Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15209/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “qərarın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Mənzil növbəsinin İddiaçı adına dəyişdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 68 saylı Qərarının dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 (iddiaçının anası) və X3 məhkəməyə ərizə ilə müraciət edərək mərhum anaları X1 tərəfindən verilmiş iddia ərizəsi üzrə işin (iş № 2-1(112)-6525/2022) hakim Orxan Həsənovun icraatında olduğunu bildirmiş və hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş yeni iddia ərizəsinin də onların ərizələri ilə qarşılıqlı əlaqəli olduğundan hər iki işin bir icraatda birləşdirilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırda məhkəmənin icraatında eyni tərəflər (ailə üzvləri) arasında, eyni mübahisə predmeti üzrə 2 ayrı iş (2-1(112)-6525/2022 saylı və 2-1(112)-15209/2022 saylı işlər) vardır və həmin işlər biri-biri ilə əlaqəlidirlər. Bu səbəbdən də həmin işlər bir icraatda birləşdirilməli, ilkin olaraq hakim Orxan Həsənovun icraatında olan 2-1(112)-6525/2022 saylı iş məhkəmənin icraatına daxil olduğundan, 2-1(112)-15209/2022 saylı inzibati iş hakim Orxan Həsənovun icraatında olan 2-1(112)-6525/2022 saylı işlə 2-1(112)-6525/2022 say altında bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1, 56.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6525/2022 saylı və 2-1(112)- 15209/2022 saylı inzibati işlər bir icraatda birləşdirilsin və 2-1(112)-6525/2022 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilsin. Qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-15209/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15209/2022
21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver