Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1497/2023 20.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 01 yanvar 1987-ci il tarixdən 15 sentyabr 2001-ci il tarixlərdəki iş stajının ümumi iş stajına daxil edilərək, 18 iyun 2021-ci ildən, yəni 62 yaşından yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 62 yaş 6 ayının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx xxxx 1959-cu ildə anadan olmuşdur. 1976-1978-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Əliyev P.K adına Bakı Əczaçılıq Məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə 16 avqust 1978-ci ildə Baş Apteklər İdarəsinin 322 nömrəli aptekində başlamış və 15 sentyabr 2001-ci ilədək həmin aptekdə işləmişdir. Göründüyü kimi iddiaçının 2 il təhsil və 23 il 1 ay aptekdə işlədiyi dövr nəzərə alınmaqla, 18 iyun 2021-ci ilədək, yəni 62 yaşı tamam olan vaxta 25 il 1 ay sığorta stajı olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdehin 14 iyun 2022-ci il tarixli məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilərək, sığorta stajının 25 ildən az olması əsas gətirilmişdir. Hesab edir ki, cavabdeh imtinası əsassızdır. Qanunvericiliyə görə iş stajını təsdiq edən əsas sənəd əmək kitabçası olduğundan, eləcə də iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi ilə bağlı hər hansı əks hal müəyyən olunmadığından əmək kitabçasında göstərilmiş iş illəri pensiya hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı zamanı iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı yaşa görə pensiyanın təyin edilməsi məqsədilə Mərkəzi filiala ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubla bildirilmişdir ki, Filiala təqdim edilmiş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1987-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Baş Apteklər idarəsi 322 nömrəli aptekində işlədiyi illərə dair əməkhaqqı cədvəlləri yə əmr kitabları arxivə mühafizə üçün təhvil verilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci il maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və yə digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd olunan qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə (xx.xx.2021-ci il tarixdə) çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçı təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək (1 il 10 ay 5 gün) təhsil illəri, Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli Arxiv arayışına əsasən əməkhaqqı ödənilən xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək (5 il 2 ay 15 gün), xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək (11 ay 29 gün), xx.xx.1985-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək (1 il 5 ay 30 gün) Baş Apteklər idarəsi 322 nömrəli aptekində əmək fəaliyyəti dövrləri üzrə xx.xx.2006-cı il tarixinədək ümumilikdə 9 il 6 ay 19 gün sığorta stajı müəyyən edilmişdir. İddiaçının inzibati orqana təqdim etdiyi əmək kitabçasının surətinə əsasən əmək fəaliyyət dövrləri nəzərə alınmaqla mübahisəsiz sığorta stajı xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 9 il 6 ay sığorta stajına uyğun olaraq 7724,74 manat, X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 247,94 manat olmaqla, ümumilikdə 7972,68 təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli DA-02031-2022 nömrəli məktubunda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Əczaçılıq və X7 arxiv fondunda mühafizə edilən 1978-1986-cı illərə dair əmək haqqı cədvəllərində İddiaçı ata adı qeyd edilməmişdir. Məktubda 1987-2001-ci illərə dair arxiv sənədlərinin mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********97 nömrəli məktubuna əsasən Baş Apteklər idarəsi 322 nömrəli aptekinin özəlləşdirilməsi barədə 20 fevral 2002-ci il tarixində qərar qəbul edilmiş və 16 mart 2002-ci il tarixində ******* nömrəli şəhadətnamə verilmişdir. Müraciətdə qeyd edilən İddiaçı adı əmək kollektivinin üzvü kimi müəssisənin işçiləri haqqında məlumat siyahısında yoxdur. Qeyd etmək lazımdır ki, Baş Apteklər idarəsi 322 nömrəli aptekinin qeydiyyatda olması İddiaçı həmin işləməsi faktını təsdiq etmir. Həmin faktın təsdiq olunması üçün vətəndaşın işə daxiloma, işdən azad edilmə barədə əmrlərinin, qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəllərinin (ad, ata adı və soyad dəqiq göstərilməklə) olması zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmışdır. Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajına uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. İddiaçıya xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən isə 180 manata çatdırılmışdır. Qeyd olunanlara əsasən bildirir ki, iddiaçının xx.xx.1987-ci il tarixdən - xx.xx.2001-ci il tarixədək Baş Apteklər idarəsi 322 nömrəli aptekində işlədiyini iddia etdiyi dövrün əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.1959-cu il tarixdə Bakı Suraxanı RPİ tərəfindən verilmiş iddiaçıya məxsus AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinə görə İddiaçı xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********5 saylı imtina məktubunda etirazda göstərilənlər bildirilmişdir. - X8 Əliyev (VÖEN - **********) tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən dərzi sexində dərzi vəzifəsində çalışıb. Vəzifə tarif maaşı-aylıq 260 manat təşkil etmişdir. - AT seriyalı 007134 №-li diplomdan görünür ki, İddiaçı 1976-xx.xx.1978-ci il tarixlərdə Bakı Əczaçılıq məktəbində təhsil almışdır. - İT-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1978-ci ildən Baş Apteklər İdarəsinin 322 nömrəli aptekində köməkçi, xx.xx.1980-xx.xx.2001-ci illərdə resept yoxlayıcı vəzifələrində işləmişdir. - Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli DA-01421- 2022 nömrəli məktubu ilə bildirilmişdir ki, 1987-2001-ci illərə dair Baş Apteklər İdarəsinin 322 №-li aptekin sənədləri arxivə dövlət mühafizəsinə verilməyib. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsinin "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli PHŞ/6.1-2-2022-4019 nömrəli məktubu ilə bildirilmişdir ki, Bakı Apteklər İdarəsi “Bakı Baş Səhiyyə Mərkəzi" PHŞ-nın (bundan sonra Mərkəzi) tabeliyində olmamışdır. Qeyd olunanlara əsasən Mərkəz tərəfindən sorğunun cavablandırılması mümkün deyildir. - İddiaçıya məxsus Sığorta hesabından elektron çıxarışdan görünür ki, iddiaçıya 2021-ci il üzrə fərdi sahibkar X3 tərəfindən 20,66 manat, X5 tərəfindən 238,53 manat məbləğində sosial sığorta haqqı ödənilmişdir. - Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli DA-01831- 2022 nömrəli məktubu ilə bildirilmişdir ki, 1987-2001-ci illərə dair Baş Apteklər İdarəsinin 322 №-li aptekin sənədlərinin arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, İddiaçı aptekdə işləməsi barədə məlumat verməyi imkan xaricindədir. - Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli DA-02031- 2022 №-li və xx.xx.2022-ci il tarixli DA-02147-2022 nömrəli arxiv arayışlarından görünür ki, qismən qəbul olunmuş "Azərbaycan Respublikası Səhiyyə Nazirliyi" Əczaçılıq və X7 arxiv fondunda mühafizə edilən avqust 1978 - noyabr 1984, iyul 1985 - 1986-cı illərə dair 322 №-li aptek üzrə əmək haqqı cədvəllərində Hüseynova Zeynəbin (sənəddə olduğu kimi) (atasının adı qeyd olunmayıb) aşağıda göstərilən aylıq maaşı qeyd olunur:
1978 1979 1980 1981 1982 1983 1984 1985 1986 Aylar rub. rub. rub. rub. rub. rub. rub. rub. rub. Yanvar - 62-75 85-00 85-00 85-00 85-00 31-15 sənəd yox. 90-00 Fevral - 56-73 85-00 85-00 85-00 85-00 90-00 sənəd yox. 90-00 Mart - 65-00 85-00 85-00 85-00 85-00 90-00 sənəd yox. 192-11 Aprel - 70-00 85-00 85-00 85-00 85-00 90-00 sənəd yox. 90-00 May - 70-00 85-00 85-00 85-00 85-00 90-00 sənəd yox. 90-00 İyun - 75-34 98-48 85-00 85-00 85-00 90-00 sənəd yox. 90-00 İyul - 76-00 85-00 85-00 85-00 85-00 90-00 90-00 90-00 Avqust 36-26 70-00 85-00 85-00 85-00 85-00 90-00 90-00 90-00 Sentyabr 70-00 77-18 B5-00 85-00 85-00 92-54 90-00 188-30 136-44 Oktyabr 70-00 70-00 85-00 85-00 85-00 90-00 13-32 90-00 90-00 Noyabr 70-00 70-00 85-00 159-97 61-20 sənəd yox. 56-25 101-78 100-75 Dekabr 65-00 85-00 103-07 28-00 94-89 56-96 sənəd yox. 174-78 176-17
- Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin arxiv arayışından görünür ki, qismən qəbul olunmuş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi" Əczaçılıq və X7 arxiv fondunda mühafizə edilən 322 №-li aptek üzrə əmək haqqı cədvəllərində Hüseynova Zeynəbin (sənəddə olduğu kimi) 1979-1984-cü illər üzrə mükafatı qeyd olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətininxx.xx.2022-ci il tarixli **********97 nömrəli məktubu ilə bildirilmişdir ki, “Əczaçılıq və Tibb Sənayesi” Birliyinin tabeliyində olan ünvan 2 ünvanında yerləşən 322 saylı Aptekin özəlləşdirilməsi barədə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq 20 fevral 2002-ci il tarixində qərar qəbul edilmiş, 26 mart 2002-ci il tarixində hərraca çıxarılaraq əmək kollektivinin yeganə üzvü olan hərracın qalibi tərəfindən özəlləşdirilmiş və 29 mart 2002-ci il tarixli 537 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilərək 16 aprel 2002-ci il tarixində 001584 -nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamə verilmişdir. Müraciətdə qeyd edilən iddiaçının adı əmək kollektivinin üzvü kimi müəssisənin işçiləri haqqında məlumat siyahısında yoxdur. Eyni zamanda bildiririk ki, sorğuda qeyd olunan digər məsələlərlə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər-hansı məlumat aşkar edilmədi. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********924200 №-li məktubu ilə bildirilmişdir ki, dövlət reyestrində Baş Apteklər İdarəsinin 322 nömrəli Apteki adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/612 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, MT seriyalı ******* nömrəli əmək kitabçasında 1-2-3 saylı qeydlərdəki yazıların və imzaların - eyni şəxs tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, Tədqiq olunan yazıları və imzaları öz aralarında bir-biri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan 1-2-ci və 3-cü qeydlərdə yazıların ferqli əlifbalarla icra olunması, 1- ci və 2-ci qeydlərdə yazılarda həm uyğunlaşdırıcı həm də fərqləndirici əlamətlərin olması, 1-ci və 3-cü qeydlərdə imzalarda qrafik materialın azlığı, imzalarda həm uyğunlaşdırıcı həm də fərqləndirici əlamətlərin olması, müqayisəedici tədqiqat zamanı imkan vermir ki, qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzaların eyni şəxs tərəfindən icra olunub - olunmamasını müəyyən etmək mümkün olmadı. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023 tarixli 5/520 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı adına İT-İ ******* nömrəli əmək kitabçasının ikinci səhifəsində olan 1-ci və 3-cü qeydlərin üzərindəki möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş İddiaçı adına İT-İ ******* nömrəli əmək kitabçasının ikinci səhifəsində olan 3-cü qeydlərin üzərindəki möhür əksində azərbaycan dilində latın əlifbası ilə “Azərbaycan....liyi Baş Aptek.....əsi”, “ .22...” yazılar vardır (nöqtələrlə görünməyən yazılar işarə edildi). 3. Tədqiqata təqdim edilmiş İddiaçı adına İT- İ ******* nömrəli əmək kitabçasının ikinci səhifəsində olan 1-ci və 3-cü qeydlərin üzərindəki möhür əksləri öz aralarında eynilik təşkil etmir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi qanunverici orqan qadınların ən azı 60 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pensiya təyin edilməsi əsas hesab edir. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir. Məhkəmə aşağıdakı əsaslara görə cavabdehin dəlillərini əsaslı hesab etmir. İş materiallarında sənədlərə əsasən iddiaçının iş stajı aşagıdakı dövrlərdən ibarətdir: xx.xx.1976 – xx.xx.1978-ci illərdə Bakı Əczaçılıq məktəbində təhsil dövrü – 1 il 10 ay 5 gün, xx.xx.1978-xx.xx.1980-ci illərdə Baş Apteklər İdarəsinin 322 nömrəli aptekində köməkçi – 1 il 11 ay 16 gün, xx.xx.1980-xx.xx.2001-ci illərdə resept yoxlayıcı – 21 il 1 ay 14 gün, 2021-ci ilin iyun ayında fərdi sahibkar X3 tərəfindən – 1 ay muzdlu əməyə cəlb olunmuş, 2021-ci ilin iyun - oktyabr aylarında X5 tərəfindən – 4 ay muzdlu əməyə cəlb olunmuşdur. Beləliklə də iddiaçı 25 il 3 ay 5 gün işləməklə 62 yaş 6 ayının tamam olduğu xx.xx.2021-ci il tarixə tələb olunan 25 ildən də artıq ümumi iş stajını toplamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarına və formalaşmış məhkəmə təcrübəsinə görə xx.xx.2006-cı il tarixədək müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi, o cümlədən də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Əczaçılıq və X7” arxiv fondunda mühafizə edilən 1978-1986-cı illərə dair əmək haqqı cədvəllərində İddiaçı ata adının qeyd edilməməsi, 1987-2001-ci illərə dair arxiv sənədlərinin mühafizə üçün təhvil verilməməsi iddiaçının günahından baş vermiş, yaxud da ondan asılı olmayan hal oldugundan onun ziyanına şərh edilməməlidir. Odur ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının və arxiv arayışlarının tədqiqi zamanı onun 25 ildən artıq iş stajını toplaması öz təsdiqini tapmışdır. İddiaçının əmək kitabçasındakı yazıların tədqiqi ilə bağlı təyin edilmiş məhkəmətexniki və xəttşunaslıq eskpertizasının nəticə olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyləri ilə isə cavabdeh tərəfindən iddiaçının əmək kitabçasındakı qeydlərə dair şübhələr öz təsqini tapmamışdır. Cavabdehin digər dəlili ilə baglı qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilən 25 il sığorta stajının olması şərti iddiaçıya münasibətdə ödənildiyi üçün, məhkəmə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtini araşdırmağı zəruri hesab etmir. Göründüyü kimi hazırki işin faktiki hallarına görə cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddaçıya münasibətdə tətbiq edilməli olan normativ hüququ aktı düzgün realizə etməmişdir. Halbuki, iş materiallarına əsasən iddiaçının işləyərək tələb olunan iş stajını toplaması müəyyən edilmişdır. Buna görə də iddiaçıya cavabdeh tərəfindən əmək pensiyasının təyin edilməməsi əsassızdır. Məhkəmə xüsusilə vurgulayır ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçının xeyrinə sənədlərin mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının ərizəsi üzrə araşdırma aparmaq əvəzinə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, müvafiq sorgular toplamadan ərizəsini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Bu baxımdan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Göründüyü kimi, iddiaçı işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona pensiya verilməsinə ümid etmiş, həmçinin, həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 62 yaş 6 ayının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı 62 yaş 6 ayının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4
Hakim Mehriban Qarayeva