Məhkəmə qərarları › İş №2-1(112)-15261/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15261/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15261/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayonu İcra şöbəsinə qarşı “icra sənədi üzrə icraatın dayandırılması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayonu İcra şöbəsinə qarşı Nəsimi Rayon İcra şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 305/2023 nömrəli icra sənədi üzrə icraatın dayandırılması vəzifəsinin Nəsimi Rayon İcra şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-305/2023 nömrəli icra sənədi üzrə borclu İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, “Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il traixli e-2(006)-305/2023 nömrəli icra sənədinə əsasən borclu İddiaçı 19.027 manat məbləğində pul vəsaiti və ödənilmiş 147 manat dövlət rüsumu tutularaq X3 xeyrinə ödənilməlidir. İcra sənəd şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Lakin borclu icra sənədinin icrasından guya üzürsüz səbəbdən yayınmış, hazırkı tarixdədək köknüllii və sonrakı müddət ərzində icra sənədi ilə müəyyən edilmiş vəzifələr borclu tərəfindən yerinə yetirilməmiş məhkəmə qərarının real icrasına yönələn heç bir tədbir götürülməmiş, bu tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilməklə tələbin təmin edilməsinə təşəbbüs belə göstərməmişdir. Göstərilənlərə əsasən təqdimatın təmin edilməsini xahiş etmişdir. İcra vərəqəsi üzrə tələbkar X1, Rusiya Ordusunun zabiti Georgi Daniloviç tanışları borclu İddiaçı ilə əlaqədar yaradaraq İrina Georgiyevnanın bacısı öldüyü üçün İrinanın adıana vərəsəlik açılmalı və ölən bacısının evi satılaraq İrinaya göndərilməli olduğunu bildirmişdir. İrina Riqinova İddiaçı ilə tanış olan adamlar vasitəsilə ona bu işdə iştirak etmək üçün etibarnamədə göndərmişdir. Ev 17.700 (on yeddi min yeddi yüz) manata Notarial qaydada satıldı. Satıldıqdan sonra İrinanın oğlu Georgi onunla əlaqə saxlayaraq bildirirdi ki, ev satılanadək və satıldıqdan xeyli pul xərclənib, ona görə də İddiaçı bildirdi ki, 17700 (on yeddi min yüz) manatdan 2700 (iki min yeddi yüz) manat saxlayarsan və mənə 15000 (on beş min) manat göndərərsən. Həmçinin bildirdi ki, O, hərbiçi olduğu üçün 15000 (on beş min) manatı birdəfəyə deyil hissə- hissə göndərərsən Geprgi və anası birlikdə İddiaçı ilə danışaraq bildirdilər ki, pulu Georginin kartına vursun. Moskvada olan tanışlar ona bildirdilər ki, 20 yanvar metrosunun yanında yerləşən Velotrekin içərisində valyuta mübadiləsi ilə məşğul olan Elsevər adlı şəxs var, pulu ver ona. İddiaçı pulu ona vermOOişdir. Beləliklə ilkin olaraq xx.xx.2021-ci ildə 3000 ABŞ dollarını X6 vasitəsilə göndərdiyi kursu müəyyən eidlməklə Elsevər adlı şəxs vasitəsilə 5100 (beş yüz min) manat vurmuşdur. Bu puldan 100 (yüz) manat göndərilmə xərcinə çıxıldı. Elsevər bildirdi ki, 10 dəqiqədən pul çatacaq. Namiq adlı şəxs Moskva nömrəsindən "whatsapp" tətbiqi vasitəsilə zəng edilərək bildirilmişdir ki, pul çatıbdır. İddiaçı 3 ədadə çek göndərdilər və çekdə 200.000 (iki yüz min) rublun göndərilməsi əks olunmuşdur. Bu yaxınlarda borclu bilmişdir ki, kurs hesbalamaları ilə 5000 (beş min) mantın mübadiləsi 200.000 (iki yüz min) rublun gömdərilməsi əks olunmuşdur. Bu yaxınlarda borclu bilmişdir ki, kurs hesablamaları ilə 5000 (beş min) manatın mübadiləsi 200.000 (iki yüz min) rubl deyil, daha çox edir. Elsevər adlı şəxsadı kurs hesablamalarında da İddiaçı aldadaraq dələduzluq etmişdir. Göndərilən 5000(beş min) mantdan sonra Georgi İddiaçı bildirdi ki, Rus zabiti olduğu üçün Suriyaya ezam olunur. Borclunun kartı və telefonu işləmədiyi üçün zəng etdikdən sonra 10.000 (on min) manatı yenə hissə-hissə göndərərsən. Georgi 2022-ci ilin yaz ayının əvvəlində borcluya zəng edərək bildirdi ki, həmin kartı 6000 (altı min manatı) vurarsan. 4000 (dörd min) manatı isə sonra vurarsan. Yenə Elsevərən vasitəsilə Georgiyə 6000 (altı min) manat pul göndərmişdir. İlkin göndərdiyi 5100 (beş min yüz) manatı Georgi aldıqdan sonra atasına başdaşı qoydurduğunu bildirdi və şəklini də çəkib göndərmişdir. X7 borcluya zəng edərək qalan pulunu istədi və borcluona bildirdi ki, 4000 (dörd min) manat pulunuz qalıb, İrina bildirdi ki, həmin 4000 manatı oğlu Georginin kartına vurum. Rüfətədə Rusiyada olan tanışlar bildirdi ki, 4000 manatı Bakıda Fərhad adlı şəxsin kartına vursun. Rüfət, Fərhad ilə əlaqə saxlayıb 4000 (dörd min) manatı onun kartına vurdu. Fərhad isə Moskvada olan bir şəxs vasitəsilə həmin pulu Georginin kartına vurmuşdur. Lakin buna baxmayaraq İddiaçı məhkəməyə verdilər. Ona qarşı dələduzluq ediklərinə görə yuxarıda adları çəkilən şəxslər barəsində Hüquq Mühafizə orqnlarına müraciət etmişdir. Halhazırda bu ərizə üzrə Nəsimi Rayon İstintaq şöbəsində iş gedir. Əvvəla borclu icra vərəqəsinin icrasından yayınmır. Şikayətə əlavə etdiyimiz Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin məktubundan göründüyü kimi, icra sənədi üzrə borclunun pensiyasından 2024-cü ilin may ayı üzrə tutulmalar davam etməkdədir. Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra məmuru tərəfindən məhkəməyə təqdimat verilərkən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşması barədə təlimata əsaslanmalıdır. Beli ki, həmin təlimatın təlimata əsasən, “icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl tələbin könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunması, yəni icra məmurunun özü yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi ilə təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirməklə verilir. Bildiirşin rəsmi qaydada verilməsi üzrə icra qurumunda həyata keçirilməlidir. İcra sənədi üzürsüz səbəbdən icra eidlməməsi səbələrini müəyyənləşdirir.” İcra məmuru isə qərarın icrası ilə bağlı borcluya heç bir bildiriş göndərməmişdir. Məhz buna görədir ki, icra işi materiallarında borclunun bildirişi qəbul etməsi barədə imzalı sənəd yoxdur. Bundan əlavə borclu səhəti ilə əlaqədar ölkə hüdudlarını tez-tez tərk etmək məcburiyyətindədir. (Borclu gözdən əlildir. Sağ gözül 90, sol gözü isə 40 % dərəcədə görmə məhdudiyyəti vardır.) Borclunun ölkədən getmək hüquqlarının məhdudlaşdırılması onun səhətində ciddi problemlər yararda bilər. Borclu İddiaçı torpaqlarımızın müdafiəsində qəlıramanlığla iştirak etmiş, öz sağlamlığını vətənə fəda etmişdir. Bu təqdimat onun şəxsiyyətinə tamami ilə uyğunsuzdur. (1992-ci il) Vətənin müdafiəsinə qalxan düşmən qarşısında qaçmayan bir adamın hər hansı bir borc üzündən (hansı ki, həmin borc onun tərəfindən ödənilmiş, təkrarən pensiyasınadan da tutulmaqdadır) ölkəyə qayıtmayacağı çox absurtdur. Bundan əlavə borclunun yeganə övladı onkoloji ağır xəstədir. Tez-tez müalicəsi üçün ölkə hüdudlarını tərk etmək məcburiyyətində qalır. Belə ki, hər 6 aydan bir Gürcüstan Respublikasına müalicəyə aparır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-305/2023 saylı qətnaməsinin hissə-hissə ödənilməsi barədə ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, icra sənədi üzrə dayandırılmasını xahiş etsə də, müraciətə hələ də cavab verilməmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən təqdim edilmiş e314437/2023-5-15- 006 saylı xx.xx.2024-cü il tarixli məlumata əsasən Nəsimi rayon məhkəməsinin 2(006)- 305/2023 saylı xx.xx.2023-cu il tarixli icra sənədi üzrə 2024-cü ilin may ayı üzrə tutulma aparılmışdır. Belə ki, tələbkar tərəf bank rekviziti təqdim etmədiyindən pensiyadan tuutulmanın aparılması dayandırılmışdır. 2024-cü ilin sentiyabr ayından etibarən borc məbləği və icra ödənişi ödənilib qurtarana kimi gəlirlərinin 50% miqdarında tutulma aparılacaqdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-305/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı 17700 manat pul vəsaitinin qanunsuz saxlamasına görə 1327 manat, cəmi 19027 manat pulun və 147 manat ödənilmiş dövlət rusumunun əvəzi tutularaq iddiaçı X5 ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayonu İcra şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq e314437/2023-5-33 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-305/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu İddiaçı 19174 manat alınaraq tələbkar X4 ödənilməldir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-305/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş həmin tarixdə icra məmuru Murad Xudaverdiyev tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Borclunun qeydiyyat ünvanı - Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 Nəsimi Rayon Polis İdarəsinin inzibati binası olduğundan icraata başlamaq haqqında qərarın və bildirişin ona çatdırılması mümkün olmamışdır. Borclunun yaşayış yeri müəyyən edilmədiyindən icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. Borclu İddiaçı xx.xx.2024-cü il tarixdə şöbəyə gələrək izahatı alınmış və qərar, bildiriş tərəfindən imza edilməklə özünə təqdim edilmişdir. İcraat zamanı borclunun pensiyasından cəmi 342,62 manat pul vəsaitinin tutulması təmin edilmişdir. İcra sənədi üzrə tələb təmin edilmədiyindən icra məmurunun xx.xx.2024-cü il tarixli təqdimatına əsasən Nəsimi Rayon Məhkəməsinin 8(006)-228/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci və 18-ci maddələrində qeyd edilən hallar müəyyən edilmədiyindən tələbin tam təmin edilməsi üçün icra tədbirləri davam etdirilir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, işin mahiyyəti üzrə qərarın çıxarılmasından sonrakı mərhələ də daxil olmaqla, "... mülki hüquq və vəzifələrin müəyyən edilməsi" üzrə məhkəmə araşdırmasının bütün mərhələlərinə tətbiq olunur. Hər hansı məhkəmə tərəfindən verilən qərarın icra edilməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz hissəsini təşkil etməlidir (Hornsby Yunanıstana qarşı, § 40). Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra sənədinin icra olunmaması barədə icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə müəyyən edir ki, iddiaçının tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-305/2023 saylı xx.xx.2023-cu il tarixli icra sənədinin icrası ilə bağlıdır. Odur ki, iddia mümkün hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. İddiaçıya icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı müvafiq ərizə ilə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar