Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1504/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı xx.xx.2022-ci il tarixdən ala bilmədiyi kirayə haqqının və mənzillə təmin olunana kimi kirayə haqqının ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri, mayor X6 2001-ci ildən 2022-ci il noyabr ayının 9-na kimi Müdafiə Nazirliyində, Hərbi Hava Qüvvələrində 21 ildən çox cəbhə bölgəsində zabit vəzifəsində xidmət aparmışdır. 44 günlük Vətən müharibəsi vaxtı xüsusi fərqlənməyə göə komandanlıq tərəfindən fəxri fərman və medallarla, Ali Baş Komandan tərəfindən “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. xx.xx.2022-ci ildə qısa müddətli məzuniyyətdə olarkən ev şəraitində kəskin ürək infarktı nəticəsində, 38 yaşında vəfat etmişdir. Komandanlıq Vətən müharibəsində xüsusi fərqlənməsinə görə bir Şəhid kimi, Bakı şəhərində Şəhidlər üçün ayrılmış qəbirstranlıqda dəfn mərasimi keçirmişdir. Əri, Müdafiə Nazirliyindən kirayə mənzildə qaldıqlarına görə kirayə haqqı alaraq 375 (üç yüz yetmiş beş) manat məbləğində pul vəsaiti alırdı. Vəfat etdikdən sonra bu vəsait Cavabdeh tərəfindən təmin olunmalıdır. Bir ildən çox müddətdə onlara sənədləri yığdırmış və ərinin vəfat etdiyi tarixdən bəri bütün ayların kirayə haqqını alacağını bildirmişlər. Sənədləri yığıb qurtardıqdan sonra, o, Şəhid deyil, ona kirayə haqqını verə bilməyəcəklərini və məhkəməyə müraciət edə biləcəklərini bildirmişlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı Cavabdehnə təqdim etdiyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 4 saylı arayışa əsasən İddiaçı mərhum həyat yoldaşı 1984-cü il təvəllüdlü, mayor X7 xx.xx.2001-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə əsasən vəfat etdiyi üçün Azərbaycan Respublikası Müdafiə nazirinin 01008 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Ordusunun hərbi qulluqçularının siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası MN Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya tərəfindən mayor X4 verilmiş xx.xx.2022-ci il tarixli, 096128 nömrəli vəsiqə əsasında o, müharibə veteranı kimi, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olmuşdur. Qeyd edilənlərə əsasən müharibə veteranı, mərhum mayor X3 həyat yoldaşı İddiaçı müraciəti nəzərə alınaraq 3 nəfər (özü, oğlu Tamerlan və qızı Milana) ailə tərkibində Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 77 saylı sərəncamı ilə mənzil növbəsinə götürülərək qeydiyyat yeri üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların Səbail RİH nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edilmişlər. Mənzillə qanunamüvafiq qaydada təmin olunması üçün sərəncamın təsdiq edilmiş surətləri aidiyyəti üzrə Azərbaycan Respublikasının ƏƏSMN-ə, həmin Nazirliyin tabeliyindəki Sosial Xidmət Agentliyinə, Səbail rayon Qarabağ əilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinə və vətəndaş İddiaçı göndərilmişdir. İddiaçı RİH-ə daxil olmuş müvəqqəti mənzil kirayə xərcinin ödənilməsi barədə xx.xx.2023-cü il tarixli, 5-19/1-B-15/4-174/4/2023 ssaylı müraciətinə baxılmışdır. Vətəndaşa bildirilmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən hərbi qulluqçuların statusu üçün təminatlar nəzərdə tutulmuşdur. Belə ki, hərbi xidmət vəziflərinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxımış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayə xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli, 174 saylı Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə, miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay, yalnız nağdsız qaydada kompensasiya ödənilir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ nömrəli, № 317005 saylı “Ölüm haqqında şəhadətnamə”yə əsasən X3 xx.xx.2022-ci il tarixdə öldüyü yer (ev) Bakı şəhəri Nərimanov rayonu olmuşdur. K.Babayevaya bildirilmişdir ki, əri hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olması (ölməsi) barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin müvafiq məktubu RİH-ə daxil olduqdan sonra qaldırılmış məsələyə tərəflərindən baxılıb müvafiq qərar verilə bilər. Bu barədə vətəndaşa məktubla müfəssəl məlumat verilmişdir. Lakin, bu günədək heç bir sənəd təqdim olunmamışdır. Məlumat üçün bildirilmişdir ki, vətəndaş İddiaçı RİH-ə təqdim etdiyi sənədlər bir-biri ilə tam ziddiyyətlidir. Bu barədə vətəndaşa Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-19/2-13-B-15/2-174/2-t/1 saylı məktubu ilə müfəssəl məlumat verilmişdir. Qeyd edirlər ki, Azərbaycan Respublikası DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-B-10829 saylı məktubunda İddiaçı və ailəsinin xx.xx.2005-ci ildən xx.xx.2021-ci il tarixədək ünvan 2 ünvanında qeydiyyatda olduqları, xx.xx.2021-ci il tarixdən isə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, N saylı hərbi hissədə qeydiyyatda olduqları göstərilmişdir. İddiaçı mərhum həyat yoldaşı X7 xx.xx.2001-ci ildən Azərbaycan Respublikaüsının Silahlı X1, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissədə zabit qismində həqiqi hərbi xidmətdə olmuşdur.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 317005 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə, 931 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi “Miokardın ön divarının kəskin transmural infarktı” qeyd edilmişdir.
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli, 25-19/2-13/6-B/15/4-174/4 nömrəli məktubla imtina edilmişdir.
9. 7 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” forma 2 arayışna əsasən xx.xx.1985-ci il təvəllüdlü İddiaçı, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X8 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, N nömrəli hərbi hissədə qeydiyyatdadır.
10. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 764677 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən X8 xx.xx.2011ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə, 2396 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X7, ana qrafasıdna İddiaçı qeyd edilmişdir.
11. 1 saylı Bakı “Asan xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı, 827917 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən X9 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə, 4996 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X7, ana qrafasıdna İddiaçı qeyd edilmişdir.
12. Cavabdeh tərəfindən iddiaçının müraciəti ilə əlaqədar aparılmış inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
13. Bakı şəhəri Cavabdeh başçısının 177 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamına əsasən müharibə veteranı mərhum mayor X3 həyat yoldaşı İddiaçı 3 nəfər (özü, oğlu Tamerlan və qızı Milana) ailə tərkibində mənzil növbəsinə götürülərək, qeydiyyat yeri üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların Sabail rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edilmişdir.
14. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Cavabdeh başçısının 177 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamının qəbul edilməsi ilə əlaqədar inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
18. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-25-22/2-B-8xx-xx/2024 nömrəli arayışa əsasən İddiaçı mərhum əri Baxışov Cavanşir oğlunun adı Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq müvafiq komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların və ehtiyatda (istefadda) olan şəxslərin adlı siyahısında 3874-cü sıradadır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
19. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.
20. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
22. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
23. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
24. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
25. Məhkəmə ilk öncə qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir.
26. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.
27. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin Maddənin 10-cu bəndinə əsasən hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Həmin Maddənin 7-ci bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər).
28. Həmin Qanunun 21-ci maddəsinə (Hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququ) əsasən 1. Əmək hüquq münasibətləri və sosial təminat məsələlərində zabitlərin, gizirlər və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların ailə üzvlərinin hüquqlarının həyata keçirilməsi üçün aşağıdakı təminatlar müəyyən edilir: a) işə qəbul olunmaq və işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaq üçün üstünlük hüququ. Yerli icra hakimiyyəti başçıları, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının rəhbərləri, qarnizonların rəisləri, qoşun hissələrinin komandirləri hərbi qulluqçuların arvadlarının müraciət etdiyi andan ən geci bir ay keçənədək onların işə düzəldilməsi üçün tədbirlər görməlidirlər; b) istehsalatdan ayrılmaqla hazırlıq və əlavə təhsil müəssisələrinə ilk növbədə göndərilmək və hansı vəzifə üçün hazırlanırlarsa, həmin vəzifəyə uyğun orta aylıq əmək haqqı almaq; v) qoşun hissələrinin olduğu şəhərlərdə, qəsəbələrdə və kənd yaşayış məntəqələrində hərbi qulluqçuların ailə üzvlərini işə düzəltmək imkanı yoxdursa, hərbi komandanlığın xahişi ilə yerli icra hakimiyyəti başçıları, nazirliklər və baş idarələr, dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən kiçik müəssisələr, filiallar, sexlər, sahələr (istehsalatlar) təşkil edilməsi; q) hərbi qulluqçuların məzuniyyətdə olduğu dövrdə onların arvadlarına (arzuları ilə) hər il Məzuniyyətlər verilməsi; ğ) müvəqqəti əmək qabiliyyəti olmadığına görə hərbi qulluqçuların arvadlarına iş stajından asılı olmayaraq aldığı qazanc məbləğində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq müavinətlər ödənilməsi; e) ali və orta ixtisas məktəblərini bitirmiş hərbi qulluqçu arvadlarının (ərlərinin) öz ərinin (arvadının) xidmət yerinə göndərilməsi, belə imkan olmadıqda isə (yaxud özləri istəsələr) onlara müstəqil surətdə işə düzəlmək hüququ verilməsi; ə) ixtisas üzrə işə düzəlmək imkanının olmadığı yerlərdə ər (arvad) ilə birlikdə yaşamağın bütün müddəti sığorta stajına daxildir; j) hərbi qulluqçuların işləməyən arvadlarının öz ərlərinin xidmət yeri üzrə işə düzəlməsi mümkün olmadıqda onlara Azərbaycan Respublikasında fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğində aylıq pul müavinəti ödənilir.
2. Yerli icra hakimiyyəti başçıları ailədə adambaşına gəlirləri müəyyən edilmiş dolanacaq minimumundan az olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrinə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən məbləğdə və qaydada maddi yardım göstərir. Müəssisə, idarə, təşkilat ləğv edilərkən yerli icra hakimiyyəti başçıları müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları arvadlarını müəssisənin, idarənin, təşkilatın ləğv edilməsindən ən geci iki həftə keçənədək işə düzəltməlidirlər.
3. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aylıq müavinət ödənilir.
4. Yerli icra hakimiyyəti başçıları hərbi qulluqçuların uşaqlarını müraciət anından ən geci bir ay keçənədək idarə mənsubiyyətindən asılı olmayaraq yaşayış yeri üzrə uşaq bağçasıkörpələr evlərinə, internat məktəblərə düzəltməlidirlər. Öz uşaqlarının məktəbəqədər tərbiyə müəssisələrində saxlanması haqqını ödəmək üçün hərbi qulluqçulara onların tabe olduqları müvafiq nazirliklər və baş idarələr tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə kompensasiya ödənilir.
5. Hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın.
6. Həlak olmuş (vəfat etmiş) hərbi qulluqçuların ailələrinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən məbləğdə müavinət ödənilir. Həmin Qanunun 28-ci maddəsinə əsasən (Həlak olmuş (ölmüş) hərbi qulluqçuların ailələrinin yaşayış sahələri ilə təmin edilməsi) hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir.
29. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının : Bənd 1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, ... Bənd 2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.
30. Hazırki işin hallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X7 xx.xx.2001-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya tərəfindən ona xx.xx.2022-ci il tarixli, 096128 nömrəli “Müharibə veteranı” vəsiqəsi verilmişdir. O, xx.xx.2022-ci il tarixdə “Miokardın ön divarının kəskin transmural infarktı” səbəbindən vəfat etmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16-ci maddəsinə əsasən vəfat etdiyi üçün Azərbaycan Respublikası Müdafiə nazirinin 01008 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Ordusunun hərbi qulluqçularının siyahısından çıxarılmışdır. İddiaçının mərhum ərinin adı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən verilmiş arayışa əsasən Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq müvafiq komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin adlı siyahısında 3874-cü sıradadır. Həmçinin, İddiaçı Bakı şəhəri Cavabdeh başçısının 177 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamına əsasən müharibə veteranı mayor X3 həyat yoldaşı kimi 3 nəfər (özü, oğlu Tamerlan və qızı Milana) ailə tərkibində mənzil növbəsinə götürülərək, qeydiyyat yeri üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların Sabail rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edilmişdir.
31. İddiaçı hazırda vəfat etmiş hərbi qulluqçunun ailə üzvü kimi Cavabdehndə güzəştli mənzil növbəsində olmasını əsas gətirərək ona müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsini xahiş edir. O, bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən onun mərhum ərinin ölüm səbəbinin hərbi xidmət vəzifələrinin icrası zamanı olmaması əsas gətirilməklə imtina edilmişdir.
32. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələbələrini hazırki işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərindən göründüyü kimi, qanunverici yalnız hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsinin davam etdirilməsi hüququ vermişdir. İddiaçının mərhum ərinin ölüm səbəbi isə hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar olmayıb, “Miokardın ön divarının kəskin transmural infarkt”ı olmuşdur. Belə olan təqdirdə, həmin əsaslarda iddiaçıya şamil edilməli olan hər hansı bir müddəa mövcud olmamışdır.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsin əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
34. Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələbləri baxımından məhkəmə icraatının gedişatında iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu göstərilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsassız olduğunda təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva