Məhkəmə qərarları › İş №2-1(112)-15029/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15029/2025

11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15029/2025 11.03.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızı, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "sərəncamın və protokolun etibarsız hesab edilməsi" tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən X1 adına verilmiş xx.xx.2006-cı il tarixli, 257 nömrəli Sərəncamın və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyanın yığıncağının mənzilin və payın bir vətəndaşdan digər vətəndaşa verilməsi barədə xx.xx.2006-cı il tarixli, 8B saylı Protokolun etibarsız hesab edilməsi barədə və hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahi etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tərəf xx.xx.2026-cı il tarixdə məhkəmə dəftərxanası vasitəsilə vəsatət təqdim edərək, hazırki 2-1(112)-15029/2025 nömrəli işin 2-1(112)-722/2025 nömrəli işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin hallarını araşdıraraq hazırkı işin məhkəmənin icraatında olan 2-1(112)- 722/2025 saylı işə birləşdirilməsini zəruri saymışdır. İş materiallarından müəyyən olunur ki, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən X1 adına verilmiş xx.xx.2006-cı il tarixli, 257 nömrəli Sərəncamın və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyanın yığıncağının mənzilin və payın bir vətəndaşdan digər vətəndaşa verilməsi barədə xx.xx.20069-cı il tarixli, 8B saylı Protokolun etibarsız hesab edilməsi barədə və hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən X1 adına verilmiş 014608 saylı xx.xx.2006-cı il tarixli orderin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (2-1(112)-722/2025 nömrəli inzibati iş) İPM-in 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-nin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. İPM-in 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İş üzrə müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilən xx.xx.2006-cı il tarixli orderə əsasən ünvan 1 ünvanında yerləşən 37 nömrəli 4 otaqlı, 106.4 kv.m olan mənzil X1 1 nəfər(özü) ailə tərkibi ilə istifadəsinə verilmişdir. Orderin verilməsinə əsas qismində Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 257 nömrəli sərəncamı çıxış edir, eyni zamanda adıçəkilən sərəncam Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyanın yığıncağının iclaısndamənzilin və payın bir vətəndaşdan digər vətəndaşa verilməsi barədə xx.xx.2006-cı il tarixli, 8B saylı Protokolu əsasən qəbul edilmişdir. Beləliklə, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmədə icrata daxil olan 2-1(112)- 722/2025 nömrəli iş üzrəxx.xx.2006-cı il tarixli 014608 nömrəli orderin etibarsız hesab edilməsini, hazırki 2-1(112)-15029/2025 nömrəli iş üzrə isə sözügedən orderin verilməsi üçün əsas qismində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 257 nömrəli Sərəncamının və xx.xx.25006-cı il tarixli 8B saylı Protokolun etibarsız hesab edilməsini mübahisələndirmişdir. İddia ərizələri və iş materiallaından müəyyən olunur ki, hazırki iddia tələbləri eyni tərəflər arasındadır və tələblər eyni fakiki və hüquqi əsaslara söykənir. Beləliklə, hazırda məhkəmənin icraatında eyni iddiaçı tərəfindən verilmiş, eyni hüquqi marağa xidmət edən mübahisə üzrə bir cavabdehə qarşı yönəlmiş 2 ayrı inzibati iş (2- 1(112)-15029/2025 saylı və 2-1(112)-722/2025 saylı) vardır və həmin işlər bir-biri ilə əlaqəlidir. Məhkəmə hesab edir ki, hər iki inzibati iş üzrə müəyyənləşdirilməli, yoxlanılmalı hallar eynidir və işlərə ayrı-ayrı icraatlarda baxılması eyni məsələlər üzrə iki paralel icraatın aparılmasına, nəticə etibarilə vaxt itkisi və müvafiq resursların əsassız istifadəsinə gətirib çıxara bilməsi ilə yanaşı, qeyd edilən işlərin faktiki və hüquqi əsasları eyni olduğundan, vahid qərar qəbul edilməsi məqsədilə hazırkı e-2-1(112)-15029/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)-722/2025 nömrəli işlə inzibati iş üzrə icraata birləşdirilməlidir. Bu əsasdan ilkin olaraq məhkəmənin icraatına 2-1(112)-722/2025 saylı iş daxil olduğundan (daxilolma tarixi xx.xx.2024-cü il), Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)-15029/2025 saylı iş 2-1(112)-722/2025 saylı işə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)-722/2025 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. İPM-in 83.1-ci maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. İPM-in 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56, 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-15029/2025 saylı İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "sərəncamın və protokolun etibarsız hesab edilməsi" tələbinə dair inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-722/2025 saylı İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “orderin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair inzibati işə birləşdirilsin və iş üzrə icraat 2-1(112)-722/2025 qeydiyyat nömrəsi ilə davam etdirilsin. Qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar