Məhkəmə qərarları › İş №2-1(112)-1526/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1526/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1526/2021 20.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 20.01.2019-cu il tarixdən etibarən təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəməyə aidiyyəti baxımından düzgün verilmiş və inzibatiprosessual qanunvericiliyə əsasən məcburetmə barədə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi hazırki iddia növünə uyğun olaraq prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qaldırılmışdır. Göründüyü kimi, hazırki iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə Bərdə rayonunda anadan olmuşdur. 1978-1980-ci illərdə Bərdə rayonu S.Vurğun adına kolxozda işləmişdir. 1980-1982-ci illərdə keçmiş SSR Silahlı Qüvvələrində, Əfqanıstanda həqiqi hərbi xidmətdə olmuşdur. 20.05.1983-cü ildən bu günədək müəssisənin adı dəyişməsindən asılı omayaraq Azərbaycan Respublikası “xxxx” ASC-də əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsində işləmişdir. İşlədiyi əl ilə qaynaq edən vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 35-ci bəndinə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən işlər siyahısına aiddir. “Əmək pensiyaları haqqına” Azərbaycan Respublikası Qanununn 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək satjı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə omuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun yuxarıda göstərilən maddəsinin mahiyyətindən görünür ki, 2006-cı ilin yanvar ayının 1dək ümumi iş stajı 25 il, güzəştli iş üzrə 12 il 6 ay stajı olan kişilər 57 yaşına çatdıqda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. Məhz qanunvericiliyin bu tələbi nəzərə alınaraq, tərəfindən cavabdeh təşkilata müraciət edilərək, güzəştli şərtlərlə pensiya hüququnun təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh təşkilat hər dəfə bir formal bəhanə ilə ərizəsinin təmin edilməsinin mümkünsüz olduğunu bildirmişdir. Sonuncu imtina məktubunda qeyd olunmuşdur ki, 24.10.1994-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində “xxxx” Azərbaycan Rusiya Birgə Müəssisəsində işlədiyi elektrik qaynaqçısı vəzifəsinin güzəştli şərtlərlə pensiya hüququ verən işlər siyahısına uyğun olub-olmadığını müəyyən etmək mümkün deyildir.” Cavabdeh təşkilatın imtinası ilə razılaşmayaraq bildirmimşdir ki, işlədiyi əl ilə qaynaq edən vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 35-ci bəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işlər siyahısına aiddir. Həmin vəzifədə işləməsi isə əmək kitabçasında öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdeh təşkilatın imtinasının heç bir hüquqi əsası yoxdur. Hesab edir k, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə 57 yaşına çatmış, azı 25 il sığorta stajına malik olan və bu müddətin azı 12 il 6 ayını xüsusilə zərərli və ağır olan şərtlərdə işləyən şəxslərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan onun qanunla təsdiq olunan bu hüququnun cavabdeh orqan tərəfindən təmin edilmədiyindən, qeyd olunan qanunla müəyyən olunan güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun bərpa olunması məhkəmə qaydasında təmin edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən etiraz ərizəsi təqdim edilmişdir. Etiraza əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı omayaraq yxxxxltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (İstehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, müddətin azı 12 il 6 ay həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsnə görə yxxxxltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində: -rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları; - rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları; - əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi filiala təqdim etdiyi 20 may 1983-cü il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında 24.101994-01.04.1996-cı il tarixləri arasındakı dövr ərzində “xxxx” Azərbaycan Rusiya Birgə Müəssisəsində elektrik qaynaqçısı işlədiyi qeyd olunmuşdur. Lakin, iddiaçının təqdim etdiyi sənədlərə əsasən, işlədiyi vəzifənin yuxarıda qeyd olunan vəzifələrə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İşdə olan “xxxx” ASC tərəfindən verilmiş 25.12.2019-cu il tarixli, 73 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən əmək kitabçasına “xxxx” ASCnin arxivində olan əmrlərə və əmək haqqı hesablanması cədvəllərinə əsasən 20.05.1983-cü il tarixdən (əmr № 89/k, 04.04.1984-cü il) “Azərenerjitikinti” trestinin xxxx (ГРЕС) Tikinti Quraşdırma İdarəsində Beton döşəmə sahəsində 2-ci dərəcəli fəhlə peşəsində işləmişdir. 09.04.1985-ci il tarixdən (əmr № 89/k, 04.04.1984-cü il) 01.07.1993-cü il tarixinədək (əmr 89/k, 23.04.1993-cü il) “Azərenerjitikinti ”trestinin “Azərbaycan” DRES (ГРЕС) Tikinti Quraşdırma İdarəsində əvvəl 4-cü dərəcəli sonra isə 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsində işləmişdir. 01.07.1993-cü il tarixdən (əmr № 89/k, 23.04.1993-cü il) “Azərenerjitikinti” İTQB-nin “Azərbaycan” DRES (ГРЕС) Tikinti Quraşdırma İdarəsinin strukturu nəzdində “Mənzilsosialtikinti” TQİ yaradılmış və həmin tarixdən “Mənzilsosialtikinti” TQİ-ə köçürmə yolu ilə keçirilmişdir. 01.07.1993-cü il tarixdən (əmr № 89/k, 23.04.1993-cü il) 19.10.1994-cü il tarixinə kimi (əmr № 96/k, 17.10.1994-cü il) “Azərenerjitikinti” İTQB-nin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsinin strukturu nəzdində yeni yaradılmış “Mənzilsosialtikinti” TQİ-də əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. İddiaçı əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsində işlədiyi dövr üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarınn 35.Ümumi peşələr maddəsinin-əl ilə qaynaq edən elektrik qaynaqçıları-bəndinə əsasən imtiyazlı təqaüd almaq hüququna malikdir. Arayış təqaüdə çıxamq üçün Mingəçevir şəhər Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Arayışda heç bir istifadə edilməmiş məzuniyyət, ezamiyyət, kompensasiya nəzərə alınmamış, əmək haqqı cədvəllərinə əsasən yazılmışdır. SSRİ Energetika Nazirliylinin 31.07.1991-ci il tarixli, 60 nömrəli əmrinin “A” bəndinin bölməsinə əsasən “Azərenerjitikinti” tresti “Azərenerjitikinti” İstehsal Tikinti Quraşdırma Birliyi (İQTB) adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 may 1993-cü il tarixli, 619 saylı sərəncamına əsasən “Azərenerjitikinti” İstehsal Tikinti Quraşdırma Birliyi (İTQB) və “Enerjiquraşdırma” nın bazası əsasında “xxxx” Dövlət Şirkəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 1998ci il tarixli, 851 saylı sərəncamına əsasən “xxxx” Dövlət Şirkəti bazası əsasında “xxxx” ASC yaradılmışdır. “xxxx” ASC “Azərenerkitikinti” trestinin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsinin hüquqi varisidir. İddiaçı 1986-cı il tarixdən (əmr № 89 e, 10.02.1986-cı il) 11.05.1987-ci il tarixinə kimi Rusiya Fedxxxxsiyasının Moskvaətrafı Zaqorsk QAES-də ezamiyyətdə olmuşdur və əmək haqqını da həmin İdarədən almışdır. Ona görə, həmin dövr üzrə əmək haqqını arayışda yazmaq mümkün olmamışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 03 aprel 2020ci il tarixli, **********9 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” imtina məktubunun surətindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yxxxxltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yxxxxltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində: - rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları; - rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları; - əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyi 20 may 1983-cü il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında 24.10.1994-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində “xxxx” Azərbaycan Resuiya Birgə Müəssisəsində elektrik qaynaqçısı işlədiyi qeyd olunmuşdur. Lakin, təqdim etdiyi sənədlərə əsasən işlədiyi vəzifənin yuxarıda qeyd olunan vəzifələrə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa ggörə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesba edilmir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İşdə olan notarial qaydada təsdiq edilmiş 20 may 1983-cü ildə iddiaçının adına açılmış ИТ- İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 20.05.1983-cü il tarixdən 09.04.1985-ci il tarixinə kimi “Azərenerjitikinti” trestinin xxxx Tikinti Quraşdırma İdarəsində beton döşəmə sahəsində 2-ci dərəcli fəhlə, 09.04.1985-ci il tarixdən 01.07.1993-cü il tarixinədək “Azərenerjitikinti” Trestinin “xxxx Tikinti Quraşdırma İdarəsində əvvəl 4-cü dərəcəli sonra isə 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı işləmiş, 01.07.1993-cü il tarixdən “Azərenerjitikinti” İTQB-nin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsinin strukturu nəzdində “Mənzilsosialtikinti” TQİ yaradılmış və həmin tarixdən “Mənzilsosialtikinti” TQİ-ə köçürmə yolu ilə keçirilmişdir. 01.07.1993-cü il tarixdən 19.10.1994-cü il tarixinə kimi “Azərenerjitikinti” İTQB-nin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsinin strukturu nəzdində yeni yaradılmış “Mənzilsosial tikinti” TQİdə əl ilə qaynaq edən 5-ci dərəcli elektrik qaynaqçısı işləmiş, 24.10.1994-01.04.1996-ci il tarixlərdə “xxxx” Azərbaycan Rusiya Birgə Müəssisəsində elektrik qaynaqçısı, 01.04.1996-cı il tarixdə “Azərenerji” DRES-ə 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 01.10.1997-ci il tarixdə 5-ci dərəcəli elektrik qaynaqçısı keçirilmiş, 01.12.1997-ci il tarixdə qaynaq sexinə keçirilmiş, 02.07.2001-ci il tarixdə işdən azad edilmiş, 02.07.2001-ci il tarixdə xxxx-ə qaynaq sexinə 5-ci (beş) dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuş, 05.01.2009-cu il tarixdə əmək müqaviləsinə xitam verillmiş, 05.01.2009-cu il tarixdə “xxxx” MMC-yə X2 Təmir və Sazlama İdarəsinin Qaynaq sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 05.01.2010-cu il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 06.01.2010-cu il tarixdə “xxxx” ASC EAT İdarəsinin Mingəçevir Təmir sahəsinin Qaynaq sexinə 5-ci dərəcəli əl qaynaqçısı peşəsinə təyin edilmiş, 28.12.2012-ci il tarixdə STP-nin Ağır Maşınqayırma Departamentinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 29.12.2012-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 30.12.2012-ci il tarixdə Ağır maşınqayırma zavodu Qazan təmiri sexinin Mingəçevir Qazan 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə təyin edilmiş, 22.04.2013-cü il tarixdə vəzifə və dərəcə saxlanılmaqla həmin zavodun həmin sexin, həmin şöbəsində qaynaq qrupuna keçirilmiş, 02.02.2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 20.02.2015-ci il tarixdə “xxxx” MMC-yə Qazan və Köməkçi Avadanlıqların Təmiri sexinə Qaynaq sahəsinə 5 (beşinci) dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respubliaksı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 11.11.2020-ci il tarixli, **********074900 nömrəli “sorğunun cavablandırılması haqqında” məktubun surətindən görünür ki, dövlət reyestrində Azərbaycan-Rusiya “xxxx” Birgə Müəssisəsinin (VÖEN: **********) 05.04.1994-cü il tarixdə dövlət qeydiyyatından keçməsi və hal-hazırda fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 11 sentyabr 2019-cu il tarixli, 86 nömrəli arxiv arayışının surətindən görünür ki, rayon Dövlət Arxivində mühafizə edən sabiq S.Vurğun adına kolxozun 9AİM) 1978-1983-cü illər üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən İddiaçı kolxozda (AİM) işləmişdir. Arayışda İddiaçı qazandığı əmək haqqı, adam günü və minimum əmək günü norması göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsi tərəfindən verilmiş 13 sentyabr 2019-cu il tarixli, 335 nömrəli arayışdan görünür ki, İddiaçı 19.10.1980-ci ildən 25.12.1982-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrinin, 30.07.1981-ci il tarixdən 25.12.1982-ci il tarixə kimi Əfqanıstan Respublikasında xidmət etmiş, müharibə vetxxxxnıdır. İşdə olan “xxxx” MMC və “xxxx” MMC tərəfindən verilmiş əmək şəraiti üzrə iş yerinin atestasiya xəritəsindən görünür ki, qaynaq sexində əl ilə elektrik qaynaqçıları, elektrik qaynaqçıları, arqan qaynaqçıları, qaz qaynaqçıları, termistlər, tökücülərı əmək şəraitinə görə 16 % güzəştlər tətbiq edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 21 dekabr 2020-ci il tarixli, **********2 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yxxxxltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatın imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi 20 may 1983-cü il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində 24.10.1994-01.04.1996-cı il tarixləri arasındakı dövr ərzində “xxxx” Azərbaycan Rusiya Birgə Müəssisəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri müvafiq məsələ ilə bağlı araşdırma apararaq Mingəçevir şəhərində yerində baxış keçirmiş, nəticədə yuxarıda adı qeyd olunan müəssisənin hüquqi ünvanı müəyyən edilməmiş və həmin müəssisənin mövcud olmasını təsdiq edən hər hansı fakt aşkar edilməmişdir. Buna görə də, 24.10.1994- 01.04.1996-cı il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 7 ay 5 gün) təşkil edir. Qeyd edilənlərə əsasən əmək kitabçasında göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən ümumi iş stajının olmadığına istinad edilərək imtina edilmişdir. Halbuki ki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, arayışlar, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı 20.01.1961-ci il təvəllüddür. Onun 20.01.2019-cu il il tarixdə 57 yaşı olmuş, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Bununla da, o, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Məhkəmə cavabdehin imtinasında və etirazında göstərdiyi “xxxx” Azərbaycan Rusiya Birgə Müəssisəsi ilə bağlı arqumentlərinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə olunmuş məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 11.11.2020-ci il tarixli, **********074900 nömrəli məktuba əsasən Azərbaycan-Rusiya “xxxx” Birgə Müəssisəsinin (VÖEN: **********) 05.04.1994-cü il tarixdə dövlət qeydiyyatından keçməsi və hal-hazırda fəaliyyətinin aktiv olması müəyyən edildiyindən, iddiaçının həmin müəssisədə işlədiyi müddət onun ümumi və xüsusi stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Həmçinin məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş “xxxx” MMC tərəfindən verilmiş arayışlar iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olunduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 20 yanvar 2019-cu il tarixindən təyin olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar