Məhkəmə qərarları › İş №2-1(112)-15066/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15066/2025

22.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15066/2025 22.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Nizami rayon Polis İdarəsinə qarşı “iddiaçıların ünvan 1 ünvana qeydiyyata götürülməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Nizami Rayon Polis İdarəsinə qarşı “iddiaçıların ünvan 1 ünvana qeydiyyata götürülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 1989-cu ildən Bakı Maşınqayırma Zavodunda ilkin “Çilingər”, daha sonra Körpülü Kran sürücüsü” vəzifəsində işləmiş, 1992cu ildə ailə qurmuş, o zaman Bakı Keşlə Maşınqayırma Zavodun ailəli işçilər üçün müəyyən edilmiş yataqxanasının 105 saylı mənzili iddiaçının ailəsinə Orderlə verilmişdir. İddiaçı ailəsi ilə birlikdə 2002-ci ilə kimi həmin mənzildə yaşamış və 2002-ci ildə övladının xəstəliyi ilə əlaqədar Lerik rayonuna 10 günlük getmişdir. Geri məlum olmuşdur ki, ona məxsus mənzil Zəngilan rayonundan məcburi köçkün X10 və onun ailəsi tərəfindən zəbt olunduğunu görmüşdür. O zaman iddiaçı bu barədə yataqxanın və zavodun rəhbərliyinə müraciət edərək mənzili boşaldılmasına köməklik edilməsini xahiş etmişdir. Zavodun rəhbərliyi onu sakitləşdirmiş və tezliklə onları çıxaracağını bildirsələrdə, lakin çıxarmamışlar. Belə ki, həmin vaxtı ona bildirmişlər ki, “Məcburi qaçqın və köçkünlərin yaşadıqları mənzildən, onların geri qayıdana kimi çıxarılmaması barədə” Fərmanına əsas gətirərək onları çıxarmaq mümkün olmamışdır. Lakin buna baxmayaraq müxtəlif instansiyalara müraciət edərək ona köməklik edilməsini xahiş etsə də nəticəsi olmamışdır. İddiaçının qeydiyyatı həmin evə olduğu üçün daimi, həmin yataqxanaya gəlib getmiş, arayışlar almış, evin kommunal xərclərini ödəmiş və hər dəfə mənzilin nə vaxt boşaldılacağını soruşmuşdur. İddiaçı ailəsi ilə birlikdə artıq 20 ildən çoxdur kirayədə yaşayırlar. 2015-ci ildə bədbəxt hadisə zamanı İddiaçı2 ağır kəllə beyn xəsarətləri almış və uzun müddət yataq xəstəsi olmuşdur. O zaman iddiaçı mənzilini özbaşnalıqla zəbt edən Ruslan İsa oğlunu çıxarılması ilə məşğul ola bilməmişdir. Bina Birliyin balansına verildikdən sonra inventarizasiya aparılmış və binanın 4-cü mərtəbəsində 105 saylı otaq 69 saylı, binanın 5-ci mərtəbəsindəki 116 saylı mənzil 105 saylı nömrə ilə nömrələnmişdir”. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-13944/2023 sayh xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “ məhkəmə sorğusna cavab olaraq 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubunda görünür ki, İddiaçı2 1989-cu ildən Keşlə Maşınqayırma zavodunda işləmiş və həmin məssisə tərəindən ona Bakı şəhəri Nizami rayonu, Özbəkistan küçəsi 21 saylı binada otaq verildikdən sonra qeydiyyata düşmüşdür. 2002-ci ildə övladının xəstəliyi ilə əlaqədar Lerik rayonuna getdiyi zaman onun mənzilində Zəngilan rayonu məcburi köçkün X11 ailəsi ilə birlikdə məskunlaşmışdır. Maşınqayırma zavodunda işlədiyi dövrdə order əsasında qeydiyyata düşmüş Şahmarov X2 küçəsi 21 saylı bina Birliyin balansına xx.xx.20027-ci ildən qəbul edildiyi vaxtdan orderdə göstərilən mənzildə yaşamamışdır. Bina Birliyin balansına verildikdən sonra inventarizasiya aparılmış və binanın 4-cü mərtəbəsində 105 saylı otaq 69 saylı binanın 5-ci mərtəbəsindəki 116 saylı mənzil 105 saylı nömrə ilə nömrələnmişdir”. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-3869/2024-saylı xx.xx.2024-cü il tarixli Qərarının 8-ci səhifəsində göstərilmişdir ki,“ işin hallarından müəyyən olunur ki, İddiaçı2 xx.xx.1989- xx.xx.2000-ci illərdə Bakı Keşlə Maşınqayırma Zavodunda işləmiş və ona işlədiyi dövrdə Bakı Keşlə Maşınqayırma Zavodunun balansında olan bakı şəhəri , ünvan 2 ünvanında yerləşən yataqxana binasında , 4-cü mərtəbəsində 105 saylı mənzil 3 nəfər ailə tərkibində yaşaması üçün verilmişdir. İddiaçı2 xx.xx.2004-cü il tarixdən, X7, İddiaçı1 xx.xx.2011-ci il tarixində Bakı şəhəri Nizami rayonu Özbəkistan küçəsi 21 saylı evin 105 sayh mənzilində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İşin hallarından müəyyən olunur ki, yataqxana binası dövlət mənzil fonduna aid edildikdən və cavabdehin balansına qəbul edildikdən sonra balansaxlayıcı tərəfindən aparılmış inventarizasiya zamanı sıralama ardıcıllığına uyğun olaraq binanı 4-cü mərtəbəsində yerləşən 105 saylı otaq 69 sayla, 5-ci mərtəbəsində yerləşən 116 saylı otaq 105 sayla nömrələnmişdir.” 83 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2025-ci il tarixli 106 saylı Arayışında göstərilmişdir ki, “verilir İddiaçı2 ondan ötrü ki, həqiqətəndə əvvəllər qeydiyyatda olduğu Özbəkistan küçəsi ev 21 otaq 105 sayh otaq Bakı şəhəri MKTD-nin 1 saylı XT MKTB-nin balansına qəbul edildikdə aparılmış inventarizasiya zamanı sıralama ardıcıllığına uyğun olaraq 69 saylı nömrələnmişdir. Bina balansa qəbul edildikdən hal-hazıra kimi həmin otaqda Zəngilzn rayonundan məcburi köçkün kimi 4 nəfər ailə üzvləri ilə (özü , avadı və iki uşağı) X8 yaşayır. Həmən 69 sayh otağa aid heç bir sərəncam və ya başqa bir sənəd yoxdur. ” Bununla əlaqədar iddiaçının Bakı şəhəri Nizami rayon Polis İdarəsinə müraciətinə bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2025-cü il 3- 15-52/2-Ş-22662/15 sayh məktubu qeyd edilmişdir ki, “güya qeydiyyata düşmək üçün mülkiyyət hüququnu təsdiq edən müvafiq sənəd təqdim edilməməsi səbəbindən Polis İdarəsini İnzibati binasına qeydiyyata götürülməyi mümkün deyildir. ” Hazırda iddiaçının şəxsiyyət vəsiqəsi öz qüvvəsini itirdiyindən, o hər hansı bir dövlət orqanına, o cümlədən pensiyası ilə bağlı məsələnin həll edilməsi üçün müraciət edə bilmir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. ƏSƏSLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aiadiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmalarını istədikləri evin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçılarının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddinı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş digər iddiaçılar və cavabdeh məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, cavabdeh məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə digər iddiaçılar və cavabdehin (nümayəndəsinin) iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin mzəmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Tədqiq edilmiş sənədlər Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-52/2-Ş- 22662/Y nömrəli məktubunda qeyd edilmişdir ki, göstərilən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması üçün “Yaşayış yeri üzrə və olduğu yer uzrə qeydiyyat haqqında “Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həmin mənzilin qanunvericiliklə nəzərdə tutulmuş sənədini (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakin dövlət reyesterindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud AR qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və mülkiyyət sahibinin razılıq ərizəsini QMB-nə təqdim edilməlidir. Göstərilən sənədlər olmadıqda qeydiyyata alınma mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13944/2023 nömrəli “iddiaçı X4 cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı2, X6, İddiaçı1 və X3 cəlb olunmaqla) mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” xx.xx.2023-cü il tarixli Qərarı ilə iddianın təmin edilməsi üçüncü şəxslər İddiaçı2, X6, İddiaçı1 və X1 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3869/2024 saylı “İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı mənzil kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi” xx.xx.2024-cü il tarixli Qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanuna əsasən: - 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. - 2. şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5. yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs (şəxslər), üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. İşin faktiki hallarına əsasən iddiaçıların ünvan 1 ünvanına nə mülkiyyət hüququ, nə icarə (və ya kirayə) müqaviləsi, nə digər qanuni əsaslarla yaşayır və bunun nəticəsi olaraq iddiaçılar cavabdeh orqana və ya məhkəməyə qanunla tələb olunan sənədləri ( fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qediyyatı barədə sənədləri) təqdim edə bilməmişdirlər. İş materiallarında qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13944/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarında İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanına dair əmlak hüquqları olmayan şəxslər olması öz əksini tapmışdır. Bundan əlavə Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(112)-3869/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı ilə İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı mənzil kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi barədə iddiası rədd edilmiş, yəni, iddiaçıların hazırki mübahisəli mənzilə dair hüquqlarının mövcud olmaması öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Məhkəmə işin bütün hallarına məcmu qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıara münasibətdə hərəkəti (hərəkətsizliyi) qanunauyğun olmuşdur, belə ki, iddiaçılar ünvan 1 ünvanına mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə (və ya kirayə) müqaviləsi və qanuni əsaslarla yaşamalarına dair digər sənədlər təqdim edilmədiyi halda cavabdehin iddiaçılarının həmin ünvana yaşayış yeri üzrə qeydiyyata almasından imtinası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏVİ HİSSƏ Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar