Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1532/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X8 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır,təqaüdçü), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş tikili üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən mülkiyyət hüququ haqqında xx.xx.2004-cü il tarixli şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan 0,01 ha torpaq sahəsinə və Xətai rayon İcra Hakimiyyəti başçısının 168 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsində inşa edilmiş evə birgə mülkiyyətə dair çıxarış verilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 23 aprel 2004-cü il tarixdə iddia ərizəsində göstərilən 0,01 ha torpaq sahəsini Bakı şəhəri 06 nömrəli Dövlət Notariat Kontorunun təsdiq etdiyi 40/369 nömrəli alqı-satqı müqaviləsi əsasında torpağın keçmiş mülkiyyətçisindən satın almışdır. Həmin alqı-satqı müqaviləsi əsasında 05 may 2004-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən iddiaçıya “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” təqdim olunmuşdur. Həmin şəhadətnaməni əsas tutaraq Xətai rayon İcra Hakimiyyəti iddiaçıya təqdim etdiyi layihəyə uyğun fərdi ev tikməsinə icazə verilməsi barədə 05 iyul 2007-ci il tarixli, 168 nömrəli sərəncam vermişdir. Lakin cavabdeh həmin torpaq sahəsinə və onun üzərində inşa edilən evə mülkiyyət hüququ haqqında çıxarış verilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsi iddia ərizəsinə etirazını təqdim edərək göstərmişdir ki, elektron kadastr məlumatlarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən JN-12278HJ nömrəli kod 01000003 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin sənəd üzrə yerləşməsi ilə faktiki göstərilən torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq və perimetrik ölçü fərqi mövcuddur.Belə ki, müvafiq şəhadətnamənin yerləşmə sxeminə əsasən torpaq sahəsi göstərilən faktiki torpaq sahəsinin şimal-qərb qonşuluğunda yerləşir.Bundan başqa evdən 4,4 m məsafədə yeraltı su anbarı yerləşir.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü.
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Tərəflərin çıxışları və tədqiq edilmiş sənədlər.
6.İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 7.Cavabdehin nümayəndəsi K.İsrayıllı iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır; Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 024593 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, M.Əmirxanov küçəsindəki ümumi sahəsi 109,4 kv metr olan 10 c nömrəli fərdi yaşayış evi X3 mülkiyyəti kimi 2003-cü ilin noyabr ayında qeydə alınmışdır. Xətai rayon İcra Hakimiyyətinin 168 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamından çıxarışa əsasən İddiaçı Lazovski küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0,01 ha torpaq sahəsində təqdim edilmiş layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12278HJ nömrəli şəhadətnaməyə əsasən Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən 0,01 ha torpaq sahəsi 06 nömrəli Dövət Notariat kontorunda bağlanmış xx.xx.2004-cü il tarixli, 4Ə/369 nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçının adına qeydə alınmışdır, şəhadətnaməyə torpağın yerləşmə sxemi əlavə edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarına əsasən: xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”lə iddiaçının Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən torpaq sahəsi və inşa edilən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir, imtinanın səbəbi kimi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12278HJ nömrəli şəhadətnamə üzrə torpağın yeri ilə faktiki göstərilən torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq və perimetrik ölçü fərqinin mövcud olması, fərdi yaşayış evindən 4,4 m məsafədə yeraltı su anbarının yerləşməsi göstərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Xətai rayonu, M.Əmirxanov küçəsi, 10c nömrəli fərdi yaşayış evinə dair təqdim edilmiş sənədlərdəki: xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən X15 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, M.Əmirxanov küçəsi, ev 10 “c”-də yerləşən 3 otaqlı yaşayış evini X1; Xətai rayon İcra Hakimiyyəti Başçısının 260 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamdan çıxarışa əsasən X11 Lazovski küçəsində 100 kv metr torpaq sahəsinin onun adına özəlləşdirilərək yaşayış evinin tikintisinə icazə verilmişdir, sərəncama torpaq sahəsinin sxemi əlavə edilmişdir; Xətai rayon İcra Hakimiyyəti Başçısının m-300 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamından çıxarışa əsasən M.Əmirxanov küçəsindəki 10 “c” nömrəli ev ünvanda X11 məxsus ümumi torpaq sahəsi 100 kv. metrdən, yaşayış sahəsi 45,08 kv metrdən, köməkçi sahəsi 138,61 kv metrdən ibarət fərdi yaşayış evinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi barədə sərəncam verilmişdir; “Torpağın mülkiyyətə verilməsinə dair” JN-6528HJ nömrəli şəhadətnaməyə əsasən Xətai rayon İcra Hakimiyyətinin 260 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Lazovski küçəsində yerləşən 100 kv metr torpaq sahəsi X9, X4, X6, X7, X10 mülkiyyətinə verilmişdir; Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2004-cü il tarixli, 4Ə/369 reyestr nömrəli müqaviləyə dair notariat işinin surətində olan “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X15, X12, X13, X14, X16 “Torpağın mülkiyyətə verilməsinə dair” JN-6528HJ nömrəli şəhadfətnaməyə əsasən mülkiyyətlərində olan Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən 0,01 ha torpaq sahəsini iddiaçının mülkiyyətinə vermişlər. Habelə məhkəməyə iddiaçının iddia etdiyi sahənin orto-fotosu və inşa edilmiş tikililərin fotoşəkilləri təqdim edilmişdir.
İV. Məhkəmənin mövqeyi
11.Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
12. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
13. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139.4-cü maddəsinə əsasən məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir 15.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;..139- 1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində,hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;.. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;..8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd.
17. İşin müəyyən edilmiş faktiki hallarına əsasən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, M.Əmirxanov küçəsindəki ümumi sahəsi 109,4 kv metr olan 10 c nömrəli fərdi yaşayış evi iddiaçının həyat yoldaşı X3 xüsusi mülkiyyətindədir, habelə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12278HJ nömrəli şəhadətnaməyə və notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən iddiaçı alqı-satqı müqaviləsi bağlamaqla X9, X4, X6, X7, X10 mülkiyyətinə Xətai rayon İcra Hakimiyyətinin 260 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamı ilə verilmiş Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən 100 kv metr torpaq sahəsini satın almış və bu barədə ona Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. 18.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12278HJ nömrəli şəhadətnamə iddiaçının iddia tələbində göstərilən Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən 100 kv metr torpaq sahəsinin iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır və bu zaman cavabdehin etirazında göstərilən və nədən ibarət olması cavabdeh tərəfindən qeyd edilməyən perimetrik fərq həmin hüququn həyata keçirilməsini istisna edən amil və əsas deyildir. 19.Eyni zamanda həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evi artıq iddiaçının həyat yoldaşı X3 xüsusi mülkiyyəti kimi qeydə alınmış və bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. 20.İddiaçının üzərində mülkiyyət hüquqlarını qeydə alınmasını arzu etdiyi evin tikintisinə Xətai rayon İcra Hakimiyyətinin 168 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamından çıxarışa əsasən İddiaçı icazə verilsə də tikintisi nəzərdə tutulmuş evin yerləşdiyi torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədləri – sərəncam, icarə müqaviləsi, şəhadətnamə və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər mövcud deyildir. 21.Odur ki, iddiaçının iddia tələbi Xətai rayon İcra Hakimiyyətinin 168 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamından çıxarışa əsasən İddiaçı tərəfindən inşa edilmiş evin xüsusi mülkiyyət hüququ ilə qeydə alınması hissəsində qanunvericiliyin tələblərinə uyğun deyildir və bu səbəbdən də məhkəmə tərəfindən təmin oluna bilməz. 22.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 23.Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.4-cü bəndinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; 3.1.7-ci bəndinə əsasən dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; 3.1.12-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək;3.1.21-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək;3.1.26-cı bəndinə əsasən ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək; 3.1.36-cı bəndinə əsasən mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir. 24.Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddiaçının iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən mülkiyyət hüququ haqqında xx.xx.2004-cü il tarixli şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan 0,01 ha torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 25.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 26.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 27.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən, mülkiyyət hüququ haqqında xx.xx.2004-cü il tarixli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,01 ha torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova