Məhkəmə qərarları › İş №2-1(112)-1526/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1526/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1526/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8, üçüncü şəxs X9 vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Fərdi Elmi-İstehsalat müəssisəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, X14 və X10) “X22 Auksion Mərkəzinin xx.xx.2017-ci il tarixli, 26/01 nömrəli protokolu, keçirilmiş hərracın nəticələrinin etibarsız sayılması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı "xxxx" Fərdi Elmi-İstehsalat müəssisəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 2328 saylı sərəncamı ilə "xxxx" Fərdi Elm-İstehsalat Müəssisənə ayrılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 130.22 kv.m olan yarımzirzəmiyə dair X5, həmin yarımzirzəminin 40.90 kv.m hissəsi X11 dair hərrac nəticələrinin qanunsuz hesab edilərək texniki pasport və çıxarışların ləğv edilməsi” tələbi barədə qərar çıxarılmasını xahiş etmişdir

2. Məhkəmənin qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, X14 və X10 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

3. Məhkəmənin qərardadı ilə iddiaçının vəkilinin ərizəsinə əsasən iddia tələbi “Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 2328 saylı sərəncamı ilə "xxxx" Fərdi Elmi-İstehsalat müəssisəsinə ayrılmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 130.22 kv.m olan yarımzirzəmiyə dair X5 həmin yarımzirzəminin 40.90 kv.m hissəsi X11 dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilərək hərrac protokolunun, onun nəticəsinə verilmiş hüququmüəyyəedici sənədlər, texniki pasport və qeydiyyatın (çıxarışın) ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi” kimi dəyişdirilmişdir.

4. Məhkəmənin qərardadı ilə iddiaçının vəkilinin ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2328 saylı sərəncamı ilə "xxxx" Fərdi Elmi-İstehsalat müəssisəsinə ayrılmış 30.22 kv.m olan yarımzirzəmiyə dair hərracın nəticələri barədə X22 Auksion Mərkəzinin xx.xx.2017-ci il tarixli, 26/01 nömrəli protokolu, keçirilmiş hərracın nəticələrinin etibarsız sayılması” kimi dəyişdirilmişdir.

5. Məhkəmənin qərardadı ilə iddiaçının vəkilinin ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2328 saylı sərəncamı ilə "xxxx" Fərdi Elmi-İstehsalat müəssisəsinə ayrılmış 130.22 kv.m olan yarımzirzəmiyə dair hərracın nəticələri barədə X22 Auksion Mərkəzinin xx.xx.2017-ci il tarixli, 26/01 nömrəli protokolunun, keçirilmiş hərracın nəticələrinin etibarsız sayılması” kimi dəyişdirilmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 2328 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 130.22 kv.m olan yarımzirzəmi sahəsinin istehsal məqsədləri üçün "xxxx" kiçik müəssisəsinə ayrılmış, sözügedən ünvanda yerləşən yarımzirzəmidə məcburi köçkünlər yerləşmişdir. Belə ki, ünvan 3 MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 saylı arayışdan görünür ki, ünvan 1 saylı binanın 3-cü girişinin yarımzirzəmisində yerləşən "xxxx" kiçik müəsissəsinin 2 otaqdan ibarət olan hissəsində Laçın rayon məcburi köçkünləri X13, X18, X6, X12 və X19 məcburi, eləcə də digər 3 otaqdan ibarət olan hissədə Şuşa Rayon məcburi köçkünləri X20, X15, X16 və X1 kimi məskunlaşmışdır. ünvan 1 ünvanında yerləşən yarımzirzəminin 59.3 kv.m hissəsi X3, həmin yarımzirzəminin 40.90 kv.m hissəsi X9 adına Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.2-ci maddəsinə əsasən hərracın yekun protokolu əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 2328 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 130.22 kv.m olan yarımzirzəmi sahəsinin istehsal məqsədləri üçün "xxxx" kiçik müəssisəsinə ayrılmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan işin faktiki hallarını obyektiv və ədalətli araşdırmadan iddiaçının etimad hüququnu pozaraq qanunsuz olaraq daşınmaz əmlakın dövtət reyestrinə dair qeydiyyat işləri aparmışdır. Və sözügedən əmlaka dair qeydiyyat hərəkətləri iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Buna görə də, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 130.22 kv.m olan yarımzirzəmiyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində X11 və X3 adına qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsinə dair cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz və əsassızdır.

7. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 6 ünvanında olan ümumi sahəsi 59,3 kv.m təşkil edən qeyri-yaşayış sahəsi müəssisənin alqı satqısına dair xx.xx.2017-ci il tarixli müqavilə üzrə X22 Auksion Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixli, 26/01 №-li protokola əsasən X4 adına **********84-05101- 083005 reyestr nömrəsi ilə qeydiyyata alınmış, daha sonra xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ilə vərəsəsi X3 adına özgəninkiləşdirilmişdir. Eləcə də, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 6 ünvanında olan ümumi sahəsi 40,9 kv.m təşkil edən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2021-ci il tarixli müqavilə əsasında X7 adına **********84-05101-083005 reyestr nömrəsi ilə qeydiyyata alınmış, daha sonra R.M.Quliyeva ilə X14 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən sonuncunun adına özgəninkiləşdirilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 13cü bəndinə əsasən əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş edir.

8. Üçüncü şəxs X3 iddiaya yazılı etirazında bildirilmişdir ki, xx.xx.2009-cu il tarixli “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 111 №-li icarə müqaviləsindən görünür ki, ƏMDK sədrinin xx.xx.2009-cu il tarixli, 28 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 6 (registr №***-*******2-010) ünvanında yerləşən, ümumi sahəsi 59.8 kv.m təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nizami rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə mərhum əri X4 icarəsinə verilmişdir. Sözügedən müqavilə növbəti illər üçün uzadılmışdır. Hazırkı etiraz mülahizələrinə əlavə edilən ƏMDK-nin X32 Olmalar və X2 müdiri Ənnağı Cənnətov tərəfindən mərhum əri S.M.Vahabova ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, 111 №-li xx.xx.2009-cu il tarixli icarə müqaviləsinə əsasən onun icarəsinə verilmiş yuxarıda sözügedən qeyri-yaşayış sahəsinin icarə haqqının aylıq məbləği xx.xx.2014-cü il tarixdən yeni tariflərlə hesablanmışdır. Hazırkı etiraz mülahizələrinə əlavə edilən ƏMDK-nin sədr müavini Rafiq Cəlilov tərəfindən mərhum əri S.F.Vahabova ünvanlanmış xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, yuxarıda sözügedən ünvanda yerləşən S.M.Vahabovun icarəsində olan qeyri-yaşayış sahəsinin satın alınması S.M. Vahabova təklif olunmuşdur. Hazırkı etiraz mülahizələrinə əlavə edilən "X22 Auksion Mərkəzi”nin 25 iyul 2017-ci il tarixli, 26/01 saylı hərrac protokolundan, eləcə də bank qəbzlərindən görünür ki, yuxarıda sözügedən qeyri-yaşayış sahəsi mərhum əri S.M.Vahabova satılmış və həmin sahənin dəyəri onun tərəfindən tam olaraq ödənilmişdir. Özbəkistan küçəsi 6 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları S.M.Vahabovun adına dövlət reyestrinə daxil edilməklə yanaşı, onun adına ‘‘Texniki pasport” da tərtib olunmuşdur. Əri S.M.Vahabov vəfat etdiyindən onun adına mülkiyyət hüququ ilə qeydə alınmış yuxarıda sözügedən qeyri-yaşayış sahəsi vərəsəlik qaydasında üçüncü şəxsin adına keçmiş və həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2024- cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri" PHŞ tərəfindən DƏDR-nə daxil edilmişdir. Özbəkistan küçəsi 6 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi 07 avqust 2009-cu il tarixdən həmin sahə 25 iyul 2017-ci il tarixli hərracın nəticələrinə əsasən əri S.F.Vahabovun mülkiyyətinə verilənədək icarə əsasında əməli və faktiki istifadəsində və sahibliyində olmuş, qeyri-yaşayış sahəsi S.F.Vahabovun mülkiyyətinə verildikdən sonra isə vərəsəlik qaydasında onun mülkiyyətinə keçdikdən sonra üçüncü şəxsin xüsusi mülkiyyətində olmaqla istifadəsində və faktiki sahibliyində olmuşdur. Hesab edir ki, hazırkı iş üzrə iddiaçı uzun illərdən sonra subyektiv və formal mülahizələrə əsaslanmaqla hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Onun iddia tələbi qanunsuz və əsassızdır.

9. Məhkəmə iclasında iştirak edən iddiaçınnı nümayəndəsi (vəkili) iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərardadın qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 nümayəndəsi (vəkili) iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər.

II. İddianın növü və mümkünlüyü

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

14. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

16. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

17. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

18. İddia ərizəsindən görünür ki, iddiaçı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2328 saylı sərəncamı ilə "xxxx" Fərdi Elmi-İstehsalat müəssisəsinə ayrılmış 130.22 kv.m olan yarımzirzəmiyə dair hərracın nəticələri barədə X22 Auksion Mərkəzinin xx.xx.2017-ci il tarixli, 26/01 nömrəli protokolunun, keçirilmiş hərracın nəticələrinin etibarsız sayılması xahiş etmişdir.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

20. Azərbaycan Respublikasının Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”:

1. Bu Əsasnamə «Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında» 1998-ci il 20 iyun tarixli 732 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil olan məlumatların tərkibini, strukturunu və aparılması qaydalarını müəyyən edir.

2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.

3. Azərbaycan Respublikasında dövlət əmlakının Registri respublikanın informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir.

7. Dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır.

8. Azərbaycan Respublikasında daşınmaz dövlət əmlakının Registri Dövlət Xidməti tərəfindən dövlət əmlakının mərkəzi registri və yerli registrləri əsasında tərtib edilir.

15. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması üçün həmin əmlak sərəncamında olan subyektlər aşağıdakı sənədləri təqdim etməlidir: əmlakın qeydiyyata alınmasına dair müraciət məktubu; bu Əsasnamənin 1-ci bölməsinin 9-cu bəndində göstərilmiş sənəd (sənədlər); qeydiyyat obyektinin göstəricilərini əks edən qeydiyyat vərəqəsi (bu Əsasnaməyə Əlavə).

18. Sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd («Registrdən çıxarış»ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər.

19. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmış daşınmaz dövlət əmlakına münasibətdə hər bir dəyişikliyin qeydə alınması üçün müvafiq əmlak sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər müəyyən edilmiş qaydada zəruri tədbirlər görməli və müvafiq registrləri aparan Dövlət Xidməti və onun yerli bölmələrinə 5 gün müddətində həmin dəyişikliyin qeydə alınması məqsədi ilə sənədlər təqdim etməlidirlər

21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

22. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2328 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan, 6 ünvanında yerləşən ümumi sahəsi 130.22 kv.m olan yarımzirzəmi istehsal məqsədləri üçün ilə ayrılmışdır. Həmin sərəncamda göstərilənlərə dair Rayon Mənzil İstismar İdarəsinin üzərinə iddiaçı ilə icarə müqaviləsi bağlanılması öhdəliyi qoyulsa da, icarə müqaviləsinin bağlanmasına dair sübut məhkəməyə təqdim edilməmişdir.

23. Belə ki, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 6 sentyabr 1997-ci il tarixli 629 nömrəli Fərmanının 1-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal, habelə sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmiş, bu Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsi hesab olunmuşdur.

24. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”:

1. Bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın (bundan sonra - İİ Dövlət Proqramı) həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin (bundan sonra - qeyriyaşayış sahələri) özəlləşdirilməsi qaydalarını tənzimləyir.

2. Qeyri-yaşayış sahələrinə aşağıdakılar aiddir: ayrıca tikilmiş qeyri-yaşayış binaları; yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri; mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri.

4. Qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: ... 4.2. qeyri-dövlət hüquqi şəxsləri və ya fiziki şəxslər tərəfindən icarəyə götürülmüş (bundan sonra - icarəçi) qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi barədə ərizələr Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Dövlət Xidməti) təqdim edilir. Ərizəyə icarə müqaviləsinin surəti və aşağıdakı sənədlər əlavə olunur: a) hüquqi şəxslər üçün: hüquqi şəxsin nizamnaməsinin müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti; hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti; qeyri-yaşayış sahəsinin texniki pasportu; b) fiziki şəxslər üçün: şəxsiyyəti təsdiq edən sənəd; qeyriyaşayış sahəsinin texniki pasportu. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi daxil olmuş müraciətə əsasən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi haqqında iki həftə ərzində müvafiq qərar qəbul edir. 4.2.1. İcarəçi tərəfindən icarəyə götürülmüş qeyriyaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Dövlət Xidməti arasında alqı-satqı müqaviləsi bağlanılır. 4.2.2. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Dövlət Xidməti tərəfindən "Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları"na müvafiq olaraq özəlləşdirilir. 6. Qeyri-yaşayış sahələrinin alıcısı qismində "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət əmlakının alıcıları çıxış edə bilərlər.

7. Qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.

25. Məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış yarımzirzəmiyə dair hərracın nəticələri barədə X22 Auksion Mərkəzinin protokolunun, keçirilmiş hərracın nəticələrinin etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bu da məhkəmə tərəfindən iddiaçının belə bir iddia qaldırması üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilir. Belə ki, qanunvericiliyin tələbindən də görünür ki, dövlətin balansına keçmiş yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələrinə dair dövlət əmlakının idarəedicisi ilə icarə müqaviləsinin bağlanması tələb olunur. İddiaçı isə belə bir icarə müqaviləsi bağlamamışdır. Odur ki, qeyd olunan qeyri-yaşayış sahəsinin ona məxsus olmasını təsdiq edən sübutlar aşkar edilmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur.

26. Bununla yanaşı məhkəmə qeyd edir ki, hərracın nəticələri barədə X22 Auksion Mərkəzinin protokolu hərracın təşkili nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı sənəd olaraq inzibati akt hesab olunmadığından məhkəmə tərəfindən iddia mümkün sayıla bilməz.

27. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır.

28. Yəni, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir.

29. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarına xx.xx.2024-cü il tarixli əlavə və dəyişikliyə əsasən: 6.3. Dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülki-hüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Müsabiqə və ya hərracı keçirən təşkilatın fəaliyyətini tənzimləyən ümumi hüquq sahəsinə aid edilə bilən ayrıca hüquqi aktın mövcudluğu müsabiqə və ya hərracın mülki-hüquqi xarakterini və qaliblə bağlanmış əqdlərin qarşılıqlı iradə azadlığına əsaslandığını ortadan qaldırmır. Nəzərə alınmalıdır ki, əmlak müsabiqə və ya hərraca dövlət, yaxud bələdiyyə orqanlarının müvafiq qərarı əsasında çıxarılır. Yalnız belə qərarın qəbulundan sonra hərrac təşkilatına dövlət və ya bələdiyyə əmlakının alqı-satqısı və ya icarəyə verilməsi üçün sifariş verilir, təşkilatçı tərəfindən müvafiq hərəkətlər edilməyə başlanılır. Odur ki, belə hallara hüquq münasibətlərinin xarakteri baxımından iki pilləli münasibətlər nəzəriyyəsi tətbiq olunmalı, əmlakın müsabiqə və ya hərraca çıxarılması haqqında qərarın qəbulu və bilavasitə müsabiqə və ya hərracın keçirilməsi mərhələləri fərqləndirilməlidir. Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilir. Hər hansı səbəbdən həmin qərarın çıxarılmasının özünün qanunsuz olduğunu iddia edən şəxslər sözügedən məsələni inzibati məhkəmə qaydasında mübahisələndirilə bilərlər. Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. 30.Göründüyü kimi, əmlakın müsabiqə və ya hərraca çıxarılması haqqında qərarın qəbulu və bilavasitə müsabiqə və ya hərracın keçirilməsi mərhələləri fərqlidir. Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi haqqında qəbul edilən məhz qərarlar hüquqi nəticələrə səbəb olduğundan inzibati akt hesab olunur və inzibati məhkəmə qaydasında mübahisələndirilə bilərlər.

31. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddiaya baxılması mümkün deyildir.

32. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

33. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar