Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1516/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndən iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək əmək haqqına əlavə kimi verilmiş ixtisas dərəcəsinə görə aldığı məbləğin nəzərə alınaraq pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 22 senyabr 1992-ci il tarixdən 03 sentyabr 2000-ci il tarixə kimi Gəncə hərbi məhkəməsinin hakimi vəzifəsində işləmişdir. Bundan sonra ona pensiya təyin edilmişdir. 01 iyul 1994-cü il tarixli (№ 844) Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 93-cü maddəsinə, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq mənə beşinci ixtisas dərəcəsi verilmişdir. “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə və Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli qərarına uyğun olaraq ona verilmiş beşinci ixtisas dərəcəsinə görə hər ay minimum əmək haqqının (şərti maliyyə vahidinin) bir misli miqdarında əlavə haqq ödənilmişdir. Həmin pul ömürlük verilir. İxtisas dərəcəsinə görə əlavə haqqı maaşına əlavə olunmaqla pensiyaya çıxana qədər də almışdır. Yalnız məhkəmə qaydasında geri alına bilər. Həmin vəsait məhkəmə qaydasında geri alınmamış, həmçinin 01 iyul 1994-cü il tarixli (№ 844) Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ləğv edilməmişdir. Göründüyü kimi, ixtisas dərəcəsinə görə əlavələr iddiaçının aylıq əmək haqqımın tərkib hissəsi olmuşdur. Ona pensiya təyin olunan vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən pensiya orta aylıq əmək haqqının məbləğinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 17-ci maddəsinə əsasən pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə bu müddəalar şamil edilir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli əmək pensiyasının hesablanması haqqında məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 1 yanvar 2001-ci il tarixində sizə xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyanın həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Sözügedən Qaydaların 4-cü hissəsinə görə şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fonda ötürülür. Qeyd olunanlara əsasən, əmək pensiyanın məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra baxılacaqdır.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh orqana müraciət edərək ixtisas dərəcəsinə görə verilmiş pul təminatı nəzərə alınmaqla minimum əməkhaqqının bir misli miqdarında müavinətin 2000-ci ilin sentyabr ayından hazırki tarixədək hesablanaraq hər ay pensiya məbləğinə əlavə edilərək ödənilməsini xahiş etmişdir. əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumatın sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. İşin faktiki hallarına əsasən İddiaçı xx.xx.2001-ci il tarixdə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda ona ödənilən pensiya məbləği 7785.51 azn təşkil edir. Məhkəməyə ünvanlanmış iddia ərizəsində xx.xx.1994-cü il tarixli Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 93-cü maddəsinə, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə müvafiq olaraq 5-ci ixtisas dərəcəsi verildiyi, həmin dərəcəyə uyğun olaraq hər ay minimum əməkhaqqının (şərti maliyyə vahidinin) bir misli miqdarında əlavə haqq ödənildiyini bildirilmişdir. Həmin əlavəni pensiyaya çıxana qədər aldığını, lakin pensiyanın yenidən hesablanması və pensiyaya əlavənin hesablanmasından cavabdehin imtina etdiyini göstərmiş, əməkhaqqına əlavə kimi verilmiş ixtisas dərəcəsinə görə aldığı məbləğ nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Həmin Qaydaların 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) və 4-cü hissəsinə uyğun olaraq dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər. Həmin Qaydaların 4-cü bəndinə əsasən şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fonda ötürülür. “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının 5 oktyabr 2001-ci il tarixli Qanunu ilə, “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Qanunu ilə qüvvədən düşmüşdür. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli qərarına əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0, 2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımİar nəzərə alına bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-16-8/2-19132/2024 nömrəli məktubda müvafiq arayışın əldə olunması üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə müraciət olunduğu və arxivdə saxlanılan maliyyə sənədlərinə baxış keçirilərkən respublika üzrə hərbi qarnizon hərbi tribunalların əməkhaqqı cədvəllərinin Ədliyyə Nazirliyinin Mərkəzi arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 1-8-15-1/2-1773/2024 nömrəli məktubda Ali Məhkəmənin arxivinə baxış keçirildiyi, sənədlərin mövcud olmadığı müəyyən edilmişdir. Məhz buna görə də qanunvericiliyin tələbləri baxımından İddiaçı təyin olunmuş pensiya məbləğinin ixtisas dərəcəsinə görə verilmiş əlavə nəzərə alınmaqla yenidən hesablanması mümkün olmamışdır. İddiaçı “hakim kimi təyin olunmuş pensiya məbləğinin ixtisas dərəcəsinə görə verilmiş əlavə nəzərə alınmaqla yenidən hesablanması” tələbinə dair 2- 1(112)-10231/2024 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. “Azərbaycan Respublikası Bakı şəhər məhkəməsinin, rayon (şəhər) xalq məhkəmələrinin və hərbi tribunalların hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-cü il tarixli 844 nömrəli qərara əsasən Gəncə qarnizonu hərbi tribunalının hakimi İddiaçı beşinci ixtisas dərəcəsi verilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli pensiya işinə dair sənədlərin göndərilməsi haqqında məktubda qeyd edilmişdir ki, İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir: - Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsi (Seriya MN № ZE-57035): Güzəştli xidmət illəri: 18 il, 3 ay, 22 gün; Təqvim xidmət illəri: 9 il, 9 ay, 28 gün; Cəmi: 28 il, 1 ay, 20 gün Tərxis olunduğu tarix: xx.xx.2000 Pensiya hesablanması üçün pul təminatı Faiz Məbləğ Vəzifə maaşı 686.4 Rütbə maaşı 54 Xidmət illərinə görə əlavə 15 111.06 Ərzaq payı əvəzinə kompensasiya 24,75 Cəmi (manatla): 876,21
- Pensiyanın təyin olunduğu tarix: xx.xx.2001 - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, 1607,62 manat pensiya məbləği yenidən hesablanaraq 1751,49 manat təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, 1751,49 manat pensiya məbləği yenidən hesablanaraq 2075,34 manat təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2075,34 manat pensiya məbləği yenidən hesablanaraq 2162,83 manat təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarında qeyd edilmişdir ki, 2162,83 manat pensiya məbləği yenidən hesablanaraq 3220,38 manat təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3-7-12750/2023 nömrəli qərarında qeyd edilmişdir ki, 4063,16 manat pensiya məbləği yenidən hesablanaraq 6437,64 manat təyin edilmişdir.
7. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Ali Məhkəmənin arxivinə baxış keçirilmiş, sənədlərin mövcud olmadığı müəyyən edilmişdir. Müvafiq arayışın verilməsinin vacibliyini nəzərə alaraq Gəncə Hərbi Məhkəməsinin həmin illər üzrə əmək haqqı cədvəllərinin surətinin Ali Məhkəməyə təqdim edilməsinə köməklik göstərilməsini xahiş edilmişdir.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məktubunda qeyd edilmişdir ki, İddiaçı Gəncə Hərbi Məhkəməsinin hakimi kimi işlədiyi dövrdə (xx.xx.1992-xx.xx.2000-ci illər) 5-ci ixtisas dərəcəsinə görə əlavənin ödənilib-ödənilməməsi barədə arxiv məlumatlarının təqdim edilməsi tələb olunur. Müvafiq arayışın əldə olunması üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinin Mərkəzi arxivinə müraciət olunmuş və arxivdə saxlanılan maliyyə sənədlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, respublika üzrə hərbi qarnizon hərbi tribunalların əməkhaqqı cədvəlləri Ədliyyə Nazirliyinin Mərkəzi arxivinə təhvil verilməmişdir.
9. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, istefada olan ədliyyə polkovnik-leytenantı İddiaçı məxsus ZE-57035 nömrəli şəxsi işindən ona ixtisas dərəcəsi verilməsi haqqında müvafiq əmrindən kserosurəti göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Sosial təminat və pensiya şöbəsində saxlanılan İddiaçı şəxsi işində qeyd etdiyi ixtisas dərəcəsinə görə ona pul əlavəsinin ödənilməsi barədə hər hansı bir məlumat aşkar edilməmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçı vaxtilə ixtisas dərəcəsinə görə həmin əlavəni almışdır və həmin əlavə ömürlük olaraq təyin edilmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı xx.xx.2001-ci il tarixdə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda ona ödənilən pensiya məbləği 7785,51 manat təşkil edir. Məhkəməyə ünvanlanmış iddia ərizəsində xx.xx.1994-cü il tarixli Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 93-cü maddəsinə, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə müvafiq olaraq 5-ci ixtisas dərəcəsi verildiyi, həmin dərəcəyə uyğun olaraq hər ay minimum əməkhaqqının (şərti maliyyə vahidinin) bir misli miqdarında əlavə haqq ödənildiyini bildirilmişdir. Həmin əlavəni pensiyaya çıxana qədər aldığını, lakin pensiyanın yenidən hesablanması və pensiyaya əlavənin hesablanmasından cavabdehin imtina etdiyini göstərmiş, əməkhaqqına əlavə kimi verilmiş ixtisas dərəcəsinə görə aldığı məbləğ nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Bunu nəzərə alaraq iddiaçı barəsində yenidən məlumat vərəqəsi təqdim edildikdən sonra əmək pensiyasının yenidən hesablana bilər. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-16-8/2-19132/2024 nömrəli məktubda müvafiq arayışın əldə olunması üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə müraciət olunduğu və arxivdə saxlanılan maliyyə sənədlərinə baxış keçirilərkən respublika üzrə hərbi qarnizon hərbi tribunalların əməkhaqqı cədvəllərinin Ədliyyə Nazirliyinin Mərkəzi arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 1-8-15-1/2-1773/2024 nömrəli məktubda Ali Məhkəmənin arxivinə baxış keçirildiyi, sənədlərin mövcud olmadığı müəyyən edilmişdir. Məhz buna görə də qanunvericiliyin tələbləri baxımından İddiaçı təyin olunmuş pensiya məbləğinin ixtisas dərəcəsinə görə verilmiş əlavə nəzərə alınmaqla yenidən hesablanması mümkün olmamışdır.
II. İddianın növü və mümkünlüyü
12. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
13. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
14. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
15. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
III.Məhkəmənin mövqeyi
16. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının pensiyasının yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin verilməsinə “qanuni gözləntisi” varmı? Belə ki, X1 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
17. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
18. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.
21. “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” 29 iyul 1992-ci il tarixli Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcəsi müəyyən olunmuşdur. Həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcəsi haqqında Əsasnamə”nin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri ömürlük verilir və ixtrisas dərəcəsi olan hakimlərə əlavə haqq ödənilir.
22. “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında “Azərbaycan Respublikası Milli Məclisinin 4 noyabr 1992-ci il tarixli, 364 saylı qərarına əsasən: 1.Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində, dördüncü ixtisas dərəcəli hakimlərinə iki misli məbləğində, üçüncü ixtisas dərəcəli hakimlərinə üç misli məbləğində, ikinci ixtisas dərəcəli hakimlərinə dörd misli məbləğində, birinci ixtisas dərəcəli hakimlərinə beş misli məbləğində, ali ixtisas dərəcəli hakimlərinə altı misli məbləğində əlavə haqq verilsin.
2. İxtisas dərəcəsindən məhrum edilməmiş, hakim seçildiyi müddət qurtardıqdan sonra başqa işə keçən və pensiyaya çıxan Azərbaycan Respublikası məhkəmələri hakimlərinin əlavə haqq almaq hüququ saxlanılır. Bu qayda Azərbaycan Respublikasının 1992-ci il 29 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamə qəbul ediləndən əvvəl işləyib pensiyaya çıxmış və ixtisas dərəcəsi olan hakimlərə də şamil edilir.
3. Azərbaycan Respublikasının 1992-ci il 29 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında”- Əsasnamə qəbul edilənədək ixtisas dərəcəsi almış hakimlərin ixtisas dərəcələri həmin Əsasnaməyə müvafiq surətdə saxlanılır.
23. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 5 oktyabr 2001-ci il tarixli, 190-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanun qüvvədən düşmüşdür.
24. “Azərbaycan Respublikası Bakı şəhər məhkəməsinin, rayon (şəhər) xalq məhkəmələrinin və hərbi tribunalların hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-cü il tarixli 844 nömrəli qərara əsasən Gəncə qarnizonu hərbi tribunalının hakimi İddiaçı beşinci ixtisas dərəcəsi verilmiş, xx.xx.2000-ci il tarixind tərxis olunmuş və xx.xx.2001-ci il tarixdə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
25. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
26. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
27. Hazırkı iş üzrə məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1358/2023 nömrəli qərarına uyğundur: “... 46. Bununla bağlı nəzərə almaq lazımdır ki, bu qərarın 29-30-cu bəndlərində istinad olunan normalara görə, Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, ixtisas dərəcələri hakimlərə ömürlük verilmiş və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır.
47. Göründüyü kimi, həmin normalar baxımından ixtisas dərəcəli hakimlərə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində əlavə haqqın verilməsi birbaşa qanundan irəli gəlir və həmin tənzimləmə imperativ xarakter daşıyır. Yəni hakimlərə həmin əlavə haqqın ödənilməsi qanunun mütləq tələbidir. Bu mənada ixtisas dərəcəli hakimə əlavə haqqın verilməsi ilə bağlı hakimlərin maddi təminatını həyata keçirən inzibati orqan hər hansı mülahizə haqqına malik deyil. Odur ki, həmin əlavə haqqın ödənilməməsi əslində qanunvericiliyin buna dair tələbinin pozulması anlamında qiymətləndirilməlidir.
48. Digər tərəfdən, həmçinin qeyd olunmalıdır ki, ödəmə ilə bağlı məlumatın aşkar olunmaması həmin ödəmənin aparılmadığının mütləq təsdiqi kimi qiymətləndirilə bilməz. Bu zaman həm də nəzərə almaq lazımdır ki, maddi təminatla bağlı lazımi sənədləşdirmənin və rəsmiləşdirmənin müvafiq qaydada aparılması hakimlərin maddi təminatını həyata keçirən inzibati orqanın məsuliyyət sferasına aiddir və bunun üçün iddiaçı deyil, inzibati orqan cavabdehlik daşıyır. Belə cavabdehlik həm də inzibati orqan tərəfindən müvafiq sənədlərin saxlanılmasına və arxivləşdirilməsinə də aiddir. İnzibati orqanın məsuliyyət sferasına aid vəzifələrin layiqincə və tələblərə uyğun yerinə yetirilməməsinin neqativ nəticələrinə görə şəxsin hüquqi statusu məhdudlaşdırıla bilməz. ...”
28. Məhkəmə hesab edir ki, faktiki olaraq İddiaçı “Azərbaycan Respublikası Bakı şəhər məhkəməsinin, rayon (şəhər) xalq məhkəmələrinin və hərbi tribunalların hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994cü il tarixli 844 nömrəli qərarı ilə 5-ci ixtisas dərəcəsi verilmiş və ixtisas dərəcəsinə görə müəyyən edilmiş əlavə haqq almaq hüququ mövcud olmuşdur və həmin əlavə haqqın ödənilməsi qanunun imperativ tələbidir. Odur ki, İddiaçı verilmiş 5-ci ixtisas dərəcəsinə görə ona əlavə haqq ödənilib və ya ödənilməməsinin müəyyən edilməsi cavabdeh orqan tərəfindən əmək pensiyasının yenidən hesablanmamaması üçün əsas ola bilməz. Belə ki, cavabdeh orqan tərəfindən şəxsə ödənilmiş əlavə haqqın mövcud olub-olmamasını araşdırmaqda məqsəd məcburi dövlət sosial sığortanın ödənilməsi halını müəyyənləşirməkdir. Lakin məcburi dövlət sosial sığorta ödənişinin ödənilməsi tələbi qanunvericilikdə xx.xx.2002-ci il tarixindən sonra mövcud olmuş (vaxtilə “Vətəndaşların pensiya təminatı haqqında” qanuna edilmiş dəyişikliyə əsasən) və xx.xx.2006-cı il tarixə qədər olan məcburi dövlət sosial sığorta haqları üzrə borclar silinmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının tələb etdiyi ixtisas dərəcəsinə görə əlavə haqqın nəzərə alınaraq pensiyanın yenidən hesablanması üçün yenilənmiş məlumat vərəqəsinin verilməsinin tələb edilməsi əsassızdır. Belə ki, ixtisas dərəcələri ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə əlavə haqq ödənilir və Qanunun birbaşa tələbindən irəli gəldiyi və vaxtilə Milli Məclisin müvafiq qərarı ilə verildiyi üçün məlumat vərəqində göstərilməməsi bu hüquqdan iddiaçını məhrum edə bilməz. Yəni hakimlərə həmin əlavə haqqın ödənilməsi qanunun mütləq tələbidir. Bu mənada ixtisas dərəcəli hakimə əlavə haqqın verilməsi ilə bağlı hakimlərin maddi təminatını həyata keçirən inzibati orqan hər hansı mülahizə hüququna malik deyil. Odur ki, həmin əlavə haqqın ödənilməməsi əslində qanunvericiliyin buna dair tələbinin pozulması anlamında qiymətləndirilməlidir. Bununla belə, iddiaçı həmin əlavənin ona ödənildiyini bildirir. Lakin istənilən halda məhkəmənin yuxarıda qeyd edilən mövqeyinə uyğun olaraq iddiaçının pensiya təminatında müvafiq əlavə onun faktiki olaraq ödənilibödənilməsindən asılı olmayaraq nəzərə alınmalıdır.
29. Odur ki, iddia tələbi təmin edilməli, İddiaçı “Azərbaycan Respublikası Bakı şəhər məhkəməsinin, rayon (şəhər) xalq məhkəmələrinin və hərbi tribunalların hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994cü il tarixli 844 nömrəli qərarına əsasən verilmiş 5-ci ixtisas dərəcəsi üzrə ödənilən əlavə nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanmalıdır.
30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı “Azərbaycan Respublikası Bakı şəhər məhkəməsinin, rayon (şəhər) xalq məhkəmələrinin və hərbi tribunalların hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-cü il tarixli 844 nömrəli qərarına əsasən verilmiş 5-ci ixtisas dərəcəsi üzrə əlavə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva