Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15159/2025 08.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinə düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə (bundan sonra Xətai rayon qeydiyyat şöbəsi) “qarşı doğum akt qeydində düzəlişin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası Zəhra Murtuz-Əli qızının adına Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1931-ci il tarixli, 695 saylı doğum haqqında akt qeydində atanın ata adının “Abdul Əli” kimi yox “Abdulla” kimi qeyd edilərək, dəyişiklik edilməsinin cavabdeh Xətai rayon qeydiyyat şöbəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Zəhra Murtuz-Əli qızı onun anasıdır, Murtuz-Əli isə anası Zəhranın atası yəni onun babasıdır. Abdulla isə babası Murtuz-Əlinin atasıdır. Zəhra Murtuz-Əli qızının adına Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1931-ci il tarixli, 695 saylı doğum haqqında akt qeydində atanın ata adının “Abdulla”ya dəyişdirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə Xətai rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin aşağıda qeyd edilən sənədlərdəki qeyri-müəyyənlik əsas gətirilərək kifayət qədər əsasın olmaması səbəbindən ərizəsi təmin edilməmişdir. Belə ki, Zəhra Murtuz-Əli qızının adına Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1931-ci il tarixli, 695 saylı doğum haqqında akt qeydində ata qrafasında ata adı “Abdul Əli” (yəni Murtuz-Əlinin atasının adı Abdulla Əli oğlu kimi göstərilmiş), X8 Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1959-cu il tarixli, 442 saylı nikah haqqında akt qeydində kişinin ata adı "Əli Abdulla", X8 Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 960 saylı, xx.xx.1974-cü il tarixli qeyd edilmişdir. Qeyd edir ki, sadalanan hüquqmüəyyənedici sənədlərdə ata qrafasında ata adları müxtəlif cür yazılsa da, əslində onun ulu babasının adı "Abdulla"dır. Göstərilən hal həmin şəxsin məzar daşında da "Abdulla" kimi qeyd olunmuşdur. Bu barədə foto şəkil ərizəyə əlavə olunmuşdur. İddia tələbinin təmin edilməsi ona vərəsəliklə bağlı işin həll edilməsi üçün lazımdır. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə cavabdeh Xətai rayon qeydiyyat şöbəsinin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi , kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi və konsulluq idarəsinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Zəhra Murtuz-Əli qızının adına Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1931-ci il tarixli, 695 saylı doğum haqqında akt qeydində ata qrafasında ata adı “Abdul Əli”, X8 Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1959-cu il tarixli, 442 saylı nikah haqqında akt qeydində kişinin ata adı “Əli Abdulla”, X8 Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1974-cü il tarixli, 960 saylı ölüm haqqında akt qeydində ata adı “Abdulla” qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq, Zəhra Murtuz-Əli qızının adına Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1931-ci il tarixli, 695 saylı doğum haqqında akt qeydində atanın ata adının “Abdullaya dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən doğum haqqında akt qeydinə dəyişiklik edilməsinə dair iddiasının təmin edilməsi şöbə tərəfindən mümkün deyil. Tərəflərin iştirakı və izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 12 mart 2025-ci il tarixdə verilmiş AZ-T seriyalı 294431 №li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1954-cü il təvəllüdlü X2 atası kimi X6, anası kimi X11 qeyd olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən 29 may 2025-ci il tarixli məktubla Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə təqdim olunmuş xx.xx.1931-ci il tarixində Bakı şəhəri, Şaumyan (Xətai) rayonunda doğulmuş Zəhra Murtuzəli qızının Bakı şəhəri Şaumyan (Xətai) rayonu tərəfindən xx.xx.1931-ci il tarixində tərtib olunmuş 605 №li doğum haqqında akt qeydindən (surəti) müəyyən olunur ki, ata qrafasında ata adı “Abdul Əli” kimi qeyd olunmuşdur. 6 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 481742 №li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən iddiaçıya (etibarnamə üzrə nümayəndəsi) həmin qurumun xx.xx.2025-ci il tarixli, 3-48-DA/2-Q-842-6-896/2025 №-li məktubu ilə təqdim edilmiş Arxiv arayışında (surəti) göstərilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və X5 idarəsi” arxiv fondunda mühafizə edilən 1931-ci ilə dair Bakı şəhəri Şaumyan (Xətai) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında 26 aprel 1931-ci ildə doğulan (soyadı qeyd olunmayıb) X14 (sənəddə olduğu kimi) qızının təvəllüdü qeyd olunur. - Atası: (soyadı qeyd olunmayıb) Murtuz Əli (sənəddə olduğu kimi) - Abdul Əli (sənəddə olduğu kimi) oğlu, yaşı - 42 - Anası: (soyadı qeyd olunmayıb) X12, yaşı - 37 Şaumyan rayon VVAQ şöbəsi tərəfindən tərtib edilmiş 960 saylı, xx.xx.1974-cü il tarixli ölüm haqqında akt qeydindən (surəti) müəyyən olunur ki, xx.xx.1974-cü ildə ölmüş Murtuz Əlinin ata adı “Abdulla” kimi qeyd edilmişdir. Bakı şəhəri 18 saylı notariat ofisinin “Elektron notariat” X1 vasitəsilə” “X5” X4 Sistemindən xx.xx.2025-ci il çap tarixli Çıxarışın surətindən müəyyən olunur ki, 1884-cü il tarixdə İranın Sarab şəhərində doğulmuş və xx.xx.1974-cü il tarixdə ünvan 1 ünvanında ölmüş şəxsin soyadı, adı, ata adı Murtuzali Abdulla olaraq qeyd edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh Xətai rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-Q-15-83 imtina məktubunda qeyd olunmuşdur ki, “...Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi və konsulluq idarəsinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Zəhra Murtuz-Əli qızının adına Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1931-ci il tarixli, 695 saylı doğum haqqında akt qeydində ata qrafasında ata adı “Abdul Əli “, X8 Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1959-cu il tarixli, 442 saylı nikah haqqında akt qeydində kişinin ata adı “Əli Abdulla”, X8 Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 960 saylı, xx.xx.1974-cü il tarixli ölüm haqqında akt qeydində ata adı “Abdulla” qeyd edilmişdir. Zəhra Murtuz-Əli qızının adına Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1931-ci il tarixli, 695 saylı doğum haqqında akt qeydində atanın ata adının “Abdulla”ya dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən ərizənin şöbə tərəfindən təmin edilməsi mümkün deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-1714 №-li etiraz məktubu ilə təqdim edilmiş xx.xx.1974-cü il tarixli “Ölüm haqqında akt qeydi”nin latın qrafikasında hazırlanmış transkripsiyasına əsasən müəyyən olunur ki, xx.xx.1974-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonunda vəfat etmiş şəxsin adı Murtuzali, atasının adı Abdulla kimi göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: ... 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. ... 26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi X5nın qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: ... 46.1.Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. ... 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X5nın qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X5nın dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. ... 160.1.X5nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X5nın qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. ... 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. ... 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «X5nın dövlət qeydiyyatı Qaydası»nın: ... 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən X5nın dövlət qeydiyyatı qaydasını müəyyən edir. ... 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X5nın qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X5nın dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. ... 2.1.Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. ... 2.8. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. (birinci abzasına) ... 2.9. Bu Qaydanın 2.8.1 və 2.8.2-ci yarımbəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mühasibə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. ... 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X5nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: ... 1.X5nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. X5nın qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;
5. X5nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.
8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X5nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X5nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və X5nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. X5nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.
10. X5nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
Məhkəmənin mövqeyi:
Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Əlavə edilməlidir ki, qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. İş materialları təhlil edilərkən müəyyən edilmişdir ki, xx.xx.1974-cü il tarixli “Ölüm haqqında akt qeydi”nin latın qrafikasında hazırlanmış oxunaqlı bərpasının surəti, eləcə də sözügedən sənədin əslinin surəti və “X5” X4 Sistemindən Çıxarışın surətində iddia tələbinin əsasını təşkil edən – “Doğum haqqında akt qeydi”nin atanın ata adı qrafasında sözügedən qeyd məhz iddiaçının dəyişdirilməsini (dəyişiklik ediməsini) xahiş etdiyi kimi qeyd olunmuşdur. Qanunveriliyin tələbləri əsasında mövcud halın şərhinə istinadən qeyd edilə bilər ki, vətəndaşlıq vəziyyəti akt qeydlərində aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması məcburidir. Hazırki iş üzrə iddia tələbinin əsasını doğum haqqında akt qeydində atanın ata adında dəyişikliyin aparılması təşkil edir ki, məhkəmə sözügedən dəyişikliyin aparılması üçün həmin şəxsin yəni iddiaçının babasının atasının adının dəqiqləşdirilməsinə istinadən həmin şəxsin ölüm haqqında akt qeydindəki məlumatların iddia tələbinin təmin edilməsi üçün yetərli olduğunu hesab edir. Belə ki, vətəndaşlıq vəziyyəti akt qeydlərindəki, cari iş üzrə isə ölüm haqqında akt qeydindəki məlumatlar sonrakı sənədlərin verilməsində əsas götürülə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, doğum tarixi, habelə onun valideynləri haqqında məlumatın doldurulması qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Nəzərə alınmalıdır ki, qanunvericilik doğum haqqında akt qeydində səhvlərin yol verilməsi ilə bağlı düzəlişin edilməsi və X5nın qeydində dəyişikliklərin (ilkin akt qeydində səhvə yol verilməmişdirsə) edilməsinin əsaslarını fərqləndirmiş, lakin konkret olaraq müəyyən şərtlər əsasında təsbit etmişdir. Qeyd olunmalıdır ki, hər iki halda doğum haqqında akt qeydində düzəlişin edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X5nın qeydindəki səhvlərin düzəldilməsi və ya ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X5nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən X5nın qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X5nın qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X5nın dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X5nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən X5nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas müddəaların 13-cü bəndinə əsasən X5nın itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Əsas müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Əsas müddəaların 18-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən X5nın qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya X5nın itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. X5nın itmiş qeydinin bərpası məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X2 anası Zəhra Murtuz-Əli qızının adına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1931-ci il tarixli, 695 saylı “Doğum haqqında akt qeydi”ndə dəyişiklik (düzəliş) edilərək, atanın ata adının “Abdul Əli”dən “Abdulla”ya dəyişiklik (düzəliş) edilməsi öhdəliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev