyinatına əsas verir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasdan iddia tələbi təmin edilməli, iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar