Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1505/2023 06.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ağır əmək şəraitində çalışdığı 3 (üç) il, hər ili 2016-cı ildən 57 yaşından ikiqat hesablanmaqla, 61 yaşında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini AR Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,müxtəlif müəssisələrdə ağır əmək şəraitində çalışdığı 3 il, hər il ikiqat hesablanmaqla ona hazırda 61 yaşında güzəştli şərtlərlə əmək pensiyasının verilməsi barədə zəruri sənədlərini əlavə edərək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 12 aprel 2022-ci il tarxli müraciətinə filialın direktor müavini cənab Kərim Sarıyev tərəfindən qanuna zidd xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubla başdansovdu cavab vermişdir. xx.xx.1991-ci ildə uzun müddət “Azərkinovideo” İstehsalat Birliyi “Şüa” kooperativi işə keçirilmə yolu ilə mətbəədə əl üsulu ilə Vİ dərəcəli yığıcı işində, xx.xx.1996-1997-ci illərdə, “Leytenant Şmidt” adına zavodda 22 nömrəli “akumulator” sexinə qurğuşun əritmə prosesində ən ağır şəraitli işlərdə fəhlə, mütəxəssis qismində, stereotiplərin əmsalı və hazırlanması ilə məşğul olan çap formalarının əl ilə yığıcılar işində uzun müddət çalışmışdır. Güzəştli şərtlərlə yaşa görə ona 3 il bundan əvvəl əmək pensiyası təyin edilməli idi. Lakin bu barədə dəfələrlə rəsmi müraciət etsə də mütəxəssisin səriştəsizliyindən müxtəlif təşkilatların ardınca süründürülür. Göstərdiyi xüsusatlar obyektiv araşdırılmamış, başdansovdu, biri-digərinə zidd cavab verməklə kifayətlənmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələbərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların Pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 44900,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 31201,62 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh orqanın 06 yanvar 2023-cü il tarixli etiraza əlavəsi məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 44880,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30745,12 manat təşkil edir. İddiaçı 2006-cı ilədək ümumi iş stajı 25 ildən az (22 il 13 gün xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1989-cu il, 08.08 1989-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1998-ci il, xx.xx.1998xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2000xx.xx.2000-ci il, xx.xx.2001-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 12 il 6 aydan az (9 il 9 ay 25 gün xx.xx.1979xx.xx.1979-cu il, xx.xx.1981-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər)) olduğu müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1979-cu ildə hərbi xidmətə çağırılmış, xx.xx.1981-ci ildə tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 17 oktyabr 1979-cu il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu ildə Azərbaycan Respublikası Kinoprokat Kontoru Mətbəəyə V dərəcəli yığıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1981-ci ildə Azərkinoprokatda mətbəəyə əl üsulu ilə V dərəcəli yığıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü ildə əl üsulu ilə Vİ dərəcəli yığıcı dərəcəsi verilmiş, xx.xx.1985-ci ildə mətbəənin sahə ustası vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə əl üsulu ilə Vİ dərəcəli yığıcı vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə "Azərprokat” mətbəəsinin adı dəyişdirilərək "Azərkinovideo” olub, xx.xx.1989-cu ildə "Azərkinovideo" İstehsalat Birliyi işə keçirmə yolu ilə mətbəədə əl üsulu ilə Vİ dərəcəli yığıcı qəbul olunmuş, xx.xx.1991-ci ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə "Azərkinovideo” istehsalat Birliyinin "Şüa” kooperativi işə keçirilmə yolu ilə mətbəədə əl üsulu ilə Vİ dərəcəli yığıcı qəbul olunmuş, xx.xx.1994-cü ildə işdən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 14 avqust 1979-cu il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixdə Leyt. Şmidt adına maşınqayırma zavoduna 13 №-li sexə 1-ci dərəcəli köməkçi fəhlə peşəsinə işə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə Azərbaycan SSR-nin 36-cı maddəsinin 3-cü hissəsinə əsasən Sovet Ordu sıralarına çağrıldığına görə işdən azad edilmişdir. xx.xx.1981-ci il tarixdə Leyt. Şmidt adına maşınqayırma zavodunda 13 №-li sexə 1-ci dərəcəli köməkçi fəhlə peşəsinə işə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə Texniki Nəzarət şöbəsinə 12 №-li Mexaniki yığma sexində dəzgah və çilingər işinə nəzarətçi şagirdi peşəsinə keçirilmiş, xx.xx.1983-cü il tarixdə 2-ci dərəcəli dəzgah və çilingər işinə nəzarətçi şagirdi peşəsi verilmiş, xx.xx.1984-cü il tarixdə 3-cü dərəcəli dəzgah və çilingər işinə nəzarətçi şagirdi peşəsi verilmiş, xx.xx.1986-cı il tarixdə 4-cü dərəcəli dəzgah və çilingər işinə nəzarətçi şagirdi peşəsi verilmiş, xx.xx.1989-cu il tarixdə 6-cı dərəcəli nəzarətçi peşəsinə təyin edilmiş, xx.xx.1992-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1992-ci ildə 200 nömrəli məktəbə gözətçi təyin edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmişdir. xx.xx.1992ci ildə xx.xx.1992-ci il tarixdə Leyt. Şmidt adına maşınqayırma zavodunun Gözətçi şöbəsinə gözətçi peşəsinə işə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə 22-ci akkumlyator sexinə qurğuşun əridən şagirdi keçirilmiş, xx.xx.1996-cı il tarixdə 2-dərəcəli qurğuşun əridən keçirilmiş, xx.xx.2004-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.2007-ci ildə Təhlükəsizlik Xidmətinə mühafizəçi qəbul edilmiş, xx.xx.2016-cı ildə gözətçi vəzifəsinə keçirilmişdir. İş materiallarına əlavə edilmiş csA”şamayṁ ıktfenzA“ “X1” Tasc-nin xx.xx.2016-cı il tarixli kş/10-57 nömrəli izahlı arayışında qeyd olunmuşdur ki, verilir: İddiaçı ondan ötəri ki, həqiqətən də o: xx.xx.1979-cu il tarixdə Leyt. Şmidt adına maşınqayırma zavoduna 13 №-li sexə 1ci dərəcəli köməkçi fəhlə peşəsinə işə qəbul edilmişdir (əmr № 219/k, xx.xx.1979-cu il). xx.xx.1979-cu il tarixdə Azərbaycan SSR-nin 36-cı maddəsinin 3-cü hissəsinə əsasən Sovet Ordu sıralarına çağrıldığına görə işdən azad edilmişdir (əmr № 271/k, xx.xx.1979-cu il). xx.xx.1979-cu il tarixdən - xx.xx.1981-ci il tarixə qədər h/b №-3989519 hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci il tarixdə Leyt. Şmidt adına maşınqayırma zavodunda 13 №-li sexə 1ci dərəcəli köməkçi fəhlə peşəsinə işə qəbul edilmişdir (əmr № 427/k, xx.xx.1981-ci il). xx.xx.1983-cü il tarixdə Texniki Nəzarət şöbəsinə 12 №-li Mexaniki yığma sexində dəzgah və çilingər işinə nəzarətçi şagirdi peşəsinə keçirilmişdir (əmr № 144/k, xx.xx.1983cü il). xx.xx.1983-cü il tarixdə 2-ci dərəcəli dəzgah və çilingər işinə nəzarətçi şagirdi peşəsi verilmişdir (əmr № 234/k, xx.xx.1983-cü il). xx.xx.1984-cü il tarixdə 3-cü dərəcəli dəzgah və çilingər işinə nəzarətçi şagirdi peşəsi verilmişdir (əmr № 117/k, xx.xx.1984-cü il). xx.xx.1986-cı il tarixdə 4-cü dərəcəli dəzgah və çilingər işinə nəzarətçi şagirdi peşəsi verilmişdir (əmr № 138/k, xx.xx.1986-cı il). xx.xx.1989-cu il tarixdə 6-cı dərəcəli nəzarətçi peşəsinə tarifi ərimişdir (əmr № 196, xx.xx.1989-cu il). xx.xx.1992-ci il tarixdə Azərbaycan SSR-nin 37-ci maddəsiniə əsasən öz xahişi ilə işdən azad edilmişdir (əmr № 10/k, xx.xx.1992-ci il). xx.xx.1992-ci il tarixdə Leyt. Şmidt adına maşınqayırma zavodunun Gözətçi şöbəsinə gözətçi peşəsinə işə qəbul edilmişdir (əmr № 137/k, xx.xx.1992-ci il). xx.xx.1996-cı il tarixdə 22-ci akkumlyator sexinə qurğuşun əridən şagirdi keçirilmişdir (əmr № 14/k, xx.xx.1996-cı il). xx.xx.1996-01 il tarixdə oradaca 2-dərəcəli qurğuşun əridən keçirilmişdir (əmr №26/k, xx.xx.1996-cı il). xx.xx.2004-cü il tarixdə Azərbaycan Resp.ƏM-nin 68-2 maddəsinin “a” bəndinə müvafiq öz xahişi ilə işdən azad edilmişdir (əmr № 349/k-a, xx.xx.2004- cü il). xx.xx.1998-ci il tarixdən-xx.xx.1998-ci il tarixə qədər (244/k, xx.xx.1998-ci il), xx.xx.1998-ci il tarixdən-xx.xx.1998-ci il tarixə qədər (379/k, xx.xx.1998-ci il), xx.xx.1999-cu il tarixdən-xx.xx.1999-cu i 1 tarixə qədər (368/k, xx.xx.1999-cu il), xx.xx.1999-cu il tarixdən-xx.xx.1999-cu il tarixə qədər (04/k, xx.xx.1999-cu il), xx.xx.1999-cu il tarixdən-xx.xx.1999-cu il tarixə qədər (334/k, xx.xx.1999-cu il), xx.xx.2001-ci il tarixdən-xx.xx.2001-ci il tarixə qədər (381/k, xx.xx.2000-cu il), xx.xx.2001-ci il tarixdən-xx.xx.2001-ci il tarixə qədər (23/k, xx.xx.2001-ci il), xx.xx.2001-ci il tarixdən-xx.xx.2001-ci il tarixə qədər (112/k, xx.xx.2001-ci il), xx.xx.2003- cü il tarixdən-xx.xx.2003-cü il tarixə qədər (153/k, xx.xx.2003-cü il), xx.xx.2003-cü il tarixdən-xx.xx.2003-cü il tarixə qədər (252/k, xx.xx.2003-cü il), xx.xx.2004-cü il tarixdən-xx.xx.2004-cü il tarixə qədər (363/k, xx.xx.2003-cü il) ödənişsiz məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin siyahısında Qurğuşun əridən peşəsi Metal emalı Xİ-ci bölmə 1-hissəsinin “a” bəndinə aiddir. Bu peşədə zərərli iş şəraitinə görə əlavə məzuniyyət və əlavə əmək haqqı verilir. Lenin və X10 ordenli Leyt. Şmidt adma maşınqayırma Zavodu sonradan xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 688 saylı qərarına əsasən "xxxx" adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 649 saylı fərmanına əsasən "xxxx" X11 Cəmiyyəti adlandırılmışdır. "xxxx" X11 Cəmiyyəti xx.xx.2010-cu il tarixdən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 170 saylı sərəncamına əsasən “Bakı X7” X11 Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin iddiaçıya ünvanladığı 28 dekabr 2016-cı il tarixli, 10 nömrəli Arayışında qeyd olunmuşdur ki, “Azərkinovideo” istehsalat Birliyi”nin arxiv fondunda mühafizə edilən əmrlərində İddiaçı Birliyin mətbəəsində əl üsulu ilə yığıcı vəzifəsinə (əmr № 105-L, xx.xx.1979-cu il) işə qəbul olunması və eləcə də, xx.xx.1991-ci il tarixinə qədər işləməsi qeyd edilir. Ancaq işdən azad olunmağı barədə heç bir sənəd aşkar olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Arxivinin 10 aprel 2023-cü il tarixli 3-48-DA/2-00651/2023 nömrəli məktubu ilə göndərilmiş İddiaçı “L.Şmidt adına maşınqayırma zavoduna işə qəbul edilməsi xx.xx.1979-cu il tarixli, 219/k №-li əmrinə əsasən xx.xx.1979-cu ildən işə qəbul olunmuşdur. xx.xx.2004-cü il tarixli, 349 №-li əmrin surətindən görünür ki: csA”şamayṁ ıktfenzA“ “X2 Zavodu” törəmə ASC-nin xx.xx.2004-cü il tarixli, 349/k nömrəli əmrində qeyd olunmuşdur ki, Zavodun aşağıda adlan çəkilən işçiləri Əmək və İcra İntizamını pozaraq oktyabr 2004-cü il tarixdən üzürsüz səbəbdən işə çıxmadıqlarına görə Az.Resp.ƏM-nin 186-cı maddəsinin 2"b" bəndinə və ZHİK-nin xx.xx.2004-cü il tarixli 10 saylı protokolundan çıxarışa əsasən sonuncu xəbərdarlıq olunmasına baxmayaraq hal-hazıradək işə çıxmadıqlarına görə Az.Resp.ƏM-nin 72-ci maddəsinin "a” bəndinə və zavod HİK-nin 10 dekabr 2004-cü il tarixli 11 saylı protokolundan çıxarışa əsasən üzürsüz səbəbə görə iş buraxdıqlarına görə 13 dekabr 2004-cü il tarixdən işdən azad edilsinlər: 11 saylı MYS – İddiaçı. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Arxivinin 18 sentyabr 2023-cü il tarixli 3-48-DA/2-01863/2023 nömrəli məktubu ilə göndərilmiş arxiv arayışına əsasən Leyt. Şmidt adına maşınqayırma zavodu arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində İddiaçı dekabr 1981-1985, 1987-1989, yanvar-oktyabr, dekabr 1990-cı ildə əmək haqqı almışdır. 1986-cı illərə dair əmək haqqı cədvəlləri arxivə dövlət mühafizəsinə verilməyib. Eyni zamanda Leyt. Şmidt adına maşınqayırma zavodu arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində İddiaçı yanvar-oktyabr, dekabr 1991, avqust 1992-1995, fevral 1996-iyul, oktyabr-dekabr 1997, mart-iyun, avqust, oktyabr 1998-ci illərə dair aylıq maaş almışdır. 1999-2004-cü illərə dair qismən qəbul olunmuş 22 nömrəli sex üzrə əmək haqqı cədvəllərində İddiaçı barədə məlumat aşkarlanmamışdır. İş materiallarına əlavə edilmiş “Azəristiliktəchizat" ASC-nin 06/285 nömrəli, xx.xx.2016-cı il tarixli arxiv arayışına əsasən İddiaçı 1 saylı İstilik İdarəsinin” xx.xx.2001-cü il tarixli N-175/ş saylı əmrinə əsasən Nərimanov rayon X8, 115 saylı qazanxanasına əmək müqaviləsinə əsasən xx.xx.2001-ci il tarixindən mövsümi əməliyyatçı peşəsinə qəbul edilmişdir. Bakı şəhər 1 saylı İstilik İdarəsi, Nərimanov rayon X5 xx.xx.2002-ci il tarixli N44 saylı əmrinə əsasən xx.xx.2002-ci il tarixindən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) işdən azad edilmişdir. Bakı şəhər 1 saylı İstilik İdarəsi, Nərimanov rayon X8, 115 saylı qazanxanasına əmək müqaviləsinə əsasən xx.xx.2003-ci il tarixli N118 saylı əmrinə əsasən 04.11,2003-cü il tarixindən müddətli olaraq 4-cü dərəcəli mövsümi əməliyyatçı peşəsinə qəbul edilmişdir. Bakı şəhər 1 saylı İstilik İdarəsi, Nərimanov rayon X5 xx.xx.2004-cü il tarixli N-133 saylı əmrinə əsasən xx.xx.2004-cü il tarixindən Azərbaycan Respublikası ƏM-nin 73-cü maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) işdən azad edilmişdir. Bakı şəhər 1 saylı İstilik İdarəsi, Nərimanov rayon X8, 115 saylı qazanxanasına əmək müqaviləsinə əsasən xx.xx.2004-ci il tarixli N78 saylı əmrinə əsasən xx.xx.2004-cü il tarixindən müddətli olaraq 4-cü dərəcəli mövsümi əməliyyatçı peşəsinə qəbul edilmişdir. Bakı şəhər İstilik İdarəsi, 5 saylı X5 xx.xx.2005-ci il tarixli N- 581 saylı əmrinə əsasən xx.xx.2005-ci il tarixindən Azərbaycan Respublikası ƏM-nin 73- cü maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) işdən azad edilmişdir. “Azəristiliktəchizat" ASC-nin 5 saylı X4 Sahəsi, 6-cı sahə, 115 saylı qazanxanaya 2006/2007-ci il payız-qış mövsümü ilə əlaqədar olaraq xx.xx.2007-ci il tarixli 06/05-39 saylı əmrinə əsasən xx.xx.2007-ci il tarixində 4-cü dərəcəli mövsümü əməliyyatçı peşəsinə qəbul edilmişdir. "xxxx" ASC-nin, 5 saylı X4 Sahəsinin xx.xx.2007-ci il tarixli 06/05-48 saylı əmrə əsasən xx.xx.2007-ci il tarixindən Azərbaycan Respublikası ƏM-nin 73-cü maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) işdən azad edilmişdir. “Azəristiliktəchizat" ASC-nin 5 saylı X4 Sahəsi, 6-cı sahə, 115 saylı qazanxanaya 2007/2008-ci il payız-qış mövsümü ilə əlaqədar olaraq xx.xx.2007-ci il tarixli 06/05-21 saylı əmrinə əsasən xx.xx.2007-ci il tarixində 4-cü dərəcəli mövsümü əməliyyatçı peşəsinə qəbul edilmişdir. "xxxx" ASC-nin, 5 saylı X4 Sahəsinin xx.xx.2008-ci il tarixli 06/05-24 saylı əmrə əsasən xx.xx.2008-ci il tarixindən Azərbaycan Respublikası ƏM-nin 73-cü maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) işdən azad edilmişdir. "xxxx" ASC-nin 5 saylı X4 Sahəsi, 6-cı sahə, 115 saylı qazanxanaya 2008/2009-cu il payız-qış mövsümü ilə əlaqədar olaraq xx.xx.2008-ci il tarixli 06/05-47 saylı əmrinə əsasən xx.xx.2008-ci il tarixində 4-cü dərəcəli mövsümü əməliyyatçı peşəsinə qəbul edilmişdir. "xxxx" ASC-nin, 5 saylı X4 Sahəsinin xx.xx.2009-ci il tarixli 06/05-29 saylı əmrə əsasən xx.xx.2009-ci il tarixindən Azərbaycan Respublikası ƏM-nin 73-cü maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) işdən azad edilmişdir. "xxxx" ASC-nin 5 saylı X4 Sahəsi, 6-cı sahə, 115 saylı qazanxanaya 2009/2010-cu il payız-qış mövsümü ilə əlaqədar olaraq xx.xx.2009-cu il tarixli 06/05-01 saylı əmrinə əsasən xx.xx.2009-cu il tarixində 4-cü dərəcəli mövsümü əməliyyatçı peşəsinə qəbul edilmişdir. "xxxx" ASC-nin, 5 saylı X4 Sahəsinin xx.xx.2010-cu il tarixli 06/05-70 saylı əmrə əsasən xx.xx.2010-cu il tarixindən Azərbaycan Respublikası ƏM-nin 73-cü maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-117592/2023 nömrəli məktubu ilə göndərilmiş İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlardan görünür ki, "xxxx" MMC tərəfindən 2007-ci ilin sentyabr-dekabr, 2008-ci ilin yanvar-dekabr, 2009-cu ilin yanvar-iyun və sentyabr-dekabr, 2010-cu ilin yanvar-dekabr, 2011-ci ilin mart-dekabr ayları üçün ödənişlər edilmişdir. "xxxx" ASC tərəfindən 2007-ci ilin fevral-dekabr, 2009-cu ilin yanvar, 2008-ci ilin yanvar-aprel və noyabr-dekabr, 2009-cu ilin yanvar-aprel və noyabr-dekabr, 2010-cu ilin yanvar-aprel, 2013-cü ilin yanvar-aprel, 2015-ci ilin yanvar-aprel ayları üçün ödənişlər edilmişdir. "xxxx" MMC tərəfindən 2012-2020-ci illərin, 2021-ci ilin yanvar-sentyabr ayları üçün ödənişlər edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Film-in xx.xx.2023-cü il tarixli, 01/2-54 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı işlədiyi mətbəədə əl üsulu ilə vıqıcı və mətbəənin sahə ustası vəzifələrinin əmək funksiyalarının nədən ibarət olması, bu peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü ii tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşəiərin, vəzifələrin və göstəricilərin Siyahıiarı”nda nəzərdə tutulan hansı peşəyə uyğun gəlməsi haqqında məlumatın verilməsinə dair 15 may 2023-cü il tarixli 2-1 (112)-1505/2023 saylı sorğunuza C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baxılmışdır. Qeyd olunanlarla bağlı bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda (XXV. Poliqrafiya, kinosurət istehsalı - ********) bölməsində əı ilə yığıcılar peşəsi 2270000a-14792 kodu ilə təsbit edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********0 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 19 may 2022-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə hazırda 44900,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 31201,62 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş ƏPQ-nun qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə hazırkı iş üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini ilə bağlı müraciətinə xx.xx.2022-ci il tarixli müraciətinə ƏPQ-nun 9.8-ci maddəsinə xx.xx.2022-ci il tarixədək redaksiyası əsasında imtina versə də lakin məhkəmə icraatı gedişində iddiaçının iddia tələbini dəqiqləşdirdiyini, ƏPQ-nun 9.8-ci maddəsinin yeni redaksiyasının iddiaçının vəziyyətini yüngülləşdirdiyini və cavabdehin yeni norma əsasında qiymətləndirmə aparmaqla müvafiq etiraz vermək imkanı olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsi məhz iddia tələbinə də uyğun olaraq xx.xx.2022-ci ildən qüvvədə olan qanunun tələbinə əsasən yuxarıda qeyd edilən şərtlər daxilində baxılmalıdır və bu halda cavabdeh iddiaçının hazırkı qüvvədə olan qanuna əsasən pensiya təyinatı ilə bağlı iddia qaldırılanadək icraat aparılmadığına və ya inzibati orqanın münasibət bildirmədiyinə istinad edə bilməz. Eyni zamanda məhkəmə tətbiq edilən hüquq normasını seçərkən o halı da nəzərə alır ki, iddiaçının ƏPQ-nun 9.8-ci maddəsi ilə nəzərə tutulmuş qaydada güzəştli pensiya hüququ ümumi iş stajının 25 il tamam olmaması (iddiaçı “Vətəndaşların pensiya təminatı” haqqında Qanunla tələb olunan xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamamışdır) və xx.xx.2017-ci il tarixdən qüvvədə olmuş ƏPQ-nun 9.1-ci maddəsinə əsasən 60 yaşı tamam olduğu vaxt topladığı pensiya kapitalı pensiya təminatı üçün kifayət etməməməsi əsasları ilə mümkün olmamışdır. Beləliklə, 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlələr yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş 60 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 1 iyul 2020ci il tarixdən kişilər üçün 65 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı toplaması tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1–9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Qeyd edilməlidir ki, iddiaçının iddiasına xx.xx.2022-ci il tarixdən qüvvədə olan ƏPQnun 9.1-ci maddəsinin tələbi əsasında baxıldığından, iddiaçının isə həmin qanunla tələb olunan 60 yaşını 2021-ci ildə, yəni hazırkı qanunun maddəsinin yeni redaksiyası qüvvədə olmadığı vaxt tamam olduğundan və Qanunun keçid müddəlarına əsasən yeni redaksiyada verilmiş 9.1-ci maddəsinin Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi hallarına tətbiq edilmədiyini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşdan deyil, məhz Qanunun 9.1-ci maddəsinin yeni redaksiyada qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən yaranmışdır. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla iddiaçının xx.xx.2022-ci ildə yaşı 61 yaş 06 ay olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçının xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə bağlı 2 əmək kitabçası mövcuddur. İddiaçıya məxsus 17 oktyabr 1979-cu il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasında iddiaçının Azərbaycan Respublikası Kinoprokat Kontorunda xx.xx.1979xx.xx.1979-cu ilədək və xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək olan əmək fəaliyyəti dövrü qeyd olunmuşdur. İddiaçıya məxsus 14 avqust 1979-cu il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasında iddiaçının Leyt. Şmidt adına maşınqayırma zavodunda (sonradan “Bakı-X7” TASC) xx.xx.1979-cu il xx.xx.1979-cu il tarixədək, xx.xx.1981-ci il tarixdən-xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək, xx.xx.1992-ci ildən xx.xx.2004-cü il tarixədək işlədiyi qeyd olunmuşdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş “Azneftkimyamaş” Asc “Bakı-X7” TASC-nin xx.xx.2016-cı il tarixli kş/10-57 nömrəli izahlı arayışından müəyyən olunur ki, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixə qədər ödənişsiz məzuniyyətlərdə olmuşdur. Həmçinin, dövlət arxivindən əldə edilmiş Leyt. Şmidt adına maşınqayırma zavodu arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində iddiaçının 1998-ci il daxil olmaqla əmək haqqı aldığı, 1999-2004-cü illər ərzində əmək haqqı almadığı müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla əmək fəaliyyəti, hərbi xidmət və təhsil dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin tam hesaba alınmasını mümkün sayır. Məhkəmə iddiaçının “Azərkinovideo” İB-də işlədiyi dövrdən bir hissəsi Leyt. Şmidt adına maşınqayırma zavodunda işlədiyi dövrlə üst-üstə düşdüyündən üst-üstə düşən həmin dövrlərdən birini, eyni zamanda üst-üstə düşməyən hissəni ümumi əmək stajına aid edilən iş stajı dövrü kimi qəbul edir. Eyni zamanda ödənişsiz məzuniyyətdə olduğu dövrü iddiaçının pensiya təyinatına əsas verən sığorta stajına hesablamır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək pensiya təyinatına əsas verən sığorta stajı hərbi xidmət dövrü xx.xx.1979xx.xx.1981-ci il, Azərbaycan Respublikası Kinoprokat Kontorunda xx.xx.1979-xx.xx.1979cu ilədək və xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək, Azərbaycan Respublikası Kinoprokat Kontorunda işlədiyi dövrlə üst-üstə düşməyən Leyt. Şmidt adına maşınqayırma zavodunda xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək, xx.xx.1994-cü ildən xx.xx.1998-ci il tarixədək, Nərimanov rayon X8 115 saylı qazanxanasında xx.xx.2001- xx.xx.2002-ci il, xx.xx.2003xx.xx.2004-cü il və xx.xx.2004-xx.xx.2005-ci illərdə işlədiyi dövr nəzərə alınmaqla ümumilikdə iş stajı 20 il 01 ay 15 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən sonra isə iddiaçının fərdi hesabına məcburi dövlət sosial sığorta haqları ödənilmiş dövrü iddiaçının sığorta stajına daxil edir. Bu zaman iddiaçının sığorta stajı 2007-ci ilin sentyabr-dekabr, 2008-ci ilin yanvar-dekabr, 2009-cu ilin yanvariyun və sentyabr-dekabr, 2010-cu ilin yanvar-dekabr, 2011-ci ilin mart-dekabr, . 2007-ci ilin fevral-dekabr, 2009-cu ilin yanvar, 2008-ci ilin yanvar-aprel və noyabr-dekabr, 2009-cu ilin yanvar-aprel və noyabr-dekabr, 2010-cu ilin yanvar-aprel, 2013-cü ilin yanvar-aprel, 2015ci ilin yanvar-aprel, 2012-2020-ci illərin, 2021-ci ilin yanvar-sentyabr ayları üçün məcburi dövlət sığorta haqları ödənildiyi dövr nəzərə alınmaqla ümumilikdə xx.xx.2022-il tarixə tələb olunan 25 ildən çoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. ...Müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımı qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələərin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verilə bilər. ”. İddiaçının işləmiş olduğu Azərbaycan Respublikasının Prezidentinin 19 aprel 2001-ci il tarixli 688 nömrəli Sərəncamı ilə “Azərkinovideo” İstehsalat Birliyi ləğv edildiyindən iddiaçının işləmiş olduğu vəzifələrlə bağlı həmin müəssisədən güzəştli arayışın əldə edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilən icmal məktubdakı hüquqi mövqeyə uyğun olaraq məhkəmə iddiaçının işlədiyi vəzifələrin zərərli işlərə aid olub-olmaması barədə güzəştli arayışın oxşar sahədə fəaliyyət göstərən müəssisələrdən əldə edilməsi ilə bağlı sorğular vermiş və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından əldə edilmiş güzəştli arayışa əsasən İddiaçı işlədiyi mətbəədə əl üsulu ilə yığıcı və mətbəənin sahə ustası vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №- li Siyahısı”nda (XXV. Poliqrafiya, kinosurət istehsalı - ********) bölməsində əl ilə yığıcılar peşəsi 2270000a-14792 kodu ilə təsbit edildiyi qeyd edilmişdir. Məhkəmə iddiaçının işlədiyi vəzifənin adı, aid olduğu sahə və oxşar müəssisənin təqdim etdiyi güzəştli arayışı nəzərə alaraq iddiaçının Azərbaycan Respublikası Kinoprokat Kontoru Mətbəəsində xx.xx.1979- xx.xx.1979-cu ilədək və xx.xx.1981xx.xx.1985-ci ildə əl ilə yığıcı, xx.xx.1985-xx.xx.1989-cu ilədək mətbəənin sahə ustası, “Azərkinovideo” İstehsalat Birliyində xx.xx.1989-xx.xx.1991-ci ilədək, “Azərkinovideo” İstehsalat Birliyinin “Şüa” kooperativində xx.xx.1991- xx.xx.1994-cü ilədək əl ilə yığıcı vəzifələrini güzəştli pensiya təyinatına əsas verən vəzifə kimi qəbul edir. Beləliklə, iddiaçının cəmi güzəştli iş stajı 12 il 07 ay 21 gün təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova