Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1506/2023 22.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyasına qarşı “professor elmi adının verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyasına qarşı “professor elmi adının verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin X9 Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya professor elmi adının verilməsini bir vəzifə olaraq Azərbaycan Respublikası Prezidenti X9 Komissiyasına həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1950-ci il tarixdə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1957- 1968-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (BMA) nəzdində, ll illik X12 məktəbində orta ixtisas təhsili almışdər. 1968 - 1973- cü illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə ali təhsil almışdır. 2008 - 2012-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (fəlsəfə doktoru proqramı üzrə) dissertanturada təhsilini davam etdirmişdir. 2014-cü ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (elmlər doktoru proqramı üzrə) doktorantura təhsili almışdır. Əmək fəalliyyətinə 1974-cü ildə Bülbül adına X12 Məktəbində konsertmeyster kimi başlamış və 1977-ci ilədək həmin vəzifədə çalışmışdır. 1977-1992-ci illər ərzində Bülbül adına X12 Məktəbi - müəllim, 1992-2011-ci illər ərzində Bülbül adına X12 Məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2011-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti- müəllim, dosent, kafedra müdiri. (Musiqi fənləri və dirijorluq kafedrası), 2015-2020-ci illər ərzində Bakı Xoreoqrafiya Akademiyasının Elm və Yaradıcılıq işləri üzrə prorektoru olaraq çalışmışdır. 2020-ci ildən bu günədək Bakı Xoreoqrafiya Akademiyasının professoru vəzifəsində çalışır. Aldığı Elmi və Fəxri adları isə aşağıdakılardan ibarətdir: 2004 - cü il - "X11" (tanınmış maarif işçisi yeni təlim metodu və texnologiyalarından səmərəli istifadə edərək pedagoji fəaliyyətində qazandığı uğurlara görə); 2004 - cü il - "VEKTOR" beynəlxalq el mükafatı; 2005-ci il –“XAN QİZİ NATAVAN” mükafatı; 2005-ci il- “QABAQCİL TƏHSİL İŞÇİSİ” (Təhsil Nazirliyi Tərəfindən); 2008-ci il - ''Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" (Azərbaycan Respublikasının Prezidenti tərəfindən) 2012-ci il - Dosent elmi adı; 2014-cü il "QİZİL QƏLƏM" media mükafatı laureatı; 2014-cü il "XXİ əsrin tanınmış maarifçisi" beynəlxalq diplomu; 2015 - ci il "AZƏRBAYCAN ZİYALİSİ" media mükafatı laureatı; 2017- ci ildən Bakı Xoreoqrafiya Akademiyasının professoru; 2020-ci il “TÜRK DÜNYASİ ARAŞDİRMALARİ BEYNƏLXALQ ELMLƏR AKADEMİYASİNİN HƏQİQİ ÜZVÜ (AKADEMİK) VƏ BEYNƏLXALQ QİZİL ULDUZ MÜKAFATİ” (Müstəqil Azərbaycan Respublikasının elminin və təhsilinin inkişafındakı böyük xidmətlərinə görə) Ölkə elminə verdiyi töhfələri, göstərdiyi xidmətləri, aldığı elmi və fəxri adları nəzərə alaraq, "Elmi adlar verilməsi qaydası haqqında" Əsasnamənin 4.1-ci bəndinə əsasən çalışdığı Bakı Xareoqrafiya Akademiyası tərəfindən xx.xx.2018-ci il tarixdə ona Professor elmi adının verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti X9 Komissiyasına vəsatətlə müraciət edilmişdir. Azərbaycan Respublikası Prezidenti X9 Komissiyasına xx.xx.2020-ci il tarixli məktubuna əsasən ona professor elmi adının verilməsindən imtina edilmiş və imtinanın səbəbləri göstərilməmişdir. Komisiyanın qərarından narazı qaldığı üçün Ali Attestasiya Komissiyasının Apellyasiya Şurasına apellyasiya ərizəsi ilə müraciət etmişdir. Lakin üzərindən uzun müddət keçməsinə baxmayaraq həmin şikayətinə baxılmadığı üçün xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti X9 Komissiyasına və Azərbaycan Respublikası Prezidenti X9 Komissiyasının Apellyasiya Şurasına vəkil sorğusu ilə müraciət etmişdir. Həmin sorğuya xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti X9 Komissiyası tərəfindən cavab verilməklə bildirilmişdir ki, attestasiya işinə apellyasiya ərizəsi əsasında yenidən baxılmaqdadır və yekun qərar barədə iddiaçıya məlumat veriləcək. Lakin üzərindən 3 ay keçdikdən sonra yenə də heç bir qərar qəbul edilmədiyini nəzərə alaraq xx.xx.2022-ci il tarixdə yenidən Azərbaycan Respublikası Prezidenti X9 Komissiyasına müraciət etmişdir. İddiaşı bildirmişdir ki, həmin müraciətə hələ də cavab verilməyib. Bilindiyi kimi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il, 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elmi adlar verilməsi qaydası haqqında" Əsasnamənin 1.3-cü bəndinə əsasən Dosent və professor elmi adları elmi və elmi-pedaqoji fəaliyyətə görə, elmi dərəcəsi olan iddiaçılara, habelə Azərbaycan Respublikasında elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə etmiş, lakin elmi dərəcəsi olmayan iddiaçılara bu Əsasnamə ilə müəyyən edilmiş qaydada və hallarda verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə qərarının nəticəvi hissəsinin elan edilməsi xx.xx.2023-cü il tarixə təxirə salınmış və həmin tarixdə elan edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdirlər. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz məktubu onunla əsaslandırılaraq qeyd edilmişdir ki, X2 xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı X6 professor elmi adı verilməsindən elmi adlar verilməsi qaydasını və şərtlərini müəyyən edən mövcud qanunvericiliyin tələbləri ödənilmədiyindən imtina edilmişdir. İddiaçı .26,01.2021-ci il tarixində ərizə ilə müraciət edərək işinə apellyasiya qaydasında baxılmasım xahiş etmişdir. X2 17.01,2023-cü il tarixli qərarı ilə Sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının tövsiyəsi nəzərə alınaraq iddiaçıya professor elmi adı verilməsindən imtina edilməsi haqqında Rəyasət Heyətinin xx.xx.2020-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Professor elmi adının verilməsi qayda və şərtləri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixii 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 3-cü hissəsi ilə təmzinlənir. Əsasnamənin 3.9-cu bəndinə müvafiq olaraq professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekar kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, sənətşünaslıq və ya memarlıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan, mədəniyyət, incəsənət və ya memarlıq sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş (xalq artisti, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar memar olan və ya uyğun sahələr üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı və ya qalibi olan, yaxud onları hazırlayan), dosent elmi adı almış iddiaçılara müvafiq tələblər ödənildiyi halda verilir. İddiaçı 2015-2020-ci illər ərzində Bakı Xoreoqrafiya Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Bakı Xoreoqrafiya Akademiyasının Komissiyanın sorğusuna cavab olaraq təqdim etdiyi məktubda İddiaçı xx.xx.2021 -ci il tarixindən İncəsənət fakültəsi Musiqi sənəti kafedrasında 0.5 ştat dosent vəzifəsində çalışdığı bildirilmişdir. Yəni iddiaçı Əsasnamənin 3.9-cu bəndinin tutduğu vəzifəyə dair tələbinə cavab vermir. “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 5.4-cü bəndinə müvafiq olaraq Komissiya elmi adlar verilməsinə dair vəsatət və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluquna nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır. Komissiyanın Sənətşünaslıq və memarlıq üzrə ekspert şurası tərəfindən iddiaçının attestasiya sənədlərinin, o cümlədən təqdim etdiyi tədris-metodiki işlərinin ekspertizası həyata keçirilmişdir. Ekspert şurasının xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya professor elmi adının verilməsi tövsiyə edilməmişdir. İddiaçının attestasiya sənədlərinə dair ekspert rəyləri mənfi olmuşdur. Nəzərinizə çatdırırıq ki, “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 3.9.5-ci yarımbəndinin tələbləri də iddiaçı tərəfindən ödənilməmişdir: “3.9.5. iddiaçı dosent elmi adı aldıqdan sonra aşağıdakı tələblərdən birini yerinə yetirməlidir: 3.9.5.1. müvafiq ixtisas üzrə yaradıcılıq fəaliyyətinin əhəmiyyətli nəticəsini təqdim etməlidir; 3.9.5.2. respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı, qalibi, diplomantı olmalı və ya onları hazırlamalıdır; 3.9.5.3. iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı bir mütəxəssis elmi dərəcə almalıdır; 3.9.5.4. iddiaçı ixtisas üzrə yaradıcılıq işinə dair azı bir patent təqdim etməlidir.”.Müvafiq çatışmazlıqlar əksini, həmçinin ekspert rəylərində də tapmışdır. Əsasnamənin 5.9-cu bəndinə görə Komissiya elmi adlar verilməsinə dair vəsatət və sənədlərə baxaraq, elmi ad verilməsi və ya elmi ad verilməsindən imtina barədə qərar qəbul edir. Yuxarıda sadalanan tələblər ödənilmədiyindən X2 xx.xx.2020-ci il və xx.xx.2023-cü il tarixli qərarları ilə İddiaçı professor elmi adı verilməsindən imtina edilməsi barədə qərar edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.2022-ci il tarixli t cavabdeh inzibati orqana edilmiş müraciə ərizəsi; (iddiaçının vəkili tərəfindən) - xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli iddiaçının vəkili tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış məktub; - xx.xx.2022-ci il tarixli cavabdeh inzibati orqanın məhkəmənin müvafiq sorğusuna cavab məktubu və sorguda tələb edilən sənədlərin surəti: - cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvananmış xx.xx.2022-ci il tarixli cavab məktubu; - iddiaçının əmək kitabçasının surəti; - cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli “Sorğunun cavablandırılması” barədə məktub; - xx.xx.2020-ci il tarixli N-08-R nömrəli Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası X3 Çıxarış; - xx.xx.2023-cü il tarixli N-3-50/3-2-1-1/2023 nömrəli Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası X3 Çıxarış; - Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyasına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyası tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli məktub; - Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyasının Sənətşünaslıq və memarlıq elmləri üzrə Ekspert şurasının xx.xx.2022-ci il tarixli 15 nömrəli iclasının protokolu; - cavabdeh Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası tərəfindən məhkəmə icraatında iddia tələbinə qarşı xx.xx.2023-cü il tarixli etiraz məktubu. ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və iş üzrə icraat materiallarından görünür ki, iddiaçının vəkili (nümayəndəsi) cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə, FVB- 1200 saylı məktub ilə müraciət edərək İddiaçı hansı əsaslarla professor adının verilməsindən imtina edilməsi barədə sorğu vermişdir. Sorğuya xx.xx.2022-ci İ tarixdə, 04/09- 5/5 saylı məktubla cavab verilərək bildirilmişdir ki, İddiaçı apellyasiya ərizəsinə Komissiyada yenidən baxılır və nəticəsi barədə məlumat veriləcəkdir. Lakin üzərindən 3 ay keçməsinə baxmayaraq hələ də iddiaçıya hər hansı bir məlumat verilməmişdir. Həmçinin, iddiaçının vəkili (nümayəndəsi) cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixli məktub ilə təkrar müraciət edərək qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən xx.xx.2018-ci il tarixli, 121/d nömrəli vəsatətlə Azərbaycan Respublikası Prezidenti X9 Komissiyasına professor elmi adının verilməsi barədə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidenti X9 Komissiyasının xx.xx.2020-ci il tarixli, 01/09-6/27 saylı cavab məktubu ilə heç bir səbəb göstərilmədən professor elmi adının verilməsindən imtina edilmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs qeyd edilən cavab məktubundan narazı qalaraq yenidən müraciət etmiş və vəsatətə Azərbaycan Respublikası Prezidenti X9 Komissiyasının Apellyasiya Şurası tərəfindən yenidən baxmağı xahiş etmişdir. Lakin həmin vəsatət baxılıb-baxılmaması barədə bu günədək hüquqlarını müdafiə etdiyi şəxsə rəsmi olaraq heç bir məlumat verilməmişdir. Cavabdeh inzibati orqan olan Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, professor elmi adının İddiaçı attestasiya işinə apellyasiya ərizəsi əsasında Komissiyada yenidən baxılmaqdadır. Yekun qərar barədə iddiaçıya məlumat veriləcək. Cavabdeh inzibati orqandan narazı qalan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, 2-1(112)-9996/2022-ci il tarixli xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən, xx.xx.1950-ci il təvəllüdlü İddiaçı professor adının verilməsi ilə bağlı aparılmış inzibati icraat materiallarının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı cavabdehə sorğu ünvanlanmışdır. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq, cavabdeh Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli müşayiətedici məktub ilə iddiaçının müraciətinə cavab məktubunu və xx.xx.2022-ci il tarixli N-02-R nömrəli Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası X1 Çıxarışı məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli N-02-R nömrəli Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası X1 Çıxarışı ilə Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti qərara almışdır: “İddiaçı elmi-pedaqoji fəaliyyətə görə sənətşünaslıq elm sahəsinin 6213.01 - “Musiqi sənəti” ixtisası üzrə professor elmi adı almaq üçün təqdim edilmiş sənədləri rəy verilməsi məqsədilə özü dəvət olunmaqla Sənətşünaslıq və memarlıq üzrə ekspert şurasına göndərilsin”. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli “Sorğunun cavablandırılması” barədə məktub ünvanlanaraq qeyd edilmişdir ki, X7 İddiaçı elmi adlar verilməsi qaydası və şərtlərini müəyyən edən mövcud qanunvericiliyin tələbləri ödənilmədiyindən professor elmi adı verilməsindən imtina etmişdir. İmtinaya dair qərar vəsatət qaldıran Bakı Xoreoqrafiya Akademiyasına Komissiyanın xx.xx.2022-ci il tarixli 01/09-6/297 nömrəli məktubu ilə bildirilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixində apellyasiya ərizəsi ilə Komissiyaya müraciət etmişdir. Həmin ərizə əsas götürülərək X2 xx.xx.2021-ci il tarixli iclasında iddiaçının attestasiya sənədlərinin rəy verilməsi məqsədilə özü dəvət olunmaqla Sənətşünaslıq və memarlıq üzrə ekspert şurasına göndərilməsi barədə qərar verilmişdir. Hazırda İddiaçı attestasiya sənədlərinə apellyasiya qaydasında baxılmaqdadır və iddiaçıya elmi adın verilməsinə dair X2 yekun qərarı qəbul edilməmişdir. İş materiallarından görünür ki, 2-1(112)-9996/2022 xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən, İddiaçı elmi adın verilməsinə dair X2 yekun qərarının qəbul ediləcəyi tarix barədə məlumatın təqdim edilməsi ilə bağlı cavabdehə sorğu ünvanlanmış, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli “Sorğunun cavablandırılması” barədə məktub ünvanlanaraq qeyd edilmişdir ki, İddiaçı elmi – pedaqoji fəaliyyətinə görə professor elmi adının verilməsi məsələsinə dair qərarın Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası Rəyasət Heyətinin 2023-cü il 18 yanvar tarixinədək keçiriləcək iclasında qəbul edilməsi nəzərdə tutulmuşdur. İş materialllarından görünür ki, iddiaçının vəkili (nümayəndəsi), cavabdeh Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyasına xx.xx.2023-cü il tarixdə məktub ünvanlayaraq qeyd etmişdir ki, nə İdarə Heyətinin xx.xx.2020-ci il tarixli qərarında, nə də xx.xx.2023-cü il tarixdə göndərilmiş məktubda hansı əsaslarla professor adının verilməsindən imtina edilməsi barədə heç bir məlumat verilməmişdir. İş materiallarında olan,xx.xx.2020-ci il tarixli N-08-R nömrəli Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası X3 Çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası Rəyasət Heyəti qərara alir: “İddiaçı elmipedaqoji fəaliyyətə görə sənətşünaslıq elm sahəsinin 6213.01 - “Musiqi sənəti” ixtisası üzrə professor elmi adı verilməsindən, elmi adlar verilməsi qaydasının və şərtlərini müəyyən edən mövcud qanunvericiliyin tələbləri ödənilmədiyindən imtina edilsin”. İş materialarından görünür ki, cavabdeh inzibati orqan olan Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir: “ Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti Sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının tövsiyəsini nəzərə alaraq, xx.xx.2023-cü il tarixli qərarı ilə sizə elmi-pedaqoji fəaliyyətə görə sənətşünaslıq elm sahəsinin 6213.01- “Musiqi sənəti” ixtisası üzrə professor elmi adı verilməsindən imtina edilməsi haqqında Rəyasət Heyətinin xx.xx.2020-ci il tarixli qərarını qüvvədə saxlamışdır. Nəzərinizə çatdırırıq ki, Komissiya haqqında Əsasnamənin 4.8-ci bəndinə müvafiq olaraq, Rəyasət Heyətinin qərarları iclasda iştirak edən üzvlərin üçdə ikisinin səs çoxluğu ilə səsvermə yolu ilə qəbul edilir. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 9.2-ci bəndinə müvafiq olaraq, şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə, faktiki və ya hüquqi halların maraqlı şəxsin xeyrinə dəyişməsi istisna olmaqla, eyni əsaslar üzrə yenidən baxılmır”. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli N-3-50/3-2-1-1/2023 nömrəli Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası X3 Çıxarışdan görünür ki, İddiaçı elmi-pedaqoji fəaliyyətə görə sənətşünaslıq elm sahəsinin 6213.01 - “Musiqi sənəti” ixtisası üzrə professor elmi adı verilməsindən imtina edilməsi haqqında Rəyasət Heyətinin xx.xx.2020-ci il tarixli qərarı (protokol N-08-R) Sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının tövsiyyəsi nəzərə alınaraq qüvvədə saxlanılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyası (Təhsil Kompleksi) tərəfindən cavabdeh Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyasına xx.xx.2022-ci il tarixdə məktub ünvanlayaraq məktubda Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İddiaçı Bakı Xoreoqrafiya Akademiyasının Elmi Şurasının xx.xx.2016-cı il tarixli 02 nömrəli protokolunun qərarına əsasən 5 il müddətinə xx.xx.2016-cı il tarixdən-xx.xx.2021-ci il tarixinədək İncəsənət fakultəsində 0,5 ştat professor vəzifəsində çalışmışdır və xx.xx.2021-ci il tarixdən halhazıradək İncəsənət fakultəsi Musiqi sənəti kafedrasında 0,5 ştat dosent vəzifəsində çalışdığını qeyd etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyasının Sənətşünaslıq və memarlıq elmləri üzrə Ekspert şurasının xx.xx.2022-ci il tarixli 15 nömrəli iclasının protokolunda qeyd edilmişdir ki, İddiaçı özü dəvət olunmaqla elmi-pedaqoji fəaliyyətinə görə sənətşünaslıq elm sahəsinin 6213.01 - “Musiqi sənəti” ixtisası üzrə professor elmi adı verilməsinə dair verilmiş rəyləri (verilmiş hər 2 rəy mənfidir) və rəylərdə xeyli sayda iradların olduğu bildirilmişdir. İclasda iradlar oxunmuş və iradlarların cavablandırılması iddiaçıya təklif edilmişdir. Həmin iclasda İddiaçı elmi-pedaqoji fəaliyyətinə görə sənətşünaslıq elm sahəsinin 6213.01 - “Musiqi sənəti” ixtisası üzrə professor elmi adını almaq üçün AAK-ın Reyasət Heyətinə tövsiyyə olunmadığı qərara alınmışdır. Həmin tarixli iclasda ekspert şurasının 12 üzvü səsvermədə iştirak etmiş, onlardan 11 nəfəri iddiaçının əleyhinə səs vermişdir. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası tərəfindən məhkəmə icraatında iddia tələbinə qarşı xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixii 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin tələbləri ödənilmədiyindən X2 xx.xx.2020-ci il və xx.xx.2023-cü il tarixli qərarları ilə İddiaçı professor elmi adı verilməsindən imtina edilməsi barədə qərar edilmişdir. İş materiallarında olan, İddiaçı elmi-pedaqoji fəaliyyətinə görə sənətşünaslıq elm sahəsində 6213.01-“Musiqi sənəti” ixtisası üzrə professor elmi adı almaq üçün təqdim etdiyi sənədlərə dair ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixii 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən (3.9.5.1) professor elmi adını almaq üçün iddiaçının müvafiq ixtisas üzrə (bu halda pianoçu kimi) yaradıcılıq fəaliyyətinin əhəmiyyətli nəticəsi olmalıdır. S. İbrahimovanın belə bir nəticəsi yoxdur. Digər bir tələb (3.9.5.2.) iddiaçının beynəlxalq miqyaslı müsabiqə, festival, baxış laureatı hazırlamasıdır. Bu tələb də yerinə yetirilməmişdir. Daha bir tələbdə (3.9.5.3.) iddiaçının elmi rəhbərliyi ilə- ixtisas üzrə təkbaşına hazırladığı azı bir mütəxəssis elmi dərəcə almalıdır. S. İbrahimovanm elmi fəaliyyətində bu tələb də yerinə yetirilməmişdir. İddiaçının ixtisas üzrə yaradıcılıq işinə dair azı bir patent təqdim etməsi ilə bağlı növbəti tələb də (3.9.5.4) ödənilməmişdir. Yuxarıda deyilənlərə əsasən belə qənaətə gəlirik ki, İddiaçınm elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti, tədris-metodik işləri “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” ilə professor elmi adının verilməsi üçün nəzərdə tutulan tələblərinə cavab vermir və o, professor elmi dərəcəsini almağa layiq deyil. İş materiallarında olan, İddiaçı elmi-pedaqoji fəaliyyətinə görə sənətşünaslıq elm sahəsində 6213.01-“Musiqi sənəti” ixtisası üzrə professor elmi adı almaq üçün Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyasına təqdim etdiyi sənədlərə dair Rəydə qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi bütün dərs və metodik vəsaitlərə ilkin baxış zamanı belə nəticəyə gəlmək olar ki, bu işlər texniki parametrlərinə görə Ali Attestasiya Komissiyasının tələblərinə (“həcmi iki yüz min işarədən az olmamalı”) cavab vermir. Həmçinin, təqdim olunan vəsaitlərin məzmunu ilə bağlı suallar da mövcuddur. 2.İddiaçı fəaliyyətinin növünə görə 3.9.5-in heç bir bəndinə uyğun gəlmir: -3.9.5.1. müvafiq ixtisas üzrə yaradıcılıq fəaliyyətinin əhəmiyyətli nəticəsini təqdim etməlidir; İddiaçı yaradıcılıq fəaliyyəti - fortepiano sənətidir. İddiaçının yaradıcılıq fəaliyyətinin nəticələri yoxdur. - 3.9.5.2. respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı, qalibi, diplomantı olmalı və ya onları hazırlamalıdır; Yaradıcılıq və pedaqoji fəaliyyəti ilə bağlı bu nəticələr də yoxdur. Bülbül adına orta-ixtisas musiqi məktəbinin direktor müavini işlədiyi müddətdə iddiaçının “1993-2010-cu illər ərzində 22 prezident təqaüdçüsünün, çoxsaylı ümumşəhər, respublika və beynəlxalq müsabiqə laureatlarının adları məktəbin tarixinə yazıldı” (iddiaçının “Həyat və yaradıcılıq haqqında” qoşma vərəqəsi, səh. 2), eləcə də Bakı Xoreoqrafıya Akademiyasının elm va yaradıcılıq üzrə prorektor vəzifəsində çalışan zaman (2015-2020) “bir sıra mədəni layihələrin, respublika elmi-nəzəri konfransların ideya müəllifi və təşkilatçısı olub” (səh. 2) kimi bəyanatları isə arqument deyildir, çünki bu onun daşıdığı inzibati vəzifə səlahiyyətlərinə daxil idi, yəni ona həvalə edilmiş təhsil müəssisəsinin yaradıcılıq və elmi işinin həyata keçirilməsi və təkmilləşdirilməsini təmin etmək onun birbaşa vəzifə borcu olmuşdur. - 3.9.5.3. iddiaçının elmi, rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı bir mütəxəssis elmi dərəcə almalıdır; Bu müddəanın da tələbi iddiaçı tərəfindən yerinə yetirilməmişdir. - 3.9.5.4. iddiaçı ixtisas üzrə yaradıcılıq işinə dair azı bir patent təqdim etməlidir. İddiaçı bu tələbi də ödəməmişdir. Beləliklə, yuxarıdakıları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, İddiaçı elmi - pedaqoji və yaradıcılıq fəaliyyəti professor elmi adının verilməsi üçün nəzərdə tutulan tələblərə cavab vermir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 3.9-cu bəndinə əsasən Professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, sənətşünaslıq və ya memarlıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan, mədəniyyət, incəsənət və ya memarlıq sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş (xalq artisti, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar memar, əməkdar mədəniyyət işçisi olan və ya uyğun sahələr üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı və ya qalibi olan, yaxud onları hazırlayan), dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir: 3.9.1. iddiaçının elmi-pedaqoji fəaliyyət və ya yaradıcılıq sahəsində azı on il iş stajı, o cümlədən ixtisas üzrə azı beş il elmi-pedaqoji iş stajı olmalıdır; 3.9.2. iddiaçı dosent elmi adı aldıqdan sonra azı beş il (o cümlədən azı bir il bu vəzifədə) qüsursuz və müvəffəqiyyətlə işləməlidir; 3.9.3. iddiaçı dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi iki yüz min işarədən az olmamalı) təqdim etməlidir; 3.9.4. iddiaçının dosent elmi adı aldıqdan sonra müvafiq sahə üzrə beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc edilmiş (o cümlədən azı biri – xaricdə) məruzə və tezislərinin sayı azı üç olmalıdır; 3.9.5. iddiaçı dosent elmi adı aldıqdan sonra aşağıdakı tələblərdən birini yerinə yetirməlidir: 3.9.5.1. müvafiq ixtisas üzrə yaradıcılıq fəaliyyətinin əhəmiyyətli nəticəsini təqdim etməlidir; 3.9.5.2. respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı, qalibi, diplomantı olmalı və ya onları hazırlamalıdır; 3.9.5.3. iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı bir mütəxəssis elmi dərəcə almalıdır; 3.9.5.4. iddiaçı ixtisas üzrə yaradıcılıq işinə dair azı bir patent təqdim etməlidir. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyası tərəfindən Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyasına ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İddiaçı 5 il müddətinə xx.xx.2016-xx.xx.2021-ci il tarixinədək İncəsənət fakultəsində professor vəzifəsində çalışmış, xx.xx.2021-ci il tarixdən hal-hazıradək İncəsənət fakultəsində musiqi sənəti kafedrasında dosent vəzifəsində çalışır. Yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi, iddiaçının hazırda tutduğu vəzifə həmin normanın tələblərə cavab vermir. Belə ki, qeyd edilən “Qaydalar”da müvafiq “vəzifəni tutan” ifadəsindən istifadə edilmişdir, yəni iddiaçıya müvafiq adın verilməsi ilə bağlı icraat həyata keçirilərkən onun həmin vaxt qeyd edilən vəzifədə olması nəzədə tutulur. Lakin iddiaçıya elmi adın verilməsi ilə əlaqədar qiymətləndirmə aparılarkən, o həmin vaxt tələb olunan vəzifəni tutmamışdır.Həmçinin iddiaçı tərəfindən verilmiş müvafiq rəydə göstərilən tələblərə (fəaliyyətinin növünə görə 3.9.5-in heç bir bəndinə uyğun gəlmir: -3.9.5.1. müvafiq ixtisas üzrə yaradıcılıq fəaliyyətinin əhəmiyyətli nəticəsini təqdim etməlidir; İddiaçı yaradıcılıq fəaliyyəti - fortepiano sənətidir. İddiaçının yaradıcılıq fəaliyyətinin nəticələri yoxdur. -3.9.5.2. respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı, qalibi, diplomantı olmalı və ya onları hazırlamalıdır; Yaradıcılıq və pedaqoji fəaliyyəti ilə bağlı bu nəticələr də yoxdur. Bülbül adına orta-ixtisas musiqi məktəbinin direktor müavini işlədiyi müddətdə iddiaçının “1993-2010-cu illər ərzində 22 prezident təqaüdçüsünün, çoxsaylı ümumşəhər, respublika və beynəlxalq müsabiqə laureatlarının adları məktəbin tarixinə yazıldı” (iddiaçının “Həyat və yaradıcılıq haqqında” qoşma vərəqəsi, səh. 2), eləcə də Bakı Xoreoqrafıya Akademiyasının elm va yaradıcılıq üzrə prorektor vəzifəsində çalışan zaman (2015-2020) “bir sıra mədəni layihələrin, respublika elmi-nəzəri konfransların ideya müəllifi və təşkilatçısı olub” (səh. 2) kimi bəyanatları isə arqument deyildir, çünki bu onun daşıdığı inzibati vəzifə səlahiyyətlərinə daxil idi, yəni ona həvalə edilmiş təhsil müəssisəsinin yaradıcılıq və elmi işinin həyata keçirilməsi və təkmilləşdirilməsini təmin etmək onun birbaşa vəzifə borcu olmuşdur. - 3.9.5.3. iddiaçının elmi, rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı bir mütəxəssis elmi dərəcə almalıdır; Bu müddəanın da tələbi iddiaçı tərəfindən yerinə yetirilməmişdir. - 3.9.5.4. iddiaçı ixtisas üzrə yaradıcılıq işinə dair azı bir patent təqdim etməli) cavab verdiyini müəyyən edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmin Əsasnamənin 5-ci bəndində Komissiyada elmi adlar verilməsinə dair vəsatətlərə baxılma qaydaları müəyyən edilmişdir. 5.1. Dosent elmi adının verilməsi məsələsinə Komissiyanın Kollegiyasında, professor elmi adının verilməsi məsələsinə X4 baxılır və qərar qəbul edilir. 5.2. Elmi adlar verilməsinə dair vəsatətin və digər sənədlərin tərtib olunması qaydasını Komissiya müəyyən edir. ... 5.4. Komissiya elmi adlar verilməsinə dair vəsatət və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğuna nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır. ... 5.6. X2, Kollegiyasının və ya rəhbərinin qərarına əsasən ekspert şurasının iclaslarına elmi adların iddiaçıları dəvət edilə bilərlər. ... 5.9. Komissiya elmi adlar verilməsinə dair vəsatət və sənədlərə baxaraq, elmi ad verilməsi və ya elmi ad verilməsindən imtina barədə qərar qəbul edir. 5.11. Komissiya elmi adlar verilməsindən imtinaya dair qərar qəbul etdiyi tarixdən azı bir il keçdikdən sonra elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi şuraları həmin şəxsə həmin elmi adın verilməsi barədə təkrar vəsatət qaldıra bilərlər. 5.12. Komissiyanın elmi adlar verilməsinə dair qərarları qəbul edildiyi gündən qüvvəyə minir. 5.13. Elmi adlar verilməsinə dair vəsatət və digər sənədlər Komissiyada on ildən az olmayan müddətdə saxlanılır. Komissiyanın Sənətşünaslıq və memarlıq üzrə ekspert şurası tərəfindən iddiaçının attestasiya sənədlərinin, o cümlədən təqdim etdiyi tədris-metodiki işlərinin ekspertizası həyata keçirilmişdir. Məhkəmə qeyd edir k, Komisiyanın Sənətşünaslıq və Memarlıq elmləri üzrə Ekspert Şurasının xx.xx.2022-ci il tarixli 15 nömrəli iclas protokolunda qeyd edilmişdir ki, İddiaçı özü dəvət olunmaqla onun sənədlərinə baxılmış, elmi-pedaqoji fəaliyyətinə görə sənətşünaslıq elm sahəsinin 6213.01 - “Musiqi sənəti” ixtisası üzrə professor elmi adı verilməsinə dair verilmiş rəyləri (verilmiş hər 2 rəy mənfidir) və rəylərdə xeyli sayda iradların olduğu bildirilmişdir. Həmin iclasda ekspert şurasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı professor elmi adının verilməsi tövsiyyə edilməmişdir. Eyni zamanda iddiaçının attestasiya sənədlərinə dair verilən mənfi ekspert rəyində qeyd edilənlər cavabdeh inzibati orqanın imtina səbəblərdən olmuşdur. Qeyd edilən ekspert tərəfindən verilmiş mənfi rəylərdə də görünür ki, iddiaçı tərəfindən “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 3.9.5-ci yarımbəndində qeyd edilən tələblər yerinə yetirilməmişdir. Komissiyanın xx.xx.2022-ci il tarixli iclasında ekspert şurasının 12 üzvü səsvermədə iştirak etmiş, onlardan 11 nəfəri iddiaçının əleyhinə səs vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; Belə ki, Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Həmin Məcəllənin 73.3-cü maddələrinə müvafiq olaraq inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Belə olan halda, “professor elmi adının verilməsi” ilə bağlı cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə əsasən elmi adların verilməsi ilə bağlı cavabdeh inzibati orqanın fəaliyyəti onun özünün qiymətləndirməsinə əsaslanır və ona bununla bağlı qiymətləndirmə sərbəstliyi verilmişdir. Həmçinin məhkəmə, iddiaçının cavabdeh inzibati orqana 2018-ci il tarixdə müraciət etdiyi üçün həmin vaxt qüvvədə olan qanunvericiliyin müddəalarının tətbiq edilməsi dəlili ilə bağlı aşağıdakları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”nin (hazırda Azərbaycan Respublikası Prezidentinin 2019-cü il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə ləğv edilmişdir) 41-ci maddəsinə əsasən kafedra üzrə professor elmi adı aşağıdakılara verilir: - müsabiqə və ya təyinat üzrə ali təhsil müəssisəsində kafedra müdiri və ya professor vəzifəsini tutan, bu vəzifədə üç il müvəffəqiyyətlə işləyən, ali təhsil müəssisəsində incəsənət ixtisası üzrə fənləri on ildən az olmayan müddətdə tədris edən, otuz beş il elmi-pedaqoji iş stajı, dərc edilmiş tədris-metodiki və elmi işləri olan, dosent elmi adı almış, respublika və beynəlxalq müsabiqələrin laureatları olan və ya onları hazırlayan incəsənət işçilərinə. Məhkəmə qeyd edir ki, həmin normanın tələblərində ali təhsil müəssisəsində incəsənət ixtisası üzrə fənləri on ildən az olmayan müddətdə tədris etməsi tələbi təsbit olunmuşdur. Lakin İddiaçı attestasiya sənədlərinə əsasən vəsatət qaldırıldığı dövrə qədər müvafiq tələb üzrə staj müddəti yeddi il yeddi ay iyirmi bir gün təşkil etmişdir (xx.xx.1973-cü il tarixli əmək kitabçasının məlumatlarına əsasən). Həmçinin, həmin normanın tələblərində ali təhsil müəssisəsində kafedra müdiri və ya professor vəzifəsini tutan şəxslərə professor adı verildiyi qeyd edilmişdir. İddiaçı 2015-2020-ci illər ərzində Bakı Xoreoqrafiya Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Yəni iddiaçı müraciət etdiyi vaxt tutduğu vəzifəyə dair tələb hissəsində də müvafiq Əsasnamənin (əvvəllər qüvvədə olmuş) şərtlərinə cavab verməmişdir. İş materiallarına əlavə edilmiş, 2018-ci il 16 oktyabr tarixli, 27 saylı Komissiyanın Sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının iclasında iddiaçı iştirak etmişdir. Həmin tarixli iclasda 4-cü məsələ olaraq Sənətşünaslıq və Memarlıq üzrə Ekspert Şurasına daxil olmuş, Bakı Xoreqrafiya Akademiyasının “Musiqi fənləri” kafedrası üzrə İddiaçı professor elmi adının verilməsi məsələsi müzakirə edilmişdir.X8 fortepiano ixtisası üzrə təhsil alıb. Bülbül adına X12 məktəbində konsertmeyster, müəllim kimi fəaliyyət göstərib. Direktor müavini vəzifəsində işləyib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 2011-ci ildə dosent elmi adına layiq görülüb. 2015-ci ildən Xoreoqrafiya Akademiyasında fəaliyyətini davam etdirir. Elmi stajı 7 ildir. Pedaqoji stajı 42 ildir. İki dərs vəsaitinin müəllifidir. “Fortepiano pedaqogikasının əsasları” metodik tövsiyəsinin müəllifidir. Təqdim etdiyi bütün sənədlər siyahı ilə uyğundur. Tiflisdə, Florensiyada musiqi festivallarının iştirakçısı olub. 2011-ci ildə Fransada İnsan hüquqlarına həsr olunmuş Forumda iştirak edib. 2008-ci ildə Əməkdar İncəsənət xadimi fəxri adı almışdır. Həmin iclasda iddiaçının ali təhsil müəssisəsində elmi stajının tələblərə uyğun olmadığı qeyd edilmişdir. İradlara baxmayaraq, o cümlədən iddiaçının özünün həmin dövrdə ekspert şurasının üzvü olduğu səbəbindən ekspert şurasının 13 nəfər üzvündən 8 nəfər üzvü həmin iclasda iştirak etmiş və səsveremə nəticəsində 6 nəfər lehinə, 1 nəfər əleyhinə və 1 nəfər birtərəf olmaqla iddiaçıya elmi adın verilməsi tövsiyə olunmuşdur. Buna baxmayaraq, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbi ödənmədiyindən işə baxılması dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidenti X9 Komissiyası haqqında” Əsasnamənin 46-ci bəndinə əsasən komissiyanın rəyasət heyetinin və kollegiyasının iclasları onların tərkibinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Rəyasət heyətinin və kollegiyanın qərarları iclaslarda iştirak edən üzvlərin üçdə ikisinin səs çoxluğu ilə açıq səsvermə yolu ilə qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidenti X9 Komissiyası haqqında” Əsasnamənin 3.0.8-ci bəndinə əsasən elmi dərəcə və elmi adlar verilməsi üçün Komissiyada baxılan dissertasiya işlərinin və sənədlərin, elmi müəssisələrin (təşkilatların) akkreditasiya sənədlərinin ekspertizasına, habelə dissertasiya şuralarının fəaliyyətinin yoxlanılmasına yüksəkixtisaslı mütəxəssisləri cəlb etmək Komissiyanın hüquqlarından biri hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə tərəfindən tədqiq olunan sənədlərdən və işin məhkəmə tərəfindən araşdırılmış hallarından aşkar surətdə görünür ki, İddiaçı professor elmi adının verilməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, hazırki iş üzrə iddiaçının iddia tələbində qeyd etdiyi dəlillər əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı “professor elmi adının verilməsi” öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyasının üzərinə qoyulmasına dair iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev