Məhkəmə qərarları › İş №2-1(112)-14969/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14969/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14969/2025 18.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, istefada olan mayor İddiaçı 2019-cu ilin aprel ayından 2024-cü ilin aprel ayınadək N №-li hərbi hissədə zabit kimi Mi-35 Vertolyot eskadrilyası komandirinin mühəndis aviasiya xidməti üzrə müavini vəzifəsində xidmət keçmişdir. Bu vəzifədə xidmət keçərkən 44 günlük Vətən Müharibəsində iştirak etmişdir. Xidmət keçdiyi N №-li hərbi hissə AR Müdafiə nazirinin N №-li, xx.xx.2021-ci il tarixli əmri ilə 44 günlük Vətən müharibəsində döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissə hesab edilir. İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 299 №-li əmrilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Goran və Şəmkir aviasiya komendaturalarına döyüş əməliyyatlarında iştirak etmək üçün ezam olunmuşdur (ezamiyyət vərəqi №-1575/25, xx.xx.2020-ci il tarixli). Döyüş fəaliyyəti isə həmin aviasiya komendaturalarında yerləşən və həmin komandaturalardan döyüş zonasına döyüş uçuşları həyata keçirən N №-li hərbi hissənin döyüş vertolyotlarının döyüş hazırlığının və döyüş sursatları ilə təmin olunmasından ibarət olmuşdur. Lakin iddiaçıya bu günə qədər “müharibə veteranı" adı və müvafiq vəsiqəsi verilməmişdir. O, xx.xx.2025-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət edərək “müharibə veteranı" adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. İddiaçı müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir. İmtinanı isə əsassız və qanunsuz hesab edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edərək bildirilmişdir ki, hesab edilir ki, iddia ərizəsi mümkünsüz sayılmalıdır, çünki iddiaçı komissiyanın rəyini almadan, hər hansı imtinanı mübahisələndirmədən məhkəməyə müraciət etmişdir. Müharibə veteranı adı müvafiq komissiyanın rəyi əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu - on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması məhkəmədən xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı iddia ərizəsindəki tələblə bağlı əvvəlcə xx.xx.2025-ci il tarixli məktubla cavabdeh inzibati orqana müraciət etmiş, lakin 35 gün ərzində cavabdeh tərəfindən arzuladığı inzibati akt qəbul edilmədiyindən xx.xx.2025-ci il tarixdə məhkəmədə iddia irəli sürmüşdür. İPM-in: -2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52.1-ci maddəsinə əsasən, səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 52.5-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Göründüyü kimi, inzibati icraat haqqında qanunvericilikdə inzibati icraatın aparılması müddətləri göstərilmişdir. İddiaçının ona müharibə veteranı statusu və vəsiqəsi verilməsi tələbi ilə cavabdehə xx.xx.2025-ci il tarixdə müraciət etdiyi, məhkəmənin hazırkı iddia ilə bağlı qərarının isə xx.xx.2025-ci il tarixdə qəbul edildiyi nəzərə alındıqda müəyyən edilir ki, cavabdeh tərəfindən inzibati icraatın aparılmasının son müddəti olan 90 gün ərzində inzibati akt qəbul edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətsizliyi imtina kimi qiymətləndirilməlidir. İPM-in 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığı: Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu ilə mayor İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair N3 nömrəli hərbi hissədən təqdim edilmiş iddiaçının döyüş əməliyyatarında iştirakı ilə bağlı müvafiq sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş: N3 saylı hərbi hissənin komandiri tərəfindən təsdiq edilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hərbi aviasiya tərkibində döyüş əməliyyatların döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə” arayış-məlumatdan görünür ki, 2-ci aviasiya eskadrilyasının (Mİ-35) mühəndisi-eskadirilya komandirinin mühəndis-aviasiya xidməti üzrə müavini (bort mühəndisi-təlimatçı) mayor İddiaçı (xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması xx.xx.2007-ci il tarixli, 162 №-li əmr) xx.xx.2020-ci il tarixdən (299 nömrəli Əmr), xx.xx.2020-ci il tarixədək (əmr nömrə 309) xidmət etdiyi N №-li hərbi hissədən N nömrəli hərbi hissəyə (X4) ezam edilmişdir. Arayışın 7-9-cu bəndlərindən qeyd edilir ki, ezam olunduğu hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə): Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il 02N №-li əmri, N3 nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il 02№-İİ əmri, Müdafiə Nazirinin xx.xx.2021-ci il 02№-li əmri. Ezam olunduğu hərbi hissələrə daxil olması və çıxması (nizami hissə üzrə əmrlərin nömrələri və tarixləri göstərilməklə): xx.xx.2020 N62N, xx.xx.2020 N9293. Ezamiyyət vəsiqəsində aparılan qeydlər (hərbi hissələr, daxil olması və çıxması tarixləri göstərilməklə); N nömrəli hərbi hissə, xx.xx.2020, xx.xx.2020 döyüş əməliyyatlarında iştirak etmək məqsədi ilə. Arayışın 10-cu bəndindən görünür ki, Dəllər manevr aerodromunda döyüş əməliyyatları yerinə yetirilən zaman aviasiya texnikasına tələb olunan lazımı avadanlıqlar (yanacaq və vağ sürtkü materialları və.s) ilə təmin edilməsinə nəzarət etmək, döyüş uçuşu verinə yetirən vertolyotların gecə və gündüz qısa zaman ərzində uçuşqabağı baxışın keçirilməsi, döyüş uçuşunu verinə yetirəndən sonra həmin vertolyotlara uçuş sonrası baxışların keçirilməsi, yaranan çatışmazlıqların və nasazlıqların qısa bir zamanda aradan qaldırılmasına nəzarət etmək, aviasiya texnikasının döyüş uçuşunu nasazlıq yaranmadan effektiv şəkildə döyüş tapşırığının yerinə yetirə bilməsi üçün vertolyotun bütün sistem və avadanlıqlarının normal işinə nəzarət etmək və yoxlamaq, aviasiya texnikasında çatışmayan və yaxud reqlament tələb edən işlərin görülməsi barədə sifarişləri dəqiqləşdirərək mühəndis aviasiya təminatı üzrə xidmətə çatdırmaq, aviasiya texnikasının mühafizə olunmasına nəzarət etmək üzrə tapşırıqları yerinə yetirmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N3 №li hərbi hissə komandirinin xx.xx.2007ci il tarixli 162 №li nizami hissə üzrə əmrindən çıxarışın surətindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinin V bəndinə müvafiq olaraq Təlimdöyüş briqadasında (054 №-li hh) X6 Təlim Mərkəzinin zabit ixtisas kurslarını bitirmiş aşağıda adları çəkilən zabitlər xx.xx.2007-ci ildən şəxsi heyətin ad siyahısına salınsınlar və bütün növ təminatlara qoyulsunlar. - leytenant İddiaçı, N3 nömrəli hərbi hissənin mühəndis aviasiya təminat bölməsinin aviasiya xidmət dəstəsinin (Mi-24) manqanın texniki istismar hissəsinin bort-texnik atıcısı xx.xx.2007-ci ildən uçuş norması ilə qazan təminatına qoyulsun. Əsas: Azərbaycan Respublikası Müdafiə Nazirinin N36 saylı xx.xx.2007-ci il tarixli əmrindən çıxarış. -N3-cü X5 “Aviasiya bazasının və bölmələrinin şəxsi heyətinin düşmənin irimiqyaslı təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirməsi, əks-hücum əməliyyatlarında iştirak edəcək hərbi qulluqçuların siyahısının tərtib edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 02 №-li əmrindən çıxarışın surətindən görünür ki: .. 6. Aşağıda adları qeyd olunan hərbi qulluqçular döyüş əməliyyatlarında iştirak etsinlər:

35. 2-ci aviasiya eskadrilyasının (Mİ-35) mühəndisi-eskadirilya komandirinin mühəndisaviasiya xidməti üzrə müavini (bort mühəndisi-təlimatçı), mayor İddiaçı. -N3 №li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 299 №li nizami hissə üzrə əmrindən çıxarışın surətindən görünür ki, 02 noyabr 2020-ci il tarixdən getmiş hesab edilsinlər. Azərbaycan Respublikası Müdafiə Nazirinin Müavini-Hərbi Hava Qüvvələri Komandanının 26 sentyabr 2020-ci il tarixli 025 nömrəli əmrinə əsasən N3 nömrəli hərbi hissənin aşağıda adları qeyd olunan hərbi qulluqçuları Döyüş əməliyyatlarında iştirak etmək məqsədilə adları qeyd olunan hərbi hissələrə ezam olunsunlar. 1. Mayor İddiaçı, 2ci aviasiya eskadrilyasının (Mİ-35M) mühəndisi eskadirlya komandirinin mühəndisaviasiya xidməti üzrə müavini (bort mühəndis təlimatçı), ezamiyyətə, N nömrəli hərbi hissənin X4na, 22 (iyirmi iki) gün müddətinə. Əsas: Mayor P.Hacızadənin raportu. Uçuş heyəti xx.xx.2020-ci il tarixdən uçuş norması ilə 417 H\H-də qazan təminatından çıxarılsınlar. -417 №li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 2N №li nizami hissə üzrə əmrindən çıxarışın surətindən görünür ki, N3 nömrəli hərbi hissənin hərbi qulluqçuları xx.xx.2020-ci il tarixədən N nömrəli hərbi hissənin uçuş norması ilə qazan təminatından çıxarılmış hesab edilsinlər: 1. mayor İddiaçı. Əsas: N3 nömrəli hərbi hissə komandirinin məktubu (d.o. 8693). -417 №li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 293 №li nizami hissə üzrə əmrindən çıxarışın surətindən görünür ki, N3 nömrəli hərbi hissənin hərbi qulluqçuları xx.xx.2020-ci il tarixədən N nömrəli hərbi hissənin uçuş norması ilə qazan təminatına qoyulmuş hesab edilsinlər: 5. mayor İddiaçı. Əsas: N3 nömrəli hərbi hissə komandirinin məktubu. -N3 №li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 309 №li nizami hissə üzrə əmrindən çıxarışın surətindən görünür ki, 11 noyabr 2020-ci il tarixdə gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər. 5. Mayor İddiaçı, 2-ci aviasiya eskadrilyasının (Mİ-35M) mühəndisi eskadirlya komandirinin mühəndis-aviasiya xidməti üzrə müavini (bort mühəndis təlimatçı), ezamiyyətdən, N nömrəli hərbi hissənin X4ndan. Əsas: xx.xx.2020-ci il tarixli 7729 nömrəli ezamiyyət vəsiqəsi. Uçuş heyəti xx.xx.2020-ci il tarixdən uçuş norması ilə 417 H\H-də qazan təminatına qoyulsunlar. -N №-li hərbi hissə komandiri tərəfindən Bakı İnzibati Məhkəməsinə təqdim edilmək üçün verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək N3 nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarının aparılması zamanı Dəllər manevr aerodromunda döyüş əməliyyatları yerinə yetirilən zaman aviasiya texnikasına tələb olunan lazımi avadanlıqlar (yanacaq və yağ sürtkü materialları və.s) ilə təmin edilməsinə nəzarət etmək. Döyüş uçuşu yerinə yetirən vertolyotların gecə və gündüz qısa zaman ərzində uçuşqabağı baxışın keçirilməsi, döyüş uçuşunu yerinə yetirəndən sonra həmin vertolyotlara uçuş sonrası baxışların keçrilməsi, yaranan çatışmamazlıqların və nasazlıqların qısa bir zamanda aradan qaldırılmasına nəzarət etmək. Aviasiya texnikasının döyüş uçuşunu nasazlıq yaranmadan effektiv şəkildə döyüş tapşırığının yerinə yetirə bilməsi üçün vertolyotun bütün sistem və avadanlıqlarının normal işinə nəzarət etmək və yoxlamaq. Aviasiya texnikasında çatışmayan və yaxud reqlament tələb edən işlərin görülməsi barədə sifarişləri dəqiqləşdirilərək mühəndis aviasiya təminatı üzrə xidmətə çatdırmaq. Aviasiya texnikasının mühafizə olunmasının nəzarət etmək üzrə döyüş tapşırıqlarını yerinə yetirərək Vətən Müharibəsində iştirak etmişdir.

Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:

Məhkəmə aşağıda göstərilənlərə əsasən tələbin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin onuncu yarımbəndinə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin Əsasnamədən: Qeyd. 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Həmin Əsasnamənin 2-ci hissəsinin dördüncü abzasına əsasən, Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının faktiki vəziyyəti Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndindəki dispozisiya şərtinə (2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər) uyğun gəlir. Belə ki, iddiaçının 02.11-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində 2-ci aviasiya eskadrilyasının (Mİ-35M) mühəndisi eskadirlya komandirinin mühəndis-aviasiya xidməti üzrə müavini (bort mühəndis təlimatçı) kimi döyüş əməliyyatlarında bilavasitə iştirak edən hərbi aviasiya vasitələrinin mühəndisaviasiya təminatının təşkil olunması üzrə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi üçün cəlb olunması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İş materiallarında olan, iddiaçının xidmət etdiyi N №-li hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş arayış-məlumatdan və digər əlaqədli sənədlərdən də göründüyü kimi, o, Vətən müharibəsi dövründə döyüş əməliyyatları yerinə yetirilən zaman mühəndis aviasiya təminatı üzrə ona həvalə edilən (döyüş texnikalarının döyüşə hazır vəziyyətdə saxlanılması, sazlanması və s.) döyüş tapşırıqlarını yerinə yetirmişdir. Məhkəmə qeyd edir ki, hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Hazırkı mübahisəyə münasibətdə də iddiaçının döyüş əməliyyatları zonasına döyüş təminatı məqsədi ilə göndərilməsi və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Əsasnamənin istinad olunan yarımbəndində aviasiya sahəsi ilə bağlı döyüş təminatı üzrə tapşırıqların həyata keçirilməsi üçün ərazi meyarı məhdudiyyəti nəzərdə tutulmamışdır. Əsas məsələ döyüş əməliyyatlarının yerinə yetirilməsi üçün döyüş təminatı üzrə tapşırıqların həyata keçirilməsi ilə bağlı olmalıdır ki, bu hal iddiaçıya münasibətdə təsdiqini tapmışdır. Belə olan halda, döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda “Müharibə veteranı” adı və vəsiqəsi verilir. Analoji mübahisələr ilə bağlı artıq formalaşmış məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Ali Məhkəmənin qəbul etdiyi cavabdehin kassasiya şikayətinin mümkün sayılmayaraq, kassasiya şikayətinin qəbul edilməsindən imtina edilməsi barədə 2-1(102)- 1645/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 2-1(102)-1715/2025 nömrəli qərarında qeyd edilmişdir ki, qanunvericiliyə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda “Müharibə veteranı” adı və vəsiqəsi verilir. 10. Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlər üzrə digər qərarlarında da öz əksini tapmışdır (xx.xx.2024-cü il tarixli 2-1(102)- 2190/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-2657/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-2972/2024 nömrəli qərarları). 11. Həmçinin, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyə əsasən döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də “Müharibə veteranı” hesab edilirlər. Döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə isə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Döyüş əməliyyatları ilə bağlı tapşırıqlar yalnız döyüş təminatı anlamında qəbul edilə bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün döyüş təminatı ilə yanaşı, həm də digər təminat növlərinin, o cümlədən maddi-texniki təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023- cü il tarixli 2-1(102)-2869/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-937/2024 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)- 1605/2025 nömrəli qərarları). İddianın nəticə hissəsinə münasibətdə qeyd olunmalıdır ki, AR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1729/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında işə baxan məhkəmə kollegiyası müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adın müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində məhkəmə qərarını dəyişdirmiş və həmin iş üzrə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməli olduğu qənaətinə gəlmişdir. Qərarda qeyd edilmişdir ki, “...Əsasnamənin Qeyd hissəsində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. 32. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir. 33. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.” Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən cavabdeh AR Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Odur ki, iddia təmin edilməlidir. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar