Məhkəmə qərarları › İş №2-1(112)-15010/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15010/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15010/2023 20.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 y y ə n e t d i : İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət cavabdehin imtinasının qanunsuz hesab edilməklə, onun ünvan 2 ünvanına qeydiyyata alınmağı barədə cavabdeh orqanın üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hazırlıq icraatına başlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, əvvəl yaşadığı və qeydiyyatda olduğu ünvan 3 ünvanına qeydiyyata alınmağını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 19 may 2023-cü il tarixli, 50/2-A-13834/11/23 nömrəli məktubu ilə qeyd edilən ünvana qeydiyyatı ilə bağlı müraciətindən imtina edilərək, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İnzibati orqan tərəfindən imtinaya əsas kimi isə ünvan 3 ünvanının hüquqi sənədinin olmaması ilə əsaslandırılmışdır. Odur ki, qanunsuz imtina ilə bağlı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdeh orqanın imtinası hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, anadan olduğu xx.xx.1977-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2005-ci ildə ailə qurduqdan sonra ünvan 3 ünvanında yaşamışdır. Sonradan, DİN-nin Daxili Qoşunların Mənzil İstismarı Xidmətindən komissiya gəlib mənzil-məişət şəraitinin qeyri-qənaətbəxş olması ilə əlaqədar o, ünvan 6 ünvanı üzrə qeydiyyata alınmaqla yanaşı, mənzil növbəsinə götürülmüşdür. Təxminən 2 il öncə, ünvan 6 ünvanından qeydiyyatdan çıxarılmışdır. Sonradan DİN-nin Daxili Qoşunlarının Hərbi hospitalında xidmət etdiyi müddətdə ünvan 7 ünvanında yerləşən 12576 saylı hərbi şəhərcikdə pasport qeydiyyatına alınmışdır. Lakin ünvan 7 ünvanında yerləşən 12576 saylı hərbi şəhərcikdə yaşayış yerinin olmaması ilə əlaqədar onun qeydiyyatına xitamın verilməsi, əvvəl yaşadığı və qeydiyyatda olduğu ünvan 2 ünvanı üzrə qeydiyyata alınması üçün müvafiq işlərin görülməsi və aparılan işlərlə bağlı məlumatın verilməsi üçün hərbi qospitalın rəisi Ş.Heydərov tərəfindən xx.xx.2023-cü il tarixli 3-13-14-12/2-1770/2023 saylı məktubla Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə və xx.xx.2023-cü il tarixli 3-13-14- 12/2-1795/2023 saylı məktubla Bakı şəhəri 5 saylı ASAN xidmətə müraciət edilmişdir. Lakin, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 19 may 2023-cü il tarixli, 50/2-A- 13834/11/23 nömrəli məktubu ilə qeyd edilən ünvana qeydiyyatı ilə bağlı müraciətindən imtina edərək, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə ərizə göndərilərək iş üzrə təyin edilmiş məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək iddia etdiyi ünvana qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən hər-hansı birinin qeydiyyat orqanına təqdim etməsi barədə sübutun və həmin sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunmuş, bununla baglı iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. İş materialların əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli, 50/2-A-13834/11/23 nömrəli məktubla bildirilmişdir ki, onun Bakı şəhəri, Nərimanov rayonunda yerləşən mənzilə pasport qeydiyyatına alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığı evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim edilməlidir. Əks təqdirdə qeydiyyata alınma tərəflərindən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiqdir. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon İcra Hakimiyyəti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 30 saylı Mənzil kommunal İstismarı Sahəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli, 30/0479 nömrəli arayışa əsasən o, Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev küçəsi, 16 T nömrəli özbaşına tikili olan evdə qonşuların aktına əsasən qeydiyyatsız yaşayır. İş materiallarından məlum olur ki, iddiaçı hazırki iddiasında ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən hər hansı birini qeydiyyat orqanına təqdim etməmişdir. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən alınmış məlumata görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığı evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etmək tələb olunur, lakin İddiaçı müvafiq sənədləri təqdim etmədiyindən onun qeyd olunan ünvana tərəflərindən qeydiyyata alınması mümkün deyildir. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən alınmış digər məlumata görə ünvan 8 ünvanında qeydiyyatda heç bir şəxs aşkar olunmadı. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Baki Ərazi İdarəsindən alınmış məlumata görə Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev və Əliyar Əliyev küçələrində 16T saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. İddiaçıya məhkəmə tərəfindən hüquqi yardım göstərilərək iddia tələbi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilməsi təklif olunsa da, məhkəməyə də heç bir sənəd təqdim edilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddianın mümkünlük şərtləri kimi iddiaçının o halda hüquqlarının pozulması əsaslı ola bilər ki, əgər bu pozuntu cavabdehin publik hüquqdan irəli gələn öhdəliyin icra edilməməsi nəticəsində yaranmış olsun. Məsələyə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında aşağıdakılar göstərilmişdir: 4.2. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Bununla da məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məcburetmə haqqında iddianın qaldırılması üçün inzibati orqanın öhdəliyinin qanunla müəyyən olunmuş hüdudlar daxilində həyata keçirilib-keçirilməməsinin yoxlanılmasından əvvəl müvafiq prossedur qaydalarına əməl edilməsi zəruri olmuşdur ki, onlara riayət edilməmişdir. Bu halda isə iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir. Çünki inzibati orqanın publik hüquqdan irəli gələn öhdəliyinin icra edilməsindən əvvəl həmin hüquqda digər zəruri olan hərəkətlərin həyata keçirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilən əsaslara görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, iddia etdiyi ünvana qeydiyyata alınması üçün ilk növbədə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndində göstərilmiş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədləri (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə təqdim etməli, xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 10akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar