Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-153/2022 17.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxsin nümayəndəsi və vəkili X6 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X7) “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X7) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 adına verilmiş 25 iyun 1990-cı il tarixli Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha həcmində 3270 V saylı bağ sahəsinin ona verilməsi barədə orderin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, X7 onlara qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. X7 iddia ərizəsində göstərmişdir ki, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsi ona iş yerindən 25 iyun 1990-cı il tarixli orderlə verilmişdir. O, həmin bağ sahəsinə fasiləsiz və etirazsız istifadə və sahiblik etdiyini əsas göstərərək həmin bağ sahəsində yaşayış evi tikmiş və daimi yaşamalarına baxmayaraq, onların həmin bağ sahəsindən çıxarılmaları, orada inşa edilən iki mərtəbəli evin, köməkçi sahələrin və daş hasarın sökülməsi və sökülmüş tikinti materiallarının oradan daşınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iddia tələbi təmin edilmiş, cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən çıxarılmağını, iddiaçının həmin torpaq sahəsinə köçürülməyini, həmin bağ sahəsində inşa edilən iki mərtəbəli ev, köməkçi sahələr və daş hasarın cavabdehlərin hesabına sökülməyini və sökülmüş tikinti materiallarının cavabdehlərin hesabına oradan daşınmasını nəzərdə tutan 2(008)-703/2019 saylı xx.xx.2019-cu il tarixli qətnamə qəbul edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qeyd olunan qətnamənin qəbuluna əsas olan orderin mövcudluğu onlara qarşı verilən həmin iddia ərizəsinə məhkəmə baxışı zamanı məlum olmuşdur. Həmin orderin qəbul olunması onların Konstitusiya və mülki qanunvericilikdə nəzərdə tutulmuş mülkiyyət hüquqlarını pozur. Belə ki, X3 və İstismarı Birliyi ilə İddiaçı1 arasında bağlanmış 26 sentyabr 2001-ci il tarixli 10034 saylı müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 25 may 2001-ci il tarixli sərəncamının 379 saylı protokolu əsasında İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 ha sahədən ibarət olan 3270 saylı bağ sahəsi istifadəyə verilmişdir. X3 və İstismarı Birliyi ilə İddiaçı2 arasında bağlanmış 26 sentyabr 2001-ci il tarixli 30081 saylı müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 25 may 2001-ci il tarixli sərəncamının 379 saylı protokolu əsasında İddiaçı2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha sahədən ibarət olan 3270 a saylı bağ sahəsi istifadəyə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 27 mart 2019cu il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsinin arxiv cizgiləri olmadığından bağların bölgüsünə dair sxematik xəritədə miqyas və koordinat olmadığı üçün 3270, 3270 a və 3270 v saylı bağların dəqiq koordinatlarını müəyyən etmək mümkün deyil, sözügedən bağların naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq var, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən torpaq sahəsi İddiaçı3 tərəfindən istifadə edilir. Qeyd olunanlara əsasən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 3/78 nömrəli qərarı qanuni və əsaslı deyil, buna görə də qeyd olunan order etibarsızdır. Göstərilənlərə əsasən X2 adına verilmiş 25 iyun 1990-cı il tarixli Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha həcmində 3270 V saylı bağ sahəsinin ona verilməsi barədə orderin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X9 iddia tələbini qəbul etməyərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, Kürdəxanı bələdiyyəsində Torpaq və ərazi idarəetmə şöbəsinin rəisi işləyir. 1973-cü ildən 2007-ci ilədək X3 və İstismarı Birliyində sahə rəisi işləmişdir. 26 sentyabr 2001-ci il tarixli müqaviləyə əsasən Ləhiş bağ massivində 0.12 ha sahədən ibarət olan 3270 saylı bağ sahəsi İddiaçı1, 26 avqust 2001-ci il tarixli müqaviləyə əsasən Ləhiş bağ massivində 0.12 ha sahədən ibarət olan 3270a saylı bağ sahəsi isə İddiaçı2 verilmişdir. X4 isə 3270V saylı bağ verilmişdir, həmin bağ sahəsi başqa ərazidə yerləşir, İddiaçı1 və İddiaçı2 verilən bağ sahələri ilə üst-üstə düşmür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə araşdırılmış sübutları və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Bakı şəhər İcraiyyə Komitəsinin Bağlır təsərrüfatının inkişafı və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 172 nömrəli kooperativinin xx.xx.1990-cı il tarixli 4 nömrəli orderinin surətindən görünür ki, X5 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 3/78 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 172 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 3270 V nömrəli bağ ayrılmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti X3 və İstismarı Birliyi ilə İddiaçı1 arasında bağlanmış 26 sentyabr 2001-ci il tarixli 10034 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 379 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində 0.12 ha sahədən ibarət olan 3270 saylı bağ sahəsi İddiaçı1 istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti X3 və İstismarı Birliyi ilə İddiaçı2 arasında bağlanmış 26 avqust 2001-ci il tarixli 30081 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 379 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində 0.12 ha sahədən ibarət olan 3270a saylı bağ sahəsi İddiaçı2 istifadəsinə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyəti X3 və İstismarı Birliyi ilə İddiaçı1 arasında bağlanmış 26 sentyabr 2001-ci il tarixli 10034 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində 0.12 ha sahədən ibarət olan 3270 saylı bağ sahəsi İddiaçı1, Bakı şəhər İcra Hakimiyyəti X3 və İstismarı Birliyi ilə İddiaçı2 arasında bağlanmış 26 avqust 2001-ci il tarixli 30081 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində 0.12 ha sahədən ibarət olan 3270a saylı bağ sahəsi isə İddiaçı2 istifadəsinə verilmişdir. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 üçüncü şəxs X2 adına verilmiş 25 iyun 1990-cı il tarixli Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha həcmində 3270 V saylı bağ sahəsinin ona verilməsi barədə orderin etibarsız hesab edilməsini tələb edirlər. Lakin məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, üçüncü şəxsə verildiyi qeyd olunan 3270V saylı bağ sahəsi ilə iddiaçılara verilmiş 3270 və 3270 a saylı bağ sahələri üst-üstə düşmür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4751 nömrəli ekspert rəyində qeyd olunur ki, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 3270 və 3270a saylı bağ sahələrinin ümumi hasar daxilində olmaqla sahəsinin 2502 kv.m təşkil etdiyi və bağ sahələrinin ara sərhədinə mişar daşından hündürlüyü 0.4 m olan hasar tikilərək bir-birindən ayrıldığı müəyyən olundu, İddiaçı2 3270a saylı kimi iddia etdiyi bağ sahəsində 2 (iki) mərtəbəli bağ evinin və sanitar qovşağının, İddiaçı1 3270 saylı kimi iddia etdiyi bağ sahəsində isə köməkçi tikilinin və natamam tikili mövcud olduğu müəyyən olundu, göstərilən bağ sahələrinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 3270b və 3270v saylı bağların ərazisinə uyğun gəldiyi müəyyən edildi. Lakin iş üzrə keçirilmiş ekspertiza nəticəsində qeyd olunan hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçılara verilmiş bağ sahələri ilə üçüncü şəxsə verilmiş bağ sahəsinin üst-üstə düşmə halı müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçılara verilmiş bağ sahələri ilə üçüncü şəxsə verilmiş bağ sahəsi üst-üstə düşmür. Belə olan halda iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyillər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-153/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-153/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver