Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15033/2025 24.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X3 Kompani S.A”) “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X3 Kompani S.A” üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, 2024-cü il tarixdə 4 saylı Bakı "ASAN xidmət” mərkəzində alqı-satqı qaydasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yeni qaydalarla: AZİ 128, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Caviıl Cabarzudə, 3-cii döngə, giriş 15A ünvanında yerləşən 0.0210 ha torpaq sahəsi iddiaçı tərəfindən alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin təqdim etdiyi çıxarışa əsasən, sözügedən ünvanda yerləşən 0.0210 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə iddiaçının xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Daha sonra, təsdiq edilmiş eskiz layihəsi əsasında torpaq sahəsi üzərində ümumi sahəsi 104.12 kv.m olan 1 (bir) mərtəbəli 4 (dörd) oiacjlı yaşayış evi tikilmişdir. Həmin fərdi yaşayış evi iddiaçının və onun ailləsinin istifadəsindədir. Lakin sözügedən yaşayış evinə dair rəsmi sənəd mövcud olmadığından, o, kommunal xətlər çəkdirə və kommunal xidmətlərdən istifadə edə bilmir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yaxınlığında neft quyusunun olması barədə baza məlumatı mövcuddur. Yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) göndərilmiş sorğuya cavab olaraq 14-2/2-5540/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, sözügedən fərdi yaşayış evi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş ərazilərin, hal-hazırda Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 997-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən "X4 Kompani S.A" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları, eyni zamanda 942 və 1726 nömrəli ləğv olunmuş neft-qaz quyularının 51 və 26 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Odur ki, istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, sözügedən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxsin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən təqdim edilmiş koordinatlara əsasən müəyyən edilir ki, mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi neft-qaz əməliyyatları üçün istifadəmizdə olan kontrakt sahəsinin hüdudları daxilində, həmçinin balansımızda olan 942 və 1726 saylı neft-qaz quyularının mühafizə zonalarında yerləşir. Bu isə sənaye təyinatlı torpaqlardan istifadə hüququnun pozulmasına, eyni zamanda əməliyyat şirkətinin neft və qaz hasilatının həyata keçirilməsinə maneə yaradır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin iştirakları və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi (Yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Cavid Cabarzadə, 3-cü döngə, giriş 15A) ünvanında yerləşən 0,0210 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, torpaq sahəsinin planı və kadastr göstəriciləri müəyyən edilmişdir. Eskiz layihəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi (Yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Cavid Cabarzadə, 3-cü döngə, giriş 15A) ünvanında yerləşən fərdi yaşayış evinib eskiz tərtib olunmuşdur. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Hazırkı inzibati mübahisə, iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmış torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması ilə bağlıdır. İş materiallarından göründüyü kimi, iddiaçı ona məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmiş, bu proses qanunvericiliyə uyğun aparılmış və müvafiq qaydada eskiz layihəsi tərtib olunmuşdur. İddiaçının təqdim etdiyi sənədlərdən aydın olur ki, o, Qanunun 8.0.10.2-ci maddəsində nəzərdə tutulan tələb olunan hüquqmüəyyənedici sənədlərə malikdir. Buna baxmayaraq, cavabdeh iddiaçının həmin sənədlərə sahib olduğunu nəzərə almamış, torpaq sahəsi ilə bağlı mübahisə açmış, torpaq sahəsinin yaxınlığında neft quyusunun olmasına istinad edərək, imtina cavabı vermişdir. Lakin iş materialları göstərir ki, iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüquqları artıq dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasından imtina edilməsi hüquqi əsaslardan məhrumdur. Mülkiyyət hüququnun toxunulmazlığı prinsipi nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçı mülkiyyətçi olaraq torpaq sahəsi üzərində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam hüquqlarına malikdir. Dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ, yalnız formal səbəblərlə məhdudlaşdırıla bilməz. Bundan əlavə, cavabdehin mövqeyi ziddiyyətlidir. Belə ki, cavabdeh, iddiaçıya torpaq sahəsinə dair mülkiyyət hüququnu tanıyıb və qeydiyyata alıbsa, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına da eyni hüquqi yanaşma tətbiq olunmalıdır. Cavabdehin iddiaçının mülkiyyət hüquqlarını şübhə altına alması hüquqi baxımdan əsassızdır və qəbul edilə bilməz. Göründüyü kimi iddiaçının əmlakına mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina cavabdehin əvvəl aparmış olduğu qeydiyyatla uyğunluq təşkil etməməkdədir. Adıçəkilən torpaq sahəsinin dövlət qeydiyyatı zamanı imtinanın göstərilən dəlilləri mövcud olmadığı halda, həmin torpaq sahəsində inşa olunan tikiliyə münasibətdə imtina verilməsini məhkəmə mülkiyyət hüquqlarının pozuntusu kimi qiymətləndirir. Odur ki, cavabdehin tikilinin yerləşdiyi torpaq sahəsinə dair imtina dəlilləri qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun qeydiyyatına maneə təşkil edilməməyə dair həmin hal tikiliyə münasibətdə də fərqli qiymətləndirməyə səbəb olmur. Odur ki, torpaq sahəsində formalaşmış mövqedə olduğu kimi cavabdehin istinad etdiyi əsaslar fərdi yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatına əsas yaratmaqdadır. Göründüyü kimi istər, cavabdehin həmin torpaq sahəsinə əvvəllər qeydiyyatın aparılması baxımından, istərsə də, cavabdehin imtina dəlillərinin qanunsuzluğu təsdiq edən işin faktiki və hüquqi hallarının qiymətləndirilməsi baxımından iddianın təmini əsaslı hesab edilməlidir. Məhkəmə, əlavə olaraq qeyd edilməsini zəruri hesab edir ki, Torpaq Məcəlləsinin: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.
2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri;[23] yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri.
3. Ərazi quruluşu və inzibati ərazi bölgüsü müvafiq qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları kateqoriyalara bölünür ki, məqsədli təyinat baxımından həmin kateqoriyalardan biri də Yaşayış məntəqələrinin torpaqlarıdır. Adından da göründüyü kimi həmin torpaq sahəsi şəxslərin yaşayışının təmin edilməsi ilə əlaqədardır ki, həmin yaşama torpağın üzərində yaşamağı yox, həmin sahədə yaşayış sahəsi inşa edilməklə yaşamanı ehtiva edir. Hazırkı iş üzrə də iddiaçı məhz yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməklə həmin evə mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Təsadüfi deyildir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsin daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı dedikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi akt başa düşülür. Nə qədər ki, məqsədli təyinatı torpaq sahəsinin yaşayış məntəqələri torpaqları olmaqla inzibati orqan tərəfindən tanınmışdır, məqsədli təyinatına uyğun istifadə üçün nəzərdə tutulmuş həmin sahədə inşa edilən fərdi yaşayış evinə münasibətdə fərqli mövqeyin nümayiş etdirilməsi inzibati orqanın mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına yönəlmiş əvvəlki rəftarı ilə uyğunsuzluq təşkil edir. Cavabdeh və üçüncü şəxs nəzərə almamışdır ki, fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsi digər kateqoriya torpaq sahəsi yox, məhz yaşayış məntəqələri kateqoriyasına aiddir və həmin kateqoriyada yaşamaq üçün əsas yaradır. Hazırkı halda isə cavabdeh yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsində yaşanılmasının dövlət tərəfindən tanınmasına əsas olmuş qeydin aparılmasından imtina edir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Əgər mövqe belədirsə, aydın deyildir ki, yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsinin mülkiyyətçisi kimi ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməni hansı qaydada həyata keçirməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi (Yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Cavid Cabarzadə, 3-cü döngə, giriş 15A) ünvanında olan 0,0210 ha torpaq sahəsi üzərində yerləşən 4 otaqlı yaşayış evinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov