Məhkəmə qərarları › İş №2-1(112)-15098/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15098/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15098/2023 06.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “barışıq sazişi və öhdəliklərin icrası haqqında müqavilənin dərhal icra olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-1000/2014 saylı qətnaməsinin icra olunması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X12 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “Cavabdeh Mənzil Tikinti Kooperativi ilə bağlanılmış xx.xx.2017-ci il tarixli barışıq sazişinə və həmin tarixli “Öhdəliklərin icrası haqqında” müqavilənin, cavabdeh tərəfindən dərhal icra olunmasına dair; Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-1000/2014 saylı Qətnaməsinin cavabdeh tərəfindən icra olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə aralarında bağlanılmış xx.xx.2017-ci il tarixli barışıq sazişinə və həmin tarixli “Öhdəliklərin icrası haqqında” Müqaviləyə əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin sökülərək Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında inşa ediləcək yeni yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində ümumi sahəsi 163 kv.m olan yaşayış sahəsinin tikilərək ona təhvil veriləcəyi, yeni yaşayış binasının tikildiyi dövrdə aylıq 600 (altı yüz) manat olmaqla hər ay kirayə haqqı ödəniləcəyi, qeyd edilən öhdəliklərə əməl edilməyəcəyi təqdirdə isə tərəfindən ünvan 3 ünvanında mənzilin 3-cü tərəfdən alınaraq onun mülkiyyətinə keçiriləcəyinə dair razılığa gəlinmiş, bununla bağlı müqavilə notariat orqanı tərəfindən təsdiqlənmişdir. Artıq 6 (altı) il 10 (ay) keçməsinə baxmayaraq Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binası tikilərək başa çatdırılmamışdır. Və bununla da Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən onun üzərinə düşən öhdəlik icra olunmamışdır. Müqavilənin şərtlərinə əsasən (Müqavilənin 5-ci bəndi) yeni yaşayış binasının tikildiyi dövrdə aylıq 600 (altı yüz) manat olmaqla hər ay kirayə haqqı ödəniləcəyi, qeyd edilən öhdəliklər də Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən icra olunmamışdır. Qeyd etdiyi kimi Cavabdeh Mənzil Tikinti Kooperativi ilə aralarında bağlanılmış xx.xx.2017-ci il tarixli barışıq sazişi və müqavilənin və bundan irəli gələn öhdəliklər cavabdeh tərəfindən icra edilməmiş və bu məsələnin müsbət həllinə dair heç bir iş görülməmişdir. xx.xx.2017-ci il tarixli müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh Mənzil Tikinti X2 hüquqi varisi olduğu ünvan 1 ünvanında yerləşən əmlakın öz mülkiyyətinə alaraq sonradan sökülməsi ilə əlaqədar 2-ci tərəfi, yəni onu yeni təmirli mülkiyyət ilə təmin olunmasını öz öhdəsinə götürmüşdür. Həmçinin sözügedən müqavilənin 3-cü bəndinə əsasən cavabdeh tərəf Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında inşa edilən binanın 2-ci blok, 6-ci mərtəbəsində, ümumi sahəsi 163 (yüz altımış üç) kv.m təşkil edən yaşayış sahəsinin X7 mülkiyyətinə verilməsini öz üzərinə götürmüşdür. Həmçinin sözügedən müqavilənin 6-cı bəndinə əsasən qeyd olunan ünvan 4 ünvanında yerləşən mənzilin gələcəkdə 2-ci tərəf, yəni X7 mülkiyyətinə verilməsi məqsədi ilə qeyd olunan mənzilin alqı-satqı müqaviləsi ilə alıcıya, yəni 2-ci tərəfə (T.Ə.Qurbanova) düşən pulun ödəniş öhdəliklərini cavabdeh tərəf öz öhdəsinə götürmüşdür. Bundan başqa cavabdeh tərəfindən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)- 1000/2014 saylı qətnaməsi də bu günə kimi icra olunmamışdır. Belə ki, sözügedən qətnaməyə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən X6 ((X7 atası (xx.xx.2016-cı il tarixdə vəfat etmiş, ölüm haqqında şəhadətnamə iddia ərizəsinə əlavə edilmişdir)) xeyrinə 24064 (iyirmi dörd min altımış dörd) manat maddi, 2000 (iki min) manat mənəvi ziyan, 300 (üç yüz) manat ekspertiza, 100 (yüz) manat nümayəndə xərci, həmçinin 5 (beş) manat dövlət rüsumunun, cəm olaraq 24469 (iyirmi dörd min dörd yüz altmış doqquz) manat pul vəsaitinin tutulması qət edilmişdir. Məhkləmə qətnaməsində qeyd edilən, 24469 (iyirmi dörd min dörd yüz altımış doqquz) manat məbləğində olan pul vəsaitinin tam şəkildə ödənilməsi də cavabdeh tərəfindən təmin edilməmişdir. Buna dair dəfələrlə Cavabdeh Mənzil Tikinti Kooperativinə (onun rəhbərliyinə) müraciət, pretenziya qaydasında göndərilən məktublara baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi, müqavilə və ondan irəli gələn öhdəliklər, həmçinin də digər öhdəliklər Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən icra olunmamışdir. Cavabdehə ünvanlanmış müraciətlərdə aralarında bağlanılmış xx.xx.2017-ci il tarixli barışıq sazişi və müqavilənin (öhdəliklərin icrası haqqında) icra olumaması təqdirdə tərəfindən müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, cavabdeh tərəfindən onun üzərinə götürdüyü öhdəliklər, həmçinin də qeyd olunan məhkəmə qətnaməsinin icra olunmasını tələb edir. Cavabdeh tərəfindən ona və ailə üzvlərinə qarşı edilən hərəkətlər onların hüquq və azadlıqlarının kobud şəkildə pozuntusu kimi qiymətləndirilməlidir. X6 hüquqi varisi X10 və Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanılmış xx.xx.2017-ci il tarixli barışıq sazişinə əsasən X10 “tikinti-təhlükəsizlik qaydalarının pozulması, yaşayış evinin istifadəyə yararsız hala salınması nəticəsində vurulan ziyanın əvəzinin ödənilməsi” tələbinə dair verdiyi iddia ərizəsindən imtina edir və hüquqi varis olduğu ünvan 5 ünvanında olan, dövlət reyestrində ümumi sahəsi 117 kv.m olan daşınmaz əmlakın mülkiyyət hüququndan Cavabdeh Mənzil Tikinti Kooperativinin xeyrinə imtina etmişdir. Qeyd olunan daşınmaz əmlak Cavabdeh Mənzil Tikinti Kooperativinə əvəzsiz və qeyri-şərtsiz verilmişdir. Bu Saziş imzalanan gündən 1 (bir) gün ərzində bu barədə bu sazişin təkib hissəsi olan öhdəliklərin icra edilməsi haqqında 22 yanvar 2017-ci il tarixli müqaviləsinin imzalanmasını tərəflər öz öhdəsinə götürmüşdür. Cavabdeh Mənzil Tikinti Kooperativi əvəzində Nəsimi rayonu, M.İbrahimov, D. Əliyeva, Ə. Topçubaşov və M.Ə. Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında inşa ediləcək binanın 2-ci blok, 6-cı mərtəbəsində ümumi sahəsi 163 (yüz altmış üç) kv.m təşkil edən yaşayış sahəsini təmirli şəkildə X7 mülkiyyətinə verilməsini öz öhdəsinə götürmüşdür. X10 bu öhdəliklərin icra edilməsi müqaviləsi imzalanan gündən 2 (iki) gün ərzində hüquqi varisi olduğu ünvan 6 ünvanında olan yaşayış sahəsini tam boşaldaraq təhvil-təslim aktla Cavabdeh Mənzil Tikinti Kooperativinə təhvil verilmişdir. Cavabdeh Mənzil Tikinti X2 kirayəçi qismində yaşayışının təmin edilməsini öz öhdəsinə götürmüşdür. Bununla bağlı 2 (iki) il ərzində, hər ay 600 (altı yüz) manat vəsaiti X7 imzaladığı kirayə müqaviləsinə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativi icarəyəverənə qeyri-şərtsiz ödəmişdir. X15 üzrə tərəflər arasında bağlanan bu sazişin tərkib hissəsi olan 22 yanvar 2017-ci il tarixli öhdəliklərin icra edilməsi haqqında müqaviləsininin şərtləri Cavabdeh Mənzil Tikinti Kooperativinin təqsiri üzündən pozularsa, məhkəmə tərəfindən təsdiqlənmiş saziş icra vərəqəsi hesab ediləcək və müqavilənin şərtlərinə müvafiq olaraq icraya yönəldiləcəkdir. Cavabdeh Mənzil Tikinti Kooperativi və X10 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli öhdəliklərin icrası haqqında müqaviləyə əsasən Cavabdeh Mənzil Tikinti X2 hüquqi varisi olduğu ünvan 7 ünvanında olan əmlakın öz mülkiyyətinə alaraq, sonradan sökülməsi ilə əlaqədar X8 yeni təmirli mülkiyyət ilə təmin olunmasını öz öhdəsinə götürmüşdür. Sökülən əmlakın sığortalanması məqsədi ilə aralarında girov müqaviləsi imzalanmışdır. Girov müqaviləsi ilə girov qoyulan əmlak ünvan 8 ünvanında «C» bloku 14-cü mərtəbədə sahəsi 155 kv.m təşkil edən qeyri-yaşayış sahəsi üzrə pay hüququ olan əmlak hesab edilmişdir. Girov müqaviləsi bu müqavilə imzalanan gün və eyni vaxt imzalanır. Girov müqaviləsi imzalanandan sonra X10 “tikinti-təhlükəsizlik qaydalarının pozulması, yaşayış evinin istifadəyə yararsız hala salınması nəticəsində vurulan ziyanın əvəzinin ödənilməsi” tələbinə dair verdiyi iddia tələbindən imtina etmiş və bu barədə barışıq sazişini imzalayaraq Ali Məhkəməyə 1 (bir) gün ərzində təqdim edir. Eyni zamanda, hüquqi varis olduğu ünvan 9 ünvanında olan, dövlət reyestrində ümumi sahəsi 117 kv.m olan daşınmaz əmlakın mülkiyyət hüququndan Cavabdeh Mənzil Tikinti Kooperativinin xeyrinə imtina etmişdir. Qeyd olunan daşınmaz əmlak Cavabdeh Mənzil Tikinti Kooperativinin mülkiyyətinə əvəzsiz və qeyri-şərtsiz verilmişdir. Bu Müqavilə imzalanan gündən 1 (bir) gün ərzində bu barədə müvafiq müqavilələrin imzalanmasını tərəflər öz öhdələrinə götürmüşlər. Cavabdeh Mənzil Tikinti Kooperativi Nəsimi rayonu, M.İbrahimov, D. Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında inşa edilən binanın 2-ci blok, 6-cı mərtəbəsində, ümumi sahəsi 163 (yüz altmış üç) kv.m təşkil edən yaşayış sahəsini X7 mülkiyyətinə verilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh Mənzil Tikinti Kooperativinin inşa etdiyi bina başa çatandan sonra tərəflər arasında imzalanmış girov müqaviləsinə vaxtından əvvəl xitam verilmiş və bu barədə tərəflər müvafiq sənəd imzalanmasını öz öhdələrinə götürmüşlər. Bu Müqavilə imzalanan gündən 2 gün ərzində X10 hüquqi varisi olduğu ünvan 1 ünvanında olan yaşayış sahəsini tam boşaldaraq təhvil-təslim aktla Cavabdeh Mənzil Tikinti Kooperativinə təhvil vermişdir və X5 götürdüyü mənzilə köçürmüşdür. Cavabdeh Mənzil Tikinti X2 kirayəçi qismində yaşayışının təmin edilməsini və 2 il ərzində hər ay 600 (altı yüz) manat icarə haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. Tərəflərin qarşılıqlı razılaşması əsasında ünvan 10 ünvanında olan mənzilin gələcəkdə X7 mülkiyyətinə verilməsi məqsədi ilə qeyd olunan mənzilin alqı-satqı müqaviləsi ilə alıcıya, yəni X9 düşən pulun (pulun Cavabdeh Mənzil Tikinti Kooperativi ilə razılaşdırılmış təqdirdə) ödəniş öhdəliklərini Cavabdeh Mənzil Tikinti Kooperativi öz öhdəsinə götürmüşdür. Tərəflərin qarşılıqlı razılığı əsasında Cavabdeh Mənzil Tikinti X3 digər mənzilin alınması məsələsinə baxaraq qeyd olunan şərtər əsasında həll edə bilər. Qeyd olunan müqavilələr imzalandığı təqdirdə Cavabdeh Mənzil Tikinti Kooperativi bu müqavilənin 3-cü bəndinin tələbindən və icrasından imtina etmiş və tərəflər arasında imzalanmış girov müqaviləsinə vaxtından əvvəl xitam verilmiş və bu barədə tərəflər müvafiq sənəd imzalanmasını öz öhdələrinə götürmüşlər. Eyni zamanda, kirayə müqaviləsinə vaxtından əvvəl xitam vermək haqqında ödənişlərini dayandırmışdır. Bu Müqavilə üzrə X7 təqsiri üzündən müqavilənin hər hansı bir müddəası yerinə yetirilməyəcəyi təqdirdə müqavilə tamamilə pozulmuş hesab edilir və bu müqavilə şərtləri daxilində bağlanmış barışıq sazişinə dair qəbul edilmiş qərardad icraya yönəldilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1000/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək Cavabdeh Mənzil Tikinti X1 xeyrinə 24064 (iyirmi dörd min altmış dörd) manat maddi, 2000 (iki min) manat mənəvi ziyan, 300 (üç yüz) manat ekspertiza, 100 (bir yüz) manat nümayəndə xərci, həmçinin 5 (beş) manat 10 (on) qəpik dövlət rüsumu vəsaiti tutulmuşdur. İddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsinin müqavilə öhdəliklərinin icrasının tələb edilməsi və məhkəmə qətnaməsinin icrası ilə əlaqədar aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət edilməli olduğu izah edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Cavabdeh Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına əsasən inzibati orqan deyil. Bununla yanaşı, hazırki iddia tələbi iki hissədən ibarətdir: 1. Cavabdeh Mənzil Tikinti Kooperativi ilə bağlanılmış xx.xx.2017-ci il tarixli barışıq sazişinə və həmin tarixli “Öhdəliklərin icrası haqqında” müqavilənin icra olunması; 2. Cavabdeh tərəfindən dərhal icra olunmasına dair; Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-1000/2014 saylı Qətnaməsinin cavabdeh tərəfindən icra olunması”. Məhkəmə müəyyən edir ki, hazırki iş üzrə tələb Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı yönəldiyindən inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya qanuna müvafiq qaydada iddia tələbinin birinci hissəsi ilə bağlı iddia ərizəsi ilə, iddia tələbinin ikinci hissəsi ilə bağlı isə məhkəmə qətnaməsinin icrası ilə bağlı ərizə ilə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah edilsin. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar