Məhkəmə qərarları › İş №2-1(112)-1519/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1519/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1519/2024 20.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçınun (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının “X4” publik hüquqi şəxsinə qarşı “güzəştli kredit məbləğinin geri tələb edilməsi ilə baglı hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Hüseynova Sevinc Nizami qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının “X4” publik hüquqi şəxsinə qarşı “güzəştli kredit məbləğinin geri tələb edilməsi ilə baglı hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşagıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı (VÖEN **********) Azərbaycan Respublikasının “X4” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “X4” publik hüquqi şəxsin “vəsaitin geri qaytarılması” barədə qəbul etdiyi qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı ayrılmış 4 (dörd) milyon manat güzəştli kredit məbləğinin və ona hesablanan faiz məbləğinin "xxxx" ASC-dən geri tələb edilməsi ilə baglı hərəkətlərinin qanunsuz hesab edilərək həmin hərəkətlərin edilməsindən çəkinmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası “X4” publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası “X4” publik hüquqi şəxsinin qərarına əsasən "xxxx" Bank ASC-dən xx.xx.2019-cu il tarixdə 4 ha istixana tikintisi üçün illik 4 faizlə 4 milyon manat güzəştli kredit ayrılmışdır. Müqavilədə nəzərdə tutulmuş təyinata uyğun olaraq istixananın qurulması və müvafiq avadanlıqlarla təmin edilməsi barədə Rusiya Federasiyasının hüquqi şəxsi olan "xxxx" MMC ilə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən podratçı təşkilat tərəfindən avadanlıqların 70 faizə qədəri Azərbaycan Republikasına gətirilməklə işlərin 70 faizi tamamlanmışdır. Cavabdeh və bank görülmüş işlərlə bağlı bir neçə dəfə monitorinq keçirmiş və monitorinq zamanı vəsaitlərin təyinatı üzrə istifadə edildiyi müəyyən edilmişdir. Lakin məlum pandemiya şərtlərinə görə 1 ilə yaxın "xxxx" MMC müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməmişdir. Pandemiyadan sonra ondan öhdəliyin icrası tələb edildikdə "xxxx" MMC-nin Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsinə müraciəti və nümayəndə Ruslan Zaqitoviçin “X4” publik hüquqi şəxsinə müraciəti əsasında cavabdeh tərəfindən 2022-ci ilin oktyabr ayının sonunadək möhlət verilməsini məqsədəmüvafiq hesab etmiş və bu məqsədlə "xxxx" Banka xx.xx.2022-ci il tarixli məktub ünvanlamışdır. Cavabdeh tərəfindən iddiaçıya möhlət verilsə də, "xxxx" MMC müqavilədən irəli gələn öhdəliklərinin tamamlanması barədə hər- hansı bir hərəkət etmədiyinə və vəsaiti qaytarmadığına görə iddiaçı Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və e-2-2(113)-2852/2023 saylı iş hal-hazırda məhkəmənin icraatındadır. Göründüyü kimi iddiaçının iradəsindən asılı olmayaraq podratçı şirkət üzərinə düşən öhdəliyi icra etmədiyindən zərərə uğramışdır. Bütün bunlara baxmayaraq iddiaçı "xxxx" Bank qarşısında götürdüyü öhdəliyi digər gəlirləri hesabına vaxtlı-vaxtında ödəmişdir. Eyni zamanda həmin kreditin tələblərinə vaxtlı-vaxtında əməl etməklə yanaşı əmlakı girov qoyularaq təminat verilmişdir. Bank qarşısında gecikmiş öhdəliyi yoxdur. Lakin Bank tərəfindən verilən məlumata əsasən “X4” publik hüquqi şəxsi tərəfindən banka verilmiş kreditlərin təyinatı üzrə istifadə edilməməsi əsası ilə banka ödənilən vəsaitin geri tələb edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə həmin vəsaitin geri qaytarılmasını bankdan tələb etmişdir. Bank cavabdehin tələbi üzrə vəsaiti xx.xx.2023-cü il tarixdə geri qaytardığını bildirərək həmin vəsaiti iddiaçıdan tələb edir və ödənmədiyi təqdirdə hər gün üçün həmin vəsaitin illik 30% dərəcəsi ilə penya tətbiq edəcəyini bildirmişdir. Odur ki, cavabdehin hərəkətlərini qanunsuz hesab edir. İddia ərizəsi məhkəmənin icratına qəbul olunduqdan sonra İPM-in 47-49-cu maddələrinə əsaslanaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi cavabdehdən tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya dair yazılı etirazında bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı "xxxx" Bankı ASC vasitəsilə əlavə 4 hektar ərazidə istixana kompeksinin qurulması məqsədilə güzəştli kredit ayrılmışdır. Güzəştli kreditin verilməsi ilə əlaqədar təqdim edilən təşkilati planda sözügedən kompleksin 2020-ci ilin yanvar ayında fəaliyyətə başlaması nəzərdə tutulsa da, cari dövrə qədər işlər yekunlaşdırılmamışdır. İşlərin tam yekunlaşdırılması məqsədilə 2022-ci ilin oktyabr ayının sonuna qədər möhlətin verilməsi ilə bağlı Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəsi Ruslan Mirsayapov tərəfindən İqtisadiyyat Nazirliyinə ünvanladığı müraciətə əsasən X4 tərəfindən sahibkarlıq subyektinə görüləcək işlərin tam həyata keçirilməsi və yeni iş yerlərinin yaradılması məqsədilə 2022-ci ilin oktyabr ayının sonuna kimi möhlət verilmişdir. Göstərilən möhlət müddətinin bitməsi ilə əlaqədar işlərin yekunlaşdırılması vəziyyətinin yoxlanılması məqsədilə 2022-ci ilin oktyabr ayında Fond tərəfindən monitorinq aparılmış və işlərin yekunlaşdırılmadığı müşahidə edilmişdir. Eyni zamanda 2022-ci ilin oktyabr ayında aparılmış monitorinqin nəticələri ilə bağlı xx.xx.2022-ci il tarixdə Fondun, müvəkkil kredit təşkilatının və İddiaçı etibarnamə üzrə nümayəndəsi Samiq İsmayılovun iştirakları ilə iclas keçirilmiş, həmin iclasda S.İsmayılov istixana işlərinin başa çatdırılması, avadanlıqların quraşdırılması, əkin işlərinin aparılması və yeni iş yerlərinin yaradılması məqsədilə 2023-cü ilin mart ayının sonuna qədər möhlət verilməsini xahiş etmiş, sahibkarlıq subyektinin xahişi nəzərə alınmaqla yuxarıda öz əksini tapmış işlərin görülməsi üçün İddiaçı 2023-cü ilin mart ayının sonuna kimi möhlət verilməsi, bu müddətdə investisiya layihəsinin icrasının başa çatdırılmadığı, istixana fəaliyyətə başlamadığı və yeni iş yerləri yaradılmadığı halda ASC "xxxx" Bankı tərəfindən kredit vəsaitinin qalıq məbləğinin vaxtından əvvəl Fonda ödənilməsinin təmin edilməsi qərara alınmış və bu iclasın nəticələrinə dair protokol tərtib edilməklə iclasda iştirak edən şəxslər tərəfindən imzalanmış, eyni zamanda İddiaçı da həmin protokolla tanış edilmişdir. Daha sonra ikinci möhlət müddətinin bitməsi ilə əlaqədar işlərin yekunlaşdırılması vəziyyətinin yoxlanılması sahibkarlıq subyektinin təsərrüfatında 2023-cü ilin may ayında əlavə monitorinq keçirilmiş, monitorinq zamanı işlərin yekunlaşdırılmadığı müşahidə edilmiş və bu səbəbdən də təyinatı üzrə istifadə edilməyən ümumilikdə 4 000 000 (dörd milyon) manat güzəştli kredit vəsaitinin və ona hesablanan faiz məbləğinin geri ödənilməsi məqsədilə banka məktub ünvanlanmış və həmin vəsaitin ödənilməsi bank tərəfindən təmin edilmişdir. Qeyd olunanları və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X2 vəsaitindən istifadə Qaydası”nın 9.1 və 9.2-ci bəndlərinin tələblərini nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası X2 vəsaiti hesabına maliyyələşdirilmək üçün ASC "xxxx" Bankı tərəfindən təqdim olunmuş sahibkarlıq subyektinin investisiya layihəsinin ekspertizasının nəticələrinə dair rəydən görünür ki, investisiya layihəsinin reallaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X2 vəsaitindən istifadə Qaydası”na, regionların sosial-iqtisadi inkişafına, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və X2 müəyyən etdiyi investisiya layihələrinin qiymətləndirilməsinə dair meyarlar üzrə keçid bal həddinə uyğun olduğundan investisiya layihəsinin X2 güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab edilmişdir. -Cavabdehin xx.xx.2022-ci il tarixli SİF-X/O-0xx/xx-4753/2022 nömrəli Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəsinə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “Sahibkar İddiaçı güzəştli kredit vəsaiti hesabına görüləcək işlərin tam olaraq həyata keçirilməsi üçün 2022-cı ilin oktyabr ayının sonuna qədər möhlət verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə daxil olmuş xx.xx.2022-cı ıl tarixli T031-94 nömrəli müraciətinizə X3 aidiyyəti üzrə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası X2 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 10-cu bəndinə əsasən vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər. Fondun apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Fondun hesabına köçürülür. Müraciətinizdə qeyd etdiyiniz mövcud problemləri nəzərə alaraq, sahibkar İddiaçı güzəştli kredit vəsaiti hesabına görüləcək işlərin tam olaraq həyata keçirilməsi və yeni iş yerlərinin yaradılması üçün 2022-ci ilin oktyabr ayının sonuna qədər möhlət verilməsini məqsədəuyğun hesab edirik. Müraciətdə qeyd olunan tarix bitdikdən sonra görüləcək işlərin tam olaraq həyəta keçirilməsini və yeni iş yerlərinin yaradılmasını müşahidə etmək məqsədilə monitorinqin aparılması nəzərdə tutulur.” - xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası X3 keçirilmiş görüşün protokolundan görünür ki, xx.xx.2019-cu il tarixdə 4 milyon manat güzəştli kredit ayrılmış sahibkar İddiaçı 4 ha istixana kompleksinin yaradılması yönümlü investisiya layihəsi üzrə nəzərdə tutulan işlərin tam başa çatdırılması üçün 2023-cü ilin mart ayının sonunadək möhlət verilməsi, bu müddət ərzində investisiya layihəsinin icrası başa çatdırılmadığı, istixana fəaliyyətə başlamadığı və yeni iş yerləri yaradılmadığı halda ASC "xxxx" Bankı tərəfindən kredit vəsaitinin qalıq məbləğinin vaxtından əvvəl Fonda geri ödənilməsinin təmin edilməsi qərara alınmışdır. - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-8/2-1479/2023 nömrəli "xxxx" Bank ASC-yə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası X2 vəsaiti hesabına ASC "Xalq” Bankı vasitəsilə sahibkar İddiaçı investisiya layihəsinin maliyyələşdirilməsinə ayrılmış güzəştli kreditin təyinatı üzrə istifadəsinə dair məlumatların yerində müşahidə etməklə dürüstləşdirilməsinin aparılması məqsədilə 2023-cü il 27-28 aprel tarixlərində Fondun əməkdaşının Abşeron rayonuna ezam edilməsi nəzərdə tutulur. Bankın nümayəndəsinin İştirakını, sahibkarlıq subyektinin bu barədə məlumatlandırılmasını təmin etməyi və investisiya layihəsinin icrası üzrə zəruri olan sənədləri (bank hesabından çıxarışlar, ödəniş tapşırıqları və malların alınmasını, işlərin görülməsini təsdiq edən sənədlər) təqdim etməyi iddiaçıdan xahiş edilmişdir. - Azərbaycan Respublikasının X2 vəsaitinin istifadəsinə dair xx.xx.2023-cü il tarixli monitorinq aktından görünür ki, monitorinq zamanı Abşeron rayonu Zirə-Tərəvəzçilik Südçülük sovxozu ərazisində 4 ha istixananın konstruksiyasının qurulduğu, avandanlıq və hissələrin qismən mövcud olduğu müşahidə edilmişdir. İstixana kompleksində avtomatik açılıb bağlanan məhsul daşıma qapıları, işçi çıxış qapıları, süzgülü istixana qapıları, dezinfeksiya otağı, elektrik sistemi (idarəetmə panosu, işıqlandırma, qəza siqnalizasiyası), bitkilərin asılması guttenlər, duman yaratma sistemi, məhsulların yığılması üçün arabalar, bitkilərin becərilməsi üçün istifadə olunacaq arabalar, istixananın polietilen örtüyü, Ozmos və su təmizləmə sistemi mövcud deyildir. İstixanada əkin işləri aparılmamış, qismən mövcud olan avadanlıqlar tam olaraq qurulmamışdır. İstixana hazırda fəaliyyətə başlamamışdır. Sahibkarlıq subyekti monitorinqdə iştirak etməmişdir. Təsərrüfatda çəkiliş aparılmamışdır. - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-8/2-1851/2023 nömrəli "xxxx" Bank ASC-yə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası X2 əməkdaşları tərəfindən ASC "xxxx" Bankının sahibkarlıq subyekti üzrə aparılmış monitorinq nəticəsində güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X2 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydasının 10.1-ci bəndinə əsasən monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, həmin sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, 10 iş günü ərzində bütövlükdə Fondun hesabına köçürülür. Fondun tələbindən sonra müvəkkil kredit təşkilatı vəsaitin köçürülməsini gecikdirərsə, Qaydanın 3.7-ci bəndinə uyğun olaraq Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə ödəyirlər. Tələb edilən vəsaitin köçürülməsi 30 təqvim gününü keçdiyi təqdirdə, Fond gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür. Yuxarıda qeyd olunanları nəzərə alaraq təyinatı üzrə istifadə edilməyən ümumilikdə 4 000 000 (dörd milyon) manat güzəştli kredit vəsaitinin və ona hesablanan faiz məbləğinin 10 iş günü ərzində Fonda ödənilməsinin təmin edilməsi tələb edilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-8/2-İ-273/4-19/2023/2250 nömrəli imtina məktubu ilə iddiaçının nümayəndəsinə "Azerbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X2 vəsaitindən istifadə Qaydası”nın 9.1 və 9.2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla Fondun təyinatı üzrə istifadə edilməyən güzəştli kredit vəsaitinin qaytarılması barədə qərarının ləğv edilməsinin mümkün olmadığı bildirilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

İnzibati Prosessual Məcəllənin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Beləliklə, hazırki iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X2 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi” Qaydası:

1. Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası X2 (bundan sonra - Fond) vəsaiti hesabına güzəştli kreditin verilməsi mexanizmini və şərtlərini müəyyən edir. 1.2. Fondun güzəştli kredit verilməsi üçün nəzərdə tutulan vəsaiti Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. 1.3. Güzəştli kredit sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən təyinatlı və ünvanlı vəsaitdir. Bu vəsait investisiya layihələrinin həyata keçirilməsi üçün sahibkarlıq subyektlərinə tam və ya mərhələli şəkildə verilə bilər. Güzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və ya bank olmayan kredit təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi istisna olmaqla, ayrılmış güzəştli kreditlər müvəkkil kredit təşkilatlarının aktivi hesab edilmir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında güzəştli kredit vəsaitindən istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanılacaq müqavilədə məcburi şərtlərin olmasını tələb edə bilər. 1.7. Qaytarılan güzəştli kredit vəsaiti və güzəştli kreditlər üzrə daxilolmalar (faiz, cərimə və sair) həmin daxilolmaların Fondun saxlanılması xərclərinə ayrılan, həmçinin bu Qaydanın 1.8-ci bəndində nəzərdə tutulan hissələri istisna olmaqla, Fondun hesabında saxlanılır və yenidən bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlərlə istifadə olunur.

2. Fondun güzəştli kredit vəsaitindən istifadə istiqamətləri Fondun güzəştli kredit vəsaiti ölkənin sosial-iqtisadi inkişafı istiqamətləri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin aktları ilə, eləcə də X5 qərarı ilə müəyyən edilmiş prioritet sahələr, xüsusilə qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.

4. Güzəştli kreditlərin sahibkarlıq subyektlərinə ayrılması və onlardan istifadə 4.1. Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı 10 (on) iş günündən gec olmayaraq, öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarları əsasında investisiya layihələrini təhlil edərək, layihənin maliyyələşdirilməsi və ya maliyyələşdirmədən imtina barədə qərarını sahibkara bildirir. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Fond investisiya layihəsinin tam və hərtərəfli ekspertizası üçün əlavə məlumat və sənədlər tələb edə bilər. 4.2. Fond 10 (on) iş günü müddətində Fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində, Müşahidə Şurasının müəyyən etdiyi qaydada ilkin monitorinqini aparır. Ekspertizanın nəticəsindən asılı olaraq, Fond müraciətlərin təmin olunmasına və ya ondan imtina edilməsinə dair qərar qəbul edir və bu barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir. 4.3. Sahibkarlıq subyekti ilə kreditləşməyə dair bütün sənədləşmə yekunlaşdırıldıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir. Fond 3 (üç) iş günü müddətində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 5 (beş) iş günü müddətində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürərək, Fonda və sahibkarlıq subyektinə bu barədə məlumat verir. 4.4. Fondun güzəştli kreditlərindən istifadə etmək üçün müraciət etmiş bütün sahibkarlıq subyektləri haqqında müvəkkil kredit təşkilatı hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) iş günündən gec olmayaraq Fonda məlumat verməlidir. Təqdim olunacaq məlumatın formasını Fond müəyyənləşdirir. Zəruri hallarda Fond bu məlumatları müəyyən edilmiş müddətdən əvvəl tələb edə bilər.

9. Sahibkarlıq subyektlərinin krediti geri qaytarması 9.1. Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını müqavilə şərtlərinə uyğun olaraq hər ay ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə ödənilir. Sahibkarlıq subyektlərinin vaxtından əvvəl ödədikləri faizləri və ya əsas borcu müvəkkil kredit təşkilatı 3 (üç) iş günündən gec olmayaraq Fondun hesabına köçürməlidir. Müvəkkil kredit təşkilatları həmin vəsaitin Fondun hesabına köçürülməsini gecikdirdikdə, onlar bu Qaydanın 3.7-ci bəndinə uyğun olaraq cərimə ödəməlidirlər. Gecikdirmə 30 (otuz) iş günündən çox olarsa, X7 müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandıra və ya onu müvəkkil kredit təşkilatlan sırasından çıxara bilər.

10. Layihənin monitorinqi 10.1. Müvəkkil kredit təşkilatları Fondun müəyyən etdiyi qaydada ildə azı iki dəfə hər bir sahibkarlıq subyektinin Fondun güzəştli kredit vəsaitindən investisiya layihəsi üzrə istifadə etməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturunu və formasını Fond müəyyən edir. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetiribyetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Fondun hesabına köçürməlidir. 10.2. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər. Fondun apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Fondun hesabına köçürülür. Fondun yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində vəsaitin köçürülməsini gecikdirərsə, bu Qaydanın 3.7-ci bəndinə uyğun olaraq Fonda cərimə ödəyir. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) iş gününü keçdiyi təqdirdə, Fond gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı ASC "xxxx" Bankı vasitəsilə əlavə 4 hektar ərazidə istixana kompeksinin qurulması məqsədilə güzəştli kredit ayrılmışdır. Güzəştli kreditin verilməsi ilə əlaqədar təqdim edilən təşkilati planda sözügedən kompleksin 2020-ci ilin yanvar ayında fəaliyyətə başlaması nəzərdə tutulsa da, cari dövrə qədər işlər yekunlaşdırılmamışdır. İşlərin tam yekunlaşdırılması məqsədilə 2022-ci ilin oktyabr ayının sonunadək möhlətin verilməsi ilə bağlı Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəsi Ruslan Mirsayapov tərəfindən İqtisadiyyat Nazirliyinə ünvanladığı müraciətə əsasən cavabdeh tərəfindən sahibkarlıq subyektinə görüləcək işlərin tam həyata keçirilməsi və yeni iş yerlərinin yaradılması məqsədilə 2022-ci ilin oktyabr ayının sonunadək möhlət verilmişdir. Göstərilən möhlət müddətinin bitməsi ilə əlaqədar işlərin yekunlaşdırılması vəziyyətinin yoxlanılması məqsədilə 2022-ci ilin oktyabr ayında cavabdeh tərəfindən monitorinq aparılmış və işlərin yekunlaşdırılmadığı müşahidə edilmişdir. 2022-ci ilin oktyabr ayında aparılmış monitorinqin nəticələri ilə bağlı xx.xx.2022-ci il tarixdə cavabdehin, müvəkkil bankın və iddiaçının nümayəndəsinin iştirakları ilə iclas keçirilmiş, həmin iclasda iddiaçı tərəf istixana işlərinin başa çatdırılması, avadanlıqların quraşdırılması, əkin işlərinin aparılması və yeni iş yerlərinin yaradılması məqsədilə 2023-cü ilin mart ayının sonunadək möhlət verilməsini xahiş etmiş, sahibkarlıq subyektinin xahişi nəzərə alınmaqla yuxarıda öz əksini tapmış işlərin görülməsi üçün iddiaçıya 2023-cü ilin mart ayının sonuna kimi möhlət verilməsi, bu müddətdə investisiya layihəsinin icrasının başa çatdırılmadığı, istixana fəaliyyətə başlamadığı və yeni iş yerləri yaradılmadığı halda ASC "xxxx" Bankı tərəfindən kredit vəsaitinin qalıq məbləğinin vaxtından əvvəl cavabdehə ödənilməsinin təmin edilməsi qərara alınmış və bu iclasın nəticələrinə dair protokol tərtib edilməklə iclasda iştirak edən şəxslər tərəfindən imzalanmış, eyni zamanda iddiaçı da həmin protokolla tanış edilmişdir. Daha sonra ikinci möhlət müddətinin bitməsi ilə əlaqədar işlərin yekunlaşdırılması vəziyyətinin yoxlanılması sahibkarlıq subyektinin təsərrüfatında 2023-cü ilin may ayında əlavə monitorinq keçirilmiş, monitorinq zamanı işlərin yekunlaşdırılmadığı müşahidə edilmiş və bu səbəbdən də təyinatı üzrə istifadə edilməyən ümumilikdə 4 000 000 (dörd milyon) manat güzəştli kredit vəsaitinin və ona hesablanan faiz məbləğinin geri ödənilməsi məqsədilə cavabdeh tərəfindən banka məktub ünvanlandığından həmin vəsaitin ödənilməsi bank tərəfindən təmin edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuni və əsaslı olmuşdur. Belə ki, həmin dövrdə qüvvədə olmuş “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X2 vəsaitindən istifadə Qaydası”nın tələblərinə əsasən cavabdehin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlanmışdır. Cavabdehin tərtib etdiyi vəsaitinin istifadəsinə dair xx.xx.2023-cü il tarixli monitorinq aktından göründüyü kimi monitorinq zamanı Abşeron rayonu Zirə-Tərəvəzçilik Südçülük sovxozu ərazisində 4 ha istixananın konstruksiyasının qurulduğu, avandanlıq və hissələrin qismən mövcud olduğu müşahidə edilmişdir. İstixana kompleksində avtomatik açılıb bağlanan məhsul daşıma qapıları, işçi çıxış qapıları, süzgülü istixana qapıları, dezinfeksiya otağı, elektrik sistemi (idarəetmə panosu, işıqlandırma, qəza siqnalizasiyası), bitkilərin asılması guttenlər, duman yaratma sistemi, məhsulların yığılması üçün arabalar, bitkilərin becərilməsi üçün istifadə olunacaq arabalar, istixananın polietilen örtüyü, Ozmos və su təmizləmə sistemi mövcud olmamış, istixanada əkin işləri aparılmamış, qismən mövcud olan avadanlıqlar tam olaraq qurulmamış, istixana fəaliyyətə başlamamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı gətirdiyi dəlillərə dair, yəni istixananın qurulması və müvafiq avadanlıqlarla təmin edilməsi barədə Rusiya Federasiyasının hüquqi şəxsi olan "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən podratçı tərəfindən avadanlıqların Azərbaycan Republikasına gətirilməklə işlərin 70 faizinin tamamlanması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə iddiaçının gətirdiyi bu dəlillər iş üzrə cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli monitorinq aktında göstərilənlərlə təkzib edilir və iddiaçı da həmin aktı mübahisələndirməmişdir. Qeyd olunmalıdır ki, məlum pandemiya şərtlərinə görə 1 ilə yaxın "xxxx" MMC müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyindən pandemiyadan sonra "xxxx" MMC-nin Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Zaqitoviçin cavabdehə edilmiş müraciəti əsasında cavabdeh tərəfindən 2022-ci ilin oktyabr ayının sonunadək 1 dəfə möhlət vermiş və bu məqsədlə "xxxx" Banka xx.xx.2022-ci il tarixli məktub ünvanlamışdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya 1 dəfə güzəşt edilərək möhlət verilsə də, iddiaçı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə etmədiyindən güzəştli kredit vəsaitinin və ona hesablanan faiz məbləğinin geri ödənilməsi barədə cavabdehin hərəkətləri qanuni olmuşdur. İddiaçının iradəsindən asılı olmayaraq podratçı şirkətin üzərinə düşən öhdəliyi icra etməməsi ilə baglı dəlilləri isə iddiaçı ilə podratçı arasında müqavilə tələblərinin pozulması halında dəymiş ziyanın ödənilməsi tələbini yaratmış olur. Belə ki, həmin hallar “Azərbaycan Respublikası X2 vəsaitindən istifadə Qaydası”nda güzəştli kredit vəsaitinin geri ödənilməsini istisna edən hallar kimi nəzərdə tutulmadığından hazırki iddianın təmin edilməsi üçün əsas sayıla bilməz. Məhkəmə xüsusilə vurğulayır ki, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia inzibati orqanın inzibati akt olmayan əlverişsiz hərəkətlərini aradan qaldırmaq və ya onların qarşısını almaq məqsədi daşıyır. Hazırki işdə də cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olduğundan məhkəmə hesab edir ki, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının “X4” publik hüquqi şəxsinə qarşı “güzəştli kredit məbləğinin geri tələb edilməsi ilə baglı hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası əsassız oldugundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar