Məhkəmə qərarları › İş №2-1(112)-1513/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1513/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1513/2024 05.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatına alınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini tələb etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 33 ünvanda yerləşən, 113.7 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini X2 ******* saylı alqı-satqı müqaviləsi ilə almışdır. Həmin qeyri-yaşayış sahəsi Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, 14 saylı icazə sənədi ilə tikilmişdir. İddiaçı binanın onun adına rəsmiləşdirilməsi məqsədi ilə cavabdehə dələlərlə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubu ilə ərizənin icra olunmasından imtina edilərək bildirilmişdir ki, qeyri-yaşayış binasına dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər-torpaq sahəsinə dair sənəd, tikintiyə icazə təqdim edilməmişdir. İstismara icazə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Qeyriyaşayış binası 2019-cu ildə iddiaçının adına alqı-satqı müqaviləsi əsasında keçmişdir. Lakin layihə və istismara icazə alqı-satqı müqaviləsindən əvvəl iddiaçının adına verilmişdir. Həmçinin, qeyri-yaşayış binasına texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı bildirişdə göstərilən çatışmazlıqları aradan qaldırıb yenidən DƏDRX-nə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə cavab yazaraq nöqsanların tam aradan qaldırılmadığını bildirmiş və hüquqlarını reyestrdə qeydiyyata almaqdan imtina etmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə cavabdeh orqana müraciət etmiş, lakin ərizəsinə münasibət bildirilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur.

3. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, sözügedən ünvanda yerləşən bağ sahəsi ilə bağlı **********62 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. Bundan əlavə təqdim edilmiş layihə ilə istismara icazədə sifarişçi kimi fərqli hüquq sahiblərinin adları qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövculuğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir, İddiaçı ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov küçəsində, yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, ********** nömrəli, xx.xx.2021-ci il tarixli və Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 335 ünvanında yerləşən qeyriyaşayış binasında inşa edilən əlavə tikililərin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar bildirilir ki, qeyri-yaşayış binasında inşa edilən əlavə tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun tikintiyə icazə və istismara icazə sənədləri təqdim edilməmişdir. Əlavə olaraq bildiririk ki, iddia olunan əraziyə daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli ********** nömrəli müraciət daxil olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, 335 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində xüsusi mülkiyyət hüququ və torpaq sahəsi üzərində icarə hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair həmin Qanunun 8.0.9.2.-cu maddəsinə görə çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair həmin Qanunun 8.0.10.1.-ci maddəsinə görə tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80- ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 saylı qərarı ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması" təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 74 saylı qərarı ilə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil omaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə forması təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5. və 4.11.12.-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsədə, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2018-ci il tarixli, 226 nömrəli fərmanının 2-ci bəndində qeyd olunur ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini 01 avqust 2018-ci il tarixdən sonra (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X4 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq cavabdeh orqan məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan yazılı vəsatətdə qeyd olunmuşdur ki, iş üzrə 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh qismində cəlb edilmişdir. Qeyd edilən inzibati iş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin 3-cü şəxs qismində cəlb edilməsi zərurəti yaranmışdır. Belə ki, iddia olunan əraziyə daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli ********** nömrəli müraciət daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-11381/2023 saylı inzibati iş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin 3-cü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

6. Reyestrdə 4Ə-758 nömrə ilə qeyd olunan xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Alqısatqı müqaviləsinə əsasən X3 Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, 33 (335) ünvanda yerləşən ümumi sahəsi 113.7 kv.m olan qeyri-yaşayış binasını İddiaçı mülkiyyətinə vermişdir.

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, 335 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, 335 ünvanında yerləşən torpaq sahəsi xx.xx.2021-ci il tarixli 887 nömrəli icarə müqaviləsinə əsasən İddiaçı icarəyə verilmişdir (yüklülüyün müddəti: xx.xx.2021xx.xx.2023).

9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) Aktda qeyd olunmuşdur ki, təqdim olunmuş layihəyə əsasən yalnız ərizəçiyə məxsus hissəyə eskiz tərtib olunmuşdur. Ümumi tikiliyə bölgü sxemi təqdim edilməmişdir. Təqdim olunmuş layihədəki sxem ayrılmış şəkildə tərtib edildiyi üçün ayrıca eskiz tərtib edilməsi mümkün olmadı. Koordinatlar t/p-ta işlənmişdir. ********** № ilə ƏMDX sifarişi olub. Sahə daxilində qeydiyyatdan keçmiş qeyri-yaşayış sahəsi vardır.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, iddiaçının cavabdeh orqana müraciəti qeyriyaşayış sahəsi üzərində inşa edilmiş əlavə tikililərə dair hüquqların qeydiyyata alınması ilə bağlı olmuş, lakin əlavə tikililərə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.

II. İddianın mümkünlüyü

11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

14. İddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, 33 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması kimi qeyd olunmuşdur.

15. Məhkəmə ilk növbədə müəyyən edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, 335 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır (Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) Aktında da qeyriyaşayış sahəsinin qeydiyyata alındığı qeyd olunmuşdur).

16. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının real tələbi Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, 335 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində inşa edilmiş əlavə tikililərə dair hüquqların qeydiyyata alınması ilə bağlıdır. Belə ki, iddiaçı tərəfindən cavabdeh orqana müraciət ərizələrində də Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, 335 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində inşa edilmiş əlavə tikililərə dair hüquqların qeydiyyata alınması tələb olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının cavabdeh orqana müraciətinin qeyriyaşayış sahəsi üzərində inşa edilmiş əlavə tikililərə dair hüquqların qeydiyyata alınması ilə bağlı olduğunu, lakin cavabdeh orqana əlavə tikililərə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyini bildirmişdir.

17. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir.

18. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir.

19. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir.

20. Odur ki, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli məktubla müvafiq hüquqi yardım göstərilərək Bakı şəhəri, Binəqədi rayonu, Ak. Z.Bünyadov prospekti, 335 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş, qeyri-yaşayış sahəsi üzərində inşa edilmiş əlavə tikililərə dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə iddia tələbini dəqiqləşdirməyi təklif olunmuşdur. Lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbi dəqiqləşdirilməmişdir.

21. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

22. İddia tələbi mümkün sayılmadığından məhkəmə prosssual qənaət prinsipindən çıxış edərək cavabdeh tərəfindən təqdim edilən vəsatətə (üçüncü şəxsin cəlb edilməsi ilə bağlı) münasibət bildirməyi zəruri hesab etmir.

23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

24. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar