Məhkəmə qərarları › İş №2-1(112)-15080/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15080/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15080/2025 04.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Hacıbəyova Miminat Tacib qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “iddiaçıya məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “iddiaçıya məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. (İş № 2-1(112)-15080/2025) Ona qədər iddiaçı X1 xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “iddiaçıya məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür (iş № e-2-1(112)- 15081/2025). Qanuni nümayəndə xx.xx.2025-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək qızı İddiaçı Səlim oğlunun adından yazdığı iddia hakim Günel Tanrıverdiyevanın icraaatında olan 2-1(112)- 15081/2025 nömrəli işinə birləşdirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, işlərin faktiki və hüquqi əsasları eyni olduğundan və hər iki üzrə iddiaçılar ailə üzvlü olduğlarına görə vahid qərar qəbul edilməsi məqsədilə hazırkı 2- 1(112)-15080/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)-15081/2025 nömrəli işlə inzibati iş üzrə icraata birləşdirilməlidir. Azərbyacan Respublikası İnzibati Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 83.1-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: 2-1(112)-15080/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)- 15081/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin. Bu qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar