Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-150/2023 03.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən onlara münasibətdə tərtib edilən, 2016-2018-ci illərə aid dövrə görə xx.xx.2020-ci il tarixli, N **********141253 saylı qərar tərtib edərək əlavə sanksiya haqda qərarın cavabdeh tərəfindən ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqda qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı tərəf məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh inzibati orqan tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********141253 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin müvafiq qərardadı ilə icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2018-ci il tarixli **********167856 saylı qərarı ilə iddiaçıya növbədənkənar səyyar vergi yoxlaması təyin etmiş və həmin yoxlama 2016-cı ilin yanvar ayından - 2018-ci ilin sentyabr ayına qədərki dövrü əhatə etmişdir. Yoxlama xx.xx.2020-ci il tarixli **********167900 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirmiş və xx.xx.2020ci il tarixli **********141253 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul etmişdir. Həmin qərara əsasən ƏDV vergisi üzrə yoxlanılan dövr üzrə 2386485,44 manat dövriyyənin azaldılması, 507021,89 manat dövriyyənin isə artıq göstərilməsi müəyyən edilmiş və buna əsasən Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 88400,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi üzrə yoxlama ilə əhatə edilən dövrlər üzrə iddiaçının ümumi gəlirlərinin 1247500,24 manat az göstərilməsi, xərclərin tərkibində isə malların dəyərinin 794111,95 manat çox göstərilməsi qeyd edilmişdir. Yoxlama nəticəsinə görə 2016-cı il üzrə mənfəət vergisinin 139757,84 manat azaldılması, 2017-ci il üzrə isə mənfəət vergisinin 268564,60 manat azaldılması müəyyən edilərək Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 134282,30 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda yoxlama zamanı iddiaçı tərəfindən "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə təsisçiyə olan 157639,72 manat borcun nağd şəkildə qaytarılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 15763,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın yekununa dair qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********141253 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərara əsasən iddiaçıya ƏDV üzrə 429639,38 manat verginin yayındırılmasına görə 88400,64 manat maliyyə sanksiyası, mənfəət vergisi üzrə 408322,44 mnat verginin yayındırılmasına görə 134282,30 manat və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə 15763,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 48-ci maddəsinin tələbinə müvafiq tərtib edilməyən, yəni Qanunun tələbi pozulmaqla tərtib edilmiş xx.xx.2020-ci il tarixli **********141253 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı əsassız və qanunsuzdur və həmin qərar Vergi Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bununla yanaşı, iddiaçı hüquqlarını pozan, xx.xx.2020-ci il tarixli **********167900 saylı səyyar vergi yoxlaması aktını da qərəzli hesab edir və buna dair həmin aktda öz qeydlərini aparmışlar. Belə ki, yoxlama zamanı vergidən yayınma hallarının necə, nəyə əsasən, hansı sənədlərlə və hallarla müəyyən edildiyi dəqiq göstərilməmiş və ya tamamən yalnış göstərilmişdir. O cümlədən Vergi Məcəlləsinin tələbləri də gözlənilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. İddiaçı hesab edir ki, yoxlama ilə əhatə olunan hesabat dövrləri ərzində dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisi onlar tərəfindən düzgün hesablanmış və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilməmişdir. Cavabdeh vergi orqanı iddiaçıya səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə mübahisələndirilən mənfəət vergisinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir. Bu da yoxlamanın əvvəlindən sonuna qədər pozuntu ilə keçirilməsi deməkdir. İş məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, **********167856 saylı qərarı ilə vergi ödəyicisində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama ilə yanvar 2016-cı il - sentyabr 2018-ci illər əhatə edilmişdir. Yoxlamanın başa çatması xx.xx.2020-ci il tarixli, **********167900 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və xx.xx.2020-ci il tarixli, **********141253 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Yoxlama ilə aşağıdakı tədiyyələr üzrə vergidən yayınma halları müəyyən edilmişdir: ƏDV vergi üzrə: Yoxlama ilə ƏDV üzrə hesablamanın əsası vergi tutulan dövriyyənin 1879463,36 manat az, əvəzləşdirilən dövriyyənin isə 400 manat (400*18%=72) çox göstərilməsi olmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilən malların satış qiymətini müəyyənləşdirmək məqsədilə səyyar vergi yoxlamasının gedişində xx.xx.2019-cu il tarixli, **********192524 saylı qərarla ekspertiza təyin edilmiş və xx.xx.2020-ci il tarixdə təqdim edilən ekspert rəyinə əsasən yoxlanılan dövr üzrə 2386485,44 manat (2386485,44*18%=429567,38) dövriyyənin azaldılması, 507021,89 manat (507021,89*18%=91263,94) dövriyyənin isə artıq göstərilməsi müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə yuxarıda qeyd edilən hallara əsasən vergi ödəyicisinə 429639,38 manat (429567,38+72=429639,38) ƏDV hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 88400,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi üzrə: Yoxlama ilə 2016-2017-ci illərin mənfəət vergisi yoxlanılmış və vergi ödəyicisi tərəfindən bəyannamədə göstərilən məbləğin bəyannamədə göstərilməli olan məbləğə nəzərən azaldılması müəyyən edilmişdir. Yoxlanılan dövrlər üzrə mənfəət vergisi bəyannamələrində vergi ödəyisinin ümumi gəlirlərinin azaldılması, xərclərin isə əsassız şişirdilməsi kənarlaşmanın əsasını təşkil etmişdir. Belə ki, səyyar vergi yoxlamasına cəlb edilən ekspert tərəfindən təqdim olunan rəydə yoxlama ilə əhatə edilən dövrlər üzrə vergi ödəyicisinin ümumi gəlirlərinin 1247500,24 manat az göstərilməsi, xərclərin tərkibində isə malların dəyərinin 794111,95 manat çox göstərilməsi qeyd edilmişdir. Müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən gəlirdən çıxılan xərclər müəyyən edilərkən malların dəyəri onun invoys dəyəri ilə deyil, yük gömrük bəyannaməsində qeyd edilən statistik dəyəri ilə nəzərə alınmışdır. Bu da öz növbəsində gəlirdən çıxılan xərcin əsassız olaraq artırılması ilə nəticələnmişdir. Yoxlama nəticəsində 2016-cı il üzrə mənfəət vergisinin 139757,84 manat azaldılması, 2017-ci il üzrə isə mənfəət vergisinin 268564,60 azaldılması müəyyən edilərək Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 134282,30 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin yoxlama zamanı vergi ödəyicisi tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq təsisçiyə olan 157639,72 manat borcun nağd şəkildə qaytarılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 15763,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli Qanunu ilə nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulan əməliyyat nağd qaydada həyata keçirildiyindən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Beləliklə, yoxlamanın yekununa dair qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********141253 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən vergi ödəyicisinə ƏDV üzrə 429639,38 manat, verginin yayındırılmasına görə 88400,64 manat maliyyə sanksiyası, mənfəət vergisi üzrə 408322,44 manat, verginin yayındırılmasına görə 134282,30 manat və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə 15763,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 23-cü maddəsinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddianın dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxsin dövlət qeydiyyatı haqqında ********** nömrəli şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. - "xxxx" MMC (VÖEN:**********) tərəfindən 2016-cı il üzrə təqdim edilmiş cari mənfəət vergisinin bəyannaməsindən görünür ki, müəssisənin hesabat dövrünə gəlirləri 2,237,219.53 manat, ümumi gəliri 2,237,219.53 manat, çıxılmalardan sonra ümumi gəlir 2,237,219.53 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 2,161,743.65 manat, ümumi gəlirdən çıxılan xərclər 2,161,743.65 manat, vergiyə cəlb olunan mənfəət 75,475.88 manat, mənfəət vergisi 15,095.18 manat bəyan edilmişdir. - "xxxx" MMC (VÖEN:**********) tərəfindən 2017-cı il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş (səyyar vergi yoxlaması) mənfəət vergisinin bəyannaməsindən görünür ki, müəssisənin hesabat dövrünə gəlirləri 3,983,2578.58 manat, ümumi gəliri 3,983,257.58 manat, çıxılmalardan sonra ümumi gəlir 3,983,257.58 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 2,515,966.39 manat, ümumi gəlirdən çıxılan xərclər 2,515,966.39 manat, vergiyə cəlb olunan mənfəət 1467,291.19 manat, mənfəət vergisi 293,458.24 manat bəyan edilmişdir. - "xxxx" MMC (VÖEN:**********) tərəfindən 2017-cı il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsindən görünür ki, müəssisənin hesabat dövrünə gəlirləri 3,128,398.12 manat, ümumi gəliri 3,128,398.12 manat, çıxılmalardan sonra ümumi gəlir 3,128,398.12 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 3,003,929.92 manat, ümumi gəlirdən çıxılan xərclər 3,003,929.92 manat, vergiyə cəlb olunan mənfəət 124,468.20 manat, mənfəət vergisi 24,893.64 manat bəyan edilmişdir. - "xxxx" MMC (VÖEN:**********) tərəfindən 2018-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsindən görünür ki, müəssisənin hesabat dövrünə gəlirləri 2,583,905.89 manat, ümumi gəliri 2,583,905.89 manat, çıxılmalardan sonra ümumi gəlir 2,583,905.89 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 2,483,271.97 manat, ümumi gəlirdən çıxılan xərclər 2,483,271.97 manat, vergiyə cəlb olunan mənfəət 100,633.92 manat, mənfəət vergisi 20,126.78 manat bəyan edilmişdir. -Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası tərəfidən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanalanmış xx.xx.2020-ci il tarixli, 105 №-li məktuba əlavə edilmiş ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin təqdim etdiyi avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə bazar satış qiymətləri müəyyənləşdirilmişdir. -Azərbaycan Respublikası "xxxx" MMC Konsalting və Qiymətləndirmə şirkəti tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, MB 13-965 №-li məktubunun və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, apardıqları təhlil və hesablamalar nəticəsində xx.xx.2016-cı il tarixldən xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-nin təqdim etdiyi avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların bazar qiymətləri müəyyənləşdirilmişdir. -xx.xx.2020-ci il tarixli, **********167900 №-li səyyar vergi yoxlaması aktının təsdiq edilmiş surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2018-ci il tarixli, **********1167856 saylı qərarına əsasən X6 İdarəsinin Ticarət sahəsi üzrə şöbəsi tərəfindən İddiaçı (VÖEN **********) üzrə aksiz vergisi – yanvar 2016–sentyabr 2018; mədən vergisi – yanvar 2016-sentyabr 2018; ödəmə mənbəyindən tutulan vergi 1-ci rüb 2016-3-cü rüb 2018; muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2016-cı il–2017-ci il; əlavə dəyər vergisi yanvar 2016– sentyabr 2018; əmlak vergisi – 2016-cı il–2017-ci il; sadələşdirilmiş vergi 1-ci rüb 2016–3cü rüb 2018; mənfəət vergisi 2016-cı il–2017-ci il; torpaq vergisi 2016-cı il–2017-ci il tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2018-ci il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-2017-ci illər üzrə Mənfəət vergisi bəyannamələrinin düzgünlüyü yoxlanıldı və mənfəət vergisinin 639747.52 manat az hesablanması aşkar olundur. Kənarlaşmaya səbəb müəssisə tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlirlərin 2 404 625.67 manat az (ekspert rəyinə əsasən), xərclərin tərkibində malın dəyərinin 794 111.95 manat çox (Malların dəyəri invoys qiymətilə deyil yük gömrük bəyannamələrində qeyd olunan statistik dəyərlə hesablanmışdır) göstərilməsi, bununla da mənfəət vergisinin 639 747.52 manat az göstərilməsi müəyyən edilmişdir. Beləliklə yoxlama ilə Vergi Məcəlləsinin 103, 104, 105-ci maddələrinə əsasən mənfəət vergisi üzrə 639 747.52 manat əlavə vergi məbləğinin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50%-i həcmində, yəni 319 873.76 manat məbləğində maliyyə sanksiyasının hesablanması təklif edilir. Yoxlanılan dövr ərzində müəssisə əlavə dəyər vergisinin ödəyicisi olmamışdır. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi hesabatlarının düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu. Yoxlanılan dövrdə bəyannamələr vergi orqanına vaxtında təqdim olunmuşdur. Vergi orqanına təqdim edilmiş bəyannamələrə əsasən 624 013.93 manat kənarlaşma aşkar edildi. Kənarlaşmaya səbəb vergi tutulan dövriyyənin 3 466 344.07 manat az, əvəzləşdirilən dövriyyənin 400.00 (400.00*18%=72) manat çox göstərilməsi olmuşdur. Belə ki, müəssisə tərəfindən təqdim edilmiş malların satış qiymətini müəyyənləşdirmək məqsədilə ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən 3 466 344.07 (3466344.07*0,18%=623941.93) manat dövriyyə kənarlaşması müəyyən edilmişdir (ekspert rəyi əlavə olunur). Bununla da yoxlama ilə Vergi Məcəlləsinin 14-cü, 153, 159, 161-ci maddələrinə əsasən 624 013.93 (623941.93+72=624013.93) manat məbləğində ƏDV-nin hesablanması və VM 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50%-i həcmində, yəni 312 006.97 manat məbləğində maliyyə sanksiyasının hesablanması təklif olunur. Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. 2016-2017-ci illər üzə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi bəyannamələri vergi orqanına vaxtında təqdim edilmişdir. Vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinə, ƏDV bəyannaməsi və sadələşdirilmiş vergi bəyannaməsi tərkibində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergiyə əsasən kənarlaşma aşkar edilmədi. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş ÖMV üzrə bəyannamələrin düzgünlüyü yoxlanıldı və kənarlaşma aşkar edilmədi. Yoxlanılan dövrdə vergi ödəyicisi aksiz vergisinin, torpaq vergisinin, mədən vergisinin, əmlak vergisinin, sadələşdirilmiş verginin ödəyicisi olmamışdır. Yoxlama ilə Sosial fondlara ayırmalar yoxlamanın əhatə etdiyi dövr üzrə yoxlanıldı və kənarlaşma aşkar edilmədi. Yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsi tələbləri pozulmamışdır. Yoxlanılan dövrd qarşıqlı əlaqələrin araşdırılmasına zərurət yaranmamışdır. Yoxlanılan dövrdə ƏDV bəyannamələrində göstərilən vergi məbləğinin bəyannamələrdə göstərilməli olan vergi məbləğində nisbətən 624013.93 manat azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 312 006.97 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi; yoxlanılan dövrdə Mənfəət bəyannaməsində göstərilən vergi məbləğinin bəyannamədə göstərilməli olan vergi məbləğinə nisbətən 639747.52 manat azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 319873,76 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi; yoxlama ilə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən müəssisə tərəfindən alınmış malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş 4 983.84 manat ƏDV məbləğinin 50%-i miqdarında, yəni 2 491.92 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi; “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozaraq təsisçiyə olan 157639.72 manat məbləğində borc nağd şəkildə qaytarmışdır. Bununla da Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 15763.97 manat maliyyə sanksiyasının hesablanması təklif olunur. - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********141253 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçınə mənfəət vergisinə görə 2016-cı il üzrə 139757.84 manat, 2017-ci il üzrə 268564.60 manat, əlavə dəyər vergisinə görə 2016-cı il üzrə 55405,01 manat, 2017-ci il üzrə 153946,72 manat, 2018-ci il üzrə 129023,71 manat əlavə vergi məbləği və Vergi Məcəlləsinin 56.1, 58.1 və 58.7-1-ci maddələrinə əsasən 238 446.91 manat maliyyə sanksiyasının hesablanmışdır. -Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi tərəfindən verilən 12 aprel 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ********* nömrəli cinayət işi üzrə mütəxəssis ayrılmasına dair 22 fevral 2022-ci il tarixli qərarının icrası ilə əlaqədar olaraq İddiaçıMMC-də (VÖEN **********) xx.xx.2016-xx.xx.2018-ci il dövrü üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin məbləğinin müəyyən edilməsi, həmçinin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə cinayət işinə əlavə edilmiş materiallar, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi, AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatları əsasında araşdırmalar aparılarkən aşağıdakılar müəyyən olundu: “KENANSHİN" MMC vergi ödəyicisi kimi xx.xx.2016-ci il tarixdə vergi orqanında qeydiyyata alınmış və ona həmin tarixdən qüvvədə olmaqla xx.xx.2016 tarixli **********9 nömrəli ƏDV ödəyicisinin qeydiyyat bildirişi verilmişdir. İddiaçı MMC-nin təsisçisi və rəhbəri X4 olmuşdur. MMC-nin hüquqi ünvanı: AZ1052, ünvan 2HİN" MMC-nin vergi orqanında olan uçot-baza məlumatlarına əsasən ünvan 3 ünvanıda 113 kv.m-lik mağazası və ünvan 4 ünvanında 400 kv.m-lik anbarı mövcuddur. Vergi ödəyicisinin, araşdırılan dövrdə faktiki fəaliyyəti: avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların pərakəndə və topdan satışı olmuşdur. Vergi ödəyicisinin "xxxx" ASC-nin Nizami filialında 4 bank hesabı olmuşdur. AVİS və Hesabat/Axtarış informasiya sistemi və şəxai hesab vərəqəsi məlumatlarına əsasən xx.xx.2016-xx.xx.2018 hesabat dövründə 1061069,43 manat vergilər hesablanmış, hesablanmış vergilərə 1026129,99 manat azalma verilmiş, dövlət büdcəsinə 135302,50 manat vergi ödənilmişdir. Cəmiyyətin xx.xx.2022-ci il tarixə 396068,31 manat əsas borcu vardır. Cəmiyyətdə xx.xx.2016-xx.xx.2018 vergi dövrü üzrə Bakı, şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2018 tarixli **********167856 nömrəli Qərarı ilə səyyar vergi yoxlaması aparılmış, nəticələri xx.xx.2020 tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, tarixli **********141253 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmişdir. Qərarla 746697,88 manat vergilərin azaldılması müəyyən edilmiş, 238446,91 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisədə aparılmış səyyar vergi yoxlaması zamanı “Mütəxəssisin dəvət edilməsi haqqında" xx.xx.2020 tarixli, **********139528 nömrəli qərar qəbul edilərək, "MBA LTD” MMC-nin əməkdaşı X5 mütəxəssis qismində yoxlamaya cəlb edilmiş və mütəxəssis qarşısında “Təqdim olunmuş malların çeşidi, adı, modeli, bazar qiyməti, mənşəyi və hansı ölkələrdən idxal olduğunu müəyyən etmə" sualları qoyulmuşdur. Mütəxəssis tərəfindən xx.xx.2020-ci il tarixli mütəxəsis rəyi yoxlamaya təqdim edilmiş, həmin rəy əsasında müəssisəyə əlavə vergilər hesablanmışdır. Müəssisənin direktoru X4 ifadəsində ekspert rəyində ayrı-ayrı ölkələrdən idxal olunmuş malların mənşə ölkəsi nəzərə almadan, müxtəlif mənşəli mallara eyni qiymətlər tətbiq edildiyini və bu səbəbdən də, hesablanmış vergilərlə razı olmadığını bildirmişdir. Mütəxəssis kimi ayrılmış X5 ifadəsində təqdim edilmiş malların hansı ölkənin istehsalı (mənşəyi) olduğunu göstərməməsini sətirlərin çoxluğu ilə aqələndirdiyini, bu səbəbdən də, "xxxx" MMC tərəfindən idxal olunmuş avtomobil ehtiyyat hissələrinin və təkərlərinin istehsal ölkələri üzrə real bazar qiymətini rəyində göstərə kimədiyini qeyd etmişdir. Cinayət işi üzrə istintaqın obyektivliyini təmin etmək üçün “KENANSİN" MMC tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müxtəlif ölkələrdən dövr üzrə idxal olunmuş avtomobil ehtiyyat hissələrinin real bazar qiymətinin müəyyən edilməsi üçün təkrar mütəxəssis cəlb edilmiş bunun əsasında xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi verilmişdir. Həmin rəylə cəmiyyət tərəfindən idxal olunmuş bütün təkər və ehtiyyat hissələrinin mənşə ölkəsi nəzərə alınmaqla qiymətləndirilməsi aparılmışdır. ƏDV üzrə: Cəmiyyətin xx.xx.2016-xx.xx.2018-ci il dövründə vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrində ƏDV dövriyyəsi 7156982,55 manat, ƏDV-si 1288256,86 manat, əvəzəşdirilən ƏDV 1316053,14 manat, büdcədən qaytarılan ƏDV 27796,28 manat olmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018 tarixli **********167856 nömrəli Qərarı ilə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə əsasən müvafiq dövrdə ƏDV zzyriyyəsi 9036445,91 manat, ƏDV-si 1626560,26, əvəzləşdirilən ƏDV 1315981,14 manat, büdcəyə ödənilməli ƏDV məbləğ 310579,12 manat olmuşdur. AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarına (E_VHF, e-qaimə, idxal YGB) əsasən cəmiyyətin xx.xx.2016-xx.xx.2018 hesabat dövründə xaricdən idxal etdiyi malların dəyəri 7203633,13 manat, ƏDV-si 1295476,73 manat olmuşdur. Cəmiyyətin daxili bazardan aldığı malların dəyəri 143191,05 manat, ƏDV-si 25774,39 manat, E_VHF ilə satış dəyəri 5075148,07 manat, ƏDV-si 913526,66 manat olmuşdur. “MBA LTD" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən cəmiyyətin ƏDV tutulan dövriyyəsinin ƏDV-siz dəyəri 11555472,75 manat, ƏDV-si 2079985.10 manat, əvəzləşdirilən ƏDV-nin 1315981,14 manat, büdcəyə çatası ƏDV-nin 764003,96 manat olduğu müəyyən edilmişdir. Beləliklə səyyar vergi yoxlaması ilə azaldılması müəyyən edilmiş 338375,40 manat ƏDV təsdiq edilməklə əlavə olaraq büdcəyə ödənilməli ƏDV-nin 453424,83 manat az hesablandığı müəyyən edilir və həmin məbləğə ŞHV-də hesablama verilməlidir. Araşdırmanın nəticəsi olaraq ŞHV-də aşağıdakı ƏDV düzəlişləri aparılmalıdır: Az hesablandığı üçün 2016-ci ilin mart ayı 493,04 manat, may ayı 8325,69 manat, iyun ayı 9974,92 manat, iyul ayı 5297,72 manat, avqust ayı 30208,73 manat, sentyabr ayı 62734,47 manat, oktyabr ayı 38197,91 manat, noyabr ayı 22984,54 manat, dekabr ayı 61063,85 manat, 2017-ci ilin yanvar ayı 21870,71 manat, fevral ayı 17126,84 manat, mart ayı 21063,65 manat, aprel ayı 16628,59 manat, may ayı 18385.16 manat, iyun ayı 6592,41 manat, iyul ayı 26840,48 manat, avqust ayı 3257,87 manat, sentyabr ayı 17913.19 manat, oktyabr ayı 3695,07 manat, noyabr ayı 13645,04 manat, dekabr ayı 6146,48 manat, 2018-ci ilin yanvar ayı 738,93 manat, aprel ayı 13760,73 manat, may ayı 6216,54 manat, iyun ayı 5286.29 manat, iyul ayı 1470,38 manat, avqust ayı 16208,49 manat, sentyabr ayı 888,19 manat əlavə hesablanma verilməli, artıq hesablandığı üçün 2016-cı ilin aprel ayı 333.47 manat, 2018-ci ilin fevral ayı 1113,06 manat, mart ayı üzrə 2144,55 manat azalma verilməlidir. Mənfəət vergisi: Baza bəyannamə məlumatlarına əsasən (kameral vergi yoxlaması nəticələri nəzərə alınmaqla) cəmiyyətin: 2016-cı ildə ümumi gəliri 2237219,53 manat, xərcləri 2143547,85 manat, vergiyə cəlb olunan mənfəət 93671,68 manat, hesablanmış mənfəət vergisi 18734,34 manat olmuşdur. 2017-ci ildə ümumi gəliri 3128398,12 manat, xərcləri 3003929,92 manat, vergiyə cəlb olunan mənfəət 124468,20 manat və hesablanmış mənfəət vergisi 24893,64 manat olmuşdur. Səyyar vergi yoxlamasının nəticələrinə əsasən cəmiyyət üzrə: 2016-ci ildə ümumi gəlir 2629860,31 manat, xərclər 1837399,42 manat, vergiyə cəlbolunan mənfəət 792460,89 manat, mənfəət vergisi 158492,18 manat; 2017-ci ildə ümumi gəlir 3983257,58 manat, xərclər 2515966,39 manat, vergiyə cəlb olunan mənfəət 1467291,19 manat, mənfəət vergisi 293458,24 manat müəyyən edilmişdir. Nəticədə 2016-cı ildə 139757,84 manat (158492,18-18734,34), 2017-ci ildə 268564,6 manat (293458,24-24893,64) olmaqla ümumilikdə 408322,44 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Faktiki olaraq cinayət işinə əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən cəmiyyətin ƏDV-siz satış gəlirinin 2016-cı il üzrə 3957345,87 manat, 2017-ci il üzrə isə 4945288,06 manat olduğu müəyyən edilmişdir. Xərcləri təsdiq edən sənədlər olmadığına və anoloji vergi ödəyicisi tapılmadığından Vergi Məcəlləsinin 67.14, 83.9, 104.1 və 105.1 maddələrinə əsasən, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003 tarixli 42 saylı qərarlarına müvafiq olaraq gəlirlərə görə 20% şərti rentabellik tətbiq edilməklə ödənilməli mənfəət vergisi: 2016-cı ildə 131911,53 manat (3957345,87/120x20x20%), 2017-ci ildə 164842,94 manat (4945288,06/120x20x20%) olmaqla cəmi 2016-2017-ci illər 296754,47 manat müəyyən edilir. Beləliklə faktiki araşdırmanın nəticələrinə əsasən bəyannamə məlumatları ilə müqayisədə mənfəət vergisinin 2016-ci ildə 113177,19 manat (131911,53-18734,34), 2017-ci ildə 139949,30 manat (164842,94-24893,64) olmaqla cəmi 253126,49 manat az hesablandığı müəyyən edilir. Səyyar vergi yoxlaması ilə əlavə hesablanmış 408322,44 manat mənfəət vergisinə münasibətdə 155195,95 manat mənfəət vergisi artıq hesablandığı müəyyən edilir və 155195,95 manat (253126,49-408322,44) mənfəət vergisinə ŞHV-də azalma verilməlidir. Araşdırmanın yekun nəticələrinə əsasən araşdırılan xx.xx.2016-xx.xx.2018 vergi dövrü üzrə büdcədən yayındırılmış vergilərin ümumilikdə 1044926,72 manat (o cümlədən ƏPV 791800,23 manat (338375,4+453424,83), mənfəət vergisi 253126.49 manat (408322,44- 155195,95) olması barədə rəy verilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə kompleks ekspertiza (əmtəəşünaslıq və mühasibatlıq) təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Yoxlamanın əhatə etdiyi dövr üzrə, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC-nin idxal etdiyi malın dəyəri nə qədər təşkil edir?
2. xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə idxal olunmuş mallara görə ƏDV-yə cəlb olunmalı məbləğ nə qədər təşkil edir?
3. Yoxlamanın əhatə etdiyi dövr üzrə, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə idxal etdiyi mallara görə İddiaçı MMC tərəfindən ödənilmiş ƏDV məbləği nə qədər təşkil edir?
4. Yoxlamanın əhatə etdiyi dövr üzrə, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC-nin malların hərəkəti barədə cədvəldə mal qalığı kimi göstərilmiş malların miqdarı ilə "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin Ekspert rəyindəki cədvəldə göstərilmiş malların miqdarı ilə eynilik təşkil edirmi?
5. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin Ekspert rəyindəki cədvəldə göstərilmiş malların real bazar (satış) qiyməti nə qədər təşkil edir?
6. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin Ekspert rəyindəki cədvəldə göstərilmiş malların müəyyənləşdirilmiş real bazar (satış) qiyməti və satılması nəticəsində ödənilməli olan ƏDV məbləği nə qədər təşkil edir?
7. Yuxarıda qeyd olunan suallar üzrə tətqiqatın nəticələri nəzərə alınmaqla səyyar vergi yoxlaması aktı ilə İddiaçı MMC-yə hesablanmış mənfəət vergisi və əlavə dəyər vergisi düzgün hesablanmışdırmı?
8. Əgər mənfəət vergisi və əlavə dəyər vergisi düzgün hesablanmamışdırsa, yoxlamanın əhatə etdiyi dövr üzrə, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC-nin mənfəət vergisi və əlavə dəyər vergisi nə qədər müəyyən olunur?
9. xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC tərəfindən satılmış malların satış dövrünə bazar qiymətləri müəyyən edilsin.
10. İddiaçı MMC-nin 2016-cı il üzrə gəliri və xərcləri nə qədər təşkil edir?
11. İddiaçı MMC-nin 2016-cı il üzrə mənfəət vergisi nə qədər təşkil edir?
12. İddiaçı MMC-nin 2017-ci il üzrə gəliri və xərcləri nə qədər təşkil edir?
13. İddiaçı MMC-nin 2017-ci il üzrə mənfəət vergisi nə qədər təşkil edir?
14. İddiaçı MMC-nin 2016-cı il üzrə əlavə dəyər vergisi nə qədər təşkil edir?
15. İddiaçı MMC-nin 2017-ci il üzrə əlavə dəyər vergisi nə qədər təşkil edir?
16. İddiaçı MMC-nin 2018-ci il üzrə əlavə dəyər vergisi nə qədər təşkil edir?
17. İddiaçı MMC-nin 2016-2017-ci illər üzrə mənfəət vergisi üzrə borcu varmı? Əgər varsa vergi borcu nə qədərdir?
18. İddiaçı MMC-nin 2016-2018-ci illər üzrə əlavə dəyər vergisi üzrə borcu varmı? Əgər varsa vergi borcu nə qədərdir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/5633 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, birinci sual üzrə iş materiallarında mövcud olan invoys sənədləri və yük gömrük bəyannamələrinin məlumatlarından göründüyü kimi, xx.xx.2010-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə "xxxx" MMC tərəfindən idxal etdiyi malın dəyəri aşağıdakı kimi müəyyən edilir: invoys dəyəri 6.304.545,63 manat, statistik dəyər 7.197.092,94 manat, ikinci sual üzrə tədqiqat zamanı müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə idxal olunmuş mallara görə ƏDV-yə cəlb olunmalı məbləğ 7.197.092,94 manat təşkil edir. Üçüncü sual üzrə yoxlamanın əhatə etdiyi dövr üzrə, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə idxal etdiyi mallara görə “KENANSHİN" MMC tərəfindən ödənilmiş ƏDV məbləği 1.295.476,73 (7.197.092,94 x 18 %) manat təşkil edir. Dördüncü sual üzrə tədqiqat zamanı müəyyən edilmişdir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC-nin malların hərəkəti barədə cədvəldə mal qalığı kimi göstərilmiş malların miqdarı ilə “MBA LTD" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin ekspert rəyindəki cədvəldə göstərilmiş malların miqdarı ilə eynilik təşkil edir. Beşinci və altıncı suallar üzrə qeyd edilir ki, “MBA LTD" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin ekspert rəyindəki cədvəldə göstərilmiş malların real bazar (satış) qiyməti və MBA LTD” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin ekspert rəyindəki cədvəldə göstərilmiş malların müəyyənləşdirilmiş real bazar (satış) qiyməti və satılması nəticəsində ödənilməli olan ƏDV məbləğinin nə qədər təşkil etməsi xx.xx.2020-ci il tarixli ekspert rəyində, həmçinin 22 sentyabr 2020-ci il tarixli **********167900 nömrəli Səyyar vergi yoxlaması aktında ətraflı göstərilmişdir. Yeddinci və səkkizinci suallar üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, səyyar vergi yoxlamasının əhatə eydiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə “KENANSHİN" MMC tərəfindən təqdim edilmiş avtomobillər üçün hissələr, qovşaqlar və ləvazimatlar üzrə 119.677,91 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması və 27.724,28 manat məbləğində vergilərin artıq hesablanması müəyyən edilir, o cümlədən az hesablama mənfəət vergisi 2016-cı il üzrə 42.885,20 manat, 2017-ci il üzrə 76.792,71 manat, ƏDV üzrə artıq hesablanma 27724,28 manat olmuşdur. Onuncu və on birinci suallar üzrə təqdim olunmuş iş materiallarında olan sənədlərə əsasən müəssisənin 2016cı il üzrə maliyyə vəziyyətinin əsas iqtisadi göstəriciləri aşağıdakı kimi müəyyən edilir: ümumi gəlir 2.237.219,53 manat, cəmi xərclər 1.929.121,81 manat, balans mənfəəti (zərəri) 308.097,72 manat. Göstərilənlərə əsasən “KENANSHİN" MMC-nin 2016-cı il üzrə apardığı əməliyyatlara görə 308.097,82 (2.237.219,53 (gəlir) - 1.929.121,81 (xərclər)) manat məbləğində mənfəətlə fəaliyyət göstərməsi müəyyən edilir. Belə olan halda, “KENANSHİN" MMC-nin 2016-cı ilin yekunlarına görə 308.097,82 manat məbləğində vergiyə cəlb olunan mənfəət müəyyən edilir və həmin mənfəətdən 20 % dərəcəsi ilə 61.619,54 manat məbləğində mənfəət vergisi hesablanır. Kameral yoxlama ilə hesablanmış 18.734,34 manat məbləğində mənfəət vergisi nəzərə alınmaqla, son nəticədə 2016-cı il üzrə müəssisənin dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin 42.885,20 manat məbləğində az hesablanması müəyyən edilir. On ikinci və on üçüncü suallar üzrə təqdim olunmuş iş materiallarında olan sənədlərə əsasən müəssisənin 2017ci il üzrə maliyyə vəziyyətinin əsas iqtisadi göstəriciləri aşağıdakı kimi müəyyən edilir: ümumi gəlir 3.128.398,12 manat, cəmi xərclər 2.619.966,39 manat, balans mənfəəti (zərəri) 508.431,73 manat. Göstərilənlərə əsasən “KENANSHİN" MMC-nin 2017-ci il üzrə apardığı əməliyyatlara görə 508.431,73 (3.128.398,12 (gəlir) - 2.619.966,39 (xərclər) ) manat məbləğində mənfəətlə fəaliyyət göstərməsi müəyyən edilir. Belə olan halda, “KENANSHİN" MMC-nin 2017-ci ilin yekunlarına görə 508.431,73 manat məbləğində vergiyə cəlb olunan mənfəət müəyyən edilir və həmin mənfəətdən 20 % dərəcəsi ilə 101.686,35 manat məbləğində mənfəət vergisi hesablanır. Kameral yoxlama ilə hesablanmış 24.893,64 manat məbləğində mənfəət vergisi nəzərə alınmaqla, son nəticədə 2017-ci il üzrə müəssisənin dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin 76.792,71 manat məbləğində az hesablanması müəyyən edilir. On dördüncü, on beşinci və on altıncı suallar üzrə tədqiqat zamanı müəyyən edilmişdir ki, “KENANSHİN" MMC-nin 2016-cı, 2017-ci və 2018-ci illər üzrə əlavə dəyər vergisi aşağıdakı kimi müəyyən olunur: 2016-cı il üzrə 51.074, 57 manat artıq hesablanma, 2017-ci il üzrə 64.141,21 manat az hesablanma, 2018-ci il üzrə 40.790,92 manat artıq hesablanma. On yeddinci və on səkkizinci suallar üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, səyyar vergi yoxlamasının əhatə eydiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə “KENANSHİN" MMC tərəfindən təqdim edilmiş avtomobillər üçün hissələr, qovşaqlar və ləvazimatlar üzrə 119.677,91 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması və 27.724,28 manat məbləğində vergilərin artıq hesablanması müəyyən edilir, o cümlədən az hesablanma mənfəət vergisi 2016-cı il üzrə 42.885,20 manat, mənfəət vergisi 2017-ci il üzrə 76.792,71 manat, ƏDV üzrə artıq hesablanma 27.724,28 manat. Doqquzuncu sual üzrə ekspertiza təyini haqqında qərardadda və iş materialında göstərilən 2474 adda avtomobil ehtiyyat hissələrinin xx.xx.2016-xx.xx.2018-ci il tarixlərdə olan ƏDV-siz orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7.156.982,55 manat müəyyən edilir. Həmin qiymətlər ayrı-ayrılıqda 1№-li Cədvəldə göstərilmişdir. Cavabdeh tərəfindən ekspert rəyinə dair verilmiş mülahizədə aşağıdakılar qeyd edilmişdir: İddiaçı "xxxx" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********141253 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyi işin faktiki hallarını tam əhatə etmədiyindən, iddiaçıya hesablanmış vergilərin əsasını təşkil edən sənədlər və mənbəyi bəli olan əlaqəli məlumatlar tədqiq edilmədən aparıldığından iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, səyyar vergi yoxlaması ilə yoxlama predmetinə aid olan sənədləri xx.xx.2018-ci il tarixli **********169599 nömrəli Təlabnamə ilə 15 iş günü müddətində, yəni xx.xx.2018-ci il tarixədək vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Tələbnamədə göstərilən sənədlər (xərc sənədləri, gəlirin əldə edilməsi ilə bağlı sənədlər, yük gömrük bəyannamələri, müqavilələr, mənfəətin hesablanması qaydası ilə bağlı sənədlər) yoxlamaya təqdim edilmədiyi üçün "Sənədlərin təqdim olunmasından imtina barədə" akt tərtib edilmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada xx.xx.2018-ci il tarixli **********171293 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar çıxarılmışdır. Cəmiyyət tərəfindən qeyd edilən sənədlərin yoxlamaya təqdim edilməsindən imtina edildiyi üçün “Sənədlərin təqdim edilməsindən imtina barədə” xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə "KENANSHİN” MMC-də səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlərin, həmçinin mühasibat registirlərini özündə əks etdirən elektron daşıyıcıların götürülməsi ilə əlaqədar 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli e-2-2(82)-588/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. Lakin, cavabdeh tərəfindən məhkəmənin qərarı icra edilməmiş qərarda qeyd olunan sənədlər yoxlamaya təqdim edilməmişdir. Digər tərəfdən Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən vergi yoxlaması zamanı ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Ekspert müqavilə əsasında cəlb edilir. Odur ki, Baş idarə ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən səyyar vergi yoxlaması keşirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğu üçün "xxxx" MMC tərəfindən ekspert ayrılmış, "Ekspertizanın təyin edilməsi haqqında" Qərar çıxarılmış, ekspert rəyi yoxlamaya təqdim edilmiş və səyyar vergi yoxlaması zamanı ekspert rəyindən istifadə edilmişdir. Həmçinin, səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması ilə bağlı aşağıdakılar qeyd edilir: Mənfəət vergisinin yoxlanılması üzrə: cəmiyyətin 2016-2017-ci illər üçün təqdim etdiyi mənfəət vergisi bəyannamələrində göstərilmiş gəlir və xərclərin tərkibi araşdırılarkən kənarlaşmalar müəyyən olunmuşdur. Belə ki, Baza bəyannamə məlumatlarına əsasən (kameral vergi yoxlaması nəticələri nəzərə alınmaqla) cəmiyyətin: 2016-cı ildə ümumi gəliri 2237219,53 manat, xərcləri 2143547,85 manat, vergiyə cəlb olunan mənfəəti 93671,68 manat, hesablanmış mənfəət vergisi 18734,34 manat olmuşdur. 2017-ci ildə ümumi gəliri 3128398,12 manat, xərcləri 3003929,92 manat, vergiyə cəlb olunan mənfəəti 124468,20 manat və hesablanmış mənfəət vergisi 24893,64 manat olmuşdur. Səyyar vergi yoxlamasının nəticələrinə əsasən cəmiyyətin 2016-cı ildə ümumi gəliri 2629860,31 manat, xərcləri 1837399,42 manat, vergiyə cəlb olunan mənfəəti 792460,89 manat, mənfəət vergisi 158492,18 manat; 2017-ci ildə ümumi gəliri 3983257,58 manat, xərcləri 2515966,39 manat, vergiyə cəlb olunan mənfəəti 1467291,19 manat, mənfəət vergisi 293458,24 manat müəyyən edilmişdir. Nəticədə 2016-cı ildə 139757,84 manat (158492,18 - 18734,34), 2017-ci ildə 268564,60 manat (293458,24-24893,64) olmaqla ümumilikdə 408322,44 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə Vergi Məcəlləsinn 103, 104 və 105ci maddələrinə əsasən mənfəət vergisi üzrə 408322,44 manat əlavə vergi məbləğinin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən (VM-nin 56.1-ci maddəsinə əsasən 2016-cı il istisna olmaqla) 2017-ci il üzrə azaldılmış məbləğin 50%-i həcmində, yəni 134282,30 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: yoxlanılan dövr ərzində Cəmiyyət əlavə dəyər vergisinin ödəyicisi olmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi hesabatlarının düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu: Cəmiyyətin xx.xx.2016 - xx.xx.2018-ci il dövründə vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrində Əlavə dəyər vergisinə cəlb edilən dövriyyəsi 7156982,55 manat, ƏDVsi 1288256,86 manat, əvəzləşdirilən ƏDV 1316053,14 manat, büdcədən qaytarılan ƏDV 27796,28 manat göstərilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********167856 nömrəli Qərarı ilə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə əsasən müvafiq dövrdə ƏDV dövriyyəsi 9036445,91 manat, ƏDV-si 1626560,26 manat, əvəzləşdirilən ƏDV 1315981,14 manat, büdcəyə ödənilməli ƏDV məbləğ 310579,12 manat olmuşdur. AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarına (İdxal YGB) əsasən cəmiyyətin xx.xx.2016 - xx.xx.2018-ci il hesabat dövründə xaricdən idxal etdiyi malların dəyəri gömrük rüsumları ilə birlikdə 7203633,13 manat və gömrük orqanında hesablanmış ƏDV-si 1295476,73 manat olmuşdur. Cəmiyyətin daxili bazardan aldığı malların dəyəri 143191,05 manat, ƏDV-si 25774,39 manat və E-VHF ilə satış dəyəri 5075148,07 manat, ƏDV-si 913526,66 manat olmuşdur. Beləliklə səyyar vergi yoxlaması ilə 338375,40 manat (310579,12 + 27796.28) əlavə olaraq büdcəyə ödənilməli ƏDV-nin az hesablandığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən (VM-nin 56.1-ci maddəsinə əsasən 2016-cı il və qismən 2017-ci il istisna olmaqla) vergiyə cəlb olunan dövriyyənin ayrı-ayrı aylar üzrə düzgün müəyyən olunmamasına görə, vergi ödəyicisinə həmin məbləğin 50% miqdarında, yəni 88400,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinin tələblərinin pozulmasının yoxlanılması üzrə: "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq təsisçiyə olan 15763,72 manat məbləğində borc nağd şəkildə qaytarılmışdır. Həmin məbləğə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 15 763,97 manat (157639,72 x 10%) maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda bildirilir ki, vergilərin dövlət büdcəsin ödəməkdən yayınma faktı üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə 21200083 saylı cinayət işi başlanmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi.
58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 103.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında rezident və qeyrirezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarından görünür ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçının 2016-cı il yanvar, 2018-ci il sentyabr ayına olan dövr üzrə fəaliyyəti ilə bağlı növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın başa çatması xx.xx.2020-ci il tarixli, **********167900 saylı aktla rəsmiləşdirilmiş və həmin akt əsasında xx.xx.2020-ci il tarixli, **********141253 saylı qərar qəbul edilərək iddiaçıya 429639,38 manat ƏDV, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 88400,64 manat maliyyə sanksiyası, 2016-cı il üzrə 139757,84 manat, 2017-ci il üzrə 268564,60 manat mənfəət vergisi, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 134282,30 manat maliyyə sanksiyası hesablanmış, həmçinin Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 15763,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda cavabdehin xx.xx.2020-ci il tarixli həmin qərarını mübahisələndirir. İddiaçının hesab edir ki, vergi məsuliyyətinə cəlb edilməsi barədə cavabdehin xx.xx.2020-ci il tarixli qərarı Vergi Məcəlləsinin 48 və 49-cu maddələrinin tələblərinə uyğun tərtib edilməmiş, yoxlama zamanı kənarlaşma hallarının necə, nəyə əsasən, hansı sənədlərlə və hallarla müəyyən edildiyi dəqiq göstərilməmiş, vergi orqanı vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə mübahisələndirilən mənfəət vergisinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.2020-ci il tarixli **********141253 saylı qərarında müvafiq rəylər və sənədlər əsasında mənfəət vergisi və ƏDV hesablansa da, hazırkı məhkəmə icraatında aidiyyəti qurumdan alınmış və tədqiq edilmiş ekspertiza rəyi inzibati orqanın bu qənaətini təkzib edir və 2016 – 2017-ci illər üzrə mənfəət vergisi və 2016 – 2018-cu illərin müvafiq ayları üzrə ƏDV-nin düzgünlüyünü müəyyən etmir. Hazırkı iş üzrə alınmış xx.xx.2023-cü il tarixli, 9/5633 nömrəli ekspertiza rəyi qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir. Bu baxımdan məhkəmə ekspertiza tədqiqatı nəticəsində müəyyən edilən hallar üzrə gəlinən nəticə ilə razılaşaraq mübahisələndirilən qərarın cavabdeh vergi orqanı tərəfindən iddiaçıya “2016-cı il üzrə 42885,2 manat əlavə hesablanmış mənfəət vergisi, 2017-ci il üzrə 76792,71 manat əlavə hesablanmış mənfəət vergisi, 2018-ci il üzrə 27724,28 manat artıq hesablanmış ƏDV-nin əsaslı olduğunu hesab edir. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən təsisçiyə olan borcun nağd şəkildə qaytarılmasını təkzib edən hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq cavabdeh tərəfindən tətbiq edilmiş 15763,97 manat maliyyə sanksiyasının VM-in 58.7-ci maddəsinə uyğun olması qənaətinə gəlir. Bundan başqa, iddiaçıya vergi bəyannamələrinin vaxtında təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə istinadən hesablanmış 38.396,35 manat maliyyə sanksiyasının tətbiqi qanunauyğun olmuşdur. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri) Eyni zamanda, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə bəhs olunanlara əsasən belə nəticəyə gəlir ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********141253 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının “2016-cı il üzrə 42885,2 manat əlavə hesablanmış mənfəət vergisi, 2017-ci il üzrə 76792,71 manat əlavə hesablanmış mənfəət vergisi, 2018-ci il üzrə 27.724,28 manat artıq hesablanmış ƏDV, 2017-ci ilin mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış 38.396,35 manat maliyyə sanksiyası və VM-in 58.7-ci maddəsinə əsasən hesablanmış 15763,97 manat” hissəsi istisna olmaqla, qalan hissəsi yuxarıda sadalanan pozuntulara yol verilməklə qəbul edildiyindən, həmçinin inzibati orqan qəbul etdiyi inzibati aktı qalan hissədə əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən ləğv edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5633 №li ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən qeyd olunan pul vəsaitinin 100 manat hissəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən, 45 (qırx beş) manat hissəsi İddiaçındən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə Mərkəzinin (VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********141253 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı “2016-cı il üzrə 42885,2 manat əlavə hesablanmış mənfəət vergisi, 2017-ci il üzrə 76792,71 manat əlavə hesablanmış mənfəət vergisi, 2018ci il üzrə 27.724,28 manat artıq hesablanmış ƏDV, 2017-ci ilin mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış 38.396,35 manat maliyyə sanksiyası və VM-in 58.7-ci maddəsinə əsasən hesablanmış 15763,97 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğinin 100 manat hissəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən, 45 (qırx beş) manat hissəsi İddiaçındən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə Mərkəzinin (VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) tutulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov