Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1513/2025 23.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər "xxxx" MMC) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi, dalan 1, 2 saylı evin tikili və torpaq sahəsinin Vialon MMC-nin istifadəsinə verilməsinə dair Bakı şəhəri İcra Hakimiyyətinin 194 saylı, 05 avqust 2021-ci il tarixli sərəncamının ləğv edilməsini və həmin sərəncam əsasında digər hüquq müəyyənedici sənədlər alınmışdırsa onların da ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Abdul qızı Bakı şəhəri, Nəsimi rayonu, A Qurbanov küçəsi dalan 1,2 saylı sahəsi 117.30 kv.m. evin 3/18 hissəsinin tikili və torpaq sahəsinin mülkiyyətçisidir. Bakı şəhər İcra Hakimiyyəti 194 saylı, 05 avqust 2021-ci il tarixli sərəncamı ilə Vialon MMC-nə iddiaçının mülkiyyətində olan evin və torpaq sahəsini məktəb tikmək üçün istifadəsinə vermişdir. Həmin sərəncamın mövcud olması iddiaçıya məlum olmuşdur və bu sərəncamdan istifadə edən 3-cü şəxsin nümayəndələrin onu öz istədikləri qiymətlə evdən çıxmağa məcbur edir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Bakı şəhər İcra Hakimiyyətinin 194 saylı, xx.xx.2021-ci il tarixli sərəncamının İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlaka aid hissədə etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-10226/2024 nömrəli qərardadı ilə "xxxx" MMC iş üzrə inzibati məhkəmə iclasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh tərəfindən və üçüncü şəxs tərəfindn iddiaya yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0208 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 117.30 kv.m olan fərdi yaşayış evi **********28-10301 reyestr nömrəsi ilə X2, X3, X10, X9, X8, X6 adına hər birinə 3/188 hissədə paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 3-52/2-2875/2024 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 194 nömrəli sərəncamında göstərilmişdir ki: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 07 nömrəli müraciətini, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 1/117 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-03642 nömrəli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********38 nömrəli razılıq məktublarını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini rəhbər tutaraq qərara alıram: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Əlibəy Hüseynzadə, Balababa Məcidov və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.07 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni müasir məktəb binasının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilsin. Sifarişçiyə tapşırılsın: Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin; Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” Müdiriyyəti ilə 3 (üç) ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmin etsin; Torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin; Tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 X1 Ekspertiza Baş İdarəsinin müsbət rəy Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tik işlərinə başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasını təmin etsin. Bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etsin. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilmə bu Sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qayd baxılacaqdır. Torpaq sahələri üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbay Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. Bu Sərəncamın icrasına nəzarət Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiya tapşırılsın. -xx.xx.2021-ci il tarixli 07 nömrəli "xxxx" MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasında aparılan sosial-iqtisadi islahatlar ölkəmizin inkişafına öz müsbət təsirini göstərmişdir. Bu dövrdə ölkəmizin iqtisadi və sosial inkişafı tikinti şəhərsalma və memarlıq sahələrinin geniş miqyaslı inkişafı ilə də sıx əlaqəli olmuşdur. Bu günlərdə də Bakımızın yenidənqurulması, abadlaşdırılması, tarixi-memarlıq binaların, muzey və mədəniyyət ocaqlarını təmiri və eləcədə şəhər və rayonlarımızın cəlbedici görkəm alması, orada müvafiq infrastrukturların yaradılması ölkəmizin inkişaf göstəriciləri kimi qəbul edilməlidir. Bakı şəhər, Nəsimi rayonu, C.Məmmədquluzadə, Ə.Hüseynzadə, B.Məcidov və A.Qurbanov küçələrinin kəsişməsində yerləşən ərazidə memarlıq görünüşünə xələl gətirən yaşayış üçün yararsız olan binaların sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və həmin ərazidə yeni müasir məktəb binasının layihələndirilməsi ilə bağlı 1.1 ha torpaq sahəsinin ayrılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirik. -Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 1/117 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi rayon İcra Hakimiyyətinə müraciət edərək Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Əlibəy Hüseynzadə, Balababa Məcidov və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində yerləşən 1.1 ha ərazidə şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülərək, həmin ərazidə yeni, müasir məktəb binasının tikilməsinə icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Qaldırılan məsələnin müsbət həllinə etiraz etmirik və məsələyə öz səlahiyyətləriniz daxilində baxılmasını Sizdən xahiş edirik. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli **********48 nömrəli “Torpaq sahəsinin ayrılmasına rəy bildirilməsi barədə” məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Əlibəy Hüseynzadə, Balababa Məcidov və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində yerləşən 1,10 hektar torpaq sahəsinin məktəb binasının tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına rəy bildirilməsi barədə müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Qeyd olunan torpaq sahəsinin ayrılmasına rəy bildirilməsi üçün sifarişçinin vəsaiti hesabına həmin sahənin yerquruluşu qaydasında hüdudlarının yerdə (naturada) və xəritədə müəyyən edilməsi barədə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə müvafiq tapşırıq verilmişdir. Yerquruluşu işlərinin nəticəsinə uyğun məsələyə münasibət bildiriləcəkdir. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli XO-xx-xx-2021-03642 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri. Nəsimi rayonu, C.Məmmədquluzadə. Ə.Hüseynzadə, B.Məcidov və A.Qurbanov küçələrinin kəsişməsində yerləşən, şəhərin ümumi görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların və qeyri-yaşayış obyektlərin sökülərək yerində müasir məktəb binasının tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1,10 hektar torpaq sahəsinin ayrılmasına dair rəy bildirilməsi barədə xx.xx.2021-ci il tarixli 7-529/7 nömrəli məktubunuza Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır.Qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin müvafiq qanunvericiliyə əsasən ərazidəki tikililərin sökülməsi və üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etmirik. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli **********38 nömrəli məktubunda göstərilmişdir ki, Qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ayrılması nəzərdə tutulan torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmaqla, naturada faktiki ölçüsünün 1,07 hektar təşkil etdiyi, eləcə də hüdudları daxilində fərdi yaşayış evlərinin və 3 (üç) ədəd qeyriyaşayış sahəsinin mövcud olduğu müəyyən edilmişdir. Ərazidə yerləşən fərdi yaşayış evləri və qeyri-yaşayış sahələri ilə bağlı məsələlərin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi şərtilə tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,07 hektar torpaq sahəsinin məktəb binasının tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etmirik. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il taarixdə tərtib edilmiş **********28- 10301 reyestr nömrəli torpaq sahəsinə aid Texniki Pasportun surətindən görünür ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 0.0238 ha, faktiki sahəsi 0.0208 ha, tikinti altı sahəsi 0.01878 ha, kənar sahəsi 0.00502 ha olmaqla ərazidə A və B tikililəri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-1709/2025 nömrəli məktubu ilə Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Əlibəy Hüseynzadə, Balababa Məcidov və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində yerləşən yaşayış məntəqələrinin kateqoriyasına aid ərazidən məktəb binaısnın tikintisi məqsədilə "xxxx" MMC-yə ayrılması nəzərdə tutulan 1.07 hektar torpaq sahəsinin yerquruluşu planı təqdim edilmişdir. Təqdim edilmiş ortofoto görüntüyə əsasən İddiaçı adına paylı mülkiyyətdə olan daşınmaz əmlakın dövlət reyestrində **********28-10301 nömrəsi ilə qeydiyyata alınmış qeydiyyata alınmış əmlak "xxxx" MMC-yə sərəncamla ayrılmış torpaq sahəsinin yeruquluşu planındakı koordinatlar daxilində yerləşir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. -76.1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. -76.2. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. -76.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 152.1-ci addəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun aşağıdakı maddələrinə əsasən: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. - 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -65.1.2 Müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı mübahisələndirilən sərəncamla xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə və torpaq sahəsinə müdaxilənin qarşısının alınmasına və mülkiyyət hüququnun həmin müdaxilədən qorunmasına nail olmaqdan ibarətdir. İş üzrə materiallardan görünür ki, sözügedən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının paylı mülkiyyətdə olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülkiyyət hüququ əsasında iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 1.07 ha torpaq sahəsi həmin ərazidə mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuları sökülməklə, yerində yeni müasir məktəb binasınıın tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 194 nömrəli sərəncamına əsasən "xxxx" MMC-yə icarəyə verilmişdir. Halbuki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malikdir. Hazırkı işdə Bakı şəhər İcra Hakimiyyəti, xüsusi mülkiyyətdə olan torpaq sahəsi və fərdi evin qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçının torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdır. “İnzibati icraat haqqında” Qanununun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi təsbit edilmişdir. İstinad olunan Qanunun 65.1.2-ci maddəsinə görə, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin norma anlamında cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati aktlar iddiaçının torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir mübahisələndirilən sərəncam cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (maddə 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş) tələbləri pozulmaqla qəbul edildiyindən etibarsız hesab edilməlidir. Hazırkı qərar üzrə məhkəmənin gəldiyi hüquqi nəticə Ali Məhkəmənin 2-1(102)- 1414/2023 saylı iş üzrə gəldiyi hüquqi nəticəyə uyğundur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 194 nömrəli sərəncamı ünvan 2 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan əmlaka aid hissədə etibarsız hesab edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1513/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1513/2025
23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver