Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1528/2022 18.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı Ağa qızının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ağa qızının cavabdeh Bakı şəhəri Nizami rayonu Polis İdarəsinə qarşı X5 və X6 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılma barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ağa qızı cavabdeh Bakı şəhəri Nizami rayonu Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1961-ci il təvəllüdlü X6, xx.xx.1982-ci il təvəllüdlü X7 və xx.xx.1991-ci il təvəllüdlü X2 ünvan 5dən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayonu Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8311/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə X7, X5 və X6 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmuşlar. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1961-ci il təvəllüdlü X6 və xx.xx.1991-ci il təvəllüdlü X2 ünvan 5dən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayonu Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.H.Kazımov küçəsi, dalan 1 ünvanında yerləşən 3 saylı evdə qeydiyyatda olan X6, X7 və X2 həmin mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, cavabdeh ərizənin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən şəxslərin qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı biri mövcud deyil. Halbuki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından da görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X6, xx.xx.1982-ci il təvəllüdlü X7 və xx.xx.1991-ci il təvəllüdlü X5 həmin evdə qeydiyyatdadırlar. Lakin adı çəkilən şəxslər həmin ünvanda yaşamırlar, uzun müddətdir ki, ünvan 2rlar və iddiaçıda olan məlumata görə X5 və X6 artıq başqa bir ünvana köçüblər. Ehtimal ki, qeydiyyat işlərini həyata keçirən orqan döngə ilə dalan ifadəsini səhv qeyd etmiş və nəticədə iddiaçının ünvanına qeydiyyatlarını salmışdır. Belə olan halda hesab edir ki, həmin şəxslər iddiaçının evinə dair istifadə hüququ olmayan şəxslərdir və buna görə də onların həmin mənzildə qeydiyyatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında“ Qanunun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Eyni zamanda həmin qərarda həmçinin qeyd edilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi" ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması" mənasını da ehtiva edir. Göründüyü kimi qanunvericilik mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsini birmənalı olaraq tənzimləmiş və bu halda həmin şəxlərin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməli olduğunu müəyyən etmişdir. Buna baxmayaraq hazırkı iş üzrə cavabdeh olan inzibati orqan öz öhdəliyini icra etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Lakin, cavabdehin etiraz ( mülahizəsi ) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişlər. xx.xx.2021-ci il tarixdə cavabdeh Bakı şəhəri Nizami rayonu Polis İdarəsi tərəfindən məhkəmənin dəftərxanası vasitəsi ilə iş üzrə qəbul ediləcək qərar icraya yönəldikdən sonra tərəflərindən icra olunması barədə xx.xx.2021-ci il tarixli, 087-19928- 1221 nömrəli məktub daxil olmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçıya məxsus AZE № 0******* şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1941-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 3də qeydiyyatdadır. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Seriya MH 034748 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Keşlə qəsəbəsi, Kooperativ, dalan 1 küçəsindəki 3 nömrəli yaşayış evi İddiaçı şəxsi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 12 nömrəli Reyestr kitabında 1775 səhifədə, qeydəalma 30 № 13053 xx.xx.1996-cı il tarixində qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışa əsasən xx.xx.1961-ci il təvəllüdlü X6 və xx.xx.1991-ci il təvəllüdlü X5 ünvan 3 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 087-16066T-3221 nömrəli imtina məktubunda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınmaması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq iddiaçıya X3, X7 və X2 ünvan 5 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət edilməsi tövsiyyə olunmuşdur. - Məhkəmə sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli, 087-20738-1221 nömrəli cavab məktubunda bildirilmişdir ki, X7 ünvan 5ə xx.xx.2005-ci il tarixdə, X5 xx.xx.2008-ci il tarixdə və X6 isə xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdırlar. Həmçinin qeyd olunmuşdur ki, onların həmin ünvana qeydiyyata düşmələrinə əsas olmuş sənədlərin arxivdə saxlanılma müddəti bitdiyindən müvafiq qanunvericiliyə uyğun olaraq tərəflərindən yandırılaraq məhv edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2021-ci il tarixli **********45 saylı məktuba əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kooperativ küçəsi, (Məşədi Kazımov küçəsi), dalan 1, 3 saylı fərdi yaşayış evinə dair X7, X5 və X3 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Cavab məktubuna əlavə edilmiş: - 1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 ünvan 6 yaşayış evini İddiaçı satmışdır; - X8 rayon İcraiyyə Komitəsinin 30 noyabr 1990-cı il tarixli, 24/3963 nömrəli Qərarı ilə ünvan 6 ünvanda özbaşına inşa edilmiş evin vətəndaş L.F. Səmədovanın adına qeydiyyata alınması qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli 018- 17143-1221 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü X7 xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ünvan 7 ünvanında, xx.xx.2021-ci il tarixdən hazıradək ünvan 8 ünvanında, xx.xx.1991-ci il təvəllüdlü X5 xx.xx.2017-ci il tarixdən hazıradək ünvan 7 ünvanında, xx.xx.1961-ci il təvəllüdlü X6 xx.xx.2004-cü il tarixdən hazıradək ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Əlavə olaraq bildirilmişdir ki, vətəndaş X2 və X3 qeyd olunan tarixlərədək ölkə ərazisində qeydiyyatları barədə məlumatlar müəyyən edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 dekabr 2021-ci il tarixli, **********79 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 9 ünvanı və M.H. Kazımov küçəsi, dalan 1, ev 3 ünvanı müxtəlif rekvizitlərinə malik olduqlarından eynilik təşkil etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. (-). Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; (-); 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, M.H. Kazımov küçəsi (keçmiş Kooperativ küçəsi) dalan 1 küçəsindəki 3 nömrəli ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsi ilə almışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman həmin ünvanda yalnız evi satmış şəxs qeydiyyatda olmuşdur. Həmin yaşayış evi iddiaçının mülkiyyətinə keçdikdən sonra iddiaçının ailə üzvü olmayan üçüncü şəxslər iddiaçının razılığı olmadan cavabdeh inzibati orqan tərəfindən həmin evə qeydiyyata alınmışlar. İddiaçı hazırda cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edir. Bununla bağlı nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara görə yaşayış yeri üzrə qeydiyyata alınması üçün şəxs tərəfindən aidiyyəti dövlət orqanına yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, yəni mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim olunmalıdır. Şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün hüquqi əsas qismində həmin sənədlərdən hər hansı birinin aidiyyəti dövlət orqanına təqdim olunması mütləqdir. Hüquqi əsas olmadan aidiyyəti orqan tərəfindən yaşayış yeri üzrə qeydiyyatın aparılması yolverilməzdir. Hazırki mübahisəyə münasibətdə yuxarıda istinad olunan normaların tələblərinə zidd olaraq, həmin normalarda nəzərdə tutulmuş müvafiq sənəd təqdim edilmədən iş üzrə üçüncü şəxslər iddiaçının yaşayış evinə cavabdeh tərəfindən qeydiyyata alınmışlar. Odur ki, qeyd olunan şəxslər həmin ünvana qanunvericiliyin tələbləri pozulmaqla qeydiyyata alınmışlar. Bundan başqa, məhkəmə tərəfindən üçüncü şəxslərin iddiaçının ailə üzvləri olmadığı, onların iddiaçıya məxsus yaşayış sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228- ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, 01 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Belə yanaşmanı nəzərdə tutmaqda qanunvericinin məqsədi, bir tərəfdən, şəxsin ona məxsus olan əmlaka faktiki sahib olmaq, təyinatından asılı olaraq həmin əmlakdan öz tələbatlarına uyğun istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək imkanlarını təmin etməkdən, digər tərəfdən, üçüncü şəxslərin həmin əmlaka müdaxilə imkanlarını istisna etməkdən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülkiyyət hüququ əsasında şəxsə məxsus yaşayış sahəsinə qanunvericiliklə nəzərdə tutulmuş əsaslar, o cümlədən həmin şəxsin müvafiq razılıq ərizəsi olmadan üçüncü şəxslərin qeydiyyata alınması onun mülkiyyət hüququna, yaşayış sahəsindən sərbəst istifadə etmək və orada sərbəst yaşamaq haqqına müdaxilə kimi qiymətləndirilməlidir. Mülkiyyət hüququ ilə bağlı konstitusiyon normalara əsaslanan Mülki Məcəllə ilə mülkiyyət hüququnun müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmlər nəzərdə tutulmuşdur. Belə ki, həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bu mənada yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan üçüncü şəxslərin mülkiyyətçinin tələbi əsasında aidiyyəti dövlət orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks təqdirdə, bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla və aidiyyəti orqanın üzərinə üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyula bilər. Beləliklə, hazırkı mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan səbəblərdən mülkiyyət hüququ əsasında ona məxsus yaşayış sahəsindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. İddiaçının bununla əlaqədar müraciətini təmin etməkdən cavabdehin imtinası həmin səbəblərdən qanunsuzdur və iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.H. Kazımov küçəsi, dalan 1, 3 saylı fərdi yaşayış evindən X6 və X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.H. Kazımov küçəsi, dalan 1, 3 saylı fərdi yaşayış evindən X6 və X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 11 HAKİM MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1528/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1528/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver