Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1505/2021 18.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixinədək “xxxx” Kiçik müəssisəsində fəhlə, xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixinədək “2 saylı təmir tikinti İdarəsi”-də olan müddət 4-cü dərəcəli daş ustası vəzifəsində işləməsi faktının təsdiq edilməsinə və xəstəliyi ilə bağlı xx.xx.2017-ci il tarixdən təqaüdünün hesablanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2017-ci il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1962-ci ildə Goranboy rayonunun Qaravəllər kəndində anadan olmuşdur. xx xxxx 2019-cu il tarixdə xəstəliyi ilə əlaqədar qanunvericiliyin tələbinə uyğun olaraq tərəfindən cavabdehə müraciət edilmişdir. Lakin, cavabdeh ona əmək pensiyası təyin edərkən onun xx.xx.1991-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək “xxxx” Kiçik Müəssisəsində fəhlə və xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixinədək 2 saylı Təmir Tikinti İdarəsində 4-cü dərəcəli daş ustası vəzifəsində çalışdığı illəri iş stajı kimi sosial sığorta stajına əsassız oalraq daxil etməmişdir. Buna görə də, onun pensiya hüququnun təmin edilməsi və yuxarıda qeyd edilən dövrlərin də, sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə xx.xx.2017-ciil tarixində qanunvericiliyin tələbinə uyğun olaraq rəsmi şəkildə əmək kitabçasını və digər zəruri sənədləri təqdim etməklə müraciət etmişdir. Lakin, cavabdeh ona təyin edilmiş xəstəliyə görə əmək pensiyasının yenidən hesablanmasından müraciətinə uyğun olaraq rəsmi formada imtina etmişdir. Belə ki, cavabdehin xx.xx.2017-ci il tarixli, **********7 saylı cavab məktubundan imtinanı onunla əsaslandırmışdır ki, xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixinədək “xxxx” Kiçik Müəsisəsində və xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixinədək 2 saylı Təmir Tikinti İdarəsində işlədiyi dövrün əmək kitabçasında hər iki iş yeri üzrə işə girmə və işdən çıxma müddətləri arasında xeyli keçməsinə baxmayaraq qeydlərin eyni qələmlə yazılması, “xxxx” Kiçik Müəssisəsinin ümumiyyətlə Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatdan keçməməsi və hər iki müəssisənin sənədlərinin saxlanılması və yoxlanılmasının mümkün olmadığından ərizəsi təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə ziddir və inzibati orqanın bu hərəkətsizliyi ilə onun konstitusion hüququ pozulmuşdur. Bu səbəbdən də, pensiya hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1981-1983-cü illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncuya dair məlumatın verilməsi barədə arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə üçüncü dərəcəli əlillik təyin edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus AT-İV seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1987-ci il tarixdən, xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən, xx.xx.1989-cu il tarixədək müxtəlif peşələrdə, xx.xx.1991-ci il tarixdən, xx.xx.1995-ci il tarixədək “xxxx” Kiçik müəssisəsində fəhlə, xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək 2 saylı Təmir Tikinti İdarəsində 4-cü dərəcəli daş ustası peşəsində işləmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli, **********716000 nömrəli məktubdan görünür ki, xx.xx.1995-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən digər kommersiya qurumu kimi dövlət qeydiyyatına alınmış 2 saylı Təmir Tikinti İdarəsi, xx.xx.2005-ci il tarixdə vergi uçotuna (VÖEN:**********) alınmışdır. Bundan əlavə, İdarədə olan reyestrdə “xxxx” Kiçik Müəssisəsində adlı bir neçə kommersiya qurumu aşkar edilmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilmişdir. Məhkəmə ilk öncə iddia üzrə iddiaçının əmək kitabçasında mübahisəli olan iki müəssisədə olan iş stajı ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş məktuba əsasən 2 saylı Təmir Tikinti İdarəsinin iddiaçı işlədiyi dövlərdə (xx.xx.1996-xx.xx.2005) dövlət qeydiyyatından keçməsi müəyyən edildiyindən, iddiaçının 2 saylı Təmir Tikinti İdarəsində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. - “xxxx” Kiçik Müəssisəsi adlı kommersiya qurumunun isə dövlət qeydiyyatına alınması və həmin müəssisə ilə bağlı sənədlərin arxivdə olmaması səbəbindən məhkəmə araşdırması zamanı iddiaçının həmin Müəssisədə həqiqətən işləməsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmiş və onun əlilliyi qiymətləndirilən zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən o, tələb olunan əmək stajına malik olduğundan (iş materiallarında olan hərbi bilet və əmək kitabçasına əsasən), ona münasibətdə qanunvericiliyin həmin normaları tətbiq edilərək, ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Belə ki, xx xxxx 2017-ci il tarixdək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1505/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1505/2021
18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver