Məhkəmə qərarları › İş №2-1(112)-1499/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1499/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1499/2023 15.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya xx.xx.2019-cu ildə təyin olunmuş yaşa görə əmək pensiyası məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2017ci il tarixli, 543 VQD nömrəli Qanunla edilmiş dəyişikliyə uyğun hesablanmasından, ona pensiya təyin edilən zaman 2006-ci ilin yanvar-dekabr aylarında N nömrəli hərbi hissədə işlədiyi zaman Dövlət Sosial Müdafiə Fonduna ödədiyi 234,23 manat məbləğindəki pulun iddiaçı üçün pensiya kapitalı kimi və xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə kimi işlədiyi "xxxx" X2 iş stajının iddiaçıya pensiya təyin edərkən nəzərə almaqdan imtina edilməsi ilə əlaqədar cavabdehin hərəkətlərinin qanunsuz hesab olunması və ona təyin edilmiş pensiya məbləğinin 234.23 manat məbləğindəki pensiya kapitalı da nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli Qanunla edilmiş dəyişikliyə uyğun yenidən hesablanıb ödənilməsi, həmçinin xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə kimi işlədiyi "xxxx" X2 iş stajının ona xx.xx.2019-cu ildə təyin olunmuş pensiyada iş stajı kimi nəzərə alınması və buna görə ona çatası pensiya məbləğinin müvafiq qaydada hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişiklər edilməsi haqqında”” xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli Qanuna uyğun olaraq onun xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək (11 il 6 ay) fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış kapitalının (11.271 manat) 80 % artırılması, yəni 1,8-ə vurulması və üstünə xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilə kimi yığılan pensiya kapitalının (3638 manat) toplanaraq alınan (23925 manat) məbləğin 144-ə bölünərək yaşa görə pensiya məbləğinin bu qaydada yenidən hesablanması ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. xx.xx.1972-xx.xx.1977-ci illərdə əyani olaraq ali təhsil almışdır. xx.xx.1977-ci ildə əmək fəaliyyətinə başlamış və yaşa görə əmək pensiyası hüququna çatandan sonra iddiaçıya 2019-cu ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu ildə elektron qaydada 222,96 manat məbləğində pensiya təyin olunmuşdur. İddiaçı xx.xx.2017-ci ildən sonra pensiyaya çıxmış, lakin ona xx.xx.2019-cu ildə pensiya təyin olunarkən məbləği düzgün hesablanmamış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1ci maddəsi tətbiq olunmamışdır. Belə ki, xx.xx.2017-ci il tarixindən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli Qanunun 27.1-ci maddəsinə edilən dəyişikliyə əsasən 1-ci cümləsində “bu qanun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “sığortaolunanların (əmək pensiyaları təyin edilmiş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək sözləri ilə, ikinci cümləsində “170 manat 306 manat” ilə əvəz edilmişdir. Qanunun 27-ci maddəsinin 2-ci cümləsində 170 manatın 306 manat ilə əvəz olunması o deməkdir ki, 170 manata 80% artırılma nəzərdə tutulub və tətbiq edilib (170 x 1,8(80%) = 306 manat təşkil edir). Qanunla eyni zamanda 27.1-ci maddəyə aşağıdakı məzmunda 3-cü cümlə əlavə edilmişdir: ’’Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (Əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla 2017-ci il 01 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır”. İddiaçıya xx.xx.2019-cu ildə pensiya təyin olunub məbləği hesablanarkən xx.xx.2017-ci il tarixli Qanunun bu göstərişi və tələbi nəzərə alınmamış, qüvvədən düşmüş qanuna əsasən pensiya məbləği hesablanmışdır. Hesab edir ki, cavabdehin hərəkəti əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixli Qanuna görə xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək (11 il 6 ay) yığılmış pensiya kapitalı 80% artırılmalı, yəni 1,8-ə vurulmalı və üstünə pensiyaya çıxdığı günədək yığdığı məbləğ toplanıb, cəmi məbləğin 90%-i 144-ə bölünməlidir. İddiaçının pensiya kapitalı cədvəlindən xx.xx.2006-cı ildən xx.xx.2019-cu ilə kimi 14909 manat pensiya kapitalı toplamağı məlum olur. xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilə kimi yığılmış pensiya kapitalı 11271 manat kimi hesablanmış, iddiaçının 2006-ci ilin yanvar ayından 2006-cı ilin dekabr ayına kimi N nömrəli hərbi hissədə işlədiyi zaman Dövlət Sosial Müdafiə Fonduna ödədiyi 234,23 manat məbləğindəki pul əsassız olaraq pensiya kapitalı kimi nəzərə alınmamışdır. Əgər 234,23 manat pulu da nəzərə alınsaydı xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilə kimi yığılmış pensiya kapitalı 11271 manat deyil, 11.505,23 manat edəcəkdir. Digər tərəfdən yığdığı 11271 manat pensiya kapitalı devalvasiyaya uğradığı üçün hər 170 manat = 218 dollar = 370 manat təşkil edir. xx.xx.2017-ci ildən bu günə kimi stabilləşmə olduğundan xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilə kimi yığdığı məbləğ (3638 manat) hər 170 manat = 100 dollar = 170 manat təşkil edir. Qanunun tələbinə görə iddiaçının 11 il 6 ay ərzində yığdığı cavabdeh tərəfindən nəzərə alınmış 11271 manat, nəzərə alınmamış 234,23 manat məbləğindəki pensiya kapitalı 1,8-ə vurulmalı, yəni 80% artırılmalı, 11.271 manat x 1,8 = 20287 manata çatdırılmalı və üstünə xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilə kimi yığılan pensiya kapitalı olan pul, yəni 3638 manat toplanmalıdır. Bu halda alınan 23925 manat 144 bölünür və alınan məbləğ iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə təqdim edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə yaşa görə pensiyanın yenidən hesablanması məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçının Mərkəzi filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubla cavab verilərək, iddiaçıya əmək pensiyasının yenidən hesablanmasının qanunvericiliyinin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müəyyən olunmuş yaş həddinə çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Vətəndaşa xx.xx.2019cu il tarixli qərar ilə 263 manat 90 qəpik məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanununun 27.1 maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajlarının hər ili üçün 306 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajları aylarının sayına mütənasib olunmaqla hesablanaraq) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində xx.xx.2006-cı il tarixə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla bağlı İddiaçı təqdim etdiyi staj məlumatlarına əsasən onun xx.xx.2006-cı il tarixədək 31 il 11 ay 16 gün sığorta stajı qeydə alınmış və pensiya hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1 maddəsinin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdən sonrakı məbləğ tam nəzərə alınaraq pensiya təyin edilmişdir. Belə ki, PAS-da (X5) bu artımlar həyata keçirilərək hər bir sığorta olunanların istifadə olunmamış kapitalı müvafiq olaraq xx.xx.2017- ci il tarixə 80% artırılmışdır. İddiaçı 2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 23092,58 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixədək fərdi hesabının sığorta hissənində qeyda alınan pensiya kapitalının 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 14909,09 manat müəyyən edilmişdir. xx.xx.2020-cu il tarixə həmin Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçıya aldığı yaşa görə əmək pensiyası orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilərək 307,57 manata, xx.xx.2021-ci il tarixə 342,63 manata, xx.xx.2022-ci il tarixə isə 354,29 manata çatdırılmaqla ödənişi hələ də davam etdirilir. Qeyd olunanlara əsasən iddiaçının yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbinə uyğun hesablanmışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materiallarına əlavə edilmiş və pensiya işində olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********4 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən 222.96 manat yaşa görə əmək pensiyası təyin olunmuşdur. xx.xx.2006-cı ildən xx.xx.2019cu ilə qədər fərdi hesabının siğorta hissəsindəki kapital (məcburi dövlət sosial sığorta haqlarının 90 faizi) 14042.30 manat təşkil edir ki, bu da əmək pensiyasının hesablanması zamanı siğorta hissəsinə əlavə olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********9 saylı, xx.xx.2020-ci il tarixli **********9 saylı məktubları ilə iddiaçıya bildirilmişdir ki, pensiya təyin edilərkən ona xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı müqabilində 125,44 manat sığorta hissəsi, xx.xx.2006-cı il tarixdən pensiya hüququ yarandığı günədək fərdi hesabının sığorta hissəsində 90% ilə qeydə alınmış 14042,3 manat pensiya kapitalının müqabilində 97,52 manat yığım hissəsi hesablanmış, əmək pensiyası xx.xx.2019-cu il tarixdən indeksləşdirilərək ümumi məbləği 222,96 manat təşkil edir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********4 saylı məktubu ilə bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixində ona 222,96 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. xx.xx.2021-ci il tarixli müraciəti zamanı pensiyanın məbləği Qanunun 27.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yenidən hesablanmışdır. Belə ki, təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1972-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək əyani təhsil aldığı dövr də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 31 il 11 ay 16 gün sığorta satjı və xx.xx.2007-ci il tarixindən pensiya hüququnun yaranan xx.xx.2019-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış bütün illər üzrə pensiya kapitalı indeksləşdirilməklə 90% nəzərə alınaraq 16778,62 manat pensiya kapitalı əsasında pensiya məbləği yenidən hesablanmış və xx.xx.2019-cu il tarixindən 263,78 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********3 saylı məktubu ilə bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixində ona 222,96 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1972-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək əyani təhsil aldığı dövr də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 31 il 11 ay 16 gün sığorta stajı və və X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınan 14.908,32 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyanızın məbləği Qanunun 27.1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla yenidən hesablanmış və pensiyanızın məbləğində (354,29 manat) heç bir dəyişiklik olmamışdır. Qanunun 27.1-ci maddəsinə uyğun olaraq, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.2.3-cü yarımbəndinə uyğun olaraq, 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. Bildiririk ki, qeyd olunan Qanunun 27.1-ci maddəsinin və Qaydaların 4.2.3-cü yarımbəndinin tələblərinə uyğun olaraq, sizin xx.xx.2006-cı il tarixinədək 31 iİ 11 ay 16 gün sığorta stajınızın hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanaraq xx.xx.2006-cı il tarixinə qeydə alınmış və Qanunun 29.1-1-ci maddəsinə əsasən indeksləşdirilərək xx.xx.2019-cu il tarixi üçün 23.092,54 manata çatdırılmışdır. xx.xx.2006-cı il tarixinədək olan 31 il 11 ay 16 gün sığorta stajınıza uyğun olaraq hesablanmış pensiya kapitalı 23.092,54 manat və xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 14.909,09 manat pensiya kapitalı toplanılaraq (23.092,54 + 14.909,09 = 38.001,63) gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünmüşdür (38.001,63 : 144 = 263,90 manat). Həmçinin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanızın məbləği xx.xx.2020-ci il tarixindən 307,57 manata, xx.xx.2021-ci il tarixindən 342,63 manata, xx.xx.2022-ci il tarixindən 354,29 manata çatdırılmışdır. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sizə təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.” - İddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. - DSMF-nin Suraxanı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının **********4 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********8 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya həmin tarixdən 354,29 manat məbləğində pensiya yenidən hesablanaraq təyin edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********2 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya həmin tarixdən 354,29 manat məbləğində pensiya yenidən hesablanaraq təyin edilmişdir. - Cavabdehin xx.xx.2021-ci il tarixli **********3 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya həmin tarixdən 342,63 manat məbləğində pensiya yenidən hesablanaraq təyin edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********7 saylı məktubu ilə məhkəmə sorgusuna əsasən bildirilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1972-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək təhsil illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1997-cı il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə sığorta stajı 31 il 11 ay 16 gün təşkil edir. Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sözügedən şəxsin əmək pensiyasının məbləği aşağıda göstərilən qaydada hesablanmışdır: 2006-cı il tarixinədək 31 il 11 ay 16 gün sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital: (31+(11+16/30 gün)/12ay)x306=9780,09. 2006-cı il tarixinədək vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 23092,58 manat təşkil edir:

2006 - 9780,09 2007 8,3 10591,84

2008 16,7 12360,67 2009 20,8 14931,69 2010 1,5 15155,67 2011 5,7 16019,54 2012 7,9 17285,09 2013 1,1 17475,22 2014 2,4 17894,63 2015 1,4 18145,15 2016 4,0 18870,96 2017 12,4 21210,96 2018 5,7 22419,98 2019 3 23092,58

Pensiyanın sığorta hissəsinin hesablanması: 23092,58:144=160,36 X1 Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi hesabının sığorta hissənində qeydə alınan pensiya kapitalının 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 14909,09 manat müəyyən edilmişdir. Pensiyanın sığorta hissəsinin hesablanması: 14909,09:144=103,54 Pensiyanın ümumi məbləği: xx.xx.2019 - 160,36+103,54=263,90 xx.xx.2020 - 263,90+263,90x16,6% =307,57 xx.xx.2021 - 307,57+307,57x11,4%=342,63 xx.xx.2022 - 342,63+342,63x3,4%=354,29 -Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********8 saylı mütəxəssis rəyi ilə bildirilmişdir ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya hüququnun yarandığı 64 yaşında, yəni xx.xx.2019-cu il tarixində xx.xx.2006-cı il tarixinədək olan 31 il 11 ay 16 gün sığorta stajına (PSK-23071.68) və xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək olan 14909.76 manat pensiya kapitalına görə 263.78 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 10-cu maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH burada: P - Pensiyanın əsas məbləği; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir (məlumat üçün bildiririk ki, iddiaçının yığım hissəsində qeydə alınmış sosial sığorta haqqı yoxdur); Əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PSK/T, burada: PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144). Məlumat üçün bildiririk ki, Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçının xx.xx.2006-cı il tarixinədək olan 31 il 11 ay 16 gün sığorta stajına əsasən 9780,10 manat pensiya kapitalı vətəndaşın 2006-cı il vəziyyətinə fərdi hesabında nəzərə alınır (31 il 11 ay 16 gün x 306,0 manat=9780,10 manat pensiya kapitalı). Bu kapital vətəndaşın pensiya hüququnun yarandığı 2019-cu il vəziyyətinə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 23074,56 manat təşkil edir. Həmçinin Qanunun 1.0.8.-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 90%-nin məbləği, X1 Sisteminin Pensiya altsisteminə əsasən (sığortaedənlər tərəfindən DSMF-yə sığortaolunan haqqında verilən məlumata əsasən) istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2019-cu ilin vəziyyətinə 14909,76 manat təşkil etmişdir (məlumat üçün bildiririk ki, 2006-cı illərin məlumatı Elektron İnformasiya sistemində qeyd olunmayıb (cədvəl №1 əlavə edilir)). Beləliklə İddiaçı - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu xx.xx.2019-cu il tarixə qeydə alınmış pensiya kapitalının məbləği 23074,56+14909,76=37984,32 manat təşkil edir. Deməli vətəndaşın əmək pensiyasının sığorta hissəsinin məbləği (SH=PSK/T) 37984,32:144=263,78 manat təşkil edir. İddiaçı pensiyasının məbləği (P=SH+YH) xx.xx.2019-cu il tarixdən 263,78+0=263,78 manat düzgün hesablanaraq ödənilmişdir. İddiaçının pensiyasının məbləği orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə; xx.xx.2020-ci il tarixdən 263,78x16,6%=307,57 manat, xx.xx.2021-ci il tarixdən 307,57 x 11,4%=342,63 manat, xx.xx.2022-ci il tarixdən 342,63 x 3,4%=354,29 manat hesablanaraq ödənilmişdir. Məlumat üçün qeyd edirik ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi xx.xx.1994xx.xx.1997-ci illəri əhatə edən "xxxx" X2 sığorta stajı xx.xx.2006-cı il tarixinədək olan 31 il 11ay 16 gün sığorta stajında nəzərə alınmışdır. Həmçinin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Məlumat üçün bildiririk ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli № 377 saylı Fərmanına əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınırdı. Beləliklə xx.xx.2017-ci il tarixinədək istifadə olunmamış pensiya kapitalı (yəni 50%) xx.xx.2017-ci il tarixindən 80% artırılaraq 90%-ə çatdırılmaqla vətəndaşın pensiya təyinatında nəzərə alınmışdır. Məhz bu məsələni xüsusilə vurğulayaraq Məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçı iddia ərizəsində və xx.xx.2022-ci il tarixində keçirilən məhkəmə iclasında ona pensiya təyinatı zamanı xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 90%-lə nəzərə alınmış və hesablanmış pensiya kapitalının əsassız olaraq bir daha yenidən 80% artırılaraq hesablanması haqqında tələb irəli sürmüşdür. Bu da mövcud qanunvericiliyin tələblərinə uyğun gəlmir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/217 №-li ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş mülki iş materiallarında olan sənədlər və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********8 saylı məktubunu nəzərə alınmaqla, ekspert qarşısında qoyulan suallara cavab olaraq, iddiaçı Əlİddiaçı fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu xx.xx.2019-cu il tarixə qeydə alınmış pensiya kapitalının məbləği 23.074,56 + 14.909,76 = 37.984,32 manat təşkil edir. Deməli vətəndaşın əmək pensiyasının sığorta hissəsinin məbləği (SH = PSK/Tİ 37.984,32 : 144 = 263,78 manat təşkil edir və onun pensiyasının məbləği (P=SH+YH) xx.xx.2019-cu il tarixdən 263,78 + 0 = 263,78 manat düzgün hesablanaraq ödənilməsi müəyyən edilir. İddiaçının pensiyasının məbləği orta aylıq nominal əmək haqqınırjı illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə: xx.xx.2020-ci il tarixdən 263,78 x 16,6% = 307,57 manat, xx.xx.2021-ci il tarixdən 307,57 x 11,4% = 342,63 manat, xx.xx.2022-ci il tarixdən 342,63 x 3,4% = 354,29 manat hesablanaraq ödənilmiş olduğu müəyyən edilir. xx.xx.2017-ci il tarixinədək istifadə olunmamış pensiya kapitalı (yəni 50%) xx.xx.2017-ci il tarixindən 80% artırılaraq 90%-ə çatdırılmaqla vətəndaşın pensiya təyinatında nəzərə alınmışdır. Məhz bu məsələni xüsusilə vurğulayaraq Məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçı iddia ərizəsində və xx.xx.2022-ci il tarixində keçirilən məhkəmə iclasında ona pensiya təyinatı zamanı xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 90%-lə nəzərə alınmış və hesablanmış pensiya kapitalının əsassız olaraq bir daha yenidən 80% artırılaraq hesablanması qanunvericiliyin tələblərinə uyğun olmaması müəyyən edilir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.10 pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.8. maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 5.2. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İddiaçı hazırki iddia tələbində ona yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1972-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək təhsil illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1997-cı il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə sığorta stajı 31 il 11 ay 16 gün təşkil edir. Məhkəmədə mütəxəssisin iştirakı ilə iddiaçının pensiya işi tədqiq olunaraq müəyyən edilmişdir ki, iddiaçının 2006-cı il tarixinədək 31 il 11 ay 16 gün sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital: (31+(11+16/30 gün)/12ay)x 306=9780,09. 2006-cı il tarixinədək vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 23092,58 manat təşkil edir (işdə olan cədvələ əsasən). İddiaçının xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 90%-nin məbləği, X1 Sisteminin Pensiya altsisteminə əsasən (sığortaedənlər tərəfindən DSMF-yə sığortaolunan haqqında verilən məlumata əsasən) istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2019-cu ilin vəziyyətinə 14909,76 manat təşkil etmişdir. Beləliklə iddiaçının- sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu xx.xx.2019-cu il tarixə qeydə alınmış pensiya kapitalının məbləği 23074,56+14909,76=37984,32 manat təşkil edir. Deməli iddiaçının əmək pensiyasının sığorta hissəsinin məbləği (SH=PSK/T) 37984,32:144=263,78 manat təşkil edir. İddiaçının pensiyasının məbləği (P=SH+YH) xx.xx.2019-cu il tarixdən 263,78+0=263,78 manat hesablanaraq ödənilmişdir. İddiaçının pensiyasının məbləği orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə: xx.xx.2020-ci il tarixdən 263,78x16,6%=307,57 manat, xx.xx.2021-ci il tarixdən 307,57 x 11,4%=342,63 manat, xx.xx.2022-ci il tarixdən 342,63 x 3,4%=354,29 manat hesablanaraq ödənilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.1994-xx.xx.1997-ci illəri əhatə edən "xxxx" X2 sığorta stajı xx.xx.2006-cı il tarixinədək olan 31 il 11ay 16 gün sığorta stajında nəzərə alınmışdır. İddiaçının əmək pensiyasının məbləğinin düzgün hesablanıb – hesablanmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/217 №-li ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş mülki iş materiallarında olan sənədlər və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********8 saylı məktubunu nəzərə alınmaqla, ekspert qarşısında qoyulan suallara cavab olaraq, iddiaçı Əlİddiaçı fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu xx.xx.2019-cu il tarixə qeydə alınmış pensiya kapitalının məbləği 23.074,56 + 14.909,76 = 37.984,32 manat təşkil edir. Deməli vətəndaşın əmək pensiyasının sığorta hissəsinin məbləği (SH = PSK/Tİ) 37.984,32 : 144 = 263,78 manat təşkil edir və onun pensiyasının məbləği (P=SH+YH) xx.xx.2019-cu il tarixdən 263,78 + 0 = 263,78 manat düzgün hesablanaraq ödənilməsi müəyyən edilir. İddiaçının pensiyasının məbləği orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə; xx.xx.2020- ci il tarixdən 263,78 x 16,6% = 307,57 manat, xx.xx.2021- ci il tarixdən 307,57 x 11,4% = 342,63 manat, xx.xx.2022-ci il tarixdən 342,63 x 3,4% = 354,29 manat hesablanaraq ödənilmiş olduğu müəyyən edilir. xx.xx.2017-ci il tarixinədək istifadə olunmamış pensiya kapitalı (yəni 50%) xx.xx.2017-ci il tarixindən 80% artırılaraq 90%-ə çatdırılmaqla vətəndaşın pensiya təyinatında nəzərə alınmışdır. Məhz bu məsələni xüsusilə vurğulayaraq Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı iddia ərizəsində və xx.xx.2022-ci il tarixində keçirilən məhkəmə iclasında ona pensiya təyinatı zamanı xx.xx.2007-ci il tarixihdən xx.xx.2019-cu il tarixinədək 90%-lə nəzərə alınmış və hesablanmış pensiya kapitalının əsassız olaraq bir daha yenidən 80% artırılaraq hesablanması qanunvericiliyin tələblərinə uyğun olmaması müəyyən edilir. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Göründüyü kimi, xüsusi biliyə məxsus olan ekspert də cavabdehin cavabdehin hərəkətlərində hüquq pozuntusuna yol verilməməsini təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli № 377 saylı Fərmanına əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınırdı. Məhkəmədə işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.2017-ci il tarixinədək iddiaçının istifadə olunmamış pensiya kapitalı (yəni 50%) xx.xx.2017-ci il tarixindən 80% artırılaraq 90%-ə çatdırılmaqla iddiaçının pensiya təyinatında nəzərə alınmışdır. Lakin iddiaçı ona pensiya təyinatı zamanı xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 90%-lə nəzərə alınmış və hesablanmış pensiya kapitalının əsassız olaraq bir daha yenidən 80% artırılaraq hesablanması haqqında tələb irəli sürmüşdür. Göründüyü kimi iddiaçının həmin tələbi yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun deyil. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuni və əsaslı olmuşdur. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası əsassız oldugundan təmin edilməməlidir. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 110.4-cü maddəsinə əsasən yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə iş üzrə prosessual xərclər iddiaçıya aid edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar