Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14959/2023 21.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusu verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “qaçqın statusu verilməsi haqqında” vəsatətinin təmin edilməsi və ona “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Ramzan X2 Respublikasının Lahor şəhərində dünyaya gəlmiş və dini etiqadına görə müsəlmandır. İddiaçı Pakistan vətəndaşıdır və 08 noyabr 2018-ci il tarixində Pakistan İslam Respublikasının Lahor şəhərində olarkən Faruk adlı şəxs ona ağır xəsarətlər yetirmişdir. Aldığı xəsarətlər çox olduğundan üç il ərzində müalicələr almış, aldığı uzun müalicələr nəticəsində həkimlər nəhayət sağlamlığının bərpasına nail olmuşdurlar. Lakin iddiaçı ilə düşmənçilik edən Faruk adlı şəxs xx.xx.2021ci il tarixində onu taparaq yenidən ayaq nahiyyəsinə xəsarət yetirmişdir. Həyatı təhlükədə olduğu səbəbindən uzun müddət ərzində Pakistan Respublikasının müxtəlif şəhərlərində gizlənmək məcburiyyətində qalmışdır. Sonuncu dəfə 6 ay ərzində Behrin şəhərində gizlənmişdir. İddiaçı ilə düşmənçilik aparan şəxsin onu öldürmək niyyətində olduğunu bildiyi üçün Pakistan İslam Respublikasını tərk etmək məcburiyyətində qalmış və sığınacaq əldə etmək məqsədi ilə xx.xx.2003-cii il tarixində Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikasına gəldikdən sonra Bakı şəhərində “Odlar Yurdu” universitetində təhsil almağa başlamışdır, lakin təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini davam etdirə bilməmişdir. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. Pakistan Respublikasına qayıtmağı mümkün deyil, çünki həyatı böyük təhlükədədir. Düşmənçilik edən şəxslər Pakistana qayıdacağı halda ona xəsarət yetirə bilərlər. İddiaçı qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx.xx.2023-cü il tarixində elektron qaydada müraciət etmişdir. Ərizəsi araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmışdır. Lakin xx.xx.2023-cü il tarixində elektron poçt ünvanına Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın statusunun müəyyənləşdirilməsi İdarəsi tərəfindən “Qaçqın statusunun verilməsindən imtina edilməsi barədə” 29 sentyabr 2023-cü il tarixli 3-37/2-A- 8095-xx-xx-25277/2023 nömrəli cavab məktubu göndərilmişdir. Bundan əlavə olaraq, Miqrasiya Xidmətinin əməkdaşı tərəfindən onunla əlaqə saxlanılaraq qaçqın statusunun verilməsindən imtina edildiyi bildirilmişdir. Hesab edir ki, cavabdehin ona qaçqın statusu verilməsi barədə imtinası qanunsuzdur və buna görə ona “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair məhkəmə tərəfindən qərar qəbul edilməlidir. Belə ki, Pakistan İslam Respublikasının hüquq mühafizə orqanlarına müraciət etməyinə baxmayaraq ona heç bir köməklik göstərilməmişdir və həyatı hələ də təhlükədədir. Beləliklə, iddiaçının həyatı təhlükədədir və bu səbəbdən ona qaçqın statusu verilməlidir ki, Azərbaycan Respublikasında təhlükəsiz şəraitdə yaşaya bilsin.
3. Cavabdehin etirazı onunla əsasladırılmışdır ki, İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqraqsiya Xidmətinə müraciət etməmiş və onun haqqında hər hansı icraat aparılmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixli 3-37/1-A80xx-xx/2023 saylı elektron ərizə ilə müraciət edərək həyatına qarşı təhlükə olduğunu bildirmişdir. Xidmət tərəfindən şəxslə əlaqə yaradılmış ona hüquq və vəzifələri izah olunmuşdur. Şəxs Xidmətə şəxsən müraciət etmədiyindən onunla bağlı hər hansı icraatın aparılması mümkün olmamışdır. Odur ki, cavabdeh yuxarıda göstərilənlərə əsaslanaraq, iddianın mümkün hesab edilməməsi barədə müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmənin sorğusuna əsasən cavabdeh Dövlət Miqraqsiya Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş Pakistan vətəndaşı olan xx.xx.1998-ci il təvəllüdlü İddiaçı Ramzan Muhammadın nümayəndəsinin cavabdehə xx.xx.2023-cü il tarixli onlayn müraciətindən görünür ki, məktubda iddiaçının Pakistanda həyatına qarşı təhlükənin və bununla bağlı cinayət işinə dair məlumatın mövcud olduğu bildirilmişdir. Cavabdehin həmin müraciətə xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur: “müraciətinizlə bağlı sizinlə əlaqə saxlanılaraq qanunvericiliyin tələbləri izah edilmişdir.”
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümaqyəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün hesab edilməməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır...
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır...
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
13. Məhkəmə ilk növbədə qeyd edir ki, işin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclasında cavabdeh inzibati orqana hazırkı tələblə müraciət edilməsinə dair müvafiq sübutun məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilmişdir. Lakin məhkəmə tərəfindən göstərilən hüquqi yardım nəzərə alınmamışdır.
14. Belə ki, məhkəmə araşdırması zamanı əldə olunan məlumatdan da müəyyən olunur ki, iddiaçı nümayəndəsi vasitəsi ilə elektron müraciətində onun həyatına qarşı Pakistanda təhlükə olduğunu bildirmiş, hazırkı iddia tələbi ilə, yəni ona qaçqın statusu verilməsi məzmunlu ərizə ilə cavabdehə müraciət etməmişdir.
15. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələb ilə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir.
16. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət edilməsi halı mövcud olmaması səbəbindən iddiaya baxılması mümkün deyildir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva