Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1523/2020 23.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və ona vurulmuş mənəvi zərərə görə 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzil Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventerlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsinin verdiyi xx.xx.1996-cı il tarixli, MH seriyalı 063301 №-li Qeydiyyat Vəsiqəsinə əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 13 saylı evin 33 saylı mənzilinin üzərinə 2012-ci ildə Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən həbs qoyulmuşdur. Həbs qoyulmasına əsas Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 7(011)-209/12 saylı qərardadı olmuşdur. Xətai Rayon Məhkəməsinin hakimi İbrahim İbrahimli tərəfindən qəbul edilmiş xx xxxxxx 2012-ci il tarixli 7(011)-209/12 saylı qərardadla “İddiaçı mülkiyyətində olan Bakı şəhəri, S.Rüstəm küçəsi, 13 saylı evin 33 nömrəli mənzilinin üzərinə həbs qoyulmuşdur”. Lakin qərardad icra olunarkən qərardadda göstərilən Bakı şəhəri, S.Rüstəm küçəsi, 13 saylı evin 33 nömrəli mənzilinin üzərinə deyil, ona məxsus Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 13 saylı evin 33 saylı mənzilinin üzərinə həbs qoyulmuşdur. Məhkəmə qərardadı ilə Bakı şəhəri, S.Rüstəm küçəsi, 13 saylı evin 33 nömrəli mənzilinin üzərinə həbs qoyulmuşdur. 2012-ci ildən başlayaraq iddiaçı hər dəfə Bakı şəhər Ərazi İdarəsinə qanunsuz qoyulmuş həbsin götürülməsi ilə əlaqədar müraciət etmiş və ona bildirilmişdir ki, mənzilin üzərinə Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 7(011)-209/12 saylı qərardadı ilə qoyulmuş həbsin ləğvinə dair qanuni qüvvəsini almış müvafiq məhkəmə qərardadı icra üçün ərazi idarəsinə göndəriləcəyi təqdirdə sözügedən mənzilin üzərinə qoyulmuş məhdudiyyət götürüləcəkdir. Lakin iddiaçı Xətai Rayon Məhkəməsinə müraciət edərkən iddiaçıya Məhkəmənin xx xxxxxx 2012-ci il tarixli 7(011)- 209/12 saylı qərardadı ilə Bakı şəhəri, S.Rüstəm küçəsi, 13 saylı evin 33 nömrəli mənzilinin üzərinə həbs qoyulduğu bildirilmişdir. İddiaçıya məxsus mənzil ünvan 1 olduğu üçün qərardadın ona aidiyyəti yoxdur. Məhkəmənin xx xxxxxxxx 2012-ci il tarixli icra vərəqəsində borclunun adı, ünvanı aşağıdakı kimi göstərilir: İddiaçı, Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 62/1, mənzil 4 (xx.xx.1971-ci ildə Ucar rayonunda anadan olan). İddiaçı xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı 2012-ci ildən Bakı şəhər Ərazi İdarəsinin işçisinin səhvi nəticəsində pozulmuş hüquqlarının bərpasına çalışır, lakin hələ də buna nail ola bilməmişdir. Nəticədə bu illər ərzində iddiaçı qanuni mülkiyyətində olan mənzilindən lazımınca istifadə edə bilməmişdir. Dəfələrlə təcili kredit götürmək lazım olmuşdur, lakin mənzilin üzərində həbs olduğu üçün iddiaçı mənzilini ipoteka qoyub bankdan kredit götürə bilməmişdir. Bakı şəhər Ərazi İdarəsinin işçisinin səhvi nəticəsində iddiaçının hüquqları pozulmuş və iddiaçı düşdüyü problemə görə mənəvi sarsıntı keçirmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2019-cu il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin ərizəsinə də hər dəfə olduğu kimi imtina cavabı verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi, vəkili Vəkil əlavə olaraq bildirdilər ki, cavabdeh inzibati orqandır, iddia tələbi də inzibati orqanın üzərinə öhdəliyin qoyulması ilə bağlıdır. Ona görə də hesab edirlər ki, iddia tələbinə inzibati icraat qaydasında baxılmalıdır. Məhkəmə iclasında iştirak edən X2 izahatında bildirdi ki, məhkəmə qərardadına əsasən mənzil üzərinə qoyulmuş həbs yalnız həbsin götürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadına əsasən götürülə bilər. Mənzilə dair həbs Xətai Rayon Məhkəməsinin qərardadına əsasən qoyulduğundan, iddiaçı həbsin götürülməsi ilə bağlı həmin Məhkəməyə də müraciət etməlidir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 7(011)-209/12 saylı qərardadının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Oktay İsayev Bakı Hərbi Məhkəməsinin 1(093)-59 saylı xx xxxx 2011-ci il tarixli icra sənədinin icrası ilə bağlı təqdimatla məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 24.1-ci maddəsini rəhbər tutaraq borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, S.Rüstəm küçəsi 13 saylı evin 33 nömrəli mənzilinin üzərinə həbs qoyularaq borcun həmin əmlaka yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qeyd olunan qərardadı ilə təqdimat qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, S.Rüstəm küçəsi 13 saylı evin 33 nömrəli mənzilinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 13, 33 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının mənzilinin üzərinə həbs icra məmurunun təqdimatına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə qoyulmuşdur. Hazırda iddiaçı onun mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən təqdimatın düzgün verilib-verilməməsi, üzərinə həbs qoyulan mənzilin iddiaçıya məxsus olub-olmaması, mənzilin yerləşdiyi ünvanın düzgün göstərilibgöstərilməməsi, həbsin borcluya məxsus mənzil üzərinə və ya digər şəxsə məxsus mənzil üzərinə qoyulub-qoyulmaması kimi məsələlər araşdırılmalıdır. Qeyd olunan məsələlərin araşdırılması isə həbsin qoyulması barədə qərardad qəbul edən məhkəmənin səlahiyyətlərinə aiddir. Ona görə də iddiaçı mənzil üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı ərizə ilə həmin məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1523/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1523/2020
23.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver