Məhkəmə qərarları › İş №2-1(112)-1526/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1526/2022

14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1526/2022 14.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «mənzil növbəsinə götürülmə» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinin tələblərini rəhbər tutaraq onun ehtiyatda olan hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə (həyat yoldaşı və qızı) güzəştli şərtlərlə mənzil növbəsinə qəbul olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 16.09.1994-cü il tarixdən 18.03.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 0371 saylı, 18.03.2021-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Ehtiyatda olan polkovnikdir. O, hərbi xidmət dövrü daimi yaşayış sahəsi ilə təmin edilməmişdir, hazırda kirayədə yaşayır. O, ehtiyata buraxıldıqdan sonra 2021-ci ilin aprel ayında Cavabdehnə ərizə ilə müraciət edərək 15 ildən çox xidmət etmiş ehtiyata buraxılan hərbi qulluqçu kimi ailəsi ilə birlikdə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə qəbul edilməsini xahiş etmişdir. Lakin onun ərizəsinə 03.05.2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Bu zaman “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsinin nəzərdə tutulmadığı əsas gətirilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. O, 16.09.1994-cü il tarixdən 18.03.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 0371 saylı, 18.03.2021-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. O, hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsində hərbi qeydiyyatdadır, 26 təqvim ilindən çox hərbi xidmət keçmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15 təqvim ili və daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçularının, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Göründüyü kimi qanunverici ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçunun mənzillə (yaşayış sahəsi ilə) və torpaq sahəsi ilə təmin olunması üçün 2 şərt müəyyən edir. 1-ci şərt, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu ən azı 15 təqvim ili xidmət etmiş olsun, 2-ci şərt, ehtiyata və istefaya buraxılmış hərbi qulluqçu xidməti mənzildə yaşayan olsun və ya onun ümumiyyətlə yaşayış sahəsi olmasın. Həmçinin qanun ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçunun yaşayış sahəsi ilə (mənzillə) təmin olunmasını onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və ya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun hər hansı bir maddəsi ilə ehtiyata və ya istefaya buraxılması ilə şərtləndirməmişdir, məhdudlaşdırmamışdır. O isə mənzillə təmin olunmaq üçün hər iki şərtə cavab verir və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) maddəsinə əsasən öz arzusu ilə ehtiyata buraxılmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 03.05.2021-ci il tarixli məktubda qeyd olunur: Sizin Cavabdehnə ünvanladığınız müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətiniz ilə əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə vətəndaşın yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Siz “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddənin “j” bəndinə əsasən ehtiyata buraxılmağınız səbəbindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən mənzillə təmin olunacaq ehtiyata buraxılmış hərbi qulluqçu kimi nəzərdə tutulmamışsınız. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Sizin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağınız mümkün deyildir. İş materiallarında olan İddiaçı məxsus EZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 16.09.1994-cü il tarixdən 18.03.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin 0371 saylı, 18.03.2021-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Bələdiyyəsinin 1078 saylı 01.07.2021-ci il tarixli arayışından görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olan İddiaçı və həyat yoldaşı X3 həqiqətən Yasamal Bələdiyyəsindən torpaq sahəsi almamışlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 20.04.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X3, X7 (05.08.2003-cü il təvəllüdlü) ünvan 4 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Qax rayon VVADQ şöbəsi tərəfindən 25.08.2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı 007558 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X4 25.08.2002-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Bayramov, arvada isə Bayramova soyadı verilmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 05.08.2003-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar idarəsinin 24.04.2021-ci il tarixli 1928 saylı arayışından görünür ki, ehtiyatda olan polkovnik İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin 01.07.2021-ci il tarixli 140 saylı arayışından görünür ki, ehtiyatda olan polkovnik İddiaçı həqiqətən 16.09.1994-cü ildən 18.03.2021-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 0371 saylı 18.03.2021-ci il tarixli əmrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsində hərbi qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən 03.07.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı adına Qax rayonu, Qaxbaş kəndi ərazisində 0.78 ha kənd təsərrüfatı təyinatlı torpaqlar qeydiyyata alınmışdır (ümumibirgə mülkiyyət 30.05.2001-ci il tarixli JN:321 qeydiyyat tarixli və nömrəli). İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən 01.07.2021-ci il tarixli arayışının surətindən görünür ki, X2 adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən 02.07.2021-ci il tarixli arayışının surətindən görünür ki, X1 adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN - 321 nömrəli, 40309028 kodlu 18.07.2001-ci il tarixli dövlət aktından görünür ki, Qax rayonu Aqrar İslahat Komissiyasının 20 iyul 2000-ci il tarixli 07 saylı qərarına əsasən cizgidə göstərilən sərhəd daxilində 0.78 hektar torpaq sahəsi (kənd təsərrüfatı istehsalı üçün) İddiaçı, X5 və X6 mülkiyyətinə verilmişdir. Dövlət aktı qeydiyyat kitabında 7908 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 16.09.1994-cü ildən 18.03.2021-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 0371 saylı 18.03.2021-ci il tarixli əmrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsində hərbi qeydiyyatdadır. Göründüyü kimi, iddiaçı 15 ildən çox hərbi xidmətdə olmuşdur. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının öz arzusu ilə hərbi xidmətdən tərxis olunduğuna görə müraciətin təmin edilməsindən imtina etmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Məhkəmə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsi ilə bağlı qeyd edir ki, həmin norma öz arzusu ilə xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçuların mənzil növbəsinə alınması hüququnu məhdudlaşdırmır. Norma 15 ildən yuxarı xidmət müddəti olan hərbi qulluqçuların belə bir hüquqa malik olduğunu qeyd edir. İddiaçının isə hərbi xidmət müddətinin 15 ildən çox olması iş materialları ilə müəyyən edilir. Həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Məhkəmə həmçinin qeyd edir ki, hazırda iddiaçının ümumi birgə mülkiyyətində torpaq sahəsi olsa da, Torpağa mülkiyyət hüququna dair JN - 321 nömrəli, 40309028 kodlu 18.07.2001-ci il tarixli dövlət aktına əsasən həmin torpaq sahəsi Qax rayonu Aqrar İslahat Komissiyasının 20 iyul 2000-ci il tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı istehsalı üçün İddiaçı, X5 və X6 mülkiyyətinə verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı (özü, arvadı, 1 nəfər qızı olmaqla 3 nəfər ailə üzvü ilə birlikdə) mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilmədiyi üçün yaşayış sahəsi olmayan hesab edilməlidir. Qeyd olunanlar iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacının olduğunu təsdiq edir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə (özü, arvadı, bir nəfər qızı) mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar