Məhkəmə qərarları › İş №2-1(112)-152/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-152/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-152/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadə, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı Azərbaycan Dəmir Yolları QSC-nin Tibbi-Sanitar Xidməti məhkəmə ictraatına 3-cü şəxs qismində cəlb edilməklə “3-cü qrup əlillik dərəcəsinin ləğv edilməsi (dayandırılması) barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə verilmiş iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə ərizəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3-cü qrup əlillik dərəcəsinin ləğv edilməsi (dayandırılması) barədə qərarın ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 17.06.2021-ci il tarixə təyin edilmişdir. 17.06.2021-ci il tarixdə iddiaçı dəftərxana vasitəsilə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində şifahi məhkəmə baxışı iclasından iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə Mülki Prosessual Məcəllənin normalarına uyğun olaraq baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia baxılmamış saxlanılır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən baxılmadan saxlanılmalıdır. İddiaçıya izah olunur ki, iddia ərizəsinin baxılmamış saxlanılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İş üzrə iddia baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar