Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1533/2025 08.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X22 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Şüvalan qəsəbəsi, Nizami küçəsində yerləşən 38 nömrəli ev üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması haqqında arayışın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, “Daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə” xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Şüvalan qəsəbəsi, Nizami küçəsində yerləşən 38 nömrəli ev üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması haqqında arayışın təqdim edilməsini xahiş etmişdir. Həmin ərizənin xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə qeydə alınması və son icra tarixi xx.xx.2024-cü il göstərməklə cavabdeh tərəfindən qəbz təqdim edilmişdir. Ərizəyə qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-809/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadı əlavə olunmaqla, ərizə aşağıdakı qaydada əsaslandırılmışdır: Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Şüvalan qəsəbəsi, Nizami küçəsində yerləşən 38 nömrəli ev, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi forma üzrə,1963-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportuna əsasən, “A” və “B” tikililərindən ibarət olmaqla, 1884,2 kv.metr torpaq sahəsində yerləşir və sahibi X14 qeyd olunmuşdur. X14 xx.xx.1991ci ildə vəfat etmişdir. X14 13 iyun 1949-cu il tarixdə Xəzər rayon qeydiyyat şöbəsində Nəzərova (Əliyeva) Leyla Cahangir qızı (ölüm tarixi xx.xx.2015-ci il) ilə nikaha daxil olmuş, həmin nikahdan 19 avqust 1950-ci ildə Xuraman Nəzərova (ölüm tarixi 1955-ci il), 03 sentyabr 1951-ci ildə Qurban Nəzərli, 21 sentyabr 1953-cü ildə Vaqif Nəzərov (ölüm tarixi 1954-cü il), 29 noyabr 1954-cü ildəVidadi Nəzərov (ölüm tarixi xx.xx.2019-cu il), Nizami Nəzərov, 14 may 1956-cı ildə Minaya Nəzərova və xx.xx.1956-cı ildə Eldar Nəzərov doğulmuşlar. X15 ilə X20 arasında nikah xx.xx.1981-ci il tarixdə Əzizbəyov VVAQ şöbəsində bağlamış, 468 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir; X15 xx.xx.2019-cu ildə vəfat etmişdir. Birgə nikahdan X21 və X18 doğulmuş, X21 xx.xx.2001-ci ildə vəfat etmişdir. Notariat qaydada təsdiq edilmiş ərizə ilə bildirilir ki, X19 xx.xx.1991-ci ildə vəfat etmiş atası X1 qalmış mirası qəbul etməmiş, etmək niyyəti yoxdur və gələcəkdə heç bir iddia qaldırmayacaq, eləcə də mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcək. Notariat qaydada təsdiq edilmiş ərizədə bildirilir ki, X18 xx.xx.2019-cu ildə vəfat etmiş atası - X2 qalan mirası qəbul etmir və bununla bağlı iddiası yoxdur, eləcə də mirasın qəbul edilməsi vaxtının uzadılması üçün məhkəməyə müraciət etməyəcək. Notariat qaydada təsdiq edilmiş ərizədə bildirilir ki, X16 qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında 1884,2 kv.m torpaq sahəsində yerləşən evin Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvalan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş Bölgü sxemi iradə ifadəsinə uyğun tərtib edilmiş və həmin sxemə heç bir iradı və etirazı olmamaqla, sxemlə tam razıdır. ünvan 1 ünvanında yerləşən 1884,2 kv.m torpaq sahəsinin Bölgü sxemi tərtib edilmiş və 645 kv.m torpaq sahəsi hissəsində yerləşən “A” tikilisinin (evin) ünvanı 38 A göstərilməklə X7 və 1239,2 kv.m. torpaq sahəsi hissəsində yerləşən “B” tikilisinin (evin) ünvanı 38 göstərilməklə İddiaçı ayrılmış, həmin şəxslər bölgü ilə razılaşmış, şikayət, etiraz və əlavələri olmamış, öz imzaları ilə təsdiqləmiş və həmin Sxem Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvalan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuşdur. İddiaçı qismində cavabdehlər X7, X12, X8 və X3 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə əvvəlcə cavabdeh, sonra üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “mirasın qəbul edilməsi faktının və həmin miras üzərində mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2129/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-809/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadı ilə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2129/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2129/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmiş; İddiaçıya (yəni İddiaçı) qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, qanun üzrə vərəsə kimi müvafiq miras əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada səlahiyyətli orqanlara müraciət etmək hüquqları izah edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********65 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim olunan sənədlər X4 adınadır və bununla bağlı əlaqəli sənəd (vərəsəlik işinin açılması ilə bağlı məktub) təqdim edilməmişdir. Sözügedən torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisləri tərəfindən iddia ərizəsində qeyd olunan telefon nömrəsinə dəfələrlə zəng olunmasına baxmayaraq zənglərə cavab verilməmiş və bu səbəbdən texniki baxışın keçirilməsi mümkün olmamışdır. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsii 1 saylı Bakı ərazi idarəsi tərəfindən təqdim olunmuş, Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Şüvalan qəsəbəsi, Nizami küçəsində yerləşən 38 nömrəli evin 1963-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” Pasportundan görünür ki, həmin ev “A” və “B” tikililərindən ibarət olmaqla, 1884,2 kv.metr torpaq sahəsində yerləşir və sahibi X9r. Ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1991-ci ildə vəfat etmişdir. Doğum haqqında arayışın sürətindən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X10 atası X17, anası isə X5r. Nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X15 ilə X20 arasında nikah xx.xx.1981-ci il tarixdə Əzizbəyov VVAQ şöbəsində bağlamış, 468 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X15 xx.xx.2019-cu ildə vəfat etmişdir. Doğum və ölüm haqqında şəhadətnamədən görünür ki, X13 atası X15, anası isə İddiaçıdır, X21 xx.xx.2001-ci ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, X11 atası X15, anası isə İddiaçıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-809/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X7, X12, X8 və X3 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2129/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunması, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2129/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, mülki iş üzrə icraata xitam verilməsi, iddiaçıya qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, qanun üzrə vərəsə kimi müvafiq miras əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada səlahiyyətli orqanlara müraciət etmək hüquqları izah edilməsi qərara alınmışdır. İddiaçının vərəsə kimi müraciət etmək hüququ məhkəmə qərardadında təsbit edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcuddur. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, təqdim olunan sənədlər X4 adınadır və bununla bağlı əlaqəli sənəd (vərəsəlik işinin açılması ilə bağlı məktub) təqdim edilməmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, texniki pasporta göstərilən A yaşayış evi və həyət tikililəri sökülmüşdür. Torpaq sahəsi hasarlanaraq 2 hissəyə bölünmüş, 1 ədəd 1 mərtəbəli, 1 ədəd 2 mərtəbəli yaşayış evi və həyət tikililəri inşa edilmişdir. Texniki pasporta əsasən torpaq sahəsinin perimetrik ölçülərində qismən fərq vardır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Məhkəmə, təqdim olunan iddia ərizəsini, iş üzrə tərəflərin izahatlarını və sübutları hərtərəfli araşdıraraq diqqətə çatdırır ki, iddiaçı tərəfindən hazırkı iş üzrə irəli sürülən əsas tələb Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması haqqında arayışın verilməsindən ibarətdir. İddiaçı iddia edir ki, həmin daşınmaz əmlak üzərində mərhum X4 mülkiyyət hüququ Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin fevral 1963-cü ildə verdiyi texniki pasport əsasında yaranmışdır. Lakin mərhum sağlığında həmin əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və rəsmiləşdirilməsi məqsədilə müraciət etməmiş, müvafiq çıxarışın alınmasını həyata keçirə bilməmişdir. Məhkəmə, hazırkı məsələ ilə bağlı qüvvədə olan qanunvericiliyin müddəalarını nəzərə alaraq bildirir ki, Azərbaycan SSR dövründə Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasportlar Siyahının müvafiq maddələrində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər kateqoriyasına aid edilsə də, hazırkı iddianın təmini üçün hüquq varislər (vərəsələr) tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş xüsusi prosedur qaydasına əməl olunması məsələsinə hüquqi qiymət verilməlidir. Siyahıya əsasən qeyd edilən sənəd Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair hüquqların qeydiyyata alınması üçün əsas qismində çıxış etsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsi tələb olunan yaşayış evi (2 otaqlı, y/s - 32,4, k/s - 35,1, üm/s - 67,5 kv.m) sökülmüşdür. Söküntü köməkçi sahələri də əhatə etmişdir. Belə ki, daşınmaz əmlakın müayinə aktına əsasən də müəyyən edilmişdir ki, texniki pasportda göstərilən A yaşayış evi və həyət tikililəri sökülmüşdür. Torpaq sahəsi hasarlanaraq 2 hissəyə bölünmüş, 1 ədəd 1 mərtəbəli, 1 ədəd 2 mərtəbəli yaşayış evi və həyət tikililəri inşa edilmişdir. Yeni tikililərin inşası, yaxud rekonstruksiya aparılması ilə əlaqədar, hüquqi əsas qismində çıxış edən, məlumatlandırma və ya icazə icraatına dair qaydalara əməl olunmasını təsdiq edən sənədlər məhkəmə araşdırması nəticəsində aşkar edilməmişdir. Belə olan halda məhkəmə qeyd edilir ki, mövcud tikililər və yaşayış evi 1963-cü il tarixli texniki pasportda göstərilən tikili ilə eyniləşdirilə bilməz. Odur ki, həmin sənədə əsaslanaraq yeni inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun mərhum Ə.Nəzərova məxsus olması barədə arayışın verilməsi tələbinə dair iddianın təmin edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Şüvalan qəsəbəsi, Nizami küçəsində yerləşən 38 nömrəli ev üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X25.