Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-153/2025 02.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 2-ci qrup əlilliyin verilməsinə dair inzibati aktın qəbul edilməsi və xx.xx.2022-ci il tarixdən etibarən hazıradək ödənilməmiş pulların hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbini dəqiqləşdirməsi barədə ərizələr təqdim edərək, yekunda ona xx.xx.2021-ci il tarixdən təyin edilmiş 3-cü dərəcə Hərbi xidməti vəzifələrin yerinə yetirməklə əlaqədar əlilliyin dərəcəsinin dəyişdirilərək xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə Hərbi xidməti vəzifələrin yerinə yetirməklə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək hərbi xidmət vəzifəsini yerinə yetirməklə bağlı 2-ci dərəcəli əlil olmuşdur və bu müvafiq komissiyaların nəticələri ilə öz təsdiqini tapmışdır. İddiaçı bu tarix aralığında 2-ci qrup əlil kimi əlilliyi olan şəxslərə ödənilən əmək pensiyalarına uyğun aylıq pensiya almışdır. Lakin, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumiyyətlə pensiya almaq hüququndan və aylıq ödənişlərdən cavabdeh tərəfindən məhrum edilmişdir. Həmin ödənişlər hazıradək ödənilməmişdir. Həmçinin iddiaçının əlillik dərəcəsinin müəyyən edilməsi üçün, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli müayinə nəticəsində onun əlillik dərəcəsi qanunsuz olaraq 2-ci dərəcəli əlillikdən üçüncü dərəcəli əlilliyə çevrilmişdir və həmin tarixdən etibarən bütün ödənişlər hal-hazıradək bu həddə hesablanaraq ödənilməkdədir. Belə ki, İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirərkən xəsarət almış, şəxsin aldığı xəsarət və travmalar bir çox tibbi arayış, epikrizlər, müayinə nəticələri, müayinə aktları və digər tibbi müayinə səndləri ilə sübuta yetirilir. Bu hal ümumiyyətlə mübahisələndirilmir. Şəxsin aldığı xəsarət keçirilmiş açıq kəllə-beyin travmasının, baş beynin ağır dərəcəli əzilməsinin, alın və təpə sümüklərinin kəllə əsasına keçən sınığının, alın payının epidural hematoma ilə kompressiayasma görə aparılmış alın sümüyünün trefinasiyası, soltərəfli piramid çatışmazlığı və asteno-nevrotik təzahür edən nəticəsi, mərkəzi sinir sistemi funksiyalarının pozulması və digər ağır nəticəli sinirin postravmatik neyropatiyasının xarici düz əzələsinin parezi və diplopiya ilə təzahür edən qalıq əlamətlərindən ibarətdir. İddiaçı hal-hazırda belə başağrılardan, ikigörmədən, sol aşağı ətrafda zəiflikdən, hərəkət məhdudluğundan, yeriyişin çətinləşməsindən, əsəbilikdən və ümumi zəiflikdən əziyyət çəkir. İddiaçı bu məsələ ilə bağlı cavabdeh qüruma məktubla müraciət etsə də, ona xx.xx.2022-ci il tarixdə çatan, xx.xx.2022-ci il tarixli **********2 saylı cavab məktubu ilə bildirilmişdir ki, onun xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3-cü bəndinə uyğun olaraq 5 il müddətinə 3-cü dərəcəli əlilliyin təyininə əsas verir. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh haqsız olaraq iddiaçının hüquqlarını məhdudlaşdırıcı inzibati aktı qəbul etmiş, qanunsuz olaraq onun tələbindən imtina etmiş və şəxsin qanunla qorunan maraqlarını hüquqazidd bir şəkildə pozmuşdur. Şəxsin əziyyət çəkdiyi xəstəliklər onun 2-ci qrup əlillik dərəcəsinə aid edilməsi üçün əsasdır. Bu hal, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’min 2.2.9-cu bəndində qeyd edilmiş formal hallarla uyğunluq təşkil edir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 42.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23- G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9). Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçının xəstəlik əlamətləri məhz yuxarıda qeyd edilən əsasnamənin müvafiq bəndlərinə açıq- aşkar uyğunluq təşkil edir. Cavabdehin qeyd etdiyi həmin əsasnamənin 2.3.3-cü bəndində qeyd edilir ki, üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2). Göründüyü üzrə cavabdehin cavab məktubunda qeyd etdiyi müvafiq əsasnamənin və onun 2.3.3-cü bəndinin iddiaçının xəstəliyinə uyğunluğu yoxdur. Həmçinin, cavabdeh bu yanlış, qanunsuz və ədalətsiz inzibati aktı çıxarmaqla yanaşı iddiaçının xx.xx.2021-ci il tarixdən hal-hazıradək hüquq qazandığı ödənişləri də məhdudlaşdırmışdır. İddiaçı barədə dərhal yenidən 2-ci qrup əlilliyin verilməsinə dair inzibati aktın qəbul edilməsinə və xx.xx.2022-ci il tarixdən etibarən hal-hazıradək ödənilməmiş pulların da hesablanaraq iddiaçıya ödənilməsi zərurəti yaranmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə 15 saylı Şəhər Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, X1: XİX Sinif –Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 – Başın travmaları =>S06- Kəllədaxili travma => S06.1 – Baş beynin travmatik ödemi, Diaqnozun mətni:Keçirilmiş ağır kəllə beyin travması, alın və təpə sümüklərinin kəllə əsasının keçən sınığının alın payının hemotoması ilə kompressiyasına görə aparılmış alın sümüyünün trepanesiyası” “Meyar: 2.2 İkinci dərəcə əlillik => DİGƏR: Keçirilmiş ağır kəllə beyin travması” meyarı ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. 15 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçının əlilliyi yenidən qiymətləndirilmiş, “X1: XİX Sinif –Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 – Başın travmaları =>S06-Kəllədaxili travma => S06.1 – Baş beynin travmatik ödemi, Diaqnozun mətni:Keçirilmiş ağır kəllə beyin travması, alın və təpə sümüklərinin kəllə əsasının keçən sınığının alın payının hemotoması ilə kompressiyasına görə aparılmış alın sümüyünün trepanesiyası” “Meyar: 2.2 İkinci dərəcə əlillik => DİGƏR: Keçirilmiş ağır kəllə beyin travması” meyarı ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Bakı 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında iddiaçının əlilliyi yenidən qiymətləndirilmiş, “X1: XİX Sinif –Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 – Başın travmaları =>S06- Kəllədaxili travma => S06.1 – Baş beynin travmatik ödemi, Diaqnozun mətni:Keçirilmiş ağır kəllə beyin travmasından sonrakı davamlı qalıq əlamətləri. Baş beynin əzilməsi. Sol tərəfli hemiparez. “Meyar: 2.2 İkinci dərəcə əlillik => DİGƏR: Keçirilmiş ağır kəllə beyin travmasından sonrakı davamlı qalıq əlamətləri. Baş beynin əzilməsi. Sol tərəfli hemiparez” meyarı ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə iddiaçının əlillik vəziyyəti sonuncu diaqnoz əsasında qiymətləndirilmiş və ona 5 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək elektron təyinat aparılmışdır. Əlillik müddəti bitdikdən sonra Bakı 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlilliyi yenidən qiymətləndirilmiş, “X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 – Başın travmaları =>S06-Kəllədaxili travma => S06.0 – Baş beynin silkələnməsi, Diaqnozun mətni: Baş beynin ocaqlı travması, Keçirilmiş ağır KBT-sının, baş beynin ağır dərəcədə əzilməsinin, alın və təpə sümüklərinin kəllə əsasına keçən sınığının, alın payınınn epidural hematoma ilə kompressiyasına görə aparılmış, alın sümüyünün trepanasiyası.hematomanın boşaldılması əməliyyatından sonrakı vəziyyət. Sol tərəfli piramid çatışmamazlığı və asteno-nevrotik təzahürlər ilə. Kəllədaxili travmaların nəticələri, Alın nahiyyəsində keçirilmiş travma hadisəsinə aid ölçüsü 10x8 mm olan sümük defekti. Əməliyyatdan sonrakı kəllə tağının 0.25 sm örtülməmiş sümük defekti. Mərkəzi sinir sisteminin mülayim dərəcədə pozulması. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Açıq kəllə beyin travması, baş beynin ağır dərəcədə əzilməsi, sağ alın payının epidural hematoma ilə kompressiyasına görə aparılmış trepanasiya, hematomanın boşaldılması əməliyyatından sonrakı vəziyyət. (2012) Alın nahiyyəsində 10x8 mm ölçüdə sümük defekti. Hiperkinetik pozğunluqlar, Diplopiya, koqnitiv funksiyaların zəifləməsi, diqqət və davranış pozulmaları. Üzvi mənşəli labil pozuntu. “Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri, ağırlıq dərəcəsi və funksional pozğunluğu qeyd edilməyib” səbəbi ilə imtina verilmişdir. Bakı 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndəriş əsasında iddiaçının əlilliyi yenidən qiymətləndirilmiş, “X1: XİX Sinif –Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 – Başın travmaları =>S06- Kəllədaxili travma => S06.3 – Baş beynin ocaqlı travması Ocaqlı, Diaqnozun mətni: Baş beynin ocaqlı travması, Keçirilmiş ağır KBT-sının, baş beynin ağır dərəcədə əzilməsinin, alın və təpə sümüklərinin kəllə əsasına keçən sınığının, alın payının epidural hematoma ilə kompressiyasına görə aparılmış alın sümüyünün trepanasiyası. hematomanın boşaldılması əməliyyatından sonrakı vəziyyət. Sol tərəfli piramid çatışmamazlığı. Mərkəzi sinir sisteminin mülayim dərəcədə pozulması. Sol tərəfli hemiparez, hemihipesteziya asteno-nevrotik təzahürlər ilə“Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2)” meyarı ilə beş il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının **********8 nömrəli, 15 iyul 2022-ci il tarixli qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə iddiaçının əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 3) Bakı şəhər sakini xx.xx.1979-cu il təvəllüdlü İddiaçı (FİN xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hekim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 1255 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş acıq kəllə beyin travmasının. baş beynin ağır dərəcəli əzilməsinin, alın və təpə sümüklərinin kəllə əsasına keçən sınığının, alın payının epidural hemotoması ilə kompressiyasına görə aparılmış alın sümüyünün trefinasiyasi, hematomanın boşaldılması əməliyyatının soltərəfli piramıd çatışmazlığı və asteno nevrotik təzahürlərlə təzahür edən nəticəsi, mərkəzi sinir sistemi funksiyalarının mülayim dərəcədə pozulması ilə. Keçirilmiş açıq kəllə-beyin travmasının alın payının epidural hematoma ilə kompressiyasına görə aparılmış sağ alın nahiyyəsinin trefinasiya (10.10.12), hematomanın boşaldılması əməliyyatından sonrakı kəllə tağının 0.25 sm2 örtülməmiş sümük defekti. Sol uzaqlaşdırıcı sinirin posttravmatik neyropatiyasının xarici düz əzələsinin parəzi və diplopiya ilə təzahür edən qalıq əlamətləri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hərbi travmanın qalıq əlaməti olaraq, travma və əməliyyata uyğun çapıq toxumalar, kəllə-beyin sinirləri tərəfindən dağınıq mikrocaqlı üzvi nişanələr, Romberq vəziyyətində dayanıqsızlıq, dili sola deviasiya etmiş, reflekslər sol tərəfdə hər iki ətrafda yüksək çağrılmış, sol tərəfli, daha çox aşağı ətrafda hiss olunan yüngül dərəcəli hemisimptomatika müəyyən olunmuşdur. Təqdim edilmiş, AR SN Respublika Neyrocərrahlıq xəstəxanası xx.xx.2021-ci il tarixli Kranial KT müayinəsinin nəticəsi "Beyin atrofıyası. Alın nahiyəsində keçirilmiş travma hadisəsinə aid ölçüsü - l0x8 mm olan sümük defekti təyin edilir” kimi, AR SN “Psixi Sağlamlıq Mərkəzinin" PHŞ xx.xx.2021-ci il tarixli 9470 nömrəli Tibbi Rəydə diaqnoz “Üzvi emosional—labil pozuntu" kimi qiymətləndirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.3.3 bəndinə müvafiq olaraq Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Həmçinin işdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2021-ci ildən “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarına dair Əsasnamə”nin 2.3.3-cü bəndinə uyğun olaraq, göndərişdə qeyd edilən “Baş beynin ocaqlı travması, keçirilmiş ağır kəllə beyin travmasının, baş beynin ağır dərəcədə əzilməsinin, alın və təpə sümüklərinin kəllə əsasına keçən sınığının, alın payının epidural hematoma ilə kompressiyasına görə aparılmış alın sümüyünün trepanasiyası, hematomanın boşaldılması, əməliyyatından sonrakı vəziyyət, sol tərəfli piramid çatışmazlığı, mərkəzi sinir sisteminin mülayim dərəcədə pozulması, sol tərəfli hemiparez, hemihipesteziya asteno-nevrotik təzahürlər ilə” diaqnozu 5 il müddətinə üçüncü dərəcə əlilliyin təyininə əsas verir. İddiaçı hazırda ona təyin edilmiş üçüncü dərəcə əlillikə razılaşmayaraq, ikinci dərəcə əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:
1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.
2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.
3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İşdən görünür ki, iddiaçı barəsində sonuncü göndəriş Bakı 15 nömrəli Şəhər Poliklinikası tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 0033003AAEPS nömrəli göndəriş olmuşdur. Həmin göndərişdə iddiaçıya aşağıdakı diaqnozlar qoyulmuşdur: 1.Əsas diaqnoz – S06.3- Baş beynin ocaqlı travması, Keçirilmiş ağır KBT-sının, baş beynin ağır dərəcədə əzilməsinin, alın və təpə sümüklərinin kəllə əsasına keçən sınığının, alın payının epidural hematoma ilə kompressiyasına görə aparılmış alın sümüyünün trepanasiyası.hematomanın boşaldılması əməliyyatından sonrakı vəziyyət. Sol tərəfli piramid çatışmamazlığı .Sol tərəfli hemiparez,hemihipesteziya asteno-nevrotik təzahürlər ilə; 2.Ağırlaşma – G83.8 - Digər dəqiqləşdirilmiş paralitik sindromlar, Sol tərəfli piramid çatışmamazlığı .Sol tərəfli hemiparez, hemihipesteziya asteno-nevrotik təzahürlər ilə.
3. Ağırlaşma – F90 - Hiperkinetik pozğunluqlar, Diplopiya, koqnitiv funksiyaların zəifləməsi, diqqət və davranış pozulmaları. Üzvi mənşəli labil pozuntu. Xroniki beyin işemiyası
4. Ağırlaşma – T90.5 - Kəllədaxili travmaların nəticələri, Alın nahiyyesində keçirilmiş travma hadiəsinə aid ölçüsü 10x8 mm olan sümük defekti. Əməliyyatdan sonrakı kəllə tağının 0.25 sm örtülməmiş sümük defekti. Mərkəzi sinir sisteminin mülayim dərəcədə pozulması;
5. Ağırlaşma – Z98.8- Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Açıq kəllə beyin travması, baş beynin ağır dərəcədə əzilməsi, sağ alın payının epidural hematoma ilə kompressiyasına görə aparılmış trepanasiya, hematomanın boşaldılması əməliyyatından sonrakı vəziyyət. (2012) Alın nahiyyesində 10x8 mm ölçüdə sümük defekti. "Ə.D.Məlikov adına X5" publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı 2021-2024-cü illərdə "Ə.D.Məlikov adına X5" publik hüquqi şəxsin Nevrologiya şöbəsində 5 dəfə stasionar müalicə almışdır - xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində "S06.3 Baş beynin ocaqlı travması" əsas diaqnozu ilə; xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində "S06.3 Baş beynin ocaqlı travması" əsas diaqnozu ilə; xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində "G93 Baş beynin digər zədələnmələri" əsas diaqnozu ilə; xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində "G31 Baş beynin məhdud atrofiyası" əsas diaqnozu ilə; xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində "S06.3 Baş beynin ocaqlı travması" əsas diaqnozu ilə; "Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs 15 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, vətəndaş İddiaçı 2013-cü ildə hərbi xidmətdə olarkən ağır kəllə beyin zədəsi almışdır. Stasionar müalicə olunub və şəhadətləndirilərək hərbi xidmətdən azad olunmuşdur. 2014-cü ildən 15 nömrəli Şəhər polklinikasında dispanser qeydiyyata götürülmüşdür. Əlilliyin təyini üçün 2014-cü ildə forma 088 yazılıb, xəstəyə "Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar" -İİ dərəcə əlillik təyin edilmişdir. 2021-ci ilə qədər xəstə pensiya almışdır. 2022-ci ildə xəstə BTM-ə stasionar müalicə və müayinə göndərilmişdir. Bundan sonra yenidən əlilliyin müddəti bitdiyinə görə TSEK-na forma 088 yazılaraq göndərilmişdir. Əlilliyin səbəbi hərbi xidmət ilə əlaqəli olduğu üçün xəstə TSEK-a əyani müayinəyə çağrılmış, lakin əlillik təyin edilməmişdir. Bundan sonra xəstə Məhkəməyə müraciət etmişdir. Son iki il ərzində poliklinikaya müraciəti olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir və həmin Meyarlar əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Meyarlardan görünür ki, şəxsə əlillik onun sağlamlığının pozulması, yəni qoyulmuş diaqnoz üzrə xəstəliyin onun özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığına təsir etmə imkanı nəzərə alınmaqla qiymətləndirilir. Yəni şəxsdə hər hansı bir xəstəliyin olması ona əlillik təyin edilməsi üçün hələ əsas deyildir. Həmin xəstəlik Meyarlarda göstərilən qiymətləndirmə göstəricilərinə uyğn dəyərləndirilməli, yalnız bundan sonra həmin xəstəliyin əlillik təyin edib etməməsi müəyyən olunmalıdır. Meyarların 6.1-ci bəndinə əsasən Başın travmaları - S02-S09 və Başın travmalarının nəticələri – T90 diaqnozları ilə ikinci dərəcə əlillik təyini üçün aşağıdakılar tələb olunur:
1. ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası;
2. psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası;
3. beyin maddəsində yad cismin olması. Məhkəmə qeyd edir ki, mərkəzi sinir sisteminə baş və onurğa beyin aiddir. Baş beyin sütun və ya kötük hissəsini uzunsov, arxa, orta və ara beyin təşkil edir. Baş beyin kəllə boşluğunun içərisində yerləşir. İşdən görünür ki, iddiaçı kəllə beyin travması alsa da, onun aldığı travma ümumi beynin təzahür edən pozuntuları və ya psixi təzahür edən pozuntularla baş beynin əzilməsi olmamış, beyin maddəsində yad cismin olması aşkar edilməmişdir. Bu isə iddiaçıya ikinci dərəcə əlilliyin təyini üçün əsas olmadığı qənaətinə gəlməyə əsas verir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda iddiaçının tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova