Məhkəmə qərarları › İş №2-1(112)-15278/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15278/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15278/2025 20.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı 3-cü şəxs qismində X3, X4, X5, X7, X6, X8 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı X3, X4, X5, X7, X6, X1 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyətindədir. Ona məxsus mənzildə keçmiş sakin X3, X4, X5, X7, X6, X8 qeydiyyatda olmalarına baxmayaraq həmin ünvanda yaşamırlar. Tərəfindən cavabdehə ərizə ilə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 2 ünvanında formal qeydiyyatda olan, orada yaşamayan, yaşayış yerini dəyişən, köçüb gedən 3-cü şəxslərin qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən müraicətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixli cavab məktubu ilə imtina edilmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 2-1(112)-15278/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə X3, X4, X5, X7, X6 və X8 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər, cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılaraq qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə, işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi üçüncü şəxs – X3, X4, X2 münasibətdə mümkün sayılmamalıdır. Belə ki, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18/2-28558/2025 nömrəli məktubla bildirilmişdir ki, sorğu edilən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 2 ünvanında xx.xx.1956-cı il təvəllüdlü X3 xx.xx.2005-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, xx.xx.1957-ci il təvəllüdlü X4 xx.xx.2005ci il tarixdən xx.xx.2025-ci il tarixədək, xx.xx.1986-cı il təvəllüdlü X5 xx.xx.2004-cü il tarixdən xx.xx.2025-ci il tarixədək qeydiyyatda olmuşlar. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü X7 xx.xx.2016-cı il tarixdən hazıradək, xx.xx.2005-ci il təvəllüdlü X6 xx.xx.2016-cı il tarixdən hazıradək, xx.xx.2008-ci il təəllüdlü X8 xx.xx.2016-cı il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilmişdir. Beləliklə, işin hallarından göründüyü kimi, iş üzrə qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxs xx.xx.1956-cı il təvəllüdlü X3 xx.xx.2005-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, xx.xx.1957-ci il təvəllüdlü X4 xx.xx.2005-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, xx.xx.1986-cı il təvəllüdlü X5 xx.xx.2004-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 2 ünvanında qeydiyyatda olmuşlar. Hal-hazırda, üçüncü şəxs X3, X4 və X5 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 2 ünvanında qeydiyyatda deyildirlər. Belə olduqda isə, iddiaçının hərhansı hüquqları pozulmur. Məhkəmə işin faktiki hallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslər X3, X4 və X5 mübahisəli ünvanda qeydiyyatda olmadıqlarından iddia tələbi onlara münasibətdə əsaslandırılmış iddia kimi qəbul edilə bilməz və bu hal iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmasını istisna edir. Göstərilən hallar isə ümumilikdə iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı 3-cü şəxs qismində X3, X4, X5, X7, X6, X8 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” barədə iddia tələbi üçüncü şəxslər – X3, X4 və X2 münasibətdə mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar