Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15143/2024 19.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı XXX İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı XXX İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ dərəcə əlilliyin təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı XXX İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixində təqdim edilmiş M00076920GTF nömrəli tibbi göndərişdə (Forma 88) göstərilən xəstəliklərinə görə ikinci dərəcə əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “xx.xx.2023-cü il tarixində təqdim edmiş M00076920GTF nömrəli Forma 88-də göstərilən xəstəliklərinə görə ikinci dərəcə əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı orta məktəbi bitirdikdən sonra xx.xx.2013-cü ildə N saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmət dövründə xx.xx.2013-cü il tarixindən xroniki ağrılar başlayaraq ona sümük və oylaqların vərəmi, onurğanın vərəmi, L-2-3-4 bel fəqərələrinin vərəm spondilliti, kəskin ağrılaşmaları, ikitərəfli koksartoz, solda dördüncü dərəcəli, sağda üçüncü dərəcəli, sol-bud çanaq oynağının total endoprotezləşməsi, hər iki diz oynağının qonartozu, yerimə və dayaq funksiyasının pozulması diaqnozu təyin edilmişdir. İddiaçı özünü həmin vaxtdan narahat hiss edir. Bununla bağlı bir sıra müalicələr də alımışdır. Sonra yenidən ağrıları başlamışdır. Bununla əlaqədər Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edib müalicə və müayinə almışdır. Bütün müayinə və müalicələrin nəticəsində səhhətində bir sıra problemlərin olduğu bəlli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təkrar müayinə zamanı xx.xx.2022-ci il tarixində ETACXZ-a müayinəyə göndərilmişdir. Sonda nəticə olaraq “Digər orqanların vərəmi, sümük və oynaqların vərəmi, L-2-L-3 fəqərələrinn vərəm spondiliti. spondilitik faza, xroniki gedişli kəskinləşmə mərhələsi’' kimi xəstəliklərin diaqnozu qoyulmuş və 2-ci qrup əlillik təyin edilmişdir. Hazırda aradan keçən müddətdə xəstəliyi daha da kəskinləşmişdir və müalicə ilə bərpa olunması mümkün deyildir. Həmçinin sənədlərdən də göründüyü kimi, indiyə qədər dəfələrlə xəstəliyilə bağlı stasionar və ambulator müalicələr almasına baxmayaraq, xəstəlik müalicə olunmamış, əksinə daha da ağır mərhələyə keçmişdir. Buna görə də, iddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən əlilliyinin ləğv edilməsi tamamilə əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş ‘'Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin aşağıda göstərilən kateqoriyalar üzrə əlillik dərəcəsi təyin edilməli idi: 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə J96-J96.9-yə görə ikinci dərəcə əlillik 3.1.44. onurğanın və döş qəfəsinin İİ dərəcəli tənəffüs çatışmazlığı və ya dayaq-hərəkət aparatının nəzərəçarpan funksiya pozuntusu ilə müşayiət olunan İİİ-İV dərəcəli deformasiyaları (J96 3.1.39. dayaq-hərəkət aparatı orqanlarının nəzərəçarpan, dayanıqlı bərpaolunmazpozulmaları M41- ə görə ikinci dərəcə əlillik. Göründüyü kimi, bədənində vərəm xəstəliyinin əsasıda 2-ci qrup əlillik təyin edilsə də, heç bir əsas olmadan iddiaçının əlilliyini ləğv etmişlər. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Digər orqanların vərəmi, Sümük və oynaqların vərəmi. L2-L3 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli kəskinləşmə mərhələsi. İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” Həmçinin qeyd edilmişdir ki, iddiaçıya əlillik təyin edilməsindən imtina barədə qərar xx.xx.2023-cü il tarixində qəbul edilmişdir. Lakin həmin Qərar xx.xx.2024-cü il tarixinədək yəni, məhkəməyə müraciət edilənək mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. İddianının mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddianın mümkünlüyü məsələsini qaldırsa da, xx.xx.2023-cü il tarixli tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirildikdən sonra nəticəsi üzrə qəbul edilmiş inzibati aktın iddiaçıya nə zaman təqdim edilməsi və ona hüquqi müdafiə vasitələrinin izah edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətə cavab məktubundan görünür ki, iddiaçının tələbinin təmin edilməsindən etirazda göstərilən əsaslarla imtina edilmişdir. -TSEK müayinələrindən əldə edilən məlumatlara əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdə “Diaqnoz: Digər orqanların vərəmi, Sümük və oynaqların vərəmi, L2-L3 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli kəskinləşmə mərhələsi. İmtina edilir => Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-2777/2023 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, Bakı şəhər sakini xx.xx.1995-ci il təvəllüdlü XXX İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0042003AACKG nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir...Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının bundan əvvəl eyni cavabdehə qarşı “19 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixində təqdim edilmiş 0042003AACKG nömrəli TQS № 088 də göstərilən xəstəliklərinə görə İİ qrup əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1549/2024 №-li qərardadı ilə mümkün sayılmamışdır. Həmin inzibati işdə olan sənədlərdən görünür ki: -TSEK müayinələrinə dair Əlillik altsistemindən çıxarışlara əsasən XXX İddiaçı barəsindəki: -xx.xx.2014-cü il tarixli xxxxxxx0001 saylı göndəriş xx.xx.2014-cü il tarixdə qiymətləndirilmiş və "Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar, X1: İ Sinif – Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 – Vərəm => A18 +- Digər orqanların vərəmi => A18.0+ - sümük və oynaqların vərəmi, Diaqnozun mətni: L2-L3 fəqərələrin vərəmi spondilitik faza qızğın dövr- Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: L2-L3 fəqərələrin vərəmi spondilitik faza qızğın dövr” səbəbi ilə bir il müddətinə verilmişdir. -xx.xx.2015-ci il tarixli xxxxxxx0002 saylı göndəriş xx.xx.2015-ci il tarixdə qiymətləndirilmiş və "Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar, X1: İ Sinif – Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 – Vərəm => A18 +- Digər orqanların vərəmi => A18.0+ - sümük və oynaqların vərəmi, Diaqnozun mətni: Sümük və oynaqların vərəmi. Onurğanın vərəmi. L2-3-4 bel fəqərələrinin vərəm spondilliti, kəskin ağrılarla. Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: İkitərəfli koksartroz, solda dördüncü dərəcəli, sağda üçüncü dərəcəli. Sol bud-çanaq oynağının total endoprotezləşməsi əməliyyatından sonrakı vəziyyət. Hər iki..." səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. -xx.xx.2016-cı il tarixli xxxxxxx0003 saylı göndəriş xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar "X1: İ Sinif – Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 – Vərəm => A18 +- Digər orqanların vərəmi => A18.0+ - sümük və oynaqların vərəmi, Diaqnozun mətni: Sümük və oynaqların vərəmi. Onurğanın vərəmi. L2-3-4 bel fəqərələrinin vərəm spondilliti, kəskin ağrılarla. Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: İkitərəfli koksartroz, solda dördüncü dərəcəli, sağda üçüncü dərəcəli. Sol bud-çanaq oynağının total endoprotezləşməsi əməliyyatından sonrakı vəziyyət. Hər iki..." səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. -xx.xx.2021-ci il tarixində təqdim edilmiş 0042003AACKG nömrəli tibbi göndəriş xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “X1: İ Sinif – Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 – Vərəm => A18 – Digər orqanların vərəmi => A18.0+ – üsmük və oynaqların vərəmi; Diaqnozun mətni: L2-L3 fəqərələrin vərəmi spondilitik faza qızğın dövr; Meyar: imtina edilir => Səbəb: əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. -xx.xx.2023-cü il tarixli M000776920GTF saylı göndəriş üzrə iddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnozun mətni: Digər orqanların vərəmi, Sümük və oynaqların vərəmi. L2-L3 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli kəskinləşmə mərhələsi. Meyar: imtina edilir. İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş T446/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində qoyulmuş suallara cavab olaraq bildirilmişdir ki, XXX İddiaçı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlillik vəziyyəti qiymətləndirilməsi “Digər orqanların vərəmi, sümük və oynaq vərəmi, L2-L3 fəqərələrinin vərəm spondiliti, xroniki gedişlə” diaqnozu ilə qiymətləndirilmişdir. Vətəndaş XXX İddiaçı xx.xx.2022-ci ildə (iki il əvvəl) Ağciyər İnstitutunda müayinəsi zamanı və xx.xx.2022-ci ildə onurğanın bel şöbəsinin MRT zamanı bu diaqnoz təsdiqini tapmış, xx.xx.2024-cü ildə özünün əyani müayinəsi zamanı oynaqlarda hərəkət məhdudluğu, atrofiya və və iflic əlamətləri aşkar edilməmişdir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikaı Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasitya Agentliyinin tibbi-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdqi edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra- TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -1.9-cu bəndinə əsasən, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli, M000776920GTF saylı tibbi göndərişi (Forma 88) üzrə iddiaçının əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən 2-ci dərəcəli əlilliyin təyin edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti “Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə təmin edilməmişdir. Göründüyü kimi, göndərişdəki xəstəliklərin iddiaçıda mövcud olması tərəflər arasında mübahisələndirilmir. Mübahisəli hal həmin xəstəliklərin iddiaçıda müəyyən edilməsinə baxmayaraq, əlillik təyinatına əsas verməməsidir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Belə ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirildiyi M00076920GTF saylı, xx.xx.2023-cü il tarixli tibbi göndərişdə iddiaçıda əsas diaqnoz və onun ağırlaşması kimi XBT-10 kodu A18 olan digər orqanların vərəmi, sümük və oynaqların vərəmi, L2-L3 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli kəskinləşmə mərhələsi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.8-ci bəndində A18 kodu altında göstərilmiş “digər orqanların vərəmi” xəstəliyi aşağıdakı hallarda əlilliyin təyin edilməsi üçün əsas verir: 1.1.8.1. zədələnmiş orqan və sistemlərin funksiyalarının geridönməz orta dərəcəli pozuntusu ilə müşahidə olunan müxtəlif lokalizasiyalı vərəmin müalicədən sonrakı vəziyyəti, 1.1.8.2. müxtəlif lokalizasiyalı aktiv vərəm (infiltrasiya, dağılma mərhələsi, fistulaların olması), 1.1.8.3.müxtəlif lokalizasiyalı aktiv vərəm (infiltrasiya, dağılma mərhələsi, fistulaların olması) 1.1.8.4. zədələnmiş orqan və sistemlərin funksiyalarının geridönməz ağır dərəcəli pozuntusu ilə müşahidə olunan müxtəlif lokalizasiyalı vərəmin müalicədən sonrakı vəziyyəti. “Meyarlara əsasən şəxsə A18-kodu altında qeyd olunmuş diaqnoz qoyularkən 1.1.8.1- 1.1.8.4-cü altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Başqa sözlə, şəxsdə tək A18 kodunun müəyyən edilməsi ona əlillik dərəcəsinin təyin edilməsinə əsas vermir. Lakin hazırkı halda, iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı onda Meyarların 1.1.8.1-1.1.8.4-cü altbəndlərindəki halların mövcudluğu nə tibbi sosialekspert komissiyasında müayinəsi zamanı, nə də ekspertiza tədiqatı zamanı müəyyən edilməmişdir. Bu isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olmaması deməkdir. Göstərilən xəstəliklər qeyd olunan Meyarlarda göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən hazırkı iş üzrə iddianın təmini üçün əsas yoxdur. Məhkəmə qeyd edir ki, oxşar mübahisə üzrə qəbul edilmiş Azərbaycan Respbulikası Ali Məhkəməsinin 2-1(102)-2842/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında analoji hüquqi mövqe nümayiş etdirilmişdir. Həmçinin iddiaçının əlillik vəziyyətinin qiymətləndirildiyi M00076920GTF saylı, xx.xx.2023-cü il tarixli tibbi göndərişdə iddiaçıda aşağıdakı xəstəliklərin müəyyən edilməsi də göstərilmişdir: Yanaşı xəstəliklər: N20.0 Böyrək daşları, Nefrolitiaz. Ağırlaşma: R52 Başqa rubrikalarda təsnif olunmayan ağrı, kəskin ağrı sindromu, Ağırlaşma: R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerişin çətinləşməsi. Müəyyən edilmişdir ki, “Əlilliyin müəyyən olunması meyarları”nda N20.0 (böyrək daşları, nefrolitiaz xəstəlikləri), R52 və R26.2 (həmçinin R26) kodu ümumiyyətlə əlillik təyinatı üçün əsas verən xəstəliklər sırasında nəzərdə tutulmamışdır. Məhkəmə bir məqamı da qeyd edir ki, iddiaçıya əvvəlki dövrlərdə, yəni 2014-2021-ci illərdə tibb müəssisəsinin göndərişləri əsasında ikinci dərəcə əlillik təyin edilməsi xüsusatı nə işin halları, nə də cavabdehin özü tərəfindən təkzib edilmir. Lakin nəzərə almaq lazımdır ki, hazırkı mübahisənin əsasında iddiaçının xx.xx.2023-cü il tarixdə M00076920GTF saylı, xx.xx.2023-cü il tarixli tibbi göndəriş əsasında qiymətləndirilməsi nəticəsində ona əlilliyin təyin edilməsindən imtina dayanır. Məhkəmə hesab edir ki, şəxsə onun barəsində təyin olunmuş diaqnoz əsasında əvvəllər əlilliyin müəyyən edilməsi faktı növbəti müayinədə də əlillik dərəcəsinin təyin edilməsinə birbaşa əsas ola bilməz. Belə ki, şəxsə əlilliyin təyin edildiyi müddətin sonunda orqanizmin xəstəlik və ya zədə nəticəsində pozulmuş funksiyalarının bərpası istisna edilmədiyindən yalnız şəxsin sağlamlıq vəziyyətinin cari qiymətləndirilməsi nəticəsində ona əlillik təyin edilməsi üçün əsas verən xəstəliklərin olub-olmaması müəyyən edilməlidir. Bu mənada indiki halda iddiaçıya yenidən əlillik təyin edilməsi üçün əsaslar mövcud olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsəsən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır, odur ki, iddia təmin edilməməlidir. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-15143/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15143/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver