Məhkəmə qərarları › İş №2-1(112)-1502/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1502/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1502/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər XDS İK-nın 18 sentyabr 1987-ci il tarixli, 19/340 saylı Qərarı və 12 avqust 1993-cü ildə Təcili və X5 X1 4-cü iclasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət X8 24 dekabr 2009-cu il tarixdə 18979 nömrə ilə uçota alınmış 6 saylı, 600 kv.m sahəsi olan İddiaçı oğlluna məxsus torpağın özəlləşdirilməsi və daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin cavabdehlər sırasından çıxarılması və Bakı şəhər XDS İK-nın 18 sentyabr 1987-ci il tarilxi, 19/340 saylı qərarı və 12 avqust 1993-cü ildə Təcili və X5 X1 4cü iclasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət X8 24 dekabr 2009-cu il tarixdə, 18979 nömrə ilə uçota alınmış, sahəsi 600 kv.m olan 6 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, həkimdir. 1987-ci ildən Təcili və X5 Stansiyasında həkim reanimatoloq işləyir. Hazırda da, Pirallahı, Zirə və Türkan qəsəbələrindəki TTTYS-də işləyir. O, 20 yanvar 1990-cı ildə baş vermiş faciədə həkim reanimotoloq kimi çalışıb. O, 12 avqust 1992-ci ildən sentyabr 1992-ci ilə kimi Ağdərə rayonunda 703-cü briqadada həkim ranimotoloq kimi xidmət edib. O, 2010-cu ildən Sabunçu rayon 11 saylı Poliklinikada 2-ci növ diabet xəstəsidir. 1993-cü ildə Şəfa Bağçılıq- Yoldalıq Təsərrüfatına üzv olub və Bakı şəhər XDS İK-nın 18 sentyabr 1987-ci il tarixli, 19/340 saylı Qərarı və 12 avqust 1993-cü ildə Təcili və X5 X1 4-cü iclasında ona 6 saylı torpaq ayrılıb. O, mütəmadi olaraq üzvlük, vergi, layihə və sair xərclər üçün ödənişlər edib. Həmin sənədə əsasən, ona verilmiş Əzizbəyov rayonu, Zirə bağ massivindən 600 kv.m, 06 saylı bağ evi tikintisi üçün torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət X8 24 dekabr 2009-cu il tarixdə, 18979 nömrə ilə uçota alınıb. O, DƏDRX-ə müraciət edib və Bakı şəhəri Xəzər rayonu Zirə bağ massivi ünvanında yerləşən torpaq sahəsinə dair çıxarış almaq istəyib. “Daşınmaz Əmlakın Dövlət Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. O, da üzvlük kitabçasını, üzvlərin iclasının protokolundan çıxarış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət X8 24 dekabr 2009-cu iltarixdə, 18979 nömrə ilə uçota alınmış sənədi DƏDRX-a təqdim edib ki, torpaq sahəsinə çıxarış alsın. Cavabdeh 21 iyul 2019-cu il tarixdə onun müraciətindən imtina edib. Cavabdeh ona bildirib ki, Bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adı aşkar edilməyib. Həmçinin protokoldan çıxarışda bağ sahəsinin nömrəsi 6, üzvlük kitabçasında 54 göstərilib. Sözügedən bağ sahəsi 1993-cü ildən onun istifadəsindədir. Həmin bağ sahəsi qanuni yolla alınıb və onun mülkiyyətinə keçib. Həmin sahəyə dair hər-hansı mübahisə yoxdur. O, hətta sahəni hasarlayıb, sahədə ev də, tikib və sahədən istifadə edir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə 20.05.2020-ci il tairxdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş X3nın üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin protokoldan çıxarışda bağ sahəsinin nömrəsi “6” kimi, üzvlük kitabçasında “54” kimi göstərilmişdir. Bundan əlavə yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığı müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 01.007.2019-cu il tarixli, **********99 saylı cavab məktubu ünvanlanmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə məhkəmə tərəfindən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə şifahi məhkəmə baxışı iclasında işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X4 ünvanlanmış **********96 nömrəli, 21 iyul 2020-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Zirə bağ masivi ərizəsində yerləşən bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müraciətinin düzgün araşdırılmamasından şikayət və köməklik göstərilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin 193 nömrəli Çağrı Mərkəzinə daxil olmuş 24 iyun 2020-ci il tarixli müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, müraciəti ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Həmçinin protokoldan çıxarışda bağ sahəsinin nömrəsi 6, üzvlük kitabçasında 54 göstərilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş “Şəfa” X3 Birliyinin, Bakı şəhəri Təcili və X5 Stansiyasının və Həmkarlar Təşkilatının birgə iclasının 12 avqust 1993-cü il tarixli, 4 nömrəli iclasının protokoldan çıxarışının surətindən görünür ki, gündəlikdə olan məsələ işçilərin yoldaşlıq-təsərrüfatı birliyinə üzv olmaq üçün verilən ərizələrinə baxılması olmuşdur. Həmin iclasda qərara alınmışdır ki, İddiaçı yoldaşlıq-təsərrüfatı birliyinə (Zirə qəsəbəsi) üzv olmaq və ona topaq sahəsi ayrılması üçün razılıq verilsin. Torpaq sahəsinin əvvəlki sahibi X11 göstərilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən **********16 nömrəli, 30.11.2020-ci il tarixli məktubla təqdim edilmiş, “Şəfa” Bağçılıq-yoldaşlıq üzvlərinin təsdiq olunmuş siyahısından görünür ki, həmin siyahıda 5-ci sırada hazırki iş üzrə mübahisəli bağ sahəsinin əvvəlki sahibi X7 adı qeyd olunmuş və qarşısında üzvlük kitabçasının nömrəsi 54 göstərilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Bakı şəhəri Təcili və X5 Stansiyasının “Şəfa” X6 tərəfindən təsdiq edilmiş “Şəfa” Yoldaşlıq-Bağçılıq Təsərrüfatı birliyinin pay sahəsinin plan sxemindən görünür ki, İddiaçı ayrılmış 6 saylı torpaq sahəsi həmin sxemdə göstərilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş “Şəfa” X6 tərəfindən verilmiş bağçının üzvlük kitabçasının surətindən görünür ki, 1989-cu ildən Bakı şəhəri TTTYS; KYS-18–də həkim vəzifəsində işləyən İddiaçın 1993-cü ildən həmin bağçılıq təsərrüfatına üzvdür. Buna dair iddiaçıya 54 nömrəli üzvlük kitabçası verilmişdir. Üzvlük kitabaçsında sahənin nömrəsi 54, küçə Mərkəz, sahənin ünvanı “Zirə” qəsəbəsi “Şəfa” yaşayış massivi qeyd olunmuşdur. Sahədə dairəvi daş hasar tikilisi olmuşdur. İşdə olan notarial qaydada təsdiq olunmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri XDS İK-nin 18.09.1987-ci il tarixli, 19/340 saylı Qərarı və “Şəfa” b/y-nin 12.08.1993-cü il tarixli, 04 saylı protokolu ilə, 06 saylı bağ evi tikintisi üçün 600 kv.m torpaq sahəsi ilə bağlı plan-ölçü tərtib edilmişdir. Həmin torpaq sahəsinin plan-ölçüsü Dövlət X8 24.12.2009-cu il tarixdə, 18979 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsinin kadastr göstəricilərində əsas döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur. İşdə olan BŞT və TTYS-nin Həmkarlar İttifaqı tərəfindən təsdiq edilmiş Təcili və X5 X2 üzvlərinin adlı siyahısından görünür ki, həmin siyahıda Baxşıyev (Baxşəliyev) Mürsəlin adı və qarşısında işlədiyi yer KYS-18 qeyd olunmuşdur. Məhkəmə aşağıdakı qanunvericilik normalarına əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (maddə 8.0.7.) 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya 6 saylı bağ sahəsinin aryılması barədə Bakı şəhəri T və TTYS Həmkarlar İttifaqının 4 saylı protokoldan çıxarışı və onun əsasında verilmiş eyni tarixli üzvlük kitabçası mövcuddur ki, həmin sənədlərlə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən iddiaçının mübahisəli bağ sahəsi üzərində qanuni hüquqları yaranmışdır. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmadığına və protokoldan çıxarışda bağ sahəsinin nömrəsinin 6, üzvlük kitabçasında isə 54 göstərilməsinə istinad etmişdir ki, həmin əsaslarla bağlı məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçıya Bakı şəhəri T və TTYS Həmkarlar İttifaqının 12.08.1993-cü il tarixli, 4 saylı protokolu ilə bağ sahəsi ayrılan zaman bağ sahəsinin əvvəlki sahibi X11 olmuşdur və X7 adı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Şəfa” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında qeyd edilmişdir. İlkin siyahıda adı qeyd edilmiş X7 adından bağ sahəsi M.Baxşiyevə verilmiş və o faktiki olaraq bağçılıq yoldaşlığının siyahısına sonradan daxil edilmişdir. Bağçılıq yoldaşlığı təsərrüfatının üzvlərinin arxivə təqdim olunmuş siyahısında iddiaçının adının aşkar olunmaması, eləcə də, iddiaçının adı olan yeni siyahının vaxtilə müvafiq quruma (hazırda cavabdeh arxiv saxlayıcısı kimi çıxış edir) təhvil verilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil, bağ sahəsinə hüquqların qeydiyyata alınmamasına əsas vermir. Hazırki iş üzrə iddiaçıya mübahisəli bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər-hansı sübut (dəlil) təqdim edilməmiş, iddiaçının uzun müddətdir ki, faktiki istifadəsində olan torpaq sahəsinə qarşı hər-hansı üçüncü şəxs tərəfindən pretenziya irəli sürülməsi iş üzrə müəyyən olunmamışdır. Bundan əlavə, sözügedən siyahıda X7 adının qarşısında 6 nömrəsi, üzvlük kitabçasının nömrəsi isə 54 qeyd olunmuşdur ki, işin hallarına görə X9 məxsus bağ sahəsi Bakı şəhəri T və TTYS Həmkarlar İttifaqının 12.08.1993-cü il tarixli, 4 saylı protokolu ilə İddiaçı ayrıldığı üçün X7 üzvlük kitabçasının nömrəsi İddiaçı verilmişdir. BŞT və TTYS-nin Həmkarlar İttifaqı tərəfindən təsdiq edilmiş Təcili və X5 X2 üzvlərinin adlı siyahısında da, Baxşıyev (Baxşəliyev) Mürsəlin adı və qarşısında işlədiyi yer KYS-18 qeyd olunmuşdur. Eləcə də, iş materiallarında Bakı şəhəri XDS İK-nin 18.09.1987-ci il tarixli, 19/340 saylı Qərarı və “Şəfa” b/y-nin 12.08.1993-cü il tarixli, 04 saylı protokolu ilə, 06 saylı bağ evi tikintisi üçün 600 kv.m torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş, dövlət X8 24.12.2009-cu il tarixdə, 18979 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan-ölçüsü də, mövcuddur ki, həmin plan-ölçü də, mübahisəli sahənin dövlət torpaq reyestrinin aparıldığını təsdiq edir. Belə ki, həmin dövrdə qüvvədə olan “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında” Əsasnamənin 9.3-cü bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət torpaq reyestrini aparmaq Komitənin vəzifəsi olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin imtinasının əsası olan hər iki arqument əsassızdır və iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinin müddəalarına əsasən - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhər XDS İK-nın 18 sentyabr 1987-ci il tarilxi, 19/340 saylı qərarı və 12 avqust 1993-cü ildə Təcili və X5 X1 4 saylı iclasının Protokolundan çıxarışına əsasən İddiaçı ayrılmış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət X8 24 dekabr 2009-cu il tarixdə, 18979 nömrə ilə uçota alınmış, sahəsi 600 kv.m olan 6 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar