Məhkəmə qərarları › İş №2-1(112)-1496/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1496/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1496/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1973-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixində göndərilən Forma 88 göndərişini yenidən əlillik dərəcəsinin qiymətləndirilməsi cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İddiaçı daha sonra iddia tələbini “xx.xx.2022-ci il tarixindən ona 3-cü dərəcə əlillik dərəcəsinin təyin edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. Uşaq vaxtlarından sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn onda anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli 2-ci dərəcəli skoliozu, 3-cü dərəcəli hiperkifozu xəstəliyindən əziyyət çəkirib. Müxtəlif vaxtlarda müalicə olunsa da, xəstəliyin yalnız müvəqqəti olaraq qarşısını ala bilmişdir. Artıq iddiaçının 49 yaşı tamam olub.Yaşa dolduqca xəstəliklər səhhətində ciddi fəsadlar törətmişdir. Demək olar ki, onurğanın ağrılarından vaxtaşırı ağrıkəsici iynələrdən istifadə edir. Onurğada olan xəstəliklər, onurğanın 82 dərəcə əyilməsi iddiaçının ağ ciyərlərində də ciddi problemlər yaratmışdır. Artıq tənəffüs çatışmamazlıgından da əziyyət çəkir. Onurğanın əyriliyindən hərəkəti məhdudlaşıb, yarım saatdan artıq ayaq üstə qala bilmir. Uzun müddətdir ki, sağlamlıq imkanları məhdudlaşdığına görə fiziki işlə məşğul ola bilmir. Özü də ailəlidir, üç azyaşlı övladı var. Qeyd edilmişdir ki, 2019-cu il tarixində Bakı şəhəri S.M.Əfəndiyev adına 2 nömrəli poliklinikanın göndərişi əsasında ET-Travmotologiya və Ortopediya İnstitutunda müayinə və müalicə olmuşdur. Sonuncu dəfə xəstəxanada onurğanın döş tipli sol tərəfli 2ci dərəcəli (14 dərəcə) skoliozu və 3-cü dərəcəli (82 dərəcəli) hiperkifozu, Döş və bel fəqərələrinin ostexondrozu, Fəqərələrin torsiya edilməsi diaqnozu qoyulmuşdur. Belə ki, 2019-cu ildən bu günə qədər beş dəfə xəstəxanada müalicə və müayinə olmuşdur. Səhhətində heç bir irəliləyiş yoxdur. Onurğanın 82 dərəcə əyriliyi demək olar ki, iddiaçının sağlamlıq imkanlarını məhdudlaşdırmışdır. Lakin çox təəssüflər olsun ki, Dövlət Tibbi- Sosial Ekspert Komissiyasında 2019-cu ildən bu günə kimi göndərilən Forma 88 göndərişləri obyektiv araşdırılmadan müxtəlif bəhanələr gətirilərək göndərişlərə imtina olunmuş və səhiyyə müəssisəsinə geri qaytarılmışdır. Cavabdeh imtinasında natamam doldurulma qeyd edərək iddiaçıya əlillik təyin edilməsindən imtina edir. Sonuncu dəfə səbəb qeyd etmişlər ki, travmotoloji xəstəxanadan yeni tibbi rəy alınsın, hərçənd həmin göndəriş göndərilərkən heç iki ay yox idi ki, xəstəxanadan rəy alıb 2 saylı şəhər poliklinikasına vermişdir. Onlar da həmin rəy əsasında Forma 88 göndərişini yazıb göndərmişdirlər. Xəstəxanadan tibbi rəy verilmək üçün gərək altı ay keçməlidir. İddiaçı isə iki ay deyildi ki xəstəxanadan gəlmişdir. Bunlara baxmayaraq iddiaçı yenidən tibbi rəy almaq üçün yenidən xəstəxanaya getib və yeni rəy alaraq 2 saylı şəhər poliklinikasına təqdim edib ki, yeni Forma 88 göndərişini göndərsinlər. Lakin çox təəssüflər olsun ki, bu dəfə də xx.xx.2022-ci il tarixində imtina etmişlər və göndərişi səhiyyə müəssisəsinə geri qaytarmışlar. Bu səfər isə səbəb xəstəliyin ağırlaşmasının müayinəsi dəqiqləşdirilməsi qeyd edilmişdir. Hərçənd ağırlaşma ilə əlaqədar Ağ ciyər institutunda ona rəy verilmişdir ki, ağ ciyərlərdə Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur və xəstəliyin kodu J96. Onurğanın əyilməsi iddiaçının tənəffüs almağında çətinlik yaradır. Вu haqda Forma 88-də qeyd olunmuşdur. İddiaçının sağlamlıq imkanları məhdudlaşıb. Ondan əlavə 2019cu ildə Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin işçi qrupunun verdiyi rəydə göstərilmişdir ki, ona imtina xəstəlik ilə əlaqədar deyil, imtinanın səbəbi formal xarakter daşıyır. Hərçənd iddiaçının əlilliyi M40, M41 kodları əlilliyin təyin edilməsinə dair əsasnamədə öz əksini tapmışdır. Ondan əlavə onurğanın 32% əyriliyi olması insan orqanizimində açıq-aşkar bəlli olunur ki, şəxsin sağlamlıq imkanları məhdudlaşıb. Hesab edilmişdir ki, cavabdeh ona 2019-cu ildən bəri əlillik dərəcəsinin təmin olunmasına süni maneələr yaradaraq, müxtəlif bəhanələr gətirmişdir. Nəticə etibarı ilə ona əlillik dərəcəsi təyin edilməsindən məhrum olmuşdur.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2019-cu il tarixli 0019003AABW9 saylı göndərişi əsasında baxılmış və X3: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Q76.3 Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli İİ dərəcəli skaliozu, lll dərəcəli hiperkifozu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin başlanma tarixi 1976-cı il qeyd edilmişdir. Lakin müayinə və müalicə olunması 2019-cu ili əhatə edir.” səbəbi ilə imtina verilmişdir. Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0019003AACCK saylı göndərişi əsasında baxılmış və X3: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli İİ dərəcəli skaliozu,111 dərəcəli hiperkifozu Onurğanın osteoxondrozu, Onurğada daimi ağrı. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, 4805 nömrəli tibbi rəyə əsasən qarışıq tipli mötədil ventilyatsiya pozğunluğu. İ-İİ Hərəkətin və yerişin pozulmaları, Ataktik yeriş. Əzginlik (süstlük) və yorğunluq, Xəstə emosional ləbildir; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-ETTOİ_dan yeni tibbi rəy tələb olunur” səbəbi ilə imtina verilmişdir. Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021 -ci il tarixli Q019Q03AACDD saylı göndərişi əsasında baxılmış və X3: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Q76.3 Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli İİ dərəcəli skaliozujll dərəcəli hiperkifozu Ağırlaşma M42 Onurğanın osteoxondrozu, Xəstə bel nahiyyəsində ağrılardan hərəkət məhdudluğundan şikayətlənir. Ağırlaşma J96 Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, hərəkət zamanı təngnəfəslik, boğulma hissi narahat edir. Ağırlaşma M40 Kifoz və lordoz Xəstədə gözlə görünən döş qəfəsinin defrormasiyası, qunduz nəzərə çarpır. Daimi ağrıdan və ətraflara irradiasiyasından şikayətlənir. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, Ataktik yeriş. Ağırlaşma M41 Skolioz. Xəstə ətraflara irradiasiya edən ağrıdan şikayətlənir. Yanaşı xəstəliklər R53 Əzginlik (süstlük) və yorğunluq, Xəstə emosional ləbildir.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması tam dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli 0019003AACDD saylı göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o, 2022-ci ilin iyun ayında, yəni təxminən 5 ay sonra xx.xx.2021-ci il tarixli 0019003AACDD saylı göndəriş əsasında verilən xx.xx.2022-ci il tarixli əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir: 24.2-c maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə rrucdətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzincə verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir.

5. TSEK-Müayinə tarixi xx.xx.2019-cu il tarixində Q76.3 Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfi İİ dərəcəli skaliozu, İİİ dərəcəli hiperkifozu diaqnoz mətni ilə göndərişin natamam doldurulması (Xəstəliyin başlanma tarixi 1976-cı il qeyd edilmişdir. Lakin müayinə və müalicə olunması 2019-cu il əhatə edir.) səbəbi ilə imtina edilmişdir.

6. TSEK-Müayinə tarixi xx.xx.2021-ci il tarixində sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfi İİ dərəcəli skaliozu, İİİ dərəcəli hiperkifozu, onurğanın osteoxondrozu, onurğada daimi ağrı, başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, 4805 nömrəli tibbi rəyə əsasən qarışıq tipli mötədil ventilyatsiya pozğunluğu İ-İİ, hərəkətin və yerişin pozulmaları, ataktik yeriş, əzginlik (süstlük) və yorğunluq, xəstə emosional ləbildir diaqnoz mətni ilə göndərişin natamam doldurulması (keyfiyyətsiz doldurulma –ETTOİ-dən yeni tibbi rəy tələb olunur) səbəbi ilə imtina edilmişdir.

7. TSEK-Müayinə tarixi xx.xx.2022-ci il tarixində Q76.3 sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anandangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli İİ dərəcəli skaliozu, İİİ dərəcəli hiperkifozu, ağırlaşma M42 onurğanın osteaxondrozu, xəstə bel nahiyyəsində ağrılardan hərəkət məhdudluğundan şikayətlənir, ağırlaşma J96 başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, hərəkət zamanı təngnəfəslik, boğulma hissi narahat edir, ağırlaşma M40 kifoz və lordoz, xəstədə gözlə görünən döş qəfəsinin deformasiyası, qunduz nəzərə çarpır, daimi ağrıdan və ətraflara irridiasiyasından şikayətlənir, ağırlaşma R26 hərəkətin və yerişin pozulmaları, ataktik yeriş, ağırlaşma M41 skolioz, xəstə ətraflara irradiasiyasından şikayətlənir, yanaşı xəstəliklər R53 əzginlik (süstlük) və yorğunluq, xəstə emosional ləbildir diaqnoz mətni ilə göndərişin natamam doldurulması (köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması tam dəqiqləşdirilsin) səbəbi ilə imtina edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9945/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə 2 (iki) ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə həvalə edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilmiş və hazırkı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - xx xxxxxxxx 1973-cü il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X2 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? - İddiaçı müayinəsi zamanı xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? - İddiaçı müayinəsi zamanı xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü?

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-in T463/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün göndərişdə qeyd edilən “Əsas diaqnoz: Q76.3- Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz. Ağırlaşma: Q76.4-Onurğanın skaliozla əlaqədar olmayan digər anadangəlmə anomaliyaları; M24.5-Oynaqların kontrakturası; M41-Skolioz; M42-Onurğanın osteoxondrozu; M40.0-Duruş kifozu; Yanaşı xəstəliklər: R52-Başqa rubrikalarda təsnif olunmayan ağrı; R26- Ataktik yeriş; R52-Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi; R26.8- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları; R53-Əzginlik (süstlük) və yorğunluq” diaqnozda olan xəstəliklərdən o, hazırda əziyyət çəkir. 2.3.Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4- Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir.

11. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. Hazırki iddia məcburetmə haqqında iddiadır. İddia mümkündür.

İİİ. Tətbiq edilən hüquq

14. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

16. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

18. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

19. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

20. Hazırki iddia məcburetməyə dair iddiadır.

21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

22. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti Bakı 2 nömrəli Şəhər Polikliniasının xx.xx.2019-cu il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli göndərişləri əsasında qiymətləndirilmiş, hər dəfə göndərişin natamam doldurulması əsası ilə əlilliyin təyinindən imtina edilmiş, sonuncu xx.xx.2021-ci il tarixli göndəriş əsasında qiymətləndirmə xx.xx.2022-ci il tarixdə aparılmış və əlilliyin təyinindən imtina edilmiş, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.

23. Yəni qeyd edilən müddət ərzində iddiaçının mütəmadi olaraq əlilliyin təyin edilməsi ilə bağlı müraciətləri olmuş, iddiaçı qiymətləndirildiyi sonuncu xx.xx.2022-ci il tarixdən əlilliyin təyin olunmasını tələb etmək hüququ vardır.

24. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

26. Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2022-ci il tarixdə müayinə olunmuşdur): - (status localis) xəstədə fəqərələrin anadangəlmə deffekti olduğundan uşaq vaxtlarından bədən tərbiyyəsi və üzgüçülüklə daima məşğul olmasına baxmayaraq, yaşlandıqca özünü daha çox biruzə vermiş və əmək qabiliyyətinin itirilməsinə səbəb olmuşdur. Xarici görünüşündə döş fəqərəsinin ifrat dərəcədə qabağa əyilməsi nəticəsində qunduz əmələ gəlmişdir. Bununla əlaqədar xəstədə təngnəfəslik daimi ağrı yorulma, hərəkətin məhdudluğu, fiziki gərginliklə diskomfort hiss etməyə başlamışdır. Xəstə şikayətçidir. 2020-ci ildən bu günə qədər daim məhkəmələrə şikayət etmişdir. Dəfələrlə poliklinikada və ETTOİ-də müayinə və müalicə almışdır. Vəziyyəti orta ağırlıqdadır. - Q76.3 Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz diaqnozu ümumi cərrah, J96 başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatışmazlığı diaqnozu terapevt tərəfindən təsdiq olunmuş, həmin diaqnozlar köməkçi diaqnostik müayinələrlə (ağ ciyərlərin spiroqramması – qarışıq tipli mötədil ventilyasiya pozğunluğu, döş qəfəsinin rentgenskopiyası – hər iki ağ ciyərdə peribranxit, onurğanın sol tərəfə skoliozu, sümük/s rentgenoqrafiyası – onurğanın döş tipli sol tərəfli İİ dərəcəli (14 dərəcə) skoliozu və İİİ dərəcəli (82) dərəcə) hiperkifozu təyin olunur, döş və bel fəqərələrinin osteoxondrozu. Fəqərələr torsiya edib. - Diaqnoz: Q76.3. Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli İİ dərəcə skoliozu, İİİ dərəcə hiperkifozu Ağırlaşma M42 Onurğanın osteoxondrozu Ağırlaşma J96 Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatışmazlığı Ağırlaşma M40 Kifoz və lordoz. Xəstədə gözlə görünən döş qəfəsinin deformasiyası, qunduz. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları. Ataktik yeriş. Ağırlaşma 41 Skolioz Yanakı xəsəliklər R53 Əzginlik (süstlük) və yorğunluq.

27. Beləliklə, XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyini (2.5.12. üçüncüdördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9)) müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (Bakı ET Travmatologiya və Ortopediya İnstitutu və Bakı ET Ağ ciyər Xəstəlikləri İnstitutu) ambulator müalicələrdə olmasına və xəstəlik diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.

28. İddiaçının sonuncu forma 88 arayışında qeyd edilən xəstəliklərdən əziyyət çəkməsi ekspert rəyi ilə də təsdiq olunmuşdur.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

31. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. Odur ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq qeyd edilən xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi kimi təyin edilməlidir.

33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İİİ dərəcə (müddətsiz) əlillik təyinatının sonuncu qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən aparılması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı İİİ dərəcə əlilliyin xx.xx.2022-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar