Məhkəmə qərarları › İş №2-1(112)-1526/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1526/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1526/2024 26.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndələri Nümayəndə3, Nümayəndə1, cavabdehin nümayəndələri Nümayəndə4 və Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası X2 Bakı regional Bölməsinə qarşı “cavabdehin “Duz məhsulu partiyasından nümunələrin götürülməsinə dair hərəkətlərinin, həmçinin “Duz məhsulu partiyasına sertifikatın verilməsindən imtina olunmasına dair hərəkətlərinin əsassız və qanunsuz hesab edilməsi, “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Qərarın ləğv edilməsi, cavabdehin hərəkətləri və qərarı əsasında İddiaçı MMC-nə vurulmuş, o cümlədən, 7799,00 (yeddi min yeddi yüz doxsan doqquz) manat pulun, eləcə də anbarın icarə haqqı olan 200 (iki yüz) manat pulun, həmçinin əldən çıxmış fayda olan 1200 (bir min iki yüz) manat pulun, bunlarla yanaşı götürülmüş kreditlə bağlı "xxxx" ASC-yə 1 ay ərzində ödənilmiş 113.33 (bir yüz otuz üç) manat pulun, gələcəkdə də, yekun məhkəmə qərarının çıxarılacağı günə qədər, bu xərclərin çıxarılacağı ilə bağlı müəyyən ediləcək məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası X2 Bakı regional Bölməsinə qarşı “cavabdehin “Duz məhsulu partiyasından nümunələrin götürülməsinə dair hərəkətlərinin, həmçinin “Duz məhsulu partiyasına sertifikatın verilməsindən imtina olunmasına dair hərəkətlərinin əsassız və qanunsuz hesab edilməsinə dair, eləcə də, “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Qərarın əsassız və qanunsuz hesab edilərək ləğv edilməsinə dair, bu vaxta qədər, cavabdehin hərəkətləri və qərarı əsasında İddiaçı MMC-nə vurulmuş, o cümlədən, 7799,00 (yeddi min yeddi yüz doxsan doqquz) manat pulun, eləcə də anbarın icarə haqqı olan 200 (iki yüz) manat pulun, həmçinin əldən çıxmış fayda olan 1200 (bir min iki yüz) manat pulun, bunlarla yanaşı götürülmüş kreditlə bağlı "xxxx" ASC-yə 1 ay ərzində ödənilmiş 113.33 (bir yüz otuz üç) manat pulun, gələcəkdə də, yekun məhkəmə qərarının çıxarılacağı günə qədər, bu xərclərin çoxalması ilə bağlı müəyyən ediləcək məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı kommersiya fəaliyyəti ilə məşğul olaraq, respublikaya qida əlavəsi olan yodlaşdırılmış xörək duzu idxal edir. İddiaçı İran İslam Respublikasının X28 Bilasavar by X15 X16 ilə xx.xx.2021-ci il tarixli, TS/022 saylı müqaviləsi əsasında xx.xx.2023-ci il tarixində Azərbaycan Respublikasına, **********4795 saylı, xx.xx.2023-eü il tarixli gömrük bəyannaməsi üzrə, 1000 ədəd 25 kiloqramlıq kisələrdə, netto çəkisi 24250 kq, brutto çəkisi 25.000 kq, natrium-xlorid (CAS 7647- 14-5) Əsaslı, Gömrük orqanı tərəfindən yoxlanılmaqla, tərkibində yodun miqdarı 34.9 mkq/q müəyyən olunan, qida üçün yararlı yodlaşdırılmış xörək duzu idxal etmişdir. (X19, **********5805 saylı, xx.xx.2023-cü il tarixli),(malın kodu 250100, Gömrük dəyəri 5.606.60 manat, o cümlədən, avtomobil nəqliyyatının nömrəsi ** AB ***/418 olmaqla Nəqliyyat xərci 826 manat, İran İslam Respublikasının Mənşə sertifikatı **********002, İnvoys № 000502, xx.xx.2023-cü il tarixli, Qida agentliyi 25 manat, Gömrük xərcləri 1343.00 manat, cəmisi xərclənmiş vəsait, 7799.00 manat). Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin rəisi Zaur Kərimova, “İdxal olunan yeyinti məhsularına qida təhlükəsizliyi sertifikatının verilməsi üçün İD********** saylı elektron ərizə ilə müraciət edilərək, xx.xx.2023-cü il tarixində istehsal olunmuş və xx.xx.2023-cü il tarixində ölkəyə idxal olunmuş, “Qida təhlükəsizliyi sertifikatının verilməsi üçün, yodlaşdırılmış xörək duzundan nümunələrin götürülməsi və tədqiq edilməsi xahiş edilmişdir. 11 gündən sonra, axşam saat 19:00-19:30 radələrində anbara gəlmiş Bakı Regional Bölməsinin əməkdaşı “Məhsul nümunələrinin götürülməsi”nə dair xx.xx.2023-cü il tarixli Akt tərtib etmiş, bundan sonra, onun tələbi ilə, anbarda fəhlə işləyən şəxsin anbardan iş otağına gətirdiyi bir kisə duzu, nümunə olaraq götürüb aparmışdır. Belə ki, yodlaşdırılmış xörək duzundan nümunənin götürülməsi, Bakı Regional Bölməsinin əməkdaşının xx.xx.2023-cü il tarixində, tərtib etdiyi “Məhsul nümunələrinin götürülməsi” barədə İD ********** saylı, xx.xx.2023-cü il tarixli AKT-da da yazdığı kimi, 1 kisə duzdan ibarət olmuşdur. Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin əməkdaşı, iddiaçının müraciəti əsasında gəlmişdirsə də, idxal etdiyi yodlaşdırılmış xörək duzundan nümunə götürməmişdir. Aktdan da görünür ki, “nümunələrin götürülməsi” Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin əməkdaşının çiyninə bir kisə götürüb aparmasından ibarət olmuşdur ki, bu da, nümunələrin götürülməsi qaydalarına (GOST 33770-2016, X23 (DUZ), həmçinin, GOST 31904-2012, Qrup H09, (Ərzaq məhsulları) olan tələblərə zidd olmuşdur. Dövlətlərarası standartalaşdırma üzrə işlərin aparılmasının məqsədləri, əsas prinsipləri və əsas qaydası QOST 1.0-2015 “Dövlətlərarası standartlaşdırma sistemi. Əsas müddəalar” və QOST 1.2- 2015 “Dövlətlərarası standartlaşdırma sistemi. Dövlətlərarası standart, qaydalar və dövlətlərarası standartalaşdırma üzrə tövsiyyələrdə müəyyən edilmişdir. İnkişaf, qəbul, yeniləmə və ləğvetmə qaydaları”. Bu standart, yemək duzuna şamil edilir və dövlətlərarası standartalara normativ istinadlardan istifadə edərək nümunələrin götürülməsi və hazırlanması və orqanoleptik göstəricilərin müəyyən edilməsi üsullarını müəyyən edir. Bununla yanaşı, bu standart, GOST 31904-2012, “X12”, “Ərzaq Məhsulları” Mikrobioloji sınaq üçün nümunə götürmə üsulları, qida məhsulları. Mikrobioloji analizlər üçün nümunə götürmə üsulları, ilə də nəzərdə tutulmuşdur, bu Standartla təsdiq olunur. Yəni, bu baxımdan, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi, hər hansı bir standarta, qaydaya, təlimata əməl etmədən, “Məhsul nümunələrinin götürülməsi” barədə İD ********** saylı, xx.xx.2023-cü il tarixli aktda da yazdıqları kimi, 1 kisə duzu nümunə olaraq götürüb, hər hansı bir sənədləşmə aparmadan, hər hansı bir yazı tərtib etmədən aparmışlar. Bundan sonra, iddiaçı, hesab faktura № AZ-22010957/LAB06-23003 əsasında, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsə, xörək duzunda yodun kütlə payının təyini üçün 25 manat ödəniş etmişdir. Beləliklə də, nəticədə idxal edilən yodlaşdırılmış xörək duzundan nümunə götürməmişlər. Nümunə götürməmişlərsə, tədqiqat da aparmamışlar. Tədqiqat da aparılmamışdırsa, “Sınaq Protokolu”nda yazılmış rəqəmlər həqiqəti, duzun göstəricilərini tam əks etdirmir, quramalardan ibarətdir. Belə ki, xx.xx.2023-cü il tarixində, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin rəisi Zaur Kərimovun imzaladığı xx.xx.2023- cü il tarixli, 3-44-1/2-1-5140/23 saylı, “Duz məhsulu partiyasına sertifikatın verilməsindən imtina olunmasına dair və “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin 060 nömrəli xx.xx.2023-cü il tarixli Qərarının icra olunması üçün, həm də, Azərbaycan Qida Təhlükəsizliyi X10 Sınaq Laboratoriyasının müdiri X14 imzaladığı AZ-22010957/LAB06- 23003-T-003 nömrəli “Sınaq protokolu”nun surətini göndərdiyi məktubunu almışlar. Məlum olmuşdur ki, Bakı Regional Bölməsinin rəisi Zaur Kərimovun yazısına, Azərbaycan Qida Təhlükəsizliyi X10 Sınaq və Laboratoriyasının müdiri X14 imzaladığı AZ- 22010957/LAB06-23003-T-003 nömrəli “Sınaq protokolu”na əsasən, 2 gün əvvəl, dövlət sərhəddini keçərək ölkəyə daxil olan zaman, Gömrük orqanı tərəfindən yoxlanılmaqla, tərkibində yodun miqdarı 34.9 mkq/q müəyyən olunan, qida üçün yararlı hesab olunaraq dövlət orqanı tərəfindən ölkəyə buraxılan yodlaşdırılmış xörək duzu, indi, 2 gündən sonra ayrı xassəyə malikdir, yodun miqdarı 34.9 mkq/q deyil, 27 mkq/q-dır, “Uyğun deyil”?! Bununla da yanaşı, sınaq nəticələrinin altında da qeyd edilmişdir ki, “Sınağın nəticələrinə etiraz 7 iş günü müddətində X1 müvafiq şöbələrinə bildirilməlidir. Müəyyən edilmiş müddətdən sonra şikayətlər əsassız sayılır və qəbul edilmir”. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, nümunə üçün götürülmüş duz 1 kisədən ibarət olduğu halda, Zaur Kərimov iddiaçıya məktubunda yazır: ’’Məlumat üçün bildiririk ki, idxal olunmuş xörək duzu məhsulu partiyasının sertifikatlaşdırlması zamanı götürlümüş nümunələrin? Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda aparılmış ekspertizalari (halbuki, təkcə yodun miqdaranın müəyəyn edilməsinə dair keçirilmiş ekspertizadır) göstərmişdir ki, təqdim edilmiş nümunədə yodun miqdarının normadan az olduğuna görə məhsul Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 aprel 2010-cu il tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblərinə cavab vermir, Xörək duzu məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina olunur” Həmçinin, qeyd edir ki, “xörək duzu məhsulu barədə qəbul edilmiş “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin 060 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı icra olunması üçün bizə göndərilir”. Bu ərəfələrdə anbarda məhsulların yığılmasının səliqəyə salınması əsnasında, anbarda işləyən fəhlə ilə söhbət zamanı məlum olmuşdur ki, onun Bakı Regional Bölməsinin əməkdaşının tələbi ilə anbardan iş otağına gətirdiyi bir kisə duz, xx.xx.2023-cü il tarixində idxal edilən duz məhsulundan deyil, daha əvvəl idxal edilmiş və həmin vaxt da sertifikatlaşdırılmış duz məhsullarından olmuşdur. Yəni, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin əməkdaşı tərəfindən çiyinə atılaraq aparılmış nümunə olaraq 25 kiloqramlıq polietilin kisə, “İdxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi üçün elektron ərizə”, İDO123050532 saylı müraciətlə bağlı, xx.xx.2023-cü il tarixində istehsal olunmuş və xx.xx.2023-cü il tarixində ölkəyə idxal olunmuş, yodlaşdırılmış xörək duzundan deyil, daha əvvəl istehsal olunmuş və əvvəllər ölkəyə idxal edilmiş yodlaşdırılmış xörək duzlarından olmuşdur. Beləliklə, gətirmiş olduqları xörək duzu yoxlanılmadan, tədqiq edilmədən, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən, məhsulun partiyasının sertifikatlaşdırılmasından imtina etməkləri bir yana, onlar tərəfindən, özbaşınalıq edilərək, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin rəisi Zaur Kərimov tərəfindən, 23 may 2023- cü il tarixli, 60 saylı “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” əsassız, qanunsuz çox da gülünc bir qərar qəbul edilmişdir. Nəticədə isə, gətirilmiş xörək duzu yoxlanılmadan, tədqiq edilmədən, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən, məhsulun partiyasının sertifıkatlaşdırılmasından imtina etməkləri bir yana, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin rəisi Zaur Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi X10 Sınaq Laboratoriyasının müdiri X14 havadan, qurma rəqəmlərlə yazılan rəqəmlər əsasında, əsassız olaraq tərtib etdiyi, qondarma sınaq protokoluna əsasən, iddiaçının sahibkarlıq fəaliyyətinə maneə olmuşdur, üstəlik, özbaşınalıq edərək, 23 may 2023-cü il tarixli, 60 saylı “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” əsassız, qanunsuz, qərar qəbul etmişdir. Bütün bunlar, bu maneə olmalar, da, ölkə rəhbərinin sahibkarlara dəstək göstərilməsinə dair tövsiyyələrinə, göstərişlərinə birbaşa, həm də tamamilə ziddir. Sözügedən sənədləri aldıqdan sonra, ölkəyə idxal etdiyimiz yodlaşdırılmış xörək duzu partiyasından nümunələr götürərək, "xxxx" MMC laboratoriyasında tədqiq etdirmişlər və xx.xx.2023-cü il tarixli, 0578 saylı “Sınaq protokolu”na əsasən müəyyən olunmuşdur ki, duzda yodun miqdarı norma və tələblərə uyğundur. xx.xx.2023-cü il tarixində Azərbaycan Qida Təhlükəsizliyi X10 Sınaq Laboratoriyasının müdiri X18 məktub yazaraq bildirmişlər ki, Azərbaycan Qida Təhlükəsizliyi X10 Sınaq Laboratoriyasının müdiri X14 imzaladığı AZ- 22010957/LAB06-23003-T-003 nömrəli “Sınaq protokolu”nun nəticələri ilə razı deyillər. Belə ki, 2 gün əvvəl, dövlət sərhədini keçərək ölkəyə daxil olan zaman, Gömrük orqanı tərəfindən yoxlanılmaqla, tərkibində yodun miqdarı 34.9 mkq/q müəyyən olunan, Qida üçün yararlı hesab olunaraq dövlət orqanı tərəfindən ölkəyə buraxılan yodlaşdırılmış xörək duzu, indi, 2 gündən sonra ayrı xassəyə malikdir, yodun miqdarı 34.9 mkq/q deyil, 27 mkq/q-dır özü də təhlükəlidir. Beləliklə, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi, onların, Azərbaycan Qida Təhlükəsizliyi X10 Sınaq Laboratoriyasının müdiri X14 havadan, qurama rəqəmlərlə yazılan rəqəmlər əsasında, əsassız olaraq tərtib etdikləri, qondarma sınaq protokoluna əsasən, iddiaçının sahibkarlıq fəaliyyətinə maneə olmuşlar. xx.xx.2023-cü il tarixində, Azərbaycan X2 Bakı Regional Bölməsinin rəisi X13 məktubu yazmışlar və həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin əməkdaşı tərəfindən çiyinə atılaraq aparılmış nümunə olaraq 25 kiloqramlıq polietilin kisə, “İdxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi üçün elektron ərizə”, İDO123050532 saylı Müraciətlə bağlı, xx.xx.2023-cü il tarixində istehsal olunmuş və xx.xx.2023-cü il tarixində ölkəyə idxal olunmuş, yodlaşdırılmış xörək duzundan deyil, daha əvvəl istehsal olunmuş və əvvəllər ölkəyə idxal edilmiş yodlaşdırılmış xörək duzlarından olmuşdur. Yəni, X2 Bakı Regional Bölməsinin əməkdaşı, xx.xx.2023-cü il tarixində istehsal olunmuş və xx.xx.2023-cü il tarixində ölkəyə idxal olunmuş, yodlaşdırılmış xörək duzundan deyil, daha əvvəl istehsal olunmuş və əvvəllər ölkəyə idxal edilmiş yodlaşdırılmış xörək duzlarından bir kisə götürüb sınaq üçün aparmışdır. Məhz bununla bağlı, nəzərlərinə çatdırmışıq və xahiş etmişik ki, sınaq üçün nümunəni, təhlükəsizlik sertifikatının verilməsi üçün elektron ərizə”, İDO ********* saylı iddiaçının müraciətinə əsasən, xx.xx.2023-cü il tarixində istehsal olunmuş və xx.xx.2023cü il tarixində ölkəyə idxal olunmuş, yodlaşdırılmış xörək duzundan yenidən, götürsünlər və tədqiq etsinlər. Ancaq, bu müraciətdən 19 gün keçməsinə baxmayaraq, cavabdeh Regional Bölmə, xx.xx.2023-cü il tarixində istehsal olunmuş və xx.xx.2023-cü il tarixində ölkəyə idxal olunmuş, yodlaşdırılmış xörək duzundan nümunə götürməmişlər. Odur ki, təkrarən, 2-ci dəfə onlara müraciət edib xahiş edilmişdir ki, İddiaçı İran İslam Respublikasının X28 Bilasavar By X15 X16 ilə xx.xx.2021-ci il tarixli, TS/022 saylı müqaviləsi əsasında, xx.xx.2023-cü il tarixində istehsal olunmuş və xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasına (**********4795 saylı, xx.xx.2023-cü il tarixli Gömrük Bəyannaməsi üzrə, 1000 ədəd 25 kiloqramlıq kisələrdə, Netto çəkisi 24250 kq, Brutto çəkisi 25.000 kq, Natrium-xlorid (CAS 7647-14-5) Əsaslı, Gömrük orqanı tərəfindən yoxlanılmaqla, tərkibində yodun miqdarı 34.9 mkq/q müəyyən olunan, Qida üçün yararlı yodlaşdırılmış xörək duzu, (X19, **********5805 saylı, xx.xx.2023-cü il tarixli), (Mahn kodu 250100, Gömrük dəyəri 5.606.60 manat, o cümlədən, avtomobil nəqliyyatının nömrəsi ** AB ***/418 olmaqla Nəqliyyat xərci 826 manat, İran İslam Respublikasının Mənşə sertifikatı **********002, İnvoys № 000502, xx.xx.2023-cü il tarixli, Qida agentliyi 25 manat, Gömrük xərcləri 1343.00 manat, cəmisi xərclənmiş vəsait, 7799.00 manat) idxal edilmiş yodlaşdırılmış xörək duzundan nümunə götürüb, “Qida təhlükəsizliyi sertifıkatı”nın verilməsi üçün tədqiq etsinlər və müvafiq sertifikat versinlər. Əks halda, iddiaçı, xx.xx.2023-cü il tarixində idxal etdiyi, xx.xx.2023-cü il tarixində istehsal olunmuş yodlaşdırılmış xörək duzunu satmaq məcbiriyyətində qalacaqdır. xx.xx.2023-cü il tarixində, X2 Bakı Regional Bölməsinin rəisi Zaur Kərimovun xx.xx.2023-cü il tarixli, 3-44-1/2-1- 5928/23 saylı, “İnzibati xəta haqqında iş üzrə icraata başlanması barədə” Bildirişini almışdır. Yəni, bütün bunlar, çoxdan başlanmış, hələ də davam edən, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin rəisi Zaur Kərimovun bizə bəslədiyi növbəti qərəzlərindən, səlahiyyətlərindən sui-istifadə edərək, törətdiyi qanunazidd hərəkətlərindən, növbətisidir. Bütün bu əməllərinin yekununda, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi olaraq, qanuna zidd əməl və hərkətləri ilə, xörək duzunun təhlükəli olmasına dair gülünc qərarları ilə İddiaçınə, ümumilikdə, 1 ay içərisində, hələ ki, 7799.00 (Yeddi min yeddi yüz doxsan doqquz) manat, eləcə də əlavə ziyanlar vurmuşlar ki, vurmaqdadırlar ki, onlara qarşı, onların hərəkət və qərarlarının əsassız və qanunsuz hesab edilməsinə dair məhkəmədə qaldırdığımız iddia ilə yanaşı, vurduqları ziyan da onlardan tələb ediləcəkdir. Cavadehin əməlləri və hərəkətləri qanunazidd olduğundan, onların hazırkı imtinaları da, sonrakı əməlləri də əsassız və qanunsuz olduğundan məhkəmə müdafiəsindən istifadə edilməlidir. Cavabdehin deməsinə və yazmasına və qəbul etdiyi qərara görə təhlükəli məhsul kimi məhv edəcəyimiz xörək duzunun dəyəri, xörək duzunun alınması və ölkəyə gətirilməsi üçün nəqliyyata, gömrüyə və.s sərf edilən vəsaitin əvəzi, yəni vurulmuş ziyanın kompensasiyası, həmçinin, duzun satışından əldə ediləcək pulların yekun məhkəmə qərarı qəbul edilərək, pullar alınanadək, duz satışı ilə bağlı dövriyyəsindən əldə ediləcək mənfəət hesablanaraq, cavabdehdən tələb ediləcəkdir. Yodlaşdırılmış xörək duzundan nümunənin götürülməsi, Bakı Regional Bölməsinin əməkdaşının xx.xx.2023-cü il tarixində, tərtib etdiyi “Məhsul nümunələrinin götürülməsi” barədə İD ********** saylı, xx.xx.2023-cü il tarixli aktda da yazdığı kimi, 1 kisə duzdan ibarət olmuşdur ki, polietilin kisədə olan həmin duz da, “İdxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi üçün elktron ərizə”, İD********** saylı müraciətlə bağlı, xx.xx.2023-cü il tarixində istehsal olunmuş və xx.xx.2023-cü il tarixində ölkəyə idxal olunmuş, yodlaşdırılmış xörək duzundan olmamışdır. Yəni, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin əməkdaşı, İD********** saylı müraciətlə bağlı gəlmişdirsə də, xx.xx.2023-cü il tarixində ölkəyə idxal edilən yodlaşdırılmış xörək duzundan nümunə götürməmişdir. Hər bir halda belə, əgər fərz etsək ki, Bakı Regional Bölməsinin əməkdaşı, nümunəni məhz sözügedən partiyadan götürmüşdür, bu halda da, bir kisənin nümunə kimi götürülüb aparılması, Nümunələrin götürülməsi qaydalarına (GOST 33770-2016, X24 (DUZ), həmçinin, GOST 31904-2012, Qrup H09, (ərzaq məhsullari) olan tələblərə zidd olmuşdur, tələblərə cavab verməmişdir, bu tələblərə uyğun olmamışdır. Dövlətlərarası standartalaşdırma üzrə işlərin aparılmasının məqsədləri, əsas prinsipləri və əsas qaydası QOST 1.0-2015 “Dövlətlərarası standartlaşdırma sistemi. Əsas müddəalar” və QOST 1.2-2015 “Dövlətlərarası standartlaşdırma sistemi. Dövlətlərarası standart, qaydalar və dövlətlərarası standartalaşdırma üzrə tövsiyyələridə müəyyən edilmişdir. İnkişaf, qəbul, yeniləmə və ləğvetmə qaydaları”. Bu standart, yemək duzuna şamil edilir və dövlətlərarası standartalara normativ istinadlardan istifadə edərək nümunələrin götürülməsi və hazırlanması və orqanoleptik göstəricilərin müəyyən edilməsi üsullarını müəyyən edir. Bununla yanaşı, bu standart, GOST 31904-2012, “DÖVLƏTLƏR ARASİ STANDART”, “ƏRZAQ MƏHSULLARİ” Mikrobioloji sınaq üçün nümunə götürmə üsulları, qida məhsulları. Mikrobioloji analizlər üçün nümunə götürmə üsulları, ilə də nəzərdə tutulmuşdur, bu STANDART-la təsdiq olunur. Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlanndan kənara çıxarılması və ya məhv edilməsi barədə” Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin rəisi Zaur Kərimovun 060 nömrəli xx.xx.2023cü il tarixli Qərarı, əsassız və qanunsuzdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddia ərizəsində mübahisələndirilən məsələlər barəsində hüquqi tənzimlənmə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunundan, “Qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarının müəyyən edilməsi haqqında” 2002-ci il 30 dekabr tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabineti Qərarından və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydalan"na əsasən aparılır. Belə ki, Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”na əsasən, yeyinti (qida) məhsulları sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası X7 tərəfindən ekspertizadan keçirilir. Ekspertiza ərizəçinin vəsaiti hesabına həyata keçirilir. Ekspertizanın keçirilməsi üçün Agentliyin mütəxəssisləri tərəfindən sertifikatlaşdırılan yeyinti məhsullarından nümunələr götürülür və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda onların sınağı (tədqiqi) aparılır. Qida məhsullarından götürülmüş nümunələr ekoloji, sanitariya, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə ekspertizadan keçirilir. Qida məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda sertifikatın verilməsindən imtina edilir. Beləliklə, İddiaçı MMC-nin iddia ərizəsində qeyd etdiyi şirkət tərəfindən mübahisə predmeti olan məhsullardan götürülən nümunələr əsasında aparılmış analizlər və ya müayinələr ölkə qanunvericiliyinə uyğun olaraq müvafiq sertifikatın verilməsi üçün hüquqi əhəmiyyət kəsb etmir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və aparılmış tədqiqin (sınağın) nəticəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyat və sağlamlıq üçün təhlükəli hesab edilən qida və yem məhsulları bu Qanunun 30.9-cu maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada utilizasiya və ya məhv edilməlidir. “Qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarının müəyyən edilməsi haqqında” 2002-ci il 30 dekabr tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabineti Qərarı ilə qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarı 30-50 mkq/q həddində müəyyən edilməsi müəyyyən edilmişdir. Agentlik tərəfindən "xxxx" MMC-dən ekspertiza üçün götürülmüş nümunələr Azərbaycan X1 müvafiq laboratoriyasında aparılmış ekspertiza nəticələri göstərmişdir ki, (AZ- 22010957/LAB06-2300 -T-003 saylı tədqiq (sınaq) protokoluna əsasən) təqdim edilən və yoxlanılan nümunə üçün götürülən duzda yodun miqdarının normadan az olması səbəbilə 2002-ci il 30 dekabr tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabineti Qərarı 1-ci bəndinin tələblərinə cavab vermir. Bu səbəbdən, "xxxx" MMC barəsində sertifikatın verilməsi barədə olan xx.xx.2023-cü il tarixli, İDOİ 23050532 nömrəli müraciətə cavab olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın 2.21.3-cü yarımbəndinə əsasən qeyd edilən qida məhsulları üçün sertifikatlaşdırılmadan imtina edilmişdir. Aparılan yoxlama tədbirləri nəticəsində götürülmüş nümunələr "Qida təhlükəsizliyi" haqqında Qanunun tələblərində cavab vermədiyi üçün Agentlik tərəfindən “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” 060 nömrəli xx.xx.2023-cü il tarixli Qərar qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda aparılan analizlər beynəlxalq (NMKL, AOAC) metodlar əsasında həyata keçirilir. Azərbaycan X1 Bakı Regional Sınaq Laboratoriyasında sınağı aparılan qida məhsulları nümunələrində təhlükəsizlik göstəriciləri üzrə uyğunsuzluq aşkar edildikdə, laboratoriyanın daxili yoxlama proseduruna əsasən planlı şəkildə müqayisəli analizlər həyata keçirilir. Belə ki, uyğunsuzluq aşkar edilmiş nümunələrin analizi ilə bağlı, sınaqdan öncə fərqli mütəxəssislər tərəfindən, fərqli çəkilərdə və fərqli günlərdə CRMs-lə (X6) aparılan yoxlama baş verə biləcək mümkün xətaların qarşısını alır və metodun düzgün işlədiyi yoxlanılır. Aparılmış daxili yoxlamalarda metodun yol verilən xətası xaricində hər hansı şübhəli nəticələr yaranmadıqda, uyğunsuzluq aşkar edilmiş nümunə 2 mütəxəssis tərəfindən analiz edilir və alınmış nəticələrin orta göstəriciləri yekun protokola yazılır. Bundan başqa "Tural-Salt” MMC iddia ərizəsində Agentlik tərəfindən tədbiq edilən qərar zamanı ona dəymiş ziyanında Agentlik tərəfindən tutularaq onun xeyrinə ödənilməsini tələb etmişdir. Bununla bağlı onu qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Nəticə olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsiziliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qanunvericiliyin müvafiq normalarına istinad edilməklə qeyd edilən prosedur qaydalarına tam şəkildə əməl edilərək nümunələr götürülmüş, aidiyyəti üzrə sınağı və tədqiqi aparılmış və istifadəyə yararsız olduğu müəyyən edildikdən sonra Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” 060 nömrəli xx.xx.2023-cü il tarixli Qərar qəbul edərək, məhsulların sertifikatlaşmasından imtina edilmiş və həmin məhsulların məhv edilməsini və ya utilizasiya edilməsini tələb etmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 7.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri tələbində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. 8.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. 9.Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini, dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

xx.xx.2023-cü il tarixli, **********4795 nömrəli Gömrük bəyannaməsinə əsasən, İddiaçı MMC tərəfindən 1000 kisədə, hər biri 25 kq olmaqla idxal edilmiş –yodlaşdırılmış xörək duzu- malın brutto çəkisi 25000 kq, netto çəkisi 24250 kq-dır, bəyannamənin 31-ci sütününda- natrium xlorid (CAS 7647-14-5) əsaslı, tərkibində yodun miqdarı 34.9 MKQ/Q olan, qida üçün yararlı yodlaşdırılmış xörək duzu olması qeyd edilmişdir. İddiaçı MMC tərəfindən X3 xx.xx.2023-cü il tarixli, İD********** nömrəli “İdxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi Sertifikatının verilməsi üçün elektron ərizə” müraciətinə əsasən, XİF MN-ə görə məhsulun növü və adı – yodlaşdırılmış xörək duzu, partiyanın istehsal tarixi – xx.xx.2023, partiyanın son istifadə tarixi xx.xx.2024, mənşə sertifikatı nömrəsi **********002, mənşə sertifikatı tarixi – xx.xx.2023, invoys nömrəsi 000502, invoys tarixi xx.xx.2023, müqavilə nömrəsi TS/022, müqavilə tarixi xx.xx.2021. “Məhsul nümunələrinin götürülməsi” barədə X2 xx.xx.2023-cü il tarixli, ********** İD nömrəli Aktına əsasən, AQTA mütəxəssis/müfəttiş məsləhətçi - X8 tərəfindən saat 19:30da İddiaçı MMC-nin nümayəndəsi X11 işitrakı ilə Əhməd Rəcəbli, 56 ünvanında yerləşən İddiaçı MMC-dən 02.2023-cü il istehsal tarixli, 25 kq yodlaşdırılmış xörək duzu nümunəsi götürülmüşdür. Nümunəsi götürülmüş məhsulun adı – Tural Salt ə/n yodlaşdırılmış xörək duzu, nümunəsi götürülmüş məhsulu dəqiq müəyyən etmək imkanı verən məlumatlar (istehsalçı, istehsal tarixi, partiya və.s) – 02.2023 2 il iran, məhsula dair texniki normativ hüquqi aktın işarəsi, adı – 25 № qərar, götürülmüş məhsul nümunələrinin sayı – 1 nümunə 25 kq, götürülmüş məhsul nümunələrinin müqayisə ediləcəyi parametrlərin təsviri – yodun kütlə payı. Nəzarət nümunələrinin saxlandığı yer – labaratoriya, nümunələr müəssisəyə geri qaytarılacaq. Azərbaycan X1 xx.xx.2023-cü il tarixli, AZ-22010957/LAB06-23003-R nömrəli rəyinə əsasən, “TURAL-SALT" MMC məhsullarından götürülən 1 (bir) ədəd “Tural Sait ə/n yodlaşdırıllmış xörək duzu” nümunəsinin X22 Laboratoriyasında fiziki-kimyəvi (Yodun miqdarı) müayinələri aparılmışdır. “Tural Sait ə/n yodlaşdınlmış xörək duzu” adlı nümunənin minimum keyfiyyət göstəricilərindən olan yodun miqdarı 27 mkg/g təşkil etmişdir. Bu nəticə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25 nömrəli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə dair gigiyenik tələblər’i sənədi ilə müqayisədə uyğunsuzdur. Orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanabənzər vəzin funksiyalarının pozulması bəzi xəstəliklərin (beyin funksiyalarının pozulması, uşaqsalma, uşağın ölü doğulması, ağıl kəmliyi, kretinizm və s.) yaranmasına səbəb ola bilər. “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hududlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə X2 Bakı Regional Bölməsinin 23 may 2023-cü il tarixli, 060 nömrəli Qərarına əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli İD ********** nömrəli müraciəti əsasında idxal olunmuş 02.2023-cü il istehsal tarixli 02.2025-ci il son istifadə tarixli ümumi çəkisi 25000 kiloqram olan xörək duzu məhsulu partiyası qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi qərara alınmışdır. Cavabdeh iddiaçıya ünvanladığı 23 may 2023-cü il tarixli, 3-44-1/2-1-5140/2023 nömrəli məktubuna əsasən, 02.2023-cü il istehsal tarixli 02.2025- ci il son istifadə tarixli, ümumi çəkisi 25000 kiloqram olan xörək duzu məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina olunur və xörək duzu məhsulu barədə qəbul edilmiş "Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin 060 nömrəli xx.xx.2023-cü il tarixli qərarı icra olunması üçün iddiaçıya göndərilmişdir. Azərbaycan Respublikası X7 Bakı Regional Bölməsinin “Qida Təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması haqqında” xx.xx.2023-cü il tarixli, 097 nömrəli qərarına əsasən, İddiaçı MMC-nin 02.2023cü il istehsal tarixli, 02.20205-ci il son istifadə tarixli ümumi çəkisi 25000 kiloqram olan xörək duzu məhsulu partiyasının dövriyyəsinin dayandırılması, İddiaçı MMC-nin 02.2023cü il istehsal tarixli, 02.2025-ci il son istifadə tarixli ümumi çəkisi 25000 kiloqram olan xörək duzu məhsulu partiyası 20 gün müddətinə istehlakçılardan, bazarlardan və digər satış obyektlərindən geri çağırılması və göstərilən müddət bitdikdən sonra görülmüş tədbirlər barədə Agentliyin Bakı regional bölməsinə məlumatın verilməsi, istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmış qida və yem məhsulu Azərbaycan Respublikası X7 tərəfindən həmin məhsul haqqında qərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerlərdə saxlanılması qərara alınmışdır. İddiaçı MMC-nin Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinə ünvanladığı 9 nömrəli, 31 may 2023-cü il tarixli pretenziya məktubuna əsasən, sınaq üçün nümunənin yenidən, tədqiq olunması nəzərdə tutulan partiyadan götürülməsi, həmçinin, qanunsuz hərəkətləri nəticəsində cəmiyyətə vurulmuş ziyan, o cümlədən, 7799.00 (yeddi min yeddi yüz doxsan) manat pulu, anbarın icarə haqqın olan 200 (iki yüz) manat pulu, əldən çıxmış fayda olan 1200 (bir min iki yüz) manat pulu, "xxxx" ASC-yə ödənilmiş 113.33 (bir yüz otuz üç) manat pulun İddiaçı MMC-yə ödənilməsi xahiş edilmişdir. İddiaçı MMC-nin Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinə ünvanladığı 7 nömrəli, 31 may 2023-cü il tarixli məktubuna əsasən, sınaq üçün nümunəni yenidən, təhlükəsizlik sertifikatının verilməsi üçün elektron ərizə, İD********** saylı müraciətinə əsasən, xx.xx.2023-cü il tarixində istehsal olunmuş və xx.xx.2023-cü il tarixində ölkəyə idxal olunmuş, yodlaşdırılmış xörək duzundan yenidən nümunə götürülməsi və tədqiq edilməsi xahiş edilmişdir. İddiaçı MMC-nin Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinə ünvanladığı 10 nömrəli, 31 may 2023-cü il tarixli məktubuna əsasən, yenidən nümunə götürülüb tədqiq edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-4434/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası X2 Bakı regional bölməsinin əməkdaşları X4, X5, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin məhkəmə iclas katibi X9 və "xxxx" MMC-nin direktoru Nümayəndə1 iştirakları ilə tərtib olunmuş 24 avqust 2023-cü il tarixli aktdan görünür ki, həmin məhkəmənin hakimi Abbas Rzayevin göstərişi əsasında ünvan 3 ünvanında yerləşən anbara keçirilmiş baxış zamanı İD********** nömrəli müraciət əsasında idxal olunmuş, mübahisələndirilən xörək duzu məhsulunun anbarda olması müəyyən edilmişdir.

İV. Məhkəmənin mövqeyi

Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

10. Qida orqanizm üçün enerji mənbəyidir. Qida məhsullarının orqanizm üçün enerji vermə qabiliyyəti onun tərkibindən asılıdır. Qida məhsullarının keyfiyyətinə nəzarət, keyfiyyətinin ekspertizası, o cümlədən məhsulların zərərsizlik göstəricilərinin məhdudlaşdırılması və bununla əlaqədar digər məsələlərin hüquqi tənzimlənməsi xx.xx.2023-cü il tarixdən qüvvədə olan “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununda öz əksini tapmışdır. İddiaçının mübahisələndirdiyi 23 may 2023-cü il tarixli, 060 nömrəli Qərar qəbul edilərkən qida məhsullarının təhlükəsizliyi ilə əlaqədar hüquqi məsələləri həmin zaman qüvvədə olmuş “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənirdi.

11. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən,

Maddə 2. Yeyinti məhsulları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, bu Qanunla əlaqədar qəbul edilmiş normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının digər qanunvericiliyindən ibarətdir. Ərzaq və xammal kimi istifadə edilən kənd təsərrüfatı, balıq və balıq məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin idarə edilməsi, istehsalının və bazarının təşkili qaydaları bu Qanunla yanaşı Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin idarə edilməsi, istehsalının və bazarının təşkili barədə müəyyən olunmuş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur. Maddə 3. Yeyinti məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, alış-satış və idxal-ixrac əməliyyatları yeyinti məhsulları sahəsində fəaliyyət hesab edilir. Yeyinti məhsulları sahəsində fəaliyyət Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Yeyinti məhsullarının minimum keyfiyyəti və təhlükəsizliyi aşağıdakı yollarla təmin edilir: yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dair tələblərin normalaşdırılması və təkmilləşdirilməsi; yeyinti məhsullarının sertifikatlaşdırılması; qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət qeydiyyatı; yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti. Maddə 4. Yeyinti məhsullarının minimum keyfiyyəti və təhlükəsizliyi aşağıdakı yollarla təmin edilir: yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dair tələblərin normalaşdırılması və təkmilləşdirilməsi; yeyinti məhsullarının sertifikatlaşdırılması; qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət qeydiyyatı; yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti. Maddə 6. Xarici ölkələrə ixrac edilən qida məhsullarına idxalçı ölkələr tələb etdiyi hallarda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən idxalçı ölkələrin tələbləri də nəzərə alınmaqla qida təhlükəsizliyi sertifikatı verilir. İdxalçı ölkələr qida məhsuluna, onun xammalına dair qida təhlükəsizliyi sertifikatının və (və ya) digər sertifikatların (baytarlıq, fitosanitar və s.) alınmasını tələb etdiyi halda, həmin sertifikatların verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır.İdxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur. Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydaları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yeyinti məhsullarına verilən sertifikatların növləri, sertifikatlaşdırma sistemi və qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Qida təhlükəsizliyi sertifikatının alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməlidir. Yeyinti məhsullarının keyfiyyət göstəricilərinin müvafiq standartda müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında yeyinti məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 7. 7.1. Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə fəaliyyəti yoxlanılır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınır. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. 7.2. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 7.3. Vergi uçotuna alınmasına baxmayaraq, qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin qida məhsulları sahəsində fəaliyyət göstərməsi qadağandır. 7.4. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 7.5. Qida təhlükəsizliyi sertifikatının verilməsinə və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına (reyestrdən çıxarışın verilməsinə, reyestrdən çıxarışın dublikatının verilməsinə və reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsinə) görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Maddə 14. Yeyinti məhsullarının idxalı zamanı Azərbaycan Respublikasında qüvvədə olan texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri tətbiq edilir. Xarici dövlətlərdən Azərbaycan Respublikasına müəyyən edilmiş qaydada verilmiş və ya tanınmış uyğunluq sertifikatları olan yeyinti məhsulları dövlət qeydiyyatına alınmış subyektlər tərəfindən idxal edilə bilər. Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlərə əsasən verilmiş müvafiq sertifikatları olmayan yeyinti məhsullarının Azərbaycan gömrük ərazisinə daxil edilməsinə yol verilmir. Onlar yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada sərgilərdə nümayiş, tədqiqat və sınaq məqsədi ilə ölkə ərazisinə daxil ola bilər. Yeyinti məhsullarının ixracı zamanı əlavə olaraq idxalçı ölkədə qüvvədə olan qida təhlükəsizliyi sahəsində müvafiq normativ aktların tələbləri tətbiq edilir. İdxal edilmiş yeyinti məhsulunun müqavilədə və müşayiətedici sənədlərdə göstərilən minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğunluğu həmin məhsulun satışa çıxarılmasının mütləq şərtlərindən biridir. Maddə 17. Azərbaycan dövləti beynəlxalq hüquq normalarına uyğun olaraq xalqın və hər bir vətəndaşın ərzaq təhlükəsizliyini təmin edir. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 18. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır: yeyinti məhsullarının istehsalının artırılması və ərzaq bazarının tənzimlənməsi sahəsində dövlət siyasətini həyata keçirmək; əhalinin ərzaq təhlükəsizliyi barədə məqsədli dövlət proqramları hazırlamaq və icrasını təmin etmək; yeyinti məhsulları üzrə dövlət ehtiyatları yaratmaq, onların formalaşmasını, saxlanmasını, istifadəsini və tənzimlənməsini təşkil etmək; ərzaq və xammal kimi istifadə edilən yeyinti məhsullarının istehsalını, istehlakını və dövriyyəsini özündə əks etdirən ərzaq balansı hazırlamaq və əhalinin yeyinti məhsulları ilə təminatını proqnozlaşdırmaq; ərzaq böhranı və fövqəladə hadisələr zamanı əhalinin yeyinti məhsulları ilə təchizatını tənzimləmək, o cümlədən normativ ərzaq bölgüsü və digər xüsusi təminat rejimləri müəyyən etmək; ərzaq bazarının tənzimlənməsi və yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normativ hüquqi aktlar qəbul etmək; əhalinin yeyinti məhsulları ilə təmin edilməsində dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətini əlaqələndirmək; əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində digər vəzifələri həyata keçirmək. Maddə 21. Yeyinti məhsulları haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar: insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə təhlükə törədə bilən və ya törətmiş yeyinti məhsullarını qablaşdırma və köməkçi materialları və məmulatları satdıqda, istehsal və idxal etdikdə; yeyinti məhsullarını sanitariya tələblərinə cavab verməyən yerlərdə satdıqda; yeyinti məhsullarının minimum keyfiyyəti və təhlükəsizliyi sahəsində texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərini pozduqda; yeyinti məhsullarının istehsalı və satışı barədə uçot, hesabat və mühasibat uçotu sənədlərində, habelə keyfiyyət göstəricilərində saxtakarlığa yol verdikdə; rəqibin işgüzar nüfuzu, sahibkarlıq fəaliyyəti, buraxdığı və satdığı məhsulun keyfiyyəti haqqında təhrif olunmuş məlumatlar yaydıqda, işçilərinin xidməti vəzifələrini yerinə yetirməsinə qanunsuz vasitələrlə təsir göstərdikdə; rəqibin işgüzarlıq əlaqələrini pozmaq məqsədi ilə bazar subyektlərinə əsassız müraciətlər etdikdə, təkliflər verdikdə, əməkdaşlıq əlaqələrinin yaradılmasına maneçilik törətdikdə; qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qeydiyyatından keçməmiş subyektlər tərəfindən yeyinti məhsullarının satışına yol verdikdə; mənşəyi, keyfiyyəti və təhlükəsizliyi barədə sənədləri, istehsalçısı haqqında dəqiq məlumat olmayan, yararlılıq müddəti qurtarmış, habelə zərərsizləşdirilməsi və ya məhv edilməsi, təkrar emala yönəldilməsi və heyvanlara yemləndirilməsi barədə qərar qəbul edilmiş yeyinti məhsullarını satışa çıxartdıqda; yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının yazılı tələblərini və qərarlarını yerinə yetirmədikdə; yeyinti məhsulları haqqında qanunvericiliyin pozulmasının digər hallarında.

12. Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin 13 noyabr tarixli 1681 nömrəli təsdiq edilmiş Azərbaycan Respublikasının X7 haqqında Əsasnaməsinə əsasən; 1.1. Azərbaycan Respublikasının X7 (bundan sonra – Agentlik) qida təhlükəsizliyi sahəsinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində qeydiyyatı və təsdiqi, idxal sağlamlıq aktının, sağlamlıq, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida zəncirinin bütün mərhələlərində qida və yem məhsullarının, qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyinə, qida məhsullarının minimum keyfiyyətinə, həmçinin qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi sahələrində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini, habelə dövlət siyasətini və tənzimləməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli, 302 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydalarına əsasən: 1.1. Bu Qaydalar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin dördüncü hissəsinə əsasən hazırlanmışdır və yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının formasını və verilmə qaydalarını müəyyən edir. 1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. yeyinti məhsulları - ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentlər), tamlı mallar qrupuna aid edilən məhsullar; 1.2.2. qida təhlükəsizliyi sertifikatı - yeyinti məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə verilən sənəd; 1.2.3. yeyinti məhsullarının təhlükəsizliyi - qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərə uyğunluğu; 1.2.4. qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər - qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən təsərrüfat subyektləri, həmçinin dövlət orqanları (qurumları), bələdiyyələr. 2.1. Ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının X7 (bundan sonra-Agentlik) tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına (bundan sonra-sertifikat) malik olmalıdır. 2.2. Forması bu Qaydaların əlavəsində göstərilən sertifikat “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Agentlik tərəfindən aparılmış ekspertizanın nəticələrinə əsasən idxal olunan yeyinti məhsullarına verilir. 2.4. Xarici ölkələrə ixrac edilən qida məhsullarına idxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən idxalçı ölkələrin tələbləri də nəzərə alınmaqla sertifikat verilir. 2.5. Sertifikatın alınması üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq ərizə ilə Agentliyə müraciət olunmalıdır. 2.9. Yeyinti məhsulları sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədi ilə Agentlik tərəfindən ekspertizadan keçirilir. 2.11. Ekspertizanın keçirilməsi üçün Agentliyin mütəxəssisləri tərəfindən sertifikatlaşdırılan yeyinti məhsullarından nümunələr götürülür və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda onların sınağı (tədqiqi) aparılır. 2.12. Yeyinti məhsullarından götürülmüş nümunələr “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq ekoloji, sanitariya, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə ekspertizadan keçirilir. 2.20. Sertifikatın sahibi ona verilən sertifikatdan yalnız özü istifadə edə bilər. 2.21. Sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir: 2.21.3. yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda. 2.22. Sertifikatın verilməsindən imtina edildikdə, Agentlik ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, sertifikatın verilməsindən imtina haqqında inzibati akt qəbul edir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində subyektə (ərizəçiyə) təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən:

Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

16. Qanunvericiliyə uyğun olaraq respublikada istehsal edilən və xaricdən gətirilən ərzaq məhsullarının keyfiyyətinə nəzarət daim artırılır, onların zərərsizliyinə ciddi fikir verilir. Qeyd olunmuş qanunvericiliyin normalarından göründüyü kimi, Azərbaycan Respublikasına idxal olunan yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə əməl edilməsinə dair dövlət nəzarəti həyata keçirilir. Belə ki, ölkəyə idxal edilən yeyinti məhsulları cavabdeh inzibati orqan - Azərbaycan Respublikasının X7 tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. İşin faktiki hallarına əsasən, İddiaçı xx.xx.2021-ci il tarixli, TS/022 saylı müqaviləsi əsasında xx.xx.2023-ci il tarixində Azərbaycan Respublikasına, **********4795 saylı, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə, 1000 ədəd 25 kiloqramlıq kisələrdə, netto çəkisi 24250 kq, brutto çəkisi 25.000 kq, natrium-xlorid (CAS 7647- 14-5) qida əlavəsi olan yodlaşdırılmış xörək duzu idxal etmişdir. İddiaçı ölkəyə idxal olunmuş məhsulu üçün “İdxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi barədə elektron ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciəti əsasında yoxlanılmalı nümunə üçün götürülən duzda yodun miqdarının normadan az olması səbəbindən sertifikatlaşdırılmadan imtina edilmiş və “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hududlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə 23 may 2023-cü il tarixli, 060 nömrəli Qərar qəbul etmişdir. Hazırda iddiaçı qeyd edilən qərarın əsassız və qanunsuz olduğu üçün ləğv edilməsini və qərar əsasında İddiaçı MMC-nə vurulmuş, o cümlədən, 7799,00 (yeddi min yeddi yüz doxsan doqquz) manat pulun, eləcə də anbarın icarə haqqı olan 200 (iki yüz) manat pulun, həmçinin əldən çıxmış fayda olan 1200 (bir min iki yüz) manat pulun, bunlarla yanaşı götürülmüş kreditlə bağlı "xxxx" ASC-yə 1 ay ərzində ödənilmiş 113.33 (bir yüz otuz üç) manat pulun, gələcəkdə də, yekun məhkəmə qərarının çıxarılacağı günə qədər, bu xərclərin çıxarılacağı ilə bağlı müəyyən ediləcək məbləğin cavabdehdən tutualaraq iddiaçıya ödənilməsini xahiş edir. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 24 oktyabr 2023-cü il tarixli Qərardadı ilə, yeyinti məhsullarının məhkəmə ekspertizası təyin edilmiş, lakin Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6408 nömrəli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatına əsasən, müvafiq maddi-texniki baza: cihaz və referans (standart) maddə olmaması səbəbindən imtina edilmişdir. İddiaçının hazırki iddia tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciəti əsasında cavabdeh tərəfindən aparılmış araşdırma, yəni ekspertiza üçün götürülmüş və nəticəsi duzda yodun miqdarının normadan az olması olan nümunələr iddiaçı tərəfindən idxal olunmuş xx.xx.2023-cü il istehsal tarixli, 02.2025-ci il son istifadə tarixli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə ümumi çəkisi 25000 kiloqram olan xörək duzundan olan nümunələrin olmamasıdır. Lakin məhkəmə iddiaçının mövqeyini əsassız hesab edir. Belə ki, nümunələrin götürülməsi prosesi "xxxx" MMC-nin nümayəndəsi X11 işitrakı ilə baş tutmuş və bu hal “Məhsul nümunələrinin götürülməsi” barədə X2 xx.xx.2023-cü il tarixli, ********** İD nömrəli aktı ilə rəsmiləşdirilmişdir. Qeyd edilən aktın saxta və ya ləğv edilməsi barədə sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə araşdırılması ilə iddiaçı barəsində qəbul edilmiş “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hududlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə 23 may 2023-cü il tarixli, 060 nömrəli Qərarının qanun pozulmaqla qəbul edilməsi müəyyən edilməmişdir. İddiaçının iddia tələbinin digər- cavabdehin qanunsuz qərarı ilə iddiaçıya vurulmuş zərərin ödənilməsi ilə bağlı hissəsinə gəldikdə, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir."İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Hazırki mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən qərarın hər hansı qanun pozuntusuna yol verilməklə qəbul edilməsi iş materialları ilə aşkar edilmədiyindən, iddiaçının hazırki hissədə olan tələbi əsassız hesab edilməldir.

17. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən

1.1.Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2.İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 71.1.Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası X2 Bakı regional Bölməsinə qarşı “cavabdeh Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin “Duz məhsulu partiyasından nümunələrin götürülməsinə dair hərəkətlərinin, həmçinin “Duz məhsulu partiyasına sertifikatın verilməsindən imtina olunmasına dair hərəkətlərinin əsassız və qanunsuz hesab edilməsinə dair, eləcə də, “Təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Qərarın əsassız və qanunsuz hesab edilərək ləğv edilməsinə dair, bu vaxta qədər, cavabdehin hərəkətləri və qərarı əsasında İddiaçı MMC-nə vurulmuş, o cümlədən, 7799,00 (yeddi min yeddi yüz doxsan doqquz) manat pulun, eləcə də anbarın icarə haqqı olan 200 (iki yüz) manat pulun, həmçinin əldən çıxmış fayda olan 1200 (bir min iki yüz) manat pulun, bunlarla yanaşı götürülmüş kreditlə bağlı "xxxx" ASC-yə 1 ay ərzində ödənilmiş 113.33 (bir yüz otuz üç) manat pulun, gələcəkdə də, yekun məhkəmə qərarının çıxarılacağı günə qədər, bu xərclərin çoxalması ilə bağlı müəyyən ediləcək məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması” barədə iddia tələbi təmin edilməməlidir.

16. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

18. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar