Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1527/2023 22.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “iddiaçıya xx.xx.2022-ci il tarixindən ikinci dərəcə əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyasının faiz göstəricisinin) təyin edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə (üçüncü şəxs Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə Bilavasitə Tabe olan 1 nömrəli Poliklinikası) qarşı məhkəməyə müraciət edərək, ona təkrarən ikinci dərəcəli əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbini dədiqləşdirmə barədə ərizə ilə müraciət edərək qiymətləndirildiyi xx.xx.2022-ci il tarixindən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyasının faiz göstəricisinin) təyin edliməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2017-ci ildə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci dərəcəli əllik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti 5 il olaraq müəyyən edilmişdir. Yəni iddiaçı xx.xx.2022-ci ildə yenidən qiymətləndirilmədən keçməli idi. Lakin iddiaçıya təyin edilmiş əlillik 21 fevral 2021-ci il tarixdən dayandırılmışdır. İddiaçıya əlillik təyinatı zamanı diaqnoz bölməsində “Kəllədaxili travma keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət, postravmatik ensefalopatiya. Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri BQDÇ İİ kəllədaxili hiperternziya və tez-tez təkrarlanan diensefal krizlərlə. Essensial (birincili) hiperternziya. Hipertoniya xəstəliyi İİ m, böyrək daşı xəstəliyi, xroniki prostatit” qeyd olunmuşdur. İddiaçı Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə Bilavasitə Tabe olan 1 nömrəli Poliklinikasına müraciət etmiş və həmin Poliklinika tərəfindən elektron qaydada Forma-88 göndəriş tərtib edilmiş və TSERAS sisteminə xx.xx.2021-ci il tarixdə 4399003AAAUD nömrə altında Göndəriş yüklənilmişdir.
4. xx.xx.2021-ci il tarixli forma 88 arayışına əsasən iddiaçıya əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilib, Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.
5. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə Bilavasitə Tabe olan 1 nömrəli Poliklinikası iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasından imtina edilmişdir.
6. Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı Dəmir Yol Xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar.; Diaqnozun mətni: Kəllədaxili travma, Kəllədaxili travmanın nəticələri, keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik tutmalarla Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, BQDÇ İİ, qabarıq asteno-nevrotik sindrom Onurğanın osteoxondrozu, Boyun fəqərələrinin osteoxondrozu Diffuz kistoz mastopatiya, Süd vəzinin proliferasiyaedici fibroz-kistoz mastopatiyası; Meyar: 2.2 İkinci dərəcə əlillik =>2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9).’’ səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Dəmir Yol Xəstəxanasının xx.xx.2017ci il tarixli göndərişi əsasında baxılmış və “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Kəllədaxili travma, Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət, postravmatik ensefalopatiya. BQDÇ İİ, kəllədaxili hipertenziya və tez-tez təkrarlanan diensefal krizlərlə. Hipertoniya xəstəliyi İİ m, böyrək daşı xəstəliyi, xroniki prostatit.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə Bilavasitə tabe olan 1 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın Diaqnozun mətni: Başın travmalarının nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasından sonraki vəziyyət (xx.xx.2001). Baş beyin silkələnməsi. Posttravmatik ensefalopatiya. Kəllə daxili hipertenziya. Posttravmatik epilepsiya. tez-tez təkrarlanan generalize olunmuş tonikoklonik qıcolmalarla (ayda 6-10 dəfə) Üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu, tez- tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi. Keçirilmiş poliradikulopatiyadan sonraki vəziyyət. C3-C4,C4-C5,C5-C6,C6-C7,Th2-Th3,Th3-Th4,L5- S1 fəqərəarası disklərdə protruziyalar, L3-L4,L4-L5 fəqərəarası diskin yırtığı. Boyun və bel osteoxondrozu. Diskogen radikulopatiya, davamlı kökcük ağrı sindromu, tez-tez baş verən residivlərlə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir.” səbəbi ilə imtina verilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilərək, 77 nəfərin rəsmiləşdirilmiş göndərişlərdə stasionar və ambulator müalicə müddətlərinə dair məlumatlarla Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş aparılmış xəstəlik vərəqələri arasında uyğunsuzluqlar mövcud olduğu qeyd edilmişdir. Həmçinin stasionar və ambulator müalicə tarixlərində həmin şəxslərə əmək haqqı ödənilmişdir ki, bu da vətəndaşa rəsmiləşdirilmiş göndərişdə qeyd olunan məlumatların saxtalaşdırılması və əlillik təyinatı üçün əsas götürülmüş stasionar müalicə faktının təhrif edilməsidir. Bunun əsasında Agentlik tərəfindən göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən (50-ci sıra), xx.xx.2021-ci il tarixdə “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir.
7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə 2 (iki) ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.
8. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli əyani müayinə aktına əsasən müəyyən olunmuşdur ki, Mütəllimov xx.xx.2021-ci il tarixli 4399003AAAUD nömrəli göndəriş əsasında xx.xx.2022-ci il tarixində mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, göndərişin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 T248/2023 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur: “Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Başın travmalarının nəticələri, baş beyin silkələnməsi, keçirilmiş qapalı-kəllə beyin travmasından sonrakı vəziyyət (xx.xx.2001), posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya, posttravmatik epilepsiya tez-tez təkrarlanan generalizə olunmuş toniko-klonik qıcolmalarla (ayda 6-10 dəfə), üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, keçirilmiş poliradikulopatiyadan sonrakı vəziyyət, C3-C4, C4-C5, C5-C6, C6-C7, Th2- Th3, Th3-Th4, L5-S1 fəqərəarası disklərdə protruziyalar, L3-L4, L4-L5 fəqərəarası diskin yırtığı, boyun və bel osteoxondrozu, diskogen radikulopatiya, davamlı kökcük ağrı sindromu, teztez baş verən residivlərlə” diaqnozları şəxsin stasionarda müayinə və müalicələri zamanı laboratorinstrumental müayinələr əsasında qoyulmuş və əyani müayinədə “Epilepsiya” xəstəliyi ilə əlaqədar elektroensefaloqrafiya müayinəsinə göndərilərkən diaqnoz öz təsdiqini bir daha tapmışdır. Xəstəliklər tam sağalmır, kəskinləşərkən qeydiyyatda olduğu yerdə müvafiq ixtisas həkimlərində müayinə və müalicəyə cəlb oluna bilərlər.”
11. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
13. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
15. İddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur. İddiaçının əlilliyi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, qiymətləndirmənin nəticəsinin iddiaçıya təqdim edildiyi (bildirildiyi) tarix və iddiaçıya hüquqi müdafiə vasitələri izah edildiyi müəyyən edilmir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
17. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
18. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
19. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir.
20. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
22. İddiaçıya ilkin olaraq İİ dərəcə əlillik beş il müddətinə xx.xx.2017-ci ildən təyin olunmuşdur (diaqnoz: Kəllədaxili travma, keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət, postravmatik enselopatiya. BQDC İİ, kəllədaxili hipertenziya və tez-tez təkrarlanan diensefal krizlərlə. Hipertoniya xəstəliyi İİ m, böyrək daşı xəstəliyi, xroniki prostatit). Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə Bilavasitə Tabe olan 1 nömrəli Poliklinikasının xx.xx.2021ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixli qiymətləndirməyə əsasən cavabdeh tərəfindən diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.
23. İddiaçının əlillik vəziyyəti qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin: 2.1-ci bəndinə əsasən, birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (İ60- İ66.9,G80-G80.9, S06.0-S06.9); 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9).
24. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsaüsən aşağıda göstərilən diaqnozlar əlilliyin təyin edilməsi üçün göstəricidir: 6.1. Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi (S06-T90) 6.7. Epilepsiya (G40).
25. Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə Bilavasitə Tabe olan 1 nömrəli Poliklinikasının tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli 4399003AAAUD nömrəli forma 88 arayışına əsasən: - status localis qrafasından görünür ki, iddiaçıda tez-tez təkrarlanan qıcolma tutmaları olur (ayda 6-10 dəfə), kəskin baş ağrıları, baş gicəllənmələr, ürək bulanma, görmənin torlaşması, bütün ətraflarda keyimə, onurğa sütunu boyu kəskin ağrılar narahat edir. - əsas diaqnoz T90 “Başın travmalarının nəticləri keşirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət. Baş beyin silkələnməsi. - ağırlaşma “S06.3 Baş beynin ocaqlı travması keçirilmiş qapalı kəllə-beyin silkələnməsindən sonrakı vəziyyət. Post travmatik ensefalopatiya. Kəllə daxili hipertenziya. G40. Epilepsiya postravmatik epilepsiya tez-tez təkrarlanan generalize olunmuş tonikoklonik qıcolmalarla (ayda 6-10 dəfə) - yanaşı xəstəliklər “M50.3 boyun şöbəsinin fəgərə arası disklərinin digər degenerasiyası C3-C4, C4-C5, C5-C6, C6-C7, TH2-TH3, TH3-TH4 fəgərəarası disklərdə protruziyalar. M50.1 Boyun şöbəsinin fəgərəarası disklərinin radikulopatiya ilə zədələnməsi C3-C4, C4- C5, C5-C6, C6-C7 TH2-TH3, TH3-TH4 fəgərələrarası diskləridə vprotruziyalar.
26. İşin faktiki hallarından göründüyü kimi, əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvəyə minənə qədər (xx.xx.2022-ci ilə qədər) və iddiaçıya əlillik təyin edilməsindən imtina edilən vaxt qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də sadalanan xəstəliklər, habelə hal-hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklər iddiaçıda mövcuddur. Məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnozlara əsasən iddiaçıda “Epilepsiya” xəstəliyi mövcuddur və xətsəlik tam sağalmır.
27. Məhkəmə qeyd edir ki, Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə bilavasitə tabe olan 1 nömrəli Poliklinikası tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 4399003AAAUD nömrəli forma 88 arayışı XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.1.8-ci bəndinə əsasən 1-ci dərəcə əlilliyin, 2.2.11-ci bəndinə əsasən ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəlik və onun ağırlaşması göstərilməsinə (S06.3; G40) və həmin xəstəlikdən uzun müddət əziyyət çəkməsinə və həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə (obyektiv müayinə və köməkçi diaqnostik müayinə metodları ilə (EKQ, USM, Rentgenskopiya, MRT, EEQ, VİZUS müayinə, Sümük/s rentgenoqrafiyası, baş və onurğa beyninin MRT müayinəsi, EMQ)) təsdiq olunmasına və göndərişdə köməkçi diaqnostik müayinə metodlarının nəticələri təfsilatlı şəkildə göstərilməsinə baxmayaraq, cavabdeh qurum hər hansı əsaslandırma aparmadan “diaqnoz əlillik əlaməti təyin etməməsi” qeydi ilə kifayətlənmiş və növbəti müddətə əlillik təyinatından imtina etmişdir.
28. Odur ki, iddiaçının xx.xx.2022-ci il tarixdə qiymətləndirildiyi tarixdən əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Belə ki, cavabdeh əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Halbuki inzibati icraat zamanı işin bütün hallarının araşdırılması, inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
30. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı qiymətləndirildiyi xx.xx.2022ci il tarixindən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyasının faiz göstəricisinin) təyin edliməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyin üzərinə qoyulmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi xx.xx.2022-ci il tarixindən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyasının faiz göstəricisinin) təyin edliməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva