Məhkəmə qərarları › İş №2-1(112)-15326/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15326/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15326/2025 16.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdein nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğ fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və İddiaçı xx.xx.2022-ci tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, cavabdeh bundan imtina etmişdir, (məktub poçt vasitəsilə xx.xx.2025-ci il tarixində təqdim edilmişdir). İmtinaya səbəb kimi, göstərilmiş cavabdehin münasibətini aşağıda olduğu qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2025-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Hesab edir ki, cavabdehin gəldiyi bu nəticə əsassızdır. Odur ki, qanunvericiliyin tələblərini nəzərə alaraq cavabdehin imtinasındakı iddialarına qarşı ayrı-ayrılıqda münasibəti aşağıda qeyd etməyi zəruri hesab edir. İlk növbədə "xxxx" QSC-nin Nazirlər Kabinetinin hal-hazırda qüvvədə olan 12 saylı Qərarına əsasən tərtib olunmuş xx.xx.2025-ci il tarixli saylı güzəştli arayışı olduğu kimi aşağıda qeyd etməyi zəruri hesab edir. Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayış; İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 37 il 9 ay 5 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Məlumat üçün bildirilir ki, İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə işlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 30 il 1 ay 16 gün təşkil edir. Beləliklə yuxarıda adları göstərilən iş yerlərində zərərli sahədə əmək fəaliyyəti ilə məşğul olmağı ilə bağlı həmin müəssələr tərəfindən tərtib olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007ci il tarixli, 12 saylı Qərarına müvafiq verilmiş güzəştli arayış mövcuddur hansı ki, cavabdeh bütün bunları sosial sığorta stajına daxil etməmişdir. Belə ki, cavabdehin gəldiyi nəticəyə görə bu cür münasibət bildirməsi qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Odur ki, bütün bu qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələbləri baxımından əsasız olduğuna görə hüquqlarının pozulduğuna gətirib çıxarmış buda öz növbəsində qanuna ziddir. Beləliklə analoji işlərlə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi mövcuddur ki, buda bir daha sübut edir ki, cavabdehin gəldiyi nəticə əsasız olmuşdur. Belə ki, işlədiyi dövrdə qüvvədə olmuş Qanunun qeyd olunan müddəalarına əsasən güzəştli şərtlərlə pensiya təyin olunması üçün 3 şərt ödənilməlidir: 1. 25 il ümumi iş staj olmalıdır; 2. Ümumi iş stajının ən azı 12 il 6 ayı xüsusi iş stajı olmalıdır; 3. 60 yaş olmalıdır. Göründüyü kimi, onun 25 ildən artıq ümumi iş stajı, 12 il 6 ay güzəştli iş stajı olduğu halda qanunvericiliyin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Beləliklə yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının və Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş bəzi normalarını qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyə əsasən pensiyanın təyin edilməsi imperativ xarakter daşıdığından, cavabdeh özünün diskresion səlahiyyətinə əsaslanıb pensiyanın təyin edilməsindən imtina edə bilməz. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş pensiyaçılara pensiyanın fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik prinsipinin və onun mühüm elementi olan vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda Sosial Təminat almaq hüququna malikdir. Beləliklə iş üzrə toplanmış sübutları eləcədə yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, 25 ildən artıq ümumi iş stajı, 12 il 6 aydan artıq güzəştli iş stajı olduğudan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranır.

4. Cavabdehin imtina məktubunda bildirilmişdir ki, “12 avqust 2021-ci il tarixindən Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda bildiririk ki, Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulub. Mərkəzi Filiala təqdim ediyiniz "xxxx" QSC-nin sizə dair 5 may 2025-ci il tarixli 13-1/2-Q-1604/1-1/2025 nömrəli arayışında xx.xx.1978-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il və xx.xx.2019-xx.xx.2021-ci tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, Şərq vaqon deposunda, "xxxx" MMC-nin Şərq vaqon deposunda, "xxxx" MMC-nin Şərq vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki və refrijerator seksiyalarının böyük mexaniki vəzifələrində işlədiyiniz qeyd olunub. İşlədiyiniz vəzifələr sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajınız yoxdur. Məlumat üçün bildiririk ki, əmək pensiyanız Qanunun 9-cu maddəsinin tələblərinə əsasən hesablansa belə pensiya məbləğiniz hazırda sizə ödənilən yaşa görə əmək pensiyasının məbləğindən az təşkil edəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, sizə hazırda ödənilən yaşa görə əmək pensiyasının güzəştli şərtlərlə yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”

5. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, B.X2 təqdim ediyi “Azərbaycan Dəmir Yollan'’ QSC-nin ona dair 5 may 2025-ci il tarixli 13-1/2-Q-1604/1-1/2025 nömrəli arayışında xx.xx.1978-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, Şərq vaqon deposunda, “ADY Ekspress'' MMC-nin Şərq vaqon deposunda, "xxxx" MMC-nin Şərq vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunub. İşlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə aid deyil. Bu səbəbdən də В X2 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi" Qaydasına 2 nömrəli Əlavədə müraciət edən şəxsin "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən təqdim etməli olduğu arayışın nümunəsi verilmişdir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan vermələ ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Məlumat üçün bildiririk ki, hazırda İddiaçı Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 435.04 manat pensiya ödənilməkdə davam edir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. İddiaçı "60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2-1(112)- 15326/2025 nömrəli iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edəsiniz.

6. "Azərbaycan Dəmir yolları” QSC-nin xx.xx.2025-ci il tarixli arayışında qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir:

Vəzifəyə təyin Vəzifədən işdən azad edilmə (başqa azad edilməyə İşə başladığı olunduğu Çalışdığı struktur vahidi Vəzifə(peşənin) adı işə keçirilmə) dair əmrin tarix (başqa işə barədə əmrin tarixi və keçirildiyi) tarix tarixi və nömrəsi nömrəsi refrijerator Yeni-Ələt refrijerator seksiyaların xx.xx.1978 xx.xx.1980

1. xx.xx.1978 xx.xx.1980 vaqon deposu mexaniki 699 710 Yeni-Ələt refrijerator refrijerator xx.xx.1985

2. seksiyaların - xx.xx.1985 vaqon deposu 1021 mexaniki

refrijerator Yeni-Ələt refrijerator xx.xx.1994 xx.xx.2018

3. seksiyaların rəhbər xx.xx.1994 xx.xx.2018 vaqon deposu 199 186 mexaniki refrijerator

4. Şərq vaqon deposu seksiyaların rəhbər xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 mexaniki 152 679 "xxxx" MMC- nin Şərq refrijerator vaqon deposu seksiyaların rəhbər xx.xx.2018 18-

5. mexaniki AEXP-553 xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 18- AEXP- 1071 "xxxx" MMC-nin Şərq refrijerator vaqon deposu seksiyaların böyük xx.xx.2018 18- xx.xx.2019 xx.xx.2018

6. ASVS-233 xx.xx.2019 mexaniki 19-AEXP- 318 refrijerator

7. "xxxx" MMC- nin Şərq seksiyaların rəhbər xx.xx.2019 - xx.xx.2019 vaqon deposu mexaniki 19-AEXP-286 "xxxx" MMC- nin Şərq refrijerator vaqon deposu seksiyaların böyük

8. xx.xx.2019 xx.xx.2021 mexaniki xx.xx.2019 xx.xx.2021 23- 19-AEXP- 610/1 AEXP- 393

7. Məhkəmənin sorğusuna əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı ADY-nin Bələcəri vaqon deposunda xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, texniki baxış məntəqəsinin çilingəri, Yeni Ələt refrijerator və Şərq vaqon depolarında xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək və xx.xx.1985-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək refrijerator seksiyaların mexaniki, xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək refrijerator qatarlarının (seksiyaların) rəisi, xx.xx.1994-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2019-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-ci il tarixinədək və xx.xx.2019-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək refrijerator seksiyaların böyük mexaniki vəzifələrində çalışmışdır. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifələr və peşələr üzrə ümumi iş stajı 40 il 1 ay 16 gün təşkil edir.

8. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

9. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

13. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

15. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

16. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

17. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2025-ci il tarixli məktubla imtina edilmişdir.

18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

19. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.

23. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

24. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür, əmək fəaliyyətinə xx.xx.1972-ci il tarixdə başlamışdır.

25. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının ümumi iş stajı bağlı mübahisə yoxdur.

26. Cavabdeh iddiaçının güzəştli iş stajınının mövcud olmadığını əsas gətirmişdir.

27. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir: - İş materiallarından görünür ki, iddiaçının ADY-nin Bələcəri vaqon deposunda xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, texniki baxış məntəqəsinin çilingəri, Yeni Ələt refrijerator və Şərq vaqon depolarında xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək və xx.xx.1985-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək refrijerator seksiyaların mexaniki, xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək refrijerator qatarlarının (seksiyaların) rəisi, xx.xx.1994-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2019-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2019-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək refrijerator seksiyaların böyük mexaniki vəzifələrində çalışmışdır. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifələr və peşələr üzrə ümumi iş stajı 40 il 1 ay 16 gün təşkil edir.

28. Cavabdeh isə iddiaçının mübahisələndirilən (xx.xx.1978-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il və xx.xx.2019-xx.xx.2021-ci) illərdə işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən siyahıda nəzərdə tutulmadığı və çalışdığı vəzifənin işəgötünənin arayışında istinad olunan Siyahısında refrijerator qatarlarının (seksiyaların) rəhbər mexaniki vəzifəsinə aid olmamasını əsas gətirmişdir.

29. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsini güzəştli pensiya hüququ verən peşələrin siyahısına aid etməməkdə haqlı olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur.

30. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

31. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən hüquqi şəxs - "xxxx" QSC tərəfindən təqdim edilən vəzifə təlimatlarından bəlli olur ki, iddiaçının işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi - Refrijerator seksiyalarına texniki xidmət göstərmək və istismarına dair göstərişləri yerinə yetirmək; Briqadaya rəhbərlik etmək, seksiyalara xidmət vaxtı əmək intizamının yerinə yetirilməsini tələb etmək; Briqada üzvlərinin təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət etmək; Xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasını təmin etmək; Vaqonların düzgün və bərabər istifadəsinə nəzarət etmək; Yüklənmə vaxtı vaqonların işıqlanmasını təmin etmək; Yüklər vaqonlara yükləndikdən sonra, həmin yük üçün zəruri temperaturun müəyyənləşdirilməsini təmin etmək, temperaturuna riayət etməklə daşınmasını və yüklər yolda olduğu müddət ərzində və son təhvil stansiyasına çatdırılanadək yol boyunca nəzarətdə saxlamaq; Mexanikdən avadanlıqların düzgün istifadə olunmasını və saxlanılmasını tələb etmək; Yük boşaldıqdan sonra, vaqonların təmizlənməsini stansiya işçilərindən tələb etmək; Yanacaqdan normaya uyğun istifadəsini və qənaətini təmin etmək; Texniki sənədləri səliqəli saxlamaq, ehtiyyat hissələrin, materialların, yanacağın, yağın və soyuducu qazın istismar olunması hesabatını aparmaq; Refrijerator seksiyasının vaxtında təchizat olunmasını təmin etmək; Vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmin etmək, avadanlıqlar xarab olduqda, rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürmək; Avadanlıqlar saz vəziyyətdə olduqda, rejimi saxlaya bilmədikdə, növbəti stansiyaya teleqramla müraciət etmək, yükün sonra daşınması haqqında xüsusi komissiya tələb etmək, teleqramın surətini dəmir yolunun yük daşıma xidmətinə göndərmək, Əmək və istehsalat intizamı pozulduqda briqada üzvlərinin təhlükəsizliyini təmin etmək və növbə çağırmaq üçün qeydiyyatda olduğu depoya xəbərdarlıq etmək, ehtiyac olduqda mexaniki əvəz etmək ilə əhatələnən işlərdir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir.

32. "xxxx" QSC tərəfindən verilən refrijerator seksiyaların rəhbər mexanikinin vəzifə borcundan görünür ki, iddiaçının işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifələrində - başlıca vəzifə öhdəliyi işə gedərkən baş idarənin seksiyalara texniki xidmət və istismarına dair göstərişlərini yerinə yetirmək, briqadaya rəhbərlik etmək, briqada üzvlərinə təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət etmək, xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasnı təmin etmək, vaqonlardan düzgün və bərabər istifadəsinə nəzarət etmək, yükləmə vaxtı vaqonların işıqlanmasını təmin etmək, yanacaqdan normaya uyğun istifadəsini və qənaitini təmin etmək, ref. seksiyanın vaxtında təchizat olunmasını təmin etmək, vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmir etmək, avadanlıqlar xarab olduqda, rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürmək, avadanlıqlar saz vəziyyətdə olduqda, rejimi saxlaya bilmədikdə növbəti stansiyaya teleqramla müraciət edb (tez xarab olan yüklərin daşınması qaydaları) yükün sonra daşınması haqqında xüsusi komisiya tələb etmək, ref. seksiya vaxtlı-vaxtında texniki xidməti və cari təmiri təmin etmək, depo və ya cari təmirdən sonra, seksiyanın qəbulunda iştirak etmək, lazım olduqda mexaniki əvəz etmək və s.dən ibarət olmuşdur.

33. İddiaçının həmin vəzifələrdə başlıca xidməti “refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsi” olduğu müəyyən olunur.

34. Göründüyü kimi, iddiaçının işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsinin əmək funksiyaları, eləcə də texniki nəzəri bilikləri refrijerator seksiyaların mexaniki və refrijerator seksiyaların böyük mexaniki vəzifəsinin əmək funksiyaları, texniki nəzəri bilikləri ilə eynilik təşkil etdiyindən ona bərabər tutularaq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur.

35. Belə ki, iddiaçının xx.xx.1978-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2019-cu il və xx.xx.2019-xx.xx.2021-ci illəri əhatə edən dövrlərdə "xxxx" QSC - Yeni Ələt refrijerator və Şərq vaqon depolarında işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi - 2 №-li Siyahının XXVİİİ. Nəqliyyat bölməsindəki 23001000 şifrəli “1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsində şifrə 23001000—23598 ilə göstərilmiş “erefrijerator qatarların (seksiyaların) mexanikləri” peşəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “21. Nəqliyyat” bölməsinin “21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsində “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.

36. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi əmək kitabçası, işəgötürən müəssisə - "xxxx" QSC-nin arayışı ilə təsdiqlənir.

37. Nəticə etibarı ilə iddiaçı xx.xx.1978-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il və xx.xx.2019-xx.xx.2021 il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcuddur.

38. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür və 60 yaşının tamam olduğu və güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.

39. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

40. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.

41. Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

42. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

43. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

44. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı pensiyanın təyini ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir.

45. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq pensiya təyinatı üçün müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün pensiya fərqi iddiaçıya ödənilməli, pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

46. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

48. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2022-ci tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar